Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


BMT-nin sosial inkişaf və humanitar məsələlər üzrə Vyana Mərkəzi



Yüklə 247,59 Kb.
səhifə13/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

BMT-nin sosial inkişaf və humanitar məsələlər üzrə Vyana Mərkəzi

Sosial-siyasi inkişaf və qadınların vəziyyətinin yaxşılaşdırılması məsələləri üzrə beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsində əsas məsuliyyət BMT-nin sosial inkişaf və humanitar məsələlər üzrə Vyana Mərkəzinin üzərinə düşür.

Mərkəz BMT-nin iqtisadi və sosial Şurası aşağıdakı hökumətlərarası orqanlarının sessiyalarının hazırlanması və keçirilməsi üçün məsuliyyət daşıyır: Sosial inkişaf komissiyası, Qadınların vəziyyəti üzrə komissiya və Cinayətkarlığın qarşısının alınması və nəzarət edilməsi üzrə komitə. Mərkəz tərəfindən hazırlanan sənədlər sosial siyasət və inkişafda baş verən dəyişikliklərin qlobal və regional təhlilini özündə cəmləşdirir. Mərkəz gənclər, yaşlılar, qadınlar və əlillərə münasibətdə sosial əməkdaşlıq proqramlarının yerinə yetirilməsinə nəzarət edir.

Mərkəzin təşəbbüsünə əsasən BMT-də həm ayrı-ayrı ölkələri, həm də beynəlxalq ictimaiyyəti sosial təminat sisteminin təkmilləşdirilməsinə istiqamətləndirən sosial təminat siyasəti və proqramlarının əsas prinsipləri qəbul edilmişdir. Mərkəz gənclərlə əlaqədar müntəzəm olaraq bir sıra beynəlxalq müşavirələrin keçirilməsini nəzərdə tutur.

Mərkəz yaşlanma problemləri üzrə beynəlxalq fəaliyyət planının həyata keçirilməsi üzrə məsuliyyət daşıyır və bu sahədə əməkdaşlığın sonrakı inkişaf mərhələləri üçün təkliflər hazırlayır. Dünyada yaşlıların sayının durmadan artmasımı və 2025-ci ildə təqribən 1,2 milyard və ya əhalinin 15%-ni təşkil edəcəyini nəzərə alaraq, Mərkəz yaşlıların sosial problemlərinin həll edilməsi üzrə planlar hazırlayır və digər təşkilatlar tərəfindən də dəstək görür.

Mərkəz, həmçinin, əlillərlə bağlı Ümumdünya fəaliyyət proqramının həyata keçirilməsi üzrə də məsuliyyət daşıyır. Mərkəzin nəzdində yaşlılar və əlillər üçün könüllü fondlar yaradılmışdır. Yaşlılar, əlillər və gənclərlə bağlı məsələlərin həll edilməsində bu Mərkəzin nüfuzu müxtəlif ölkələrdə olduqca yüksəkdir.

Vyanadakı Mərkəz sosial-iqtisadi siyasətə yenidən baxılmasını həyata keçirdiyi ölkələr üçün sosial siyasət sahəsində tədqiqatların aparılması və konsultativ yardımın göstərilməsi üzrə əlaqələndirmə mərkəzi funksiyasını yerinə yetirir.

Vyanadakı Mərkəzin fəaliyyətinin mühüm istiqamətlərindən biri qadınların vəziyyətinin yaxşılaşdırılmasıdır. Mərkəz qadınlar, ailə və uşaqların maraqları naminə sosial siyasət sahəsində tövsiyələrin işlənib hazırlanması üzrə hökumətlərarası orqan olan BMT-nin Qadınların vəziyyəti üzrə Komissiyasının sessiyalarını keçirir.



Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin