Ad/Soyad: Heydərova Tamara Qrup: 760A1 İxtisas


Qiymət endirimləri və əlavə ödənişlər



Yüklə 51,85 Kb.
səhifə5/5
tarix18.12.2023
ölçüsü51,85 Kb.
#184040
1   2   3   4   5
qiymətqoyma

Qiymət endirimləri və əlavə ödənişlər

Reklam qiymət strategiyaları. Qiymət strategiyası

Ayrı-seçkilikçi qiymət strategiyaları və Məhsul çeşidi üçün qiymətlər.


5.Birjalar və onların fəaliyyət prinsipləri
Birjanin funksiyalarında yalnız onun özünə xas olan və adətən, hər hansı bir digər ticarət təşkilatlarının məşğul olmadığı fəaliyyət əks olunur. Birjanın əsas funksiyaları aşağıdakılardır :
1. Aşkar kütləvi ticarətin keçirilməsi üçün birja yığıncaqlarının təşkili. Bu funksiya aşağıdakıları özündə birləşdirir:
• birja ticarətinin təşkili;
• birja ticarəti qaydalarinin işlənib hazirlanması;
• ticarətin maddi-texniki təchizatı;
• birja personalının hazırlanması;
• ticarət iştirakçıları üçün peşəkar tələblərin işlənib hazirlanması.
Ticarətin təşkili üçün, hər şeydən əvvəl, birjanın avadanlıqla yaxşı təchiz olunmş “ticarət yeri” (birja zalı) olmalıdır. Burada kifayət qədər böyük sayda, açıq birja ticarəti keçirən alıcı və satıcılar yerləşə bilər. Müasir elektron rabitə vasitələrindən istifadə ticarət edənlərin bir yerdə fiziki iştirakını tələb etmir və elektron kompyuter terminalları vasitəsilə ticarət aparmağa imkan verir. Lakin bu halda da, birjanın vəzifəsidir ki, yüksək səmərəli elektron ticarət sistemini təmin etsin. Ticarətin təşkili ticarət qaydalarının hazırlanmasını və bu qaydalara ciddi əməl olunmasını tələb edir, yəni birja, ticarət iştirakçılarının zalda davranış qaydaları və normalarını müəyyənləşdirməlidir. Ticarətin maddi-texniki təchizatına birja zalının, ticarət iştirakçılarının iş yerlərinin avadanlıqla təmin olunması, birjada bütün proseslərin kompyuter təminatı və s. daxildir. Birja ticarətinin keçirilməsi üçün birjanın yüksək ixtisaslı əməkdaşları olmalıdır. Birja ticarətində iştirak edən birja üzvləri birjada iş qaydalarını bilməli, birja ticarəti ilə bağlı bütün fəaliyyət sahələrində lazım olan biliklərə və praktiki vərdişlərə malik olmalıdır.
2. Birja əqdlərinin hazırlanması. Birjanın bu funksiyasına daxildir:
• birja əmtəələrinin keyfiyyət xarakteristikasına olan tələblərin standartlaşdırılması; • əqdlərinin əsasında olan aktiv partiyaların ölçülərinin standartlaşdırılması;
• birja əqdləri üzrə hesablaşmalara vahid tələblərin hazırlanması.
3. Birja arbitrajı və ya birja ticarəti zamanı bağlanmış birja əqdləri üzrə meydana çıxan mübahisələrin həlli. Birjanın bu funksiyası çox böyük əhəmiyyətə malikdir. Bir tərəfdən, yalanla, fırıldaqçılıqla fəaliyyət göstərməyə çalışan ticarətçiləri müəyyənləşdirmək tədbirləri, digər tərəfdən, ticarət zamanı saziş haqqında qeyri-dəqiq qeydlərə görə, kompyuter təminatı sistemində nasazlıq, insan tərəfindən və ya texniki səhvlərdən yaranan mübahisələrin həlli.
4. Birjanın qiymət funksiyası. Birjanın bu funksiyasına iki nöqteyinəzərdən yanaşmaq lazımdır. Birinci “əsl” bazar qiymətinin aşkar edilməsi, eyni zamanda birjada qiymətlərlə qeyri-qanuni manipulyasiyaya yol verməmək, onların tənzimlənməsinin birjanın vəzifəsi olaraq saxlanılması. İkinci – birjanın qiymət proqnozu funksiyası:
a) birja qiymətlərinin aşkar edilməsi və tənzimlənməsi. Birja bütün növ birja əmtəələrinin qiymətlərinin formalaşmasında və tənzimlənməsində iştirak edir.
b) qiymətəmələgəlmə və qiymət proqnozu funksiyası. Əmtəə satıcılarının və alıcılarının birjada cəmləşməsi, birja əqdlərinin kütləvi xarakteri ilə xarakterizə edilir.
5. Hecerləmə funksiyası və ya birja ticarəti iştirakçılarının onlar üçün əlverişsiz qiymət dəyişmələrindən birja sığotalanması.
6. Spekulyativ birja fəaliyyəti. Bu, birjada birja əmtəələrinin alqı-satqı qiymətlərinin fərqinə görə oyunda gəlir əldə etmək məqsədi olan kommersiya fəaliyyəti formasıdır.
7. Əqdlərin icrasına təminat funksiyası. Birjanın klirinq və hesablama sistemlərinin köməyilə nail olunur.
8.Birjanın informasiya funksiyası. Birja kütləvi informasiya vasitələrinə birja qiymətləri, birjada ticarət edən şirkətlər, bazarın konyunkturası, müxtəlif bazarlar üzrə proqnozlar və s. haqqında çoxsaylı məlumatlar təqdim edir.
Yüklə 51,85 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin