Dərs vəSAİTİ Dərs vəsaiti Bakı Biznes Universitetinin.. 2016-cı IL tarixli



Yüklə 1,98 Mb.
Pdf görüntüsü
səhifə2/91
tarix05.02.2023
ölçüsü1,98 Mb.
#82911
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   91
document hrclubaz 226

G İ Rİ Ş 
 
Rəqabətə əsaslanan iqtisadiyyat təsərrüfatın səmərəli ida-
rə olunmasını, informasiya texnologiyaları və bütün yeni mü-
tərəqqi nailiyyətlərin ardıcıl və aktiv surətdə tətbiqini tələb 
edir. Belə bir şəraitdə mühasibat uçotunun, xüsusi ilə onun son 
illərdə inkişaf etmiş, dar ixtisaslaşmış bir sahəsi olan “Məhsu-
lun maya dəyərinin kalkulyasiyası” kursunun rolu ölçüyə gəl-
məz dərəcədə artmışdır. İqtisadi münasibətlərin müasir inkişaf 
səviyyəsində yalnız istehsal məsrəflərinin alınan gəlirlərlə mü-
qayisə edilməsi tələb olunmur, eyni zamanda müəssisənin is-
tehsal, kommersiya və maliyyə fəaliyyətinə qoyulan hər bir 
manatın səmərəli istifadəsi yollarının aşkara çıxarılması 
sahəsində aktiv axtarış aparılmalıdır. 
Mühasibat uçotunun ən mühüm sahələrindən biri də 
məhsulun maya dəyərinin kalkulyasiyasıdır. Kursun adından 
göründüyü kimi kalkulyasiya maya dəyərinin tərkibini, 
formalaşmasını, onun müxtəlif əlamətlər üzrə təsnifatını, uçot 
obyektlərinin, məsuliyyət mərkəzlərinin təyin edilməsi kimi 
məsələləri də özündə ehtiva edir. Bu bir də onunla bağlıdır ki, 
kalkulyasiya dedikdə “Məhsul vahidinin maya dəyərinin xərc 
maddələri üzrə hesablanması” başa düşülür. Ona görə də dərs 
vəsaiti yazılarkən kalkulyasiyanın iqtisadi mahiyyətinin 
açıqlanması ilə yanaşı maya dəyərinin formalaşmasına da geniş 
yer verilmişdir. Sintetik göstərici olmaqla məhsulun maya 
dəyərində 
müəssisənin 
istehsal-təsərrüfat 
və 
maliyyə 
fəaliyyətinin bütün tərəfləri əks etdirilir. Belə ki, müəssisənin 
əldə etdiyi mənfəətin həcmi və rentabellik səviyyəsi məhsulun 
maya dəyəri səviyyəsindən asılıdır. İstehsal prosesində əmək
material və maliyyə resurslarından nə qədər qənaətlə istifadə 
edilərsə istehsalın səmərəlilik səviyyəsi də bir o qədər yüksək 
olacaqdır. 



Mühasibat uçotu sahəsində mövcud olan normativ-hüqu-
qi sənədlərin, proqramın tələbləri nəzərə alınaraq yazılmışdır.
Dərs vəsaitində istehsal sferasının ayrı-ayrı sahələrində məsrəf-
lərin uçotunun təşkilinin və maya dəyəri kalkulyasiyasının xü-
susiyyətlərinə xüsusi yer verilmişdir. 
“Məhsulun maya dəyəri kalkulyasiyası”nın tədrisinin 
məqsədi təhsilin bakalavr pilləsində tələbələrdə məsrəflərin 
uçotu və məhsulun maya dəyəri kalkulyasiyasının təşkili və 
metodologiyası üzrə nəzəri biliklərin və təcrübi vərdişlərin 
aşılanmasından ibarətdir. Kursun tədrisi “Mühasibat uçotu və 
audit” ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə 
tutulmuşdur. Bu ixtisas üzrə təhsil alan tələbələr kursun tədri-
sindən aldıqları bilik nəticəsində təsərrüfatı səmərəli idarə et-
mək, səhvsiz qərar qəbul etmək və onların inkişaf təmayüllərini 
qabaqcadan görmək qabiliyyətinə malik olacaqdır. 

Yüklə 1,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin