Dərs vəsaiti Tomsk 2002 kbt u9(2)271


Gənclərin cəmiyyətə inteqrasiyası prosesini ləngidən



Yüklə 247,59 Kb.
səhifə26/37
tarix10.05.2022
ölçüsü247,59 Kb.
#57455
növüDərs
1   ...   22   23   24   25   26   27   28   29   ...   37
Sosial iş ixtisasına giriş - tam versiya red

Gənclərin cəmiyyətə inteqrasiyası prosesini ləngidən bir neçə səbəbi göstərmək olar:

  • qərar qəbul edən şəxslərin kifayət qədər siyasi iradəsinin olmaması;

  • gənclər anlayışına kompleks şəkildə, yəni ölkənin siyasi, sosial-iqtisadi və mədəni həyatı çərçivəsində baxmamaq tendensiyası;

  • gənclər təşkilatlarını kifayət qədər dəstəkləməmək, eləcə də gənclərin cəmiyyətin həyatında iştirak etməsi üçün zəruri kanal və strukturların olmaması;

  • informasiyaya qeyri-adekvat çıxış;

Gənclər, özlərinin şəxsi baxışlarını ifadə edərək və özlərinin problem və tələbatlarını təhlil edərək, eləcə də gənclərə dair siyasət və proqramların işlənib hazırlanmasında birbaşa iştirak edərək, siyasətin planlaşdırılması və işlənib hazırlanması prosesində iştirak etməlidirlər. Gənclərin cəmiyyətin həyatına cəlb edilməsi geniş miqyaslı proqram və strategiyaların həyata keçirilməsini tələb edən hərtərəfli və mürəkkəb prosesdir.

Hökumətlərə gənclər siyasətinin işlənib hazırlanması üçün aşağıdakılar təklif edilmişdir:



  • milli şərtlərə müvafiq olan gənclər anlayışını müəyyən etmək və gənclərin cəmiyyətin həyatındakı yeri və rolunu və cəmiyyətin gənclər qarşısındakı məsuliyyətini müəyyənləşdirmək;

  • gənclərə dair statistik məlumatları hazırlamaq və müntəzəm şəkildə yeniləmək, eləcə də BMT-nin bu işdə marağı olan qurumları və orqanları, qeyri-hökumət təşkilatları, gənclər təşkilatları, elmi-tədqiqat institutları ilə birlikdə gənclərə dair problemlərin ətraflı təhlilini aparmaq;

  • milli inkişafın əhatəli planları çərçivəsində gənclərlə bağlı siyasətinin qəbul edilməsinə yardım etmək və onu təkmilləşdirmək;

  • əlverişsiz şərtlərdə olan və ya kəndli gənclər, əlillər, hərbi əməliyyatlar rayonlarında yaşayan gənclər, gənc miqrantlar, qaçqınlar, işsizlər kimi marjinal qruplara aid olan gənc insanların tələbatlarına cavab verən effektiv tədbirlərin qəbul edilməsi və həyata keçirilməsinə kömək etmək;

  • savadsızlığın aradan qaldırılması və təhsil və peşəkar hazırlığın alınması, işlə təmin edilmə, tibbi təminat sahəsində bərabər imkanların təmin edilməsinə xüsusi diqqət yetirmək;

  • maliyyət vasitələrinin ayrılması zamanı gənclərlə bağlı siyasət və proqramlara birinci növbədə diqqət yetirmək;

  • gənclərin cəmiyyətin həyatına cəlb edilməsi problemi üzrə lazımi dialoqun aparılması çərçivəsində siyasət və proqramların işlənib hazırlanmasında qeyri-hökumət gənclər təşkilatları və gənclər məsələləri ilə məşğul olan təşkilatlarla sıx surətdə əməkdaşlıq etmək;

  • gənc insanların torpaq, kreditlər, peşəkar hazırlıq və ixtisasın artırılması xidmətləri, eləcə də bazarlar kimi əməyin məhsuldarlığı üçün zəruri olan vasitələrə daha effektiv çıxış əldə etməsinə şərait yaratmaq;

  • gənc insanlar arasında narkomaniya, alkoqolizm və QİÇS-lə mübarizə üzrə səyləri artırmaq, eləcə də QİÇS-ə yoluxmuş şəxslərin profilaktikası və reabilitasiyası üzrə xidmətlər yaratmaq və gücləndirmək;

  • əldə edilən nəticələri və gənclərlə bağlı siyasət və proqramların həyata keçirilməsinin gedişində meydana gələn problemləri sistematik olaraq nəzərdən keçirmək və qiymətləndirmək.

Gənc nəsil. böyük ölçüdə etibarlı istiqamətsiz qalmışdır. Həyat yolunun sosial baxımdan öncədən müəyyənləşməsinə əsaslanan sosiallaşmanın ənənəvi formalarının dağılması, bir tərəfdən, gənc insanları seçim qarşısında qoyaraq, onların öz taleləri üçün şəxsi məsuliyyət hissini artırmış, digər tərəfdən, onların əksəriyyətinin yeni ictimai münasibətlərə daxil olmağa hazır olmadıqlarını müəyyən etmişdir. Həyat yolunun seçimi gənc insanın bacarıq və maraqlarına görə deyil, konkret hallara əsasən müəyyənləşdirilməyə başlamışdır.

Azərbaycan subyektlərində gənclərin sosial müdafiəsi sistemi sosial xidmət qurumlarının aşağıdakı strukturuna malikdir:



  1. Hər bir şəhər, rayon üçün aşağıdakı xidmət sahələri olmalıdır:

  1. sosial xidmət mərkəzi;

  2. ailə və uşaqlara sosial yardım mərkəzi;

  3. həddi-buluğa çatmamışlar üçün sosial reabilitasiya mərkəzi;

  4. sosial mehmanxana;

  5. uşaqlar və yeniyetmələr üçün sosial sığınacaq.

  1. Şəhərlərdə və rayonlarda aşağıdakıların daxil olduğu əlavə şəbəkə:

  1. psixoloji-pedaqoji yardım mərkəzi;

  2. telefonla ekstern psixoloji yardım mərkəzi;

  3. şəfqət (mərhəmət) evi;

  4. məhdud imkanlı şəxslər üçün (uşaqlar və yeniyetmələr üçün) reabilitasiya mərkəzləri.

  1. Aşağıdakıların daxil olduğu şəhər və rayonlararası müəssisələr:

  1. valideyn himayəsindən məhrum olmuş uşaqlara yardım mərkəzləri;

  2. internat evləri: uşaq psixonevroloji;

  3. məhdud imkanlı şəxslər üçün yataqxanalar.

Gənclərin, hər şeydən əvvəl, əmək birjasına, hüquqi müdafiə və hüquqi məsləhət məntəqələrinə, gənc ailəyə yardım mərkəzinə, intim məsələlərlə bağlı məsləhətə, evdə münaqişə vəziyyətində olan yeniyetmələr üçün sığınacağa ehtiyacları vardır. Bununla yanaşı işləyən gənclər əmək birjasına, hüquqi müdafiə və hüquqi məsləhət məntəqələrinə, gənc ailəyə yardım mərkəzinə; oxuyan gənclər isə intim məsələlərlə bağlı məsləhətə, əmək birjasına daha çox üstünlük verirlər. Gənc işçilərin ən əsas problemlərindən biri işlə təmin olunma, yaxşı əmək haqqı olan və maraqlı işdir. Bazar iqtisadiyyatına keçid insanların iqtisadi fəallığının stimul və motivlərinin kökündən (əsaslı surətdə) dəyişməsini, gənc nəslin yeni şərtlərdə yaşamaq və işləməyə hazırlığının və qabiliyyətinin formalaşdırılmasını nəzərdə tutur.

Yüklə 247,59 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin