XVIII-XIX əsrlərdə torpaq kimyasının inkişafı
Torpaq kimyası haqqında sistemli tədqiqat işləri XVIII
əsrə təsadüf edir. XVII əsrin sonraları XIX əsrin əvvəllərində
bu elmə aid tədqiqat işləri böyük vüsət aldı. Bu zaman üç
vacib problemin tədqiqatına alimlər daha çox fikir verirdilər:
1) torpaq humusu;
2) torpağın udma qabiliyyəti;
3) bitkilərin mineral qidalanma nəzəriyyəsi.
Bu haqda aparılan tədqiqat işlərindən ən əhəmiyyətlisi
F.Axarda (1786) məxsusdur. Hansı ki, qələvi məhlulu torpaq
və torfun üzərinə əlavə etməklə tünd-qonur rəngli cövhər al-
mışdı. Sonra bu cövhərin üzərinə sulfat turşusu əlavə etdikdə
tünd-qara çöküntü alınmışdı. Sonralar alimlər bunu humin
turşusu adlandırdılar. F.Axardın həmin üsulu bəzi modifika-
siyalar olunmaqla indi də öz əhəmiyyətini saxlamaqdadır. Bir
neçə on illərdən sonra L.Vokelenin qarağacın gövdəsindən
ayırdığı qələvi tərkibli cövhəri 1807-ci ildə T.Tomson ulmin
maddəsi adlandırdı («ulmus» – latınca qarağac deməkdir).
O zamanlar torpaqdan ayrılan tünd rəngli üzvi maddə-
ləri əsasən bitkilərin qidalanmasında böyük rol oynayan hu-
mus nəzəriyyəsi ilə əlaqələndirirdilər. Bu problem məşhur is-
veç alimi İ.Valleriusun «Kənd təsərrüfatı kimyasının əsas-
ları»(1761) kitabında daha ətraflı izah olunmuşdur. Alim belə
hesab edirdi ki, bitki üçün başlıca qida elementi humusdur və
torpağın digər tərkib hissələri bu maddənin bitkilər tərəfindən
udulmasında iştirak edirlər. Bu nəzəriyyəni Berlin Universi-
tetinin professoru A.Teyer (1752-1828) daha geniş şəkildə
təbliğ etdi. Lakin Fransada J.B.Bussenqonun Almaniyada isə
Y.Libixin tədqiqatları göstərdi ki, belə müəkkəb üzvi maddə-
14
lərin bitkilər tərəfindən birbaşa mənimsənilməsi qəbul edil-
məzdir. Lakin XX əsrin ortalarında bu problem ətrafında yeni-
yeni diskussiyalar meydana gəldi. Belə ki, L.A.Xristevanın
həmin əsrin 30-40-cı illərində, həmçinin 60-70-ci illərdə
nişanlanmış C
14
atomu ilə aparılan başqa tədqiqatlarda, yük-
sək molekullu humin turşularının bitkiyə kök sistemi ilə daxil
olmasını mümkün hesab etdilər.
F.Axard və onun müasirlərinin tədqiqatları təkcə aqro-
nomiya istiqamətli olmayıb, həm də müstəqil torpaq kim-
yasına aid olan işlər içərisində xüsusi əhəmiyyət daşıyırdı.
Artıq XIX əsrin əvvəllərində o zamanlar çox da məlum olma-
yan üzvi birləşmələr (humus turşuları) haqqında tam eksperi-
ment xarakteri daşıyan tədqiqatlar seriyası meydana gəlmişdi.
Humus turşularının tərkibi, həll olması və başqa duz-
larla qarşılıqlı təsiri haqqında müfəssəl tədqiqatlar İ.Dyober-
ner (1822), K.Şprenqel (1826), Y.Bertselius (1855), Q.Mulder
(1860) tərəfindən aparılırdı. Bu zaman Bulle, Malahuti və
başqaları süni humin turşuları almaq üçün çox saylı təcrübələr
aparırdılar.
Xüsusi olaraq qed etmək lazımdır ki, XVIII əsrin sonu
XIX əsrin əvvəllərində torpağın kimyası dünyanın məşhur
kimyaçı alimlrinin diqqət mərkəzində idi. Bunların sırasında
Y.Bertseliusun humus turşularının xassələri haqqında olan
tədqiqatları böyük əhəmiyyətə malik idi.
Yens Yakob Bertselius (1779-1848), bu isveç alimi
dövrünün ən böyük kimyaçılarından hesab edilirdi. O, dün-
yanın bir çox akademiyalarının üzvü olmaqla, həm də Pe-
terburq Elmlər Akademiasının da həqiqi üzvi idi. Bertselius
kimyəvi birləşmələrin elektrokimyəvi nəzəriyyəsini yaratmaq-
la, çox böyük dəqiqliklə 50 elementin atom kütləsini təyin et-
15
mişdi. Alim həmçinin daimi və bölünən nisbətlər qanununu
təsdiqləmiş, elementlərin atom kütləsi cədvəlini tərtib etmiş
və bir sıra elementlər kəşf edərək, kimyəvi analizlərin yeni
metodlarını və lazım olan avadanlıqları yaratmışdır. O, kim-
yəvi elementlərin simvolunu təklif etməklə yanaşı, onların no-
menklaturasını vermişdir. Torpaq kimyasında böyük marağa
səbəb olan problemlərdən biri mineralların tədqiq olunma-
sıdır. Belə ki, ilk dəfə Bertselius «silikat» terminini işlədərək,
silisiumlu mineralların tərkibində metal oksidləri ilə silisiu-
mun 1:1, 1:2 və 1:3 olan nisbətlərini tərtib etmişdir.
Məhz bu imkan verdi ki, silikatları üç böyük qrupa ayır-
maq mümkün olsun. Bu bölgü indi də öz əhəmiyyətini itirmə-
mişdir. Bertseliusun işlərinin ikinci istiqaməti torpaqda humus
turşularının öyrənilməsinə həsr olunmuşdur. O, təbii sulardan
iki növ maddə ayıraraq birini «kren», digərini isə «apokren»
turşusu adlandırdı və oduncaqdan ayırdığı maddəyə isə humin
turşusu adını verdi. Bertselius yazdığı «Kimya» dərsliyində
humus maddələrinin kimyası bölməsində bitki qalıqlarının
çevrilməsi, humus turşularının ayrılması və bu turşuların kali-
um, natrium, ammonium, barium, kalsium, maqnezium, man-
qan, dəmir, qurğuşun, mis, civə və gümüşlə birləşmələri haq-
qında dəyərli məlumatlar vermişdir. Lakin onu da təəssüflə
qeyd edək ki, müasir kimya dərsliklərində təbii üzvi bir-
ləşmələr, yəni humus turşuları, haqqında şagirdlərə və
tələbələrə heç bir məlumat verilmir.
Torpaq kimyasının inkişafının ikinci ən mühüm mərhə-
ləsi torpağın kation mübadiləsi qabiliyyətinin öyrənilməsi ol-
du. İngilis fermeri Q.S.Tompson müəyyən etdi ki (NH
4
)
2
SO
4
əlavə edilmiş torpağı su ilə yuyanda süzülən məhlulda CaSO
4
duzu olacaqdır. Bu təcrübənin nəticələri 1850-ci ildə nəşr
16
olundu. Tompson bu məlumatı Krallığın kənd təsərrüfatı cə-
miyyətinin kimyaçısı C.T.Ueya verdi. Alim yubanmadan
1850-1852-ci illərdə tədqiqatlara başladı və nəticələri nəşr
etdirdi. C.T.Uey aşağıda göstərilən nəticələrə gəldi.
1.
Torpağa əlavə edilmiş qüvvətli turşuların Na
+
, K
+
,
NH
4
+
düzları torpaq tərəfindən udularaq məhlulda ekvivalent
miqdarda kalsium duzları yaranır və reaksiya bu cür gedir:
K+
(Torpaq)
Ca2+
+ 2KCl (Torpaq)
K+
+ CaCl
2
2.
Hidroksidlər və karbonatların tərkibində olan kation-
lar torpaq tərəfindən tam udulur, torpaqdan kalsium və başqa
anionlar sıxışdırılıb çıxarılmır.
3.
Qüvvətli turşuların kalsium duzları (nitratlar, xlo-
ridlər və sulfatlar) torpaq tərəfindən udulmurlar.
4.
Kationlar torpağın gil hissəcikləri tərəfindən udulur,
bu zaman qum və üzvi maddələrin heç bir rolu olmur.
5.
Torpağın qızdırılması, yaxud hər hansı turşunun əla-
və olunması kationların torpaq tərəfindən udulmasına mane
olur.
6.
Udulma bir anda və çox tez baş verir.
7.
Əlavə olunan duz məhsullarının qatılığı artdıqca tor-
paq tərəfindən udulmuş kationların miqdarı da yüksəlir.
8.
Udulmuş kationların dönməsi baş vermir.
9.
Torpaq fosfatları udmaq qabiliyyətinə malikdir.
Əlbəttə, T.Ueyin gəldiyi nəticələrin hamısı təsdiq olun-
madı. Belə ki, üzvi maddələrin torpaqdan kalsium kationunun
udulmasının inkarı tamamilə səhv idi. Belə mübadilə reaksi-
yalarında hidrogen ionları iştirak edir ki, bu da karbonatların
tamamilə udulması haqqında təsəvvür yaradır. Buna baxma-
yaraq Tompson və Ueyin apardıqları tədqiqat işləri indi də öz
17
əhəmiyyətini itirməmişdir və onların torpağın kimyasına aid
olan tədqiqatları elmin müxtəlif sahələrində geniş tətbiq olu-
nur. T.Ueyin işlərinin əhəmiyyəti o qədər böyükdür ki,
Kentukki ştatındakı (ABŞ) universitetin professoru Q.Tomas
onu «Torpaq kimyasının atası» adlandırmışdır.
Torpaqda ion mübadiləsi haqqında olan kəşf Ueyin mü-
asirləri tərəfindən tam qiymətləndirilmədi. Hətta təcrübəli və
yüksək erudisiyaya malik Y.Libix də bu təcrübələrin düzgün
olduğuna inanmadı. İon mübadiləsinin yenidən öyrənilməsinə
30 il tələb olundu. Belə ki, 1877-1888-ci illərdə van Bemme-
len sübut etdi ki, Ca
2+
kationundan başqa, digər kationlar
torpaqdan duz məhlulları vasitəsilə sıxışdırılıb çıxarıla bilər.
Yakob-Marten van Bemmelen (1830-1911) məşhur
holland kimyaçısı olub, adsorbsiya təliminin əsasını qoyanlar-
dandır. O, təbii cisimlərin kimyası haqqında geniş tədqiqatlar
apararaq, əsas obyekt kimi torpağı və suyu seçmişdir. Kolloid
sistemin əsas xassələrinə istinad edərək, Bemmelen torpağın
fiziki vəziyyətindən asılı olan udma qabiliyyətinin formalaş-
masına xüsusi əhəmiyyət vermişdir. Onun fikrincə torpaqda
olan amorf kolloid maddələri dəyişən tərkibli olduğuna görə
stexiometrik qanunlara tabe olmurlar. Bu cür birləşmələri
Bemmelen adsorbsiyalı birləşmələr adlandırmışdır.
XIX əsrin əvvələrində torpağın əsası-turşu xassələri
haqqında təsəvvürlər inkişaf etməyə başladı. 1813-cü ildə
böyük ingilis alimi, London Kral cəmiyyətinin prezidenti
Hemfri Devinin (1778-1829) «Kənd Təsərrüfatı kimyasının
əsasları» adlı kitabı işıq üzü gördü. Bu kitabda Devi əhəngin
bərk bitki materiallarını həll etməklə, bitkilərin qidalanma
şəraitinin yaxşılaşdırılmasında və torpaq strukturunun yaran-
masında xüsusi rolu olduğunu qeyd edirdi. O, turşu ilə torpağa
18
təsir etməklə kalsium karbonatın təyin edilməsini təklif edirdi.
Amerika tədqiqatçısı E.Ruffin Amerika torpaqlarında bu üsul-
dan istifadə edərək belə nəticəyə gəlmişdir ki, əhəngləmə tor-
paq turşuluğunu neytrallaşdıra bilər. E.Ruffinin «Əhəngli
gübrələr haqqında etyüdlər» kitabında (1932) torpaq turşuluğu
haqqında maraqlı məlumatlar vardır.
Torpaq kimyasının inkişafının üçüncü istiqaməti bitki-
lərin mineral qidalanma nəzəriyyəsidir ki, bu da Y.Libixin adı
ilə bağlıdır. Yustas fon Libix (1803-1873) torpaq kimyasının
nəzəri və təcrübi inkişafında çox böyük rolu olmuşdur. Libi-
xin maraq dairəsi hərtərəfli idi. Belə ki, onu gah üzvi kimya,
gah da qeyri-üzvi kimya mütəxəssisi kimi qələmə verirdilər.
Əslində isə onun fiziologiya, biokimya və aqrokimya sahə-
sində olan fikirləri indi də öz əhəmiyyətini itirməmişdir. Belə
ki, Libix kalium və fosfor tərkibli duzların qumsal torpaqlarda
bitkilərə təsiri haqqında saysız-hesabsız təcrübələr aparmışdır.
Onun 1940-cı ildə nəşr etdirdiyi «Üzvi kimyanın əkinçilik və
fiziologiyaya tətbiqi» kitabında göstərir ki, bitkilərin inkişafı
üçün nəinki karbon, oksigen, hidrogen, azot lazımdır, həmçi-
nin fosfor, kalium, kalsium, kükürd, maqnezium, dəmir, hətta
silisium da vacibdir. Libix aqrokimyanın nəzəri problemlərini
öyrənməklə kifayətlənmədi, natrium və kalium karbonatın əri-
dilməsi əsasında süni gübrələr hazırladı. Libixin çəkdiyi zəh-
məti təkcə bitkilərin mineral qidalanmasına və gübrələrin tət-
biqinə aid etsək insafsızlıq olardı. Belə ki, onun işlərinin tor-
paq kimyasının inkişafına böyük təsiri oldu. Xüsusilə ele-
mentlərin bitki orqanlarına daxil olması bu elementlərin tor-
paqda hərəkət mexanizmi, «torpaq-torpaq məhlulu» sistemin-
də kimyəvi tarazlığın öyrənilməsində böyük rol oynadı.
19
Rusiyada torpaq kimyasının öyrənilməsi barədə tədqi-
qatlar əsasən XVII əsrə aiddir. Burada M.V.Lomonosovun
(1711-1765) xidmətlərini xüsusi olaraq qeyd etmək lazımdır.
Onun elmi ədəbiyyata gətirdiyi «qara torpaq» termini nəinki
torpaqların təyini edilməsində, həm də «çürüntü»nün sinonimi
kimi də istifadə edilir. M.V.Lomonosov çürüntünün əmələ
gəlməsini izah etmiş və onun torpaqda toplanma sxemini təs-
vir etmişdir. Torpaqda üzvi maddələrlə yanaşı, düzların top-
lanması və münbitliyin yaranmasında rolunu müəyyənləşdir-
mişdir. Onun ideya və planları əsasında 1755-ci ildə Moskva
Dövlət Universiteti yaradıldı. Heç də təsadüfi deyildir ki, bu
ali məktəb ocağında aqronomik-torpaq tədqiqatlarının başlan-
masını 1770-ci ildən hesablayırlar. Hansı ki, bu haqda müha-
zirəni professor M.İ.Afonin (1739-1810) deyirdi. Bu alim tor-
pağın kimyəvi xassələrinə xüsusi diqqət verirdi. O, humusun
əmələ gəlmə mexanizmini «ot və bitki» qalıqlarına suyun, at-
mosfer havasının və torpaqda yaşayan canlı orqanizmlərin tə-
siri ilə baş verdiyini izah edirdi. «Qaratorpaq»ları təsnif edər-
kən onların yüksək turşuluğunu göstərir və yandırılmış torfun
çox yaxşı gübrə kimi istifadə olunmasını məsləhət bilirdi.
XIX əsrin əvvəllərində Qərbi Avropa tədqiqatçıları ilə
demək olar ki eyni zamanda, bitkilərin humus və mineral
maddələrlə qidalanması haqda aparılan təcrübələr torpaq kim-
yasını daha da inkişaf etdirdi. Belə ki, 1825-ci ildə Moskva
Universitetinin professoru M.Q.Pavlovun (1793-1840) «Əkin-
çilik kimyası», 1837-ci ildə isə «Kənd təsərrüfatı kursu» adlı
kitabları buna gözəl sübut idi.
Torpaq humusunun kimyəvi tərkibi haqqında ilk dərin
tədqiqatlar həmin universitetin kimyaçısı R.Germana məx-
susdur. Hansı ki, öz sələfləri və müasirləri Bertselius və Mul-
20
derlə müqayisədə çox irəli getmişdir. O, torpağın kimyəvi
tədqiqatlarını daha da təkmilləşdirdi. Daha doğrusu əvvəlcə
təklif olunan humus maddələrinin 195
0
C-də qurudulmasını
(belə temperaturda humusun strukturu pozulurdu) 100
0
C-də
aparmağı məsləhət gördü. Alim qaratorpaqların humusunu
xarakterizə etmək üçün su çöküntüsündən və natrium karbo-
nat məhlulundan istifadə etdi. Bundan başqa o, həll olmayan
torpaq qalıqlarında karbonun miqdarını təyin etməyi lazım
bilirdi. Məhz bu təyin etmə humusun keyfiyyət tərkibinin
müasir üsulla öyrənilmə metoduna çox yaxın idi. R.Germanın
tədqiqatlarının nəzəri nəticələrinə humus maddələrinin müxtə-
lif növlü olması və humuslaşmış üzvi maddələrin təsnifatında
üç yeni sinifli birləşmələrin müəyyən edilməsi idi:
a)
çürüntü məhsulları;
b)
kömür əmələgəlmə prosesi məhsulları;
c)
bitki qalıqlarında vulkanik kül məhsulları.
Humusun tərkibində azotun oynadığı konstitusion rol
ideyası da məhz A.Germana məxsusdur. Hansı ki, Mulder
azotun humus maddələri tərkibində yalnız ammonium forma-
sında olduğunu təkid edirdisə, German azotun oksigenlə birlə-
şib kovalent rabitə yaratdığını sanballı dəlillərlə sübut edirdi.
O, təcrübələrdə izah edirdi ki, uzun müddət əkilib-becərilən
qaratorpaqlarda çürüntünün miqdarı xam torpaqla müqayisədə
17-25% azalır. R.Cerman humusdan əlavə bu torpaqlarda si-
lisiumun, dəmir oksidlərin, əhəngin, maqneziumun, rütubətin
və fosfor turşularının miqdarını da təyin etmişdi.
Torpağın mənşəyi məsələsinin həllində, qanunauy-
ğunluqların müqayisəsində, coğrafi yayılmalarında, düzgün
istifadə olunmasında genetik torpaqşünaslığın əsasını qoyan
V.V.Dokuçayev (1846-1903) onun kimyəvi xassələrindən ge-
21
niş istifadə etmişdir. Onun əsərlərində qaratorpaqlar, eləcə də
digər torpaqların kimyəvi tərkibi haqqında ətraflı məlumatlara
rast gəlmək olar. O, torpaqda üzvi maddələrin miqdarından
başqa K
2
O, Na
2
O, CaO, MgO, Mn
2
O
3
, Fe
2
O
3
, Al
2
O
3
, CO
2
, N,
P
2
O
5
, SO
3
oksidləri və NaCl, CaCO
3
duzları haqqında qiy-
mətli məlumatlar vermişdir. Bu torpaq analizləri əsasən
Petrov əkinçilik və meşəçilik akademiyasında, həmçinin
D.İ.Mendeleyevin rəhbərliyi altında Peterburq Universitetinin
laboratoriyalarında aparılırdı.
D.İ.Mendeleyevin (1834-1907) kənd təsərrüfatı prob-
lemlərinə böyük marağı olduğunu xüsusi qeyd etmək lazım-
dır. Bu öz əksini onun kənd təsərrüfatı obyektlərində apardığı
çox saylı və müxtəlif kimyəvi analizlərində, qoyduğu tarla
təcrübələrində və V.V.Dokuçayevin Universitetdə Torpaqşü-
naslıq kafedrasının yaradılması təşəbbüsünün qatı tərəfdarı ol-
masında göstərmişdi. Heç də təsadüfi deyildir ki, Dokuçayev
öz əsərlərində həmişə Mendeleyevin işlərində olan nəticələrə
istinad etmişdir. Torpaqda çoxlu sayda kimyəvi analizlər apa-
ran Mendeleyev belə nəticəyə gəlir ki, dəqiq təhlillərdən müx-
təlif təsadüflər gözləmək olur.
XX əsrdə və XXI əsrin ilk onilliyində
aparılan tədqiqatlar
XX əsrin əvvəllərində torpaq kimyası istiqamətində çox
iri həcmli işlər aparıldı. Bunlara torpaq turşuluğu problemini,
torpağın udma qabiliyyəti məsələlərini, torpaq məhlulu haq-
qında olan tədqiqatları, humifikasiya prosesinin kimyəvi və
biokimyəvi əsaslarını aid etmək olar.
22
Torpaq tərşuluğunun təbiəti haqqında Amerika alimi
T.P.Veyts (1904) və Yapon alimi Q.Daykuxara (1914) mü-
kəmməl tədqiqat işləri aparıb və nəşr etdirmişdilər. Bu alim-
lərin tədqiqatlarının nəticələri indi də müzakirə obyekti hesab
edilir. Məşhur rus alimi V.A.Çernov da (1901-1960) torpaq
turşuluğu haqqında fundamental tədqiqatlar aparmışdır. Onun
«Torpaq turşuluğunun təbiəti» barədə yazdığı kitabında çox
məharətlə apardığı kimyəvi analizlərlə sübut etmişdir ki, turş
torpaqların əksəriyyətində mübadiləvi Al
3+
üstünlük təşkil
edir, mübadiləvi H
+
isə yüksəkhumuslu və torflu torpaqlar
üçün xarakterikdir.
V.A.Çernovun tədqiqatlarının ikinci mühüm istiqaməti
torpaqda olan duzların diffuziya prosesi ilə əlaqəli hərəkəti
hesab edilir. Onun işləri ilə sübut olunmuşdur ki, FİK qanunu-
nu birbaşa torpaqda ionların diffuziya prosesinə tətbiq etmək
mümkündür. Bunu torpaqda Cl
-
və NO
3
-
anionlarının timsa-
lında daha yaxşı başa düşmək olur.
Torpağın udma qabiliyyətinə Aleksey Nikolayeviç Sa-
banin də (1847-1920) çox maraqlı tədqiqatlar həsr etmişdir.
Onun maraq dairəsi çox geniş idi. Belə ki, torpağın istilik xas-
sələrinin kimyəvi tərkibinə təsiri haqda və humin turşularının
öyrənilməsində alimin xidmətləri misilsizdir. Onun torpağın
qranulometrik tərkibinin və humusun təyini haqda olan modi-
fikasiyaları indi də istifadə olunur.
Böyük torpaqşünas, aqrokimyaçı, fiziko-kimyaçı alim
olan Konstantin Kaetanoviç Hedroyts (1872-1932) torpağın
kimyəvi analiz üsullarını və ümumiyyətlə torpaq kimyasının
fundamental əsaslarını yaratdı. O, 1897-ci ildə Peterburq Me-
şəçilik İnstitutunu, 1903-cü ildə isə Peterburq Universitetini
vaxtından əvvəl bitirmiş və hərtərəfli təhsil almışdır. Onun ilk
23
tədqiqatı torpaq məhlulunun qatılığı və temperaturuna həsr
olunmuşdu. Hedroyts torpağın kimyəvi xassələrini idarə et-
məklə, onun münbitliyini yüksəltmək və kənd təsərrüfatı
bitkilərinin keyfiyyətini, məhsuldarlığını artırmağa cəhd edir-
di. K.K.Hedroyts 1908-ci ildən başlayaraq torpaqşünaslıqda
kolloidlər kimyasının məsələlərinə dair silsilə əsərləri nəşr
etdirdi. 1922-ci ildə isə «Torpağın udma qabiliyyəti haqqında
təlim» kitabını nəşr etdirməklə bütün dünya elminə öz töh-
vəsini verdi. O, bu əsərində torpağın udma qabiliyyətinin mü-
kəmməl təsnifatını verdi və təcrübələri ilə udulmanın mühüm
qanunauyğunluqların çoxu torpaq kimyasında əsas qanunlara
çevrildi. Məsələn, 1911-ci ildə onun nəşr olunmuş bir məqa-
ləsində belə maraqlı problem müzakirəyə verilmişdi: «Fos-
foritlər hansı torpaqda yaxşı təsir göstərir? Əsaslarla doymuş,
yaxud doymamış torpaqlarda?» Məhz bu problemin həllini
torpağın verdiyi iqtisadi səmərəliliklə əlaqələndirirdi. Hansı
ki, biz indi anlayırıq, əsaslarla doymamış torpaqlar potensial
turşuluğa malikdirlər. Hedroytsin işlərinin analizi göstərir ki,
təcrübə ilə sıx əlaqə nəzəri problemlərin həllini sürətləndirir
və təbiətdə yeni qanunauyğunluqların kəşfinə səbəb olur.
Torpağın gübrələrə tələbatı problemlərinin həllində,
müxtəlif qida elementlərinin bitkilərə daxil olması və kimyəvi
meliorasiya haqqında Hedroytsin misilsiz xidmətləri olmuş-
dur. O, 1925-ci ildə torpaq təsnifatının prinsiplərini udulmuş
kationların tərkibinə və torpağın uducu kompleksinin xüsusiy-
yətlərinə görə əsaslandıra bildi. Şoranların genezisinin fiziki-
kimyəvi hipotezini işlədi. Mübadiləvi kationların bitkilərə
təsirini öyrənərək, nəinki ənənəvi makroelementləri – Ca, Mg,
Na, K, H, Al, həm də mikroelementlərə və ağır metallara aid
olan – Pb, Cu, Cd, Ba, Sr, Co, Ni, Mn, Fe təsir mexanizmini
24
araşdırdı. Bu işləri ilə Hedroyts torpaqda mikroelementlərin
və ağır metalların normalaşdırma metodologiyasının əsasını
qoydu, hansı ki, bu XX əsrin 50-70-ci illərində torpaq kim-
yasında böyük problem hesab edilirdi. 1923-cü ildə işıq üzü
görən «Torpaqların kimyəvi analizi» kitabı torpaq və aqro-
kimyəvi laboratoriyaların stolüstü kitabına çevrildi. Baxmaya-
raq ki, indi müasir, təkmilləşmiş analiz avadanlıqları və üsul-
ları mövcuddur, yenə də Hedroytsın bu kitabı torpaqşünas-
ların daima istifadəsindədir.
XX əsrin ilkin onilliklərində isveçrə alimi Q.Viqner
(1883-1935) və isveç alimi S.E.Matson (1886-1945) torpağın
kolloid kimyasına və ion mübadiləsinə aid nəzəriyyələrin
inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. 1912-ci il-
də Viqner torpaqda ion mübadiləsinə aid ilk məqaləsini nəşr
etdirir və bundan sonra özünün bütün ömrünü torpaqda kollo-
id sistemin xassələrini və kationların mübadiləsi qanunauy-
ğunluqlarnın öyrənilməsinə həsr etmişdir. O, ionmübadiləsin-
də ekstramitsel və intramitsel ideyalarını inkişaf etdirərək,
suspenziya effektini (Viqner effekti) tədqiq etmiş, torpaq
kolloidlərinin pıxtalaşma prosesinin riyazi analizini vermişdir.
S.E.Matsonun işlərinin əsasını torpaqların kolloid siste-
mində asidoidlər, bazoidlər və amfolitoidlərin rolu təşkil edir.
Matson hesab edirdi ki, bu çür yanaşma «iki tip aşınmanın
podzol və laterit tipli torpaqların yaranması ilə nəticələnir».
Viqner və Matsonun bu cür baxışları torpaq kimyasının xüsusi
bölməsi sayılan kolloidlər və kationların mübadiləsi problemi-
nin həllində böyük rol oynadı.
Dostları ilə paylaş: |