Vyana konqresi və Avropada siyasi fikr Plan. Vyana konqresi və onun nəticələri



Yüklə 54,99 Kb.
səhifə1/4
tarix26.09.2023
ölçüsü54,99 Kb.
#148826
  1   2   3   4
Vyana konqresi. XIX əsrin birinci yarısında Avropada ictimai-siyasi nproseslər.


Vyana konqresi və Avropada siyasi fikr
Plan.
1.Vyana konqresi və onun nəticələri
2.XIX əsrdə Avropada siyasi fikrin əsas istiqamətləri
Napoleon imperiyası darmadağın edildikdən sonra Avropa dövlətləri arasında qüvvələr nisbəti əsaslı şəkildə dəyişildi. Fransız imperiyasının xarabaları üzərində gedən bölüşdürmə prosesi Avropada beynəlxalq münasibətlərin yenidən qurulması ilə başa çatdı. Qalib dövətlərin yaratdığı yeni sistem tarixə “ Vyana sistemi “ adı ilə daxil olmuşdur. Bu sistemi yaratmaqla qalib dövlətlər Avropa ölkələrinin yeni sərhədlərini müəyyənləşdirmək, qüvvələr nisbətinin yeni balansını yaratmaq, təqribən 25 ilə yaxın dövr ərzində baş vermiş dəyişiklikləri qanuniləşdirmək kimi məqsədləri reallaşdırmaq istəyirdilər.
Qalib dövlətlər “Vyana sistemi“ni yaratmaqla qarşılarına 3 başlıca vəzifə qoymuşdular: 1. Fransanı inqilabaqədərki sərhədlərə qaytarmaq, Fransa taxt-tacında legitim Burbonlar sülaləsinin hakimiyyətini bərqərar etmək, Fransada yeni inqilabların və bonopartçı rejimlərin hakimiyyətə gəlməsinin qarşısını alan təminat sistemi yaratmaq; 2. Avropada böyük dövlətlərin mənafelərinə cavab verən, bununla da qüvvələr nisbətinin yeni düzümünü tarazlayan ərazi bölgüsünü həyata keçirmək, Avropa siyasətinin yeni qaydalarını müəyyənləşdirmək. 3. Avropanı yeni sosial sarsıntılardan, münaqişə və inqilablardan qorunmaq üçün lazım olan bütün siyasi, diplomatik və hərbi tədbirləri həyata keçirmək.
Vyana sisteminin əsas başlıca vəzifəsi monarxiyaların Yeni Avropa düzənində yerini müəyyənləşdirməkdən ibarət idi. Burada postNapoleon Avropasının taleyi həll olunurdu. Vyana sistemi onlarla müqavilə, saziş və s. diplomatik sənədlərdən ibarət olub, müəyyən məsələlərdə 1814-cü ilin mayından 1818-ci ilin noyabrınadək yaradılmışdır. Həmin müqavilə və sazişlər 4 beynəlxalq görüş nəticəsində təsdiq olunmuşdu: 1.Paris sülhü (1814, may); 2. Vyana konqresi (sentyabr 1814 – iyun 1815); 3.Paris sülhü (iyul–noyabr, 1815); 4.Axen konqresi (sentyabr –noyabr,1818).
Avstriya kansleri K.Metternixin məsləhətçisi F.Gents Vyana konqresinin baş katibi olmaqla, 1815-ci ilin fevralında yazırdı: Avropa siyasi sisteminin təzələnməsi, sosial qaydanın “yenidən qurulması”, “qüvvələrin ədalətli bölüşdürülməsinə əsaslanan daimi sülh” və s. haqqında səs-küylü ifadələr kütləni sakitləşdirmək və bu təntənəli yığıncağa şöhrət və əzəmət vermək məqsədilə səsləndirilirdi, lakin konqresin əsl məqsədi məğlub edilənin mirasını qaliblər arasında bölüşdürmək idi. Həqiqətən də konqresin bütün iştirakçıları hansı yolla olursa olsun özünə daha çox “qoparmağa” çalışırdı. Vyana konqresində Avropanın bütün ölkələrindən 216 nümayəndə iştirak edirdi. Konqresə yalnız Osmanlı dövləti dəvət olunmamışdı. F.Engels konqresin işi ilə əlaqədar yazırdı ki, “ burada xalqlar alınıb satılır, birləşdirilib ayrılır ”. 1814-cü ilin yayında Taleyran Fransanın rəsmi təmsilçisi simasında Vyana konqresinə göndərildi. Fransanın başlıca məqsədi 1792-ci ilə qədər olan sərhədlərini qorumaq idi. Taleyranın başlıca məqsədi müttəfiqlər arsında Avropanın gələcəyinə dair fikir müxtəlifliyindən istifadə edərək onların arasını vurmaq, bunula da Fransanın parçalanmasına dair onların planlarını pozmaq idi. O, bu məqsədlə Polşa – Saksoniya məsələsindən məharətlə istifadə etdi. Həm müttəfiqlərin arasında ziddiyyətləri bir qədər də dərinləşdirdi. Vyana sisteminin əsasını Fransada bərpanın prinsipləri təşkil edirdi. Avstriya və Prussiya təklif edirdilər ki, Fransada inqilaba qədərki qaydalar tam bərpa olunmalı, Fransa maksimum zəiflədilməli və ərazisinin bir hissəsi ondan alınmalıdır. İngiltərə və Rusiya isə təklif edirdilər ki, yeni sosial - iqtisadi şərait nəzərə alınmalı, böyük dövlət kimi Fransanın müstəqilliyi saxlanılmlıdır. Bütün ziddiyyətlərə baxmayaraq 30 may 1814-cü ildə birinci Paris sülhü imzalandı. Sülhün əsasını İngiltərə və Rusiyanın təklifləri təşkil edirdi. Burada deyilirdi ki, Fransanın kəndliləri və burjuaziyası inqilab dövründə əldə etdikləri əmlakı və mülkiyyəti saxlayırlar. 1814-cü il xartiyası ilə zadəganlarla burjuaziya arasında kompromis əldə edildi və yeni zadəganların hüquqları bərabərləşdirildi. Dini siyasətdə isə müttəfiqlər Napoleonla Papa arasında imzalanmış 1801-ci il Konkordatını əsas götürdülər. Lakin Napoleonun “100 günü“ birinci Paris sülhünün şətlərini xeyli ağırlaşdırdı. 1815-ci il noyabrın 20-də imzalanmış ikinci Paris sülhünə görə, Fransa müttəfiqlərə 70 milyon frank təzminat verməli, təzminat ödənilənə qədər isə ölkənin şimal - şərq ərazisi müttəfiqlər tərəfindən işğal olunmalı idi.Fransa hökumətinin 1815-1818-ci illərdəki fəaliyyəti dörd müttəfiq dövlətin səfirlərinin nəzarəti altında olamalıdır.

XIX əsrin birinci yarısında Avropada siyasii fikrin əsas istiqamətləri: Liberalizm Konservatizm, Marksizm





Yüklə 54,99 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin