Ad/Soyad: Heydərova Tamara Qrup: 760A1 İxtisas


Düzünə xərclərin tərkibi və quruluşu



Yüklə 51,85 Kb.
səhifə2/5
tarix18.12.2023
ölçüsü51,85 Kb.
#184040
1   2   3   4   5
qiymətqoyma

2.Düzünə xərclərin tərkibi və quruluşu
İstehsal mövcud istehsal amillərindən istifadə edərək insan ehtiyaclarını təmin edəcək əmtəə və xidmətlərin formalaşdırılması prosesidir. İstehsalı həyata keçirən təsisçilər tərəfindən qurulan və məhsul satışı ilə bağlı qərar verən quruluşa isə müəssisə deyilir.
İstehsal prosesi qısa və uzunmüddətli olmaqla iki yerə ayrılır. Qısamüddətli dövr xərclərin ən azı birinin sabit olduğu, digərlərinin isə dəyişdirilə bildiyi vaxt kəsiyidir. Bu dövrdə sabit xərclər kimi adətən daşınmaz əmlak, istehsal avadanlıqları və s. çıxış edir. İşçi qüvvəsi və xammal isə dəyişən xərclərə aid edilir. Çünki, firmanın qısa müddət ərzində yeni bir bina alması və ya bahalı avadanlıqlar quraşdırması o qədər asan deyildir, amma artan tələbə qarşılıq olaraq yeni işçilərin qəbulu, daha çox xammalın cəlb olunması mümkün addımlardır. Uzunmüddətli dövr isə müəssisənin yuxarıda adını çəkdiyimiz və ümumilikdə bütün istehsal amillərinin həcmini dəyişə bildiyi vaxt kəsiyidir.
Xərclər- firmaların istehsalda istifadə etmək üçün istehsal amillərinə həyata keçirdikləri ödəmələrdir. Firmanın əldə etdiyi mənfəət birbaşa olaraq xərclərlə bağlıdır. Əgər xərclər gəlirdən az olarsa, mənfəət, çox olarsa, zərər formalaşar.
Yuxarıda qeyd etdiyimiz kimi xərclər uzunmüddətli və qısa müddətli olur. Bundan əlavə, xərclər birbaşa və dolayı olaraq da təsnifləşdirilir. Birbaşa xərclər istehsal amillərini əldə etmək üçün həyata keçirilən ödəmələrdir. Dolayı xərclər isə ödəmə həyata keçiririlməyən istehsalçıya məxsus istehsal amillərinin alternativ dəyəridir. Bunu bir misalla izah edək, əgər bir proqramçı öz şirkətini açmaq üçün kompüter alırsa, bu onun birbaşa xərcidir. Amma öz şirkətini açan proqramçı artıq başqa yerdə işləyə bilməyəcək və nəticə etibarı ilə əmək haqqı əldə etməyəcək. Proqramçının ala bilməyəcəyi bu maaş onun dolayı (alternativ) xərci olur.
Qısa müddətli dövri xərclər- Əvvəlcədən də qeyd etdiyimiz kimi qısamüddətli dövrdə müəyyən xərclər sabit olur. Bu səbəbdən məcmu xərclər (total cost – TC) sabit xərclər (fixed cost – FC) və dəyişən xərclər (variable cost – VC) kimi iki hissəyə ayrılır
Məcmu xərclər- Qısamüddətli dövrdə məcmu xərclər (TC) sabit xərclər (FC) və dəyişən xərclərin (VC) cəmidir. Sabit xərclər (FC) istehsal miqdarından asılı olamayan, ona bağlı artıb azalmayan xərclərdir. 
İstehsalın həcmindən asılı olan ödəmələr isə dəyişən xərclər (VC) adlanır.
Orta xərclər məcmu, sabit və dəyişən xərclər üçün hesablana bilər. Orta məcmu xərclər hər bir məhsula düşən xərcləri əks etdirir, yəni məhsulun maya dəyəridir. Orta məcmu xərclər (ATC) (və ya Orta xərclər-AC) məcmu xərclərin istehsalın həcminə (Q) bölməklə hesablanır


Yüklə 51,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin