MÖVZU: 1.Qiymətin funksiyaları
2.Düzünə xərclərin tərkibi və quruluşu
3.Əmtəə bazarlarının konyukturasının formalaşması xüsusiyyətləri
4.Yüksək qiymət strategiyası
5.Birjalar və onların fəaliyyət prinsipləri
1.Qiymətin funksiyaları Qiymətin funksiyaları onun iqtisadi mahiyyətinin ifadəsi olmaqla qiymətin təyinatını, təsərrüfat həyatında mövqeyini və digər iqtisadi kateqoriyalarla qarşılıqlı əlaqələrini əks etdirir.
Müasir iqtisadi elmdə qiymətin altı funksiyasını fərqləndirmək qəbul olunmuşdur. Bu funksiyaları ətraflı surətdə nəzərdən keçirək.
1. Qiymətin uçot funksiyası. Qiymət özünün son şəklində bazarda müəyyən olunur. Faktiki olaraq o, öz əmtəəsini satışa hazırlayan satıcının əldə etmək istədiyi qiymətdən nəzərə çarpacaq qədər fərqlənə bilər. Satıcı ona cəhd göstərir ki, əmtəə qiyməti onun xərclərini (əmək, maliyyə, maddi və b.) ödəməyə imkan versin və lazımı mənfəəti təmin etsin. Lakin dinamiki dəyişən bazar vəziyyətinin təsiri altında faktiki əmtəə qiyməti onun dəyərinin pulлa ifadəsindən kənarlaşa (lakin bu fərqlənmə mütləq deyil) bilər. Belə kənarlaşma baş verməyə bilər, yaxud istehsalçı və ya əmtəə göstəricisi qiyməti diqtə etmək imkanına malik olduqda inhisarçılıq şəraitində ola bilər. Bu halda qiymətlərə kənarlaşma məhz inzibati yolla qoyula bilər.
2. Qiymətin stimullaşdırıcı funksiyası. Bu funksiyanın mahiyyəti odur ki, əmtəənin faktiki qiyməti bu və ya digər əmtəə növünün istehsalına və texniki səviyyəsinə səbəb ola, yaxud, əksinə, qarşı dura bilər.
Nə qədər ki, hər bir istehsalçıya öz məhsulunu mümkün olduqca onun istehsal xərcləri ilə müqaisədə daha yüksək qiymətə satmaq faydalıdır, onda qiymət aşağıdakıları stimullaşdıra bilər:
Elmi texniki tərəqqini, istehsalın modernləşdirilməsini və avtomatlaşdırılmasını;
Istehsalın və bu, yaxud digər bazarlara tətbiqən istehlakın strukturunun dəyişməsini.
Bütövlükdə satılan əmtəənin daha yüksək qiyməti istehsalçıya (satıcıya) daha yüksək mənfəət əldə etməyə imkan verir. Deməli istehsalçı bazara daha səmərəli satıla bilən, o cümlədən rəqiblərin analoji əmtəələrlə müqayisədə daha səmərəli satıla bilən məhsulu istehsal etməyə və bazara göndərməyə cəhd göstərəcəkdir. Bununla yanaşı o və elə keyfiyyətdəki əmtəələri istehsal etmək əlverişli sayılır ki, onlar alıcılar üçün maraq təmsil etmiş olsunlar. Eləcə də, müasir texnoloji proseslərin, avadanlığın, təşkili, idarəetmə və nəzarət metodlarının tətbiqi də əlverişli olunur. Əksinə, məhsul istehsalına və satışına xərclərin çoxalmasına gətirib çıxaran köhnəlmiş texnologiya və istehsal təşkili qiymətin təsiri altında əlverişli olmur və dəyişdirilməlidir.
3. Qiymətin bölüşdürücü funksiyası. Obyektiv yaranan qiymət əsasında müxtəlif iqtisadi subyektlər arasında gəlirin yenidən bölüşdürülməsi baş verir, bu isə aşağıdakılarda davam edir:
Iqtisadiyyat sahələri arasında;
Müxtəlif mülkiyyət formasına malik müəssisələr arasında;
Reqionlar arasında;
Ölkə əhalisinin sosial qrupları arasında;
Yığım və istehlak fondları arasında;
Yadda saxlamaq lazımdır ki, bazarda əmtəə qiymətləri son nəticədə müvazinətləşməlidir. Hər bir anda və hər bir konkret əmtəə üçün əmtəə qiyməti onun dəyəri ilə üst-üstə düşməyə bilər və onda bazarın bir qrup iştirakçılarının uduşu digər qrupunun uduzmağına bərabərləşir. Əgər əmtəə qiyməti onun real dəyərindən aşağı olarsa, onda pul artıqlığı alıcıların sərəncamında olmuş olur.
Pul məbləğinin yenidən bölüşdürülməsi dövlət tərəfindən həyata keçirilən qiymətlərin birbaşa tənzimlənməsi hesabına baş verə bilər. Bundan başqa, o, maliyyə-kredit sisteminin köməyi ilə də həyata keçirilə bilər.