Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin 23 may 2012-ci il tarixli


XVIII-XIX əsrlərdə torpaq kimyasının inkişafı



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə2/7
tarix31.01.2017
ölçüsü2,21 Mb.
#6887
1   2   3   4   5   6   7

XVIII-XIX əsrlərdə torpaq kimyasının inkişafı 

 

Torpaq  kimyası  haqqında  sistemli  tədqiqat  işləri  XVIII 



əsrə təsadüf edir. XVII əsrin sonraları XIX əsrin əvvəllərində 

bu  elmə  aid  tədqiqat  işləri  böyük  vüsət  aldı.  Bu  zaman  üç 

vacib problemin tədqiqatına alimlər daha çox fikir verirdilər: 

1) torpaq humusu; 

2) torpağın udma qabiliyyəti; 

3) bitkilərin mineral qidalanma nəzəriyyəsi. 

Bu  haqda  aparılan  tədqiqat  işlərindən  ən  əhəmiyyətlisi 

F.Axarda (1786) məxsusdur. Hansı ki, qələvi məhlulu torpaq 

və  torfun  üzərinə  əlavə  etməklə  tünd-qonur  rəngli  cövhər  al-

mışdı. Sonra bu cövhərin üzərinə sulfat turşusu əlavə etdikdə 

tünd-qara  çöküntü  alınmışdı.  Sonralar  alimlər  bunu  humin 

turşusu  adlandırdılar.  F.Axardın  həmin  üsulu  bəzi  modifika-

siyalar olunmaqla indi də öz əhəmiyyətini saxlamaqdadır. Bir 

neçə  on  illərdən  sonra  L.Vokelenin  qarağacın  gövdəsindən 

ayırdığı  qələvi  tərkibli  cövhəri  1807-ci  ildə  T.Tomson  ulmin 

maddəsi adlandırdı («ulmus» – latınca qarağac deməkdir). 

O  zamanlar  torpaqdan  ayrılan  tünd  rəngli  üzvi  maddə-

ləri  əsasən  bitkilərin  qidalanmasında  böyük  rol  oynayan  hu-

mus nəzəriyyəsi ilə əlaqələndirirdilər. Bu problem məşhur is-

veç  alimi  İ.Valleriusun  «Kənd  təsərrüfatı  kimyasının  əsas-

ları»(1761) kitabında daha ətraflı izah olunmuşdur. Alim belə 

hesab edirdi ki, bitki üçün başlıca qida elementi humusdur və 

torpağın digər tərkib hissələri bu maddənin bitkilər tərəfindən 

udulmasında  iştirak  edirlər.  Bu  nəzəriyyəni  Berlin  Universi-

tetinin  professoru  A.Teyer  (1752-1828)  daha  geniş  şəkildə 

təbliğ  etdi.  Lakin  Fransada  J.B.Bussenqonun  Almaniyada  isə 

Y.Libixin tədqiqatları göstərdi ki, belə müəkkəb üzvi maddə-

14


lərin  bitkilər  tərəfindən  birbaşa  mənimsənilməsi  qəbul  edil-

məzdir. Lakin XX əsrin ortalarında bu problem ətrafında yeni-

yeni  diskussiyalar  meydana  gəldi.  Belə  ki,  L.A.Xristevanın 

həmin  əsrin  30-40-cı  illərində,  həmçinin  60-70-ci  illərdə 

nişanlanmış  C

14

  atomu  ilə  aparılan  başqa  tədqiqatlarda,  yük-



sək molekullu humin turşularının bitkiyə kök sistemi ilə daxil 

olmasını mümkün hesab etdilər. 

F.Axard  və  onun  müasirlərinin  tədqiqatları  təkcə  aqro-

nomiya  istiqamətli  olmayıb,  həm  də  müstəqil  torpaq  kim-

yasına  aid  olan  işlər  içərisində  xüsusi  əhəmiyyət  daşıyırdı. 

Artıq XIX əsrin əvvəllərində o zamanlar çox da məlum olma-

yan üzvi birləşmələr (humus turşuları) haqqında  tam eksperi-

ment xarakteri daşıyan tədqiqatlar seriyası meydana gəlmişdi. 

Humus  turşularının  tərkibi,  həll  olması  və  başqa  duz-

larla  qarşılıqlı  təsiri  haqqında  müfəssəl  tədqiqatlar  İ.Dyober-

ner (1822), K.Şprenqel (1826), Y.Bertselius (1855), Q.Mulder 

(1860)  tərəfindən  aparılırdı.  Bu  zaman  Bulle,  Malahuti  və 

başqaları süni humin turşuları almaq üçün çox saylı təcrübələr 

aparırdılar. 

Xüsusi olaraq qed etmək lazımdır ki, XVIII  əsrin sonu 

XIX  əsrin  əvvəllərində  torpağın  kimyası  dünyanın  məşhur 

kimyaçı alimlrinin diqqət mərkəzində idi. Bunların  sırasında 

Y.Bertseliusun  humus  turşularının  xassələri  haqqında  olan 

tədqiqatları böyük əhəmiyyətə malik idi. 

Yens  Yakob  Bertselius  (1779-1848),  bu  isveç  alimi 

dövrünün  ən  böyük  kimyaçılarından  hesab  edilirdi.  O,  dün-

yanın  bir  çox  akademiyalarının  üzvü  olmaqla,  həm  də  Pe-

terburq  Elmlər  Akademiasının  da  həqiqi  üzvi  idi.  Bertselius 

kimyəvi birləşmələrin elektrokimyəvi nəzəriyyəsini yaratmaq-

la, çox böyük dəqiqliklə 50 elementin atom kütləsini təyin et-

15


mişdi.  Alim  həmçinin  daimi  və  bölünən  nisbətlər  qanununu 

təsdiqləmiş,  elementlərin  atom  kütləsi  cədvəlini  tərtib  etmiş 

və  bir  sıra  elementlər  kəşf  edərək,  kimyəvi  analizlərin  yeni 

metodlarını  və  lazım  olan  avadanlıqları  yaratmışdır.  O,  kim-

yəvi elementlərin simvolunu təklif etməklə yanaşı, onların no-

menklaturasını  vermişdir.  Torpaq  kimyasında  böyük  marağa 

səbəb  olan  problemlərdən  biri  mineralların  tədqiq  olunma-

sıdır. Belə ki, ilk dəfə Bertselius «silikat» terminini işlədərək, 

silisiumlu  mineralların  tərkibində  metal  oksidləri  ilə  silisiu-

mun 1:1, 1:2 və 1:3 olan nisbətlərini tərtib etmişdir. 

Məhz bu imkan verdi ki, silikatları üç böyük qrupa ayır-

maq mümkün olsun. Bu bölgü indi də öz əhəmiyyətini itirmə-

mişdir. Bertseliusun işlərinin ikinci istiqaməti torpaqda humus 

turşularının öyrənilməsinə həsr olunmuşdur. O, təbii sulardan 

iki  növ  maddə  ayıraraq  birini  «kren»,  digərini  isə  «apokren» 

turşusu adlandırdı və oduncaqdan ayırdığı maddəyə isə humin 

turşusu  adını  verdi.  Bertselius  yazdığı  «Kimya»  dərsliyində 

humus  maddələrinin  kimyası  bölməsində  bitki  qalıqlarının 

çevrilməsi, humus turşularının ayrılması və bu turşuların kali-

um, natrium, ammonium, barium, kalsium, maqnezium, man-

qan, dəmir, qurğuşun, mis, civə və gümüşlə birləşmələri haq-

qında  dəyərli  məlumatlar  vermişdir.  Lakin  onu da  təəssüflə 



qeyd  edək  ki,  müasir  kimya  dərsliklərində  təbii  üzvi  bir-

ləşmələr,  yəni  humus  turşuları,  haqqında  şagirdlərə  və 

tələbələrə heç bir məlumat verilmir. 

Torpaq kimyasının inkişafının ikinci ən mühüm mərhə-

ləsi  torpağın  kation  mübadiləsi  qabiliyyətinin  öyrənilməsi ol-

du. İngilis fermeri Q.S.Tompson müəyyən etdi ki (NH

4

)

2



SO

4

 



əlavə edilmiş torpağı su ilə yuyanda süzülən məhlulda CaSO

4

 



duzu  olacaqdır.  Bu  təcrübənin  nəticələri  1850-ci  ildə  nəşr 

16


olundu.  Tompson  bu  məlumatı  Krallığın  kənd  təsərrüfatı  cə-

miyyətinin  kimyaçısı  C.T.Ueya  verdi.  Alim  yubanmadan 

1850-1852-ci  illərdə  tədqiqatlara  başladı  və  nəticələri  nəşr 

etdirdi. C.T.Uey aşağıda göstərilən nəticələrə gəldi. 

1.

 

Torpağa  əlavə  edilmiş  qüvvətli  turşuların  Na



+

,  K


+

NH



4

+

  düzları  torpaq  tərəfindən  udularaq  məhlulda  ekvivalent 



miqdarda kalsium duzları yaranır və reaksiya bu cür gedir: 

                                              

K+ 

(Torpaq)

Ca2+

         + 2KCl (Torpaq)

K+

   + CaCl



 

2.

 



Hidroksidlər və karbonatların tərkibində olan kation-

lar torpaq tərəfindən tam udulur, torpaqdan kalsium və başqa 

anionlar sıxışdırılıb çıxarılmır. 

3.

 



Qüvvətli  turşuların  kalsium  duzları  (nitratlar,  xlo-

ridlər və sulfatlar) torpaq tərəfindən udulmurlar. 

4.

 

Kationlar  torpağın  gil  hissəcikləri  tərəfindən  udulur, 



bu zaman qum və üzvi maddələrin heç bir rolu olmur. 

5.

 



Torpağın qızdırılması, yaxud hər hansı turşunun əla-

və  olunması  kationların  torpaq  tərəfindən  udulmasına  mane 

olur. 

6.

 



Udulma bir anda və çox tez baş verir. 

7.

 



Əlavə olunan duz məhsullarının qatılığı artdıqca tor-

paq tərəfindən udulmuş kationların miqdarı da yüksəlir. 

8.

 

Udulmuş kationların dönməsi baş vermir. 



9.

 

Torpaq fosfatları udmaq qabiliyyətinə malikdir. 



Əlbəttə, T.Ueyin gəldiyi nəticələrin hamısı təsdiq olun-

madı. Belə ki, üzvi maddələrin torpaqdan kalsium kationunun 

udulmasının  inkarı  tamamilə  səhv  idi.  Belə  mübadilə  reaksi-

yalarında hidrogen ionları iştirak edir ki, bu da karbonatların 

tamamilə  udulması  haqqında  təsəvvür  yaradır.  Buna  baxma-

yaraq Tompson və Ueyin apardıqları tədqiqat işləri indi də öz 

17


əhəmiyyətini  itirməmişdir  və  onların  torpağın  kimyasına  aid 

olan  tədqiqatları  elmin  müxtəlif  sahələrində  geniş  tətbiq  olu-

nur.  T.Ueyin  işlərinin  əhəmiyyəti  o  qədər  böyükdür  ki, 

Kentukki  ştatındakı  (ABŞ)  universitetin  professoru  Q.Tomas 

onu «Torpaq kimyasının atası» adlandırmışdır. 

Torpaqda ion mübadiləsi haqqında olan kəşf Ueyin mü-

asirləri  tərəfindən  tam  qiymətləndirilmədi.  Hətta  təcrübəli  və 

yüksək  erudisiyaya malik Y.Libix də bu təcrübələrin düzgün 

olduğuna inanmadı. İon mübadiləsinin yenidən öyrənilməsinə 

30 il tələb olundu. Belə ki, 1877-1888-ci illərdə van Bemme-

len  sübut  etdi  ki,  Ca

2+

  kationundan  başqa,  digər  kationlar 



torpaqdan duz məhlulları vasitəsilə sıxışdırılıb çıxarıla bilər. 

Yakob-Marten  van  Bemmelen  (1830-1911)  məşhur 

holland kimyaçısı olub, adsorbsiya təliminin əsasını qoyanlar-

dandır. O, təbii cisimlərin kimyası haqqında geniş tədqiqatlar 

apararaq, əsas obyekt kimi torpağı və suyu seçmişdir. Kolloid 

sistemin  əsas  xassələrinə  istinad  edərək,  Bemmelen  torpağın 

fiziki  vəziyyətindən  asılı  olan  udma  qabiliyyətinin  formalaş-

masına  xüsusi  əhəmiyyət  vermişdir.  Onun  fikrincə  torpaqda 

olan  amorf  kolloid  maddələri  dəyişən  tərkibli  olduğuna  görə 

stexiometrik  qanunlara  tabe  olmurlar.  Bu  cür  birləşmələri 

Bemmelen adsorbsiyalı birləşmələr adlandırmışdır. 

XIX  əsrin  əvvələrində  torpağın  əsası-turşu  xassələri 

haqqında  təsəvvürlər  inkişaf  etməyə  başladı.  1813-cü  ildə 

böyük  ingilis  alimi,  London  Kral  cəmiyyətinin  prezidenti 

Hemfri  Devinin  (1778-1829)  «Kənd  Təsərrüfatı  kimyasının 

əsasları» adlı kitabı işıq üzü gördü. Bu kitabda Devi əhəngin 

bərk  bitki  materiallarını  həll  etməklə,  bitkilərin  qidalanma 

şəraitinin  yaxşılaşdırılmasında  və  torpaq  strukturunun  yaran-

masında xüsusi rolu olduğunu qeyd edirdi. O, turşu ilə torpağa 

18


təsir etməklə kalsium karbonatın təyin edilməsini təklif edirdi. 

Amerika tədqiqatçısı E.Ruffin Amerika torpaqlarında bu üsul-

dan istifadə edərək belə nəticəyə gəlmişdir ki, əhəngləmə tor-

paq  turşuluğunu  neytrallaşdıra  bilər.  E.Ruffinin  «Əhəngli 

gübrələr haqqında etyüdlər» kitabında (1932) torpaq turşuluğu 

haqqında maraqlı məlumatlar vardır. 

Torpaq  kimyasının  inkişafının  üçüncü  istiqaməti  bitki-

lərin mineral qidalanma nəzəriyyəsidir ki, bu da Y.Libixin adı 

ilə bağlıdır. Yustas fon Libix (1803-1873) torpaq kimyasının  

nəzəri  və  təcrübi  inkişafında  çox  böyük  rolu  olmuşdur.  Libi-

xin  maraq  dairəsi  hərtərəfli  idi.  Belə  ki,  onu  gah  üzvi  kimya, 

gah   da qeyri-üzvi  kimya mütəxəssisi  kimi qələmə  verirdilər. 

Əslində  isə  onun  fiziologiya,  biokimya  və  aqrokimya  sahə-

sində olan fikirləri indi də öz əhəmiyyətini itirməmişdir. Belə 

ki, Libix kalium və fosfor tərkibli duzların qumsal torpaqlarda 

bitkilərə təsiri haqqında saysız-hesabsız təcrübələr aparmışdır. 

Onun 1940-cı ildə nəşr etdirdiyi «Üzvi kimyanın əkinçilik və 

fiziologiyaya  tətbiqi»  kitabında  göstərir  ki,  bitkilərin  inkişafı 

üçün nəinki karbon, oksigen, hidrogen, azot lazımdır, həmçi-

nin fosfor, kalium, kalsium, kükürd, maqnezium, dəmir, hətta 

silisium da vacibdir. Libix aqrokimyanın nəzəri problemlərini 

öyrənməklə kifayətlənmədi, natrium və kalium karbonatın əri-

dilməsi əsasında  süni  gübrələr  hazırladı.  Libixin çəkdiyi  zəh-

məti təkcə bitkilərin mineral qidalanmasına və gübrələrin tət-

biqinə aid etsək insafsızlıq olardı. Belə ki, onun işlərinin tor-

paq  kimyasının  inkişafına  böyük  təsiri  oldu.  Xüsusilə  ele-

mentlərin  bitki  orqanlarına  daxil  olması  bu  elementlərin  tor-

paqda hərəkət mexanizmi, «torpaq-torpaq məhlulu» sistemin-

də kimyəvi tarazlığın öyrənilməsində böyük rol oynadı. 

19


Rusiyada  torpaq  kimyasının  öyrənilməsi  barədə  tədqi-

qatlar  əsasən  XVII  əsrə  aiddir.  Burada  M.V.Lomonosovun 

(1711-1765)  xidmətlərini  xüsusi  olaraq  qeyd  etmək  lazımdır. 

Onun  elmi  ədəbiyyata  gətirdiyi  «qara  torpaq»  termini  nəinki 

torpaqların təyini edilməsində, həm də «çürüntü»nün sinonimi 

kimi  də  istifadə  edilir.  M.V.Lomonosov  çürüntünün  əmələ 

gəlməsini izah etmiş və onun torpaqda toplanma sxemini təs-

vir  etmişdir.  Torpaqda  üzvi  maddələrlə  yanaşı,  düzların  top-

lanması  və  münbitliyin  yaranmasında  rolunu  müəyyənləşdir-

mişdir. Onun ideya və planları əsasında 1755-ci ildə Moskva 

Dövlət  Universiteti  yaradıldı.  Heç  də  təsadüfi  deyildir  ki,  bu 

ali məktəb ocağında aqronomik-torpaq tədqiqatlarının başlan-

masını 1770-ci ildən hesablayırlar. Hansı ki, bu haqda müha-

zirəni professor M.İ.Afonin (1739-1810) deyirdi. Bu alim tor-

pağın kimyəvi xassələrinə xüsusi diqqət verirdi. O, humusun 

əmələ gəlmə mexanizmini «ot və bitki» qalıqlarına suyun, at-

mosfer havasının və torpaqda yaşayan canlı orqanizmlərin tə-

siri ilə baş verdiyini izah edirdi. «Qaratorpaq»ları təsnif edər-

kən onların yüksək turşuluğunu göstərir və yandırılmış torfun 

çox yaxşı gübrə kimi istifadə olunmasını məsləhət bilirdi. 

XIX  əsrin  əvvəllərində  Qərbi  Avropa  tədqiqatçıları  ilə 

demək  olar  ki  eyni  zamanda,  bitkilərin  humus  və  mineral 

maddələrlə qidalanması haqda aparılan təcrübələr torpaq kim-

yasını  daha  da  inkişaf  etdirdi.  Belə  ki,  1825-ci  ildə  Moskva 

Universitetinin professoru M.Q.Pavlovun (1793-1840) «Əkin-

çilik kimyası», 1837-ci ildə isə «Kənd təsərrüfatı kursu» adlı 

kitabları buna gözəl sübut idi. 

Torpaq  humusunun  kimyəvi  tərkibi  haqqında  ilk  dərin 

tədqiqatlar  həmin  universitetin  kimyaçısı  R.Germana  məx-

susdur. Hansı ki, öz sələfləri və müasirləri Bertselius və Mul-

20


derlə  müqayisədə  çox  irəli  getmişdir.  O,  torpağın  kimyəvi 

tədqiqatlarını  daha  da  təkmilləşdirdi.  Daha  doğrusu  əvvəlcə 

təklif  olunan  humus  maddələrinin  195

0

C-də  qurudulmasını 



(belə  temperaturda  humusun  strukturu  pozulurdu)  100

0

C-də 



aparmağı  məsləhət  gördü.  Alim  qaratorpaqların  humusunu 

xarakterizə  etmək  üçün  su  çöküntüsündən  və  natrium  karbo-

nat  məhlulundan  istifadə  etdi.  Bundan  başqa  o,  həll  olmayan 

torpaq  qalıqlarında  karbonun  miqdarını  təyin  etməyi  lazım 

bilirdi.  Məhz  bu  təyin  etmə  humusun  keyfiyyət  tərkibinin 

müasir üsulla öyrənilmə metoduna çox yaxın idi. R.Germanın 

tədqiqatlarının nəzəri nəticələrinə humus maddələrinin müxtə-

lif növlü olması və humuslaşmış üzvi maddələrin təsnifatında 

üç yeni sinifli birləşmələrin müəyyən edilməsi idi: 

a)

 



çürüntü məhsulları; 

b)

 



kömür əmələgəlmə prosesi məhsulları; 

c)

 



bitki qalıqlarında vulkanik kül məhsulları. 

Humusun  tərkibində  azotun  oynadığı  konstitusion  rol 

ideyası  da  məhz  A.Germana  məxsusdur.  Hansı  ki,  Mulder 

azotun humus maddələri tərkibində  yalnız ammonium forma-

sında olduğunu təkid edirdisə, German azotun oksigenlə birlə-

şib kovalent rabitə yaratdığını sanballı dəlillərlə sübut edirdi. 

O,  təcrübələrdə  izah  edirdi  ki,  uzun  müddət  əkilib-becərilən 

qaratorpaqlarda çürüntünün miqdarı xam torpaqla müqayisədə 

17-25% azalır. R.Cerman  humusdan əlavə bu torpaqlarda si-

lisiumun,  dəmir  oksidlərin,  əhəngin,  maqneziumun,  rütubətin 

və fosfor turşularının miqdarını da təyin etmişdi. 

Torpağın  mənşəyi  məsələsinin  həllində,  qanunauy-

ğunluqların  müqayisəsində,  coğrafi  yayılmalarında,  düzgün 

istifadə  olunmasında  genetik  torpaqşünaslığın  əsasını  qoyan 



V.V.Dokuçayev (1846-1903) onun kimyəvi xassələrindən ge-

21


niş istifadə etmişdir. Onun əsərlərində qaratorpaqlar, eləcə də 

digər torpaqların kimyəvi tərkibi haqqında ətraflı məlumatlara 

rast  gəlmək  olar.  O,  torpaqda  üzvi  maddələrin  miqdarından 

başqa K


2

O, Na


2

O, CaO, MgO, Mn

2

O

3



, Fe

2

O



3

, Al


2

O

3



, CO

2

, N, 



P

2

O



5

,  SO


3

  oksidləri  və  NaCl,  CaCO

3

  duzları  haqqında  qiy-



mətli  məlumatlar  vermişdir.  Bu  torpaq  analizləri  əsasən 

Petrov  əkinçilik  və  meşəçilik  akademiyasında,  həmçinin 

D.İ.Mendeleyevin rəhbərliyi altında Peterburq Universitetinin 

laboratoriyalarında aparılırdı. 



D.İ.Mendeleyevin  (1834-1907)  kənd  təsərrüfatı  prob-

lemlərinə  böyük  marağı  olduğunu  xüsusi  qeyd  etmək  lazım-

dır. Bu öz əksini onun kənd təsərrüfatı obyektlərində apardığı 

çox  saylı  və  müxtəlif  kimyəvi  analizlərində,  qoyduğu  tarla 

təcrübələrində  və  V.V.Dokuçayevin  Universitetdə  Torpaqşü-

naslıq kafedrasının yaradılması təşəbbüsünün qatı tərəfdarı ol-

masında göstərmişdi. Heç də təsadüfi deyildir ki, Dokuçayev 

öz əsərlərində həmişə Mendeleyevin işlərində olan nəticələrə 

istinad etmişdir. Torpaqda çoxlu sayda kimyəvi analizlər apa-

ran Mendeleyev belə nəticəyə gəlir ki, dəqiq təhlillərdən müx-

təlif təsadüflər gözləmək olur. 

 

 



XX əsrdə və XXI əsrin ilk onilliyində 

aparılan tədqiqatlar 

 

XX əsrin əvvəllərində torpaq kimyası istiqamətində çox 



iri həcmli işlər aparıldı. Bunlara torpaq turşuluğu problemini, 

torpağın  udma  qabiliyyəti  məsələlərini,  torpaq  məhlulu  haq-

qında  olan  tədqiqatları,  humifikasiya  prosesinin  kimyəvi  və 

biokimyəvi əsaslarını aid etmək olar. 

22


Torpaq  tərşuluğunun  təbiəti  haqqında  Amerika  alimi 

T.P.Veyts  (1904)  və  Yapon  alimi  Q.Daykuxara  (1914)  mü-

kəmməl  tədqiqat  işləri  aparıb  və  nəşr  etdirmişdilər.  Bu  alim-

lərin tədqiqatlarının nəticələri indi də müzakirə obyekti hesab 

edilir.  Məşhur  rus  alimi  V.A.Çernov  da  (1901-1960)  torpaq 

turşuluğu haqqında fundamental tədqiqatlar aparmışdır. Onun 

«Torpaq  turşuluğunun  təbiəti»  barədə  yazdığı  kitabında  çox 

məharətlə  apardığı  kimyəvi  analizlərlə  sübut  etmişdir ki,  turş 

torpaqların  əksəriyyətində  mübadiləvi  Al

3+

  üstünlük  təşkil 



edir,  mübadiləvi  H

+

  isə  yüksəkhumuslu  və  torflu  torpaqlar 



üçün xarakterikdir. 

V.A.Çernovun  tədqiqatlarının  ikinci  mühüm  istiqaməti 

torpaqda  olan  duzların  diffuziya  prosesi  ilə  əlaqəli  hərəkəti 

hesab edilir. Onun işləri ilə sübut olunmuşdur ki, FİK qanunu-

nu  birbaşa  torpaqda  ionların  diffuziya  prosesinə  tətbiq  etmək 

mümkündür.  Bunu  torpaqda  Cl

-

  və  NO


3

-

  anionlarının  timsa-



lında daha yaxşı başa düşmək olur. 

Torpağın  udma  qabiliyyətinə  Aleksey  Nikolayeviç  Sa-



banin  də  (1847-1920)  çox  maraqlı  tədqiqatlar  həsr  etmişdir. 

Onun maraq dairəsi çox geniş idi. Belə ki, torpağın istilik xas-

sələrinin kimyəvi tərkibinə təsiri haqda və humin turşularının 

öyrənilməsində  alimin  xidmətləri  misilsizdir.  Onun  torpağın 

qranulometrik tərkibinin və humusun təyini haqda olan modi-

fikasiyaları indi də istifadə olunur. 

Böyük  torpaqşünas,  aqrokimyaçı,  fiziko-kimyaçı  alim 

olan Konstantin Kaetanoviç Hedroyts (1872-1932) torpağın 

kimyəvi  analiz  üsullarını  və  ümumiyyətlə  torpaq  kimyasının 

fundamental əsaslarını yaratdı. O, 1897-ci ildə Peterburq Me-

şəçilik  İnstitutunu,  1903-cü  ildə  isə  Peterburq  Universitetini 

vaxtından əvvəl bitirmiş və hərtərəfli təhsil almışdır. Onun ilk 

23


tədqiqatı  torpaq  məhlulunun  qatılığı  və  temperaturuna  həsr 

olunmuşdu.  Hedroyts  torpağın  kimyəvi  xassələrini  idarə  et-

məklə,  onun  münbitliyini  yüksəltmək  və  kənd  təsərrüfatı 

bitkilərinin keyfiyyətini, məhsuldarlığını artırmağa cəhd edir-

di.  K.K.Hedroyts  1908-ci  ildən  başlayaraq  torpaqşünaslıqda 

kolloidlər  kimyasının  məsələlərinə  dair  silsilə  əsərləri  nəşr 

etdirdi. 1922-ci ildə isə «Torpağın udma qabiliyyəti haqqında 

təlim»  kitabını  nəşr  etdirməklə  bütün  dünya  elminə  öz  töh-

vəsini verdi. O, bu əsərində torpağın udma qabiliyyətinin mü-

kəmməl təsnifatını verdi və təcrübələri ilə udulmanın mühüm 

qanunauyğunluqların  çoxu torpaq  kimyasında  əsas  qanunlara 

çevrildi. Məsələn, 1911-ci ildə onun nəşr olunmuş bir məqa-

ləsində  belə  maraqlı  problem  müzakirəyə  verilmişdi:  «Fos-

foritlər hansı torpaqda yaxşı təsir göstərir? Əsaslarla doymuş, 

yaxud  doymamış  torpaqlarda?»  Məhz  bu  problemin  həllini 

torpağın  verdiyi  iqtisadi  səmərəliliklə  əlaqələndirirdi.  Hansı 

ki,  biz  indi  anlayırıq,  əsaslarla  doymamış  torpaqlar  potensial 

turşuluğa malikdirlər.  Hedroytsin işlərinin analizi göstərir ki, 

təcrübə  ilə  sıx  əlaqə  nəzəri  problemlərin  həllini  sürətləndirir 

və təbiətdə yeni qanunauyğunluqların kəşfinə səbəb olur. 

Torpağın  gübrələrə  tələbatı  problemlərinin  həllində, 

müxtəlif qida elementlərinin bitkilərə daxil olması və kimyəvi 

meliorasiya  haqqında  Hedroytsin  misilsiz  xidmətləri  olmuş-

dur.  O,  1925-ci  ildə  torpaq  təsnifatının  prinsiplərini  udulmuş 

kationların tərkibinə və torpağın uducu kompleksinin xüsusiy-

yətlərinə  görə  əsaslandıra  bildi.  Şoranların  genezisinin  fiziki-

kimyəvi  hipotezini  işlədi.  Mübadiləvi  kationların  bitkilərə 

təsirini öyrənərək, nəinki ənənəvi makroelementləri – Ca, Mg, 

Na, K, H, Al, həm də mikroelementlərə və ağır  metallara aid 

olan – Pb, Cu, Cd, Ba, Sr, Co, Ni, Mn, Fe təsir mexanizmini 

24


araşdırdı.  Bu  işləri  ilə  Hedroyts  torpaqda  mikroelementlərin 

və  ağır  metalların  normalaşdırma  metodologiyasının  əsasını 

qoydu,  hansı  ki,  bu  XX  əsrin  50-70-ci  illərində  torpaq  kim-

yasında  böyük  problem  hesab  edilirdi.  1923-cü  ildə  işıq  üzü 

görən  «Torpaqların  kimyəvi  analizi»  kitabı  torpaq  və  aqro-

kimyəvi laboratoriyaların stolüstü kitabına çevrildi. Baxmaya-

raq ki, indi müasir, təkmilləşmiş analiz avadanlıqları və üsul-

ları  mövcuddur,  yenə  də  Hedroytsın  bu  kitabı  torpaqşünas-

ların daima istifadəsindədir. 

XX  əsrin  ilkin  onilliklərində  isveçrə  alimi  Q.Viqner 

(1883-1935) və isveç alimi S.E.Matson (1886-1945) torpağın 

kolloid  kimyasına  və  ion  mübadiləsinə  aid  nəzəriyyələrin 

inkişaf etdirilməsində böyük xidmətləri olmuşdur. 1912-ci il-

də  Viqner  torpaqda  ion  mübadiləsinə  aid  ilk  məqaləsini  nəşr 

etdirir və bundan sonra özünün bütün ömrünü torpaqda kollo-

id  sistemin  xassələrini  və  kationların  mübadiləsi  qanunauy-

ğunluqlarnın öyrənilməsinə həsr etmişdir. O, ionmübadiləsin-

də  ekstramitsel  və  intramitsel  ideyalarını  inkişaf  etdirərək, 

suspenziya  effektini  (Viqner  effekti)  tədqiq  etmiş,  torpaq 

kolloidlərinin pıxtalaşma prosesinin riyazi analizini vermişdir. 

S.E.Matsonun  işlərinin  əsasını  torpaqların  kolloid  siste-

mində asidoidlər, bazoidlər və amfolitoidlərin rolu təşkil edir. 

Matson  hesab  edirdi  ki,  bu  çür  yanaşma  «iki  tip  aşınmanın 

podzol  və  laterit  tipli  torpaqların  yaranması  ilə  nəticələnir». 

Viqner və Matsonun bu cür baxışları torpaq kimyasının xüsusi 

bölməsi sayılan kolloidlər və kationların mübadiləsi problemi-

nin həllində böyük rol oynadı. 


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin