Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin 23 may 2012-ci il tarixli



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə4/7
tarix31.01.2017
ölçüsü2,21 Mb.
#6887
1   2   3   4   5   6   7

Əli oğlu Salayev (1909-2002). Tədqiqat sahəsi əsasən torpaq-

ların genezisi, coğrafiyası və xəritəçiliyinə aid olsa da torpaq 

kimyasının  inkişafında  xidmətləri  olmuşdur.  Belə  ki,  yüksək 

dağ zonasında ilkin torpaq əmələgəlmə prosesi və bu prosesin 

torpaqəmələgəlmə  məhsullarının  miqrasiyası,  humus  əmələ-

gəlmə şəraiti, meşə və çay subasarlarında torpaqların genezisi, 

sistematikası və nomenklaturası coğrafi və stasionar tədqiqat-

lar  nəticəsində  öyrənilərkən  həmişə  bu  proseslərin  torpaq 

kimyası ilə bağlılığı diqqət mərkəzində olmuşdur. 

Volobuyev  Vladimir  Rodionoviç  (1909-1987).  Tor-

paqların meliorasiyası laboratoriyasına uzun müddət rəhbərlik 

38


etmişdir.  O,  SSRİ  EA-nın  müxbir  üzvü,  AMEA-nın  həqiqi 

üzvü olmuşdur. 

V.R.Volobuyevin  elmi-tədqiqat  işlərində  əsas  diqqət 

respublikanın  ərazisində  yayılmış  torpaqların  şorlaşma  dərə-

cəsinin,  şorlaşmanın  genezisi  və  formalarının  öyrənilməsinə, 

meliorativ rayonlaşdırmanın əsas prinsiplərinin müəyyən edil-

məsinə,  şorlaşmış  torpaqların  meliorasiya  üsullarının  işlənib 

hazırlanmasına yönəlmişdir.  

Kür-Araz  düzənliyi  torpaqlarında  duzların  miqrasiyası 

və  onların  genezisini

 

təhlil  edərək  V.R.  Volabuyev  şorlaşmış 



torpaqların genetik təsnifatını vermişdir. Bu da şorlaşmış tor-

paqların genesizinə uyğun rayonlaşdırılmanı və meliorativ tət-

birlərin  işlənib  hazırlanmasını  mümkün  etmşdir.  Bu  məsələ-

lərin geniş izahını o, 1965-ci ildə nəşr etdirdiyi “Kür-Araz dü-

zənliyi torpaqlarının şorlaşmasının genetik formaları” kitabın-

da vermişdir. Onun rəhbərlik etdiyi laborotoriyanın əməkdaş-

ları  35  il  ərzində  Kür-Araz  düzənliyinin  müxtəlif  bölgələ-

rində, su-fiziki xüsusiyətləri biri digərindən fərqlənən təcrübə 

sahələrinin  torpaqlarında  su-duz  balansını  öyrənmişlər  (Əzi-

zov, İsmayılov, Mustafayev və s.)  



Abduyev  Muxtar  Rzaqulu  oğlu  (1926-1979).  Azər-

baycanın  dağətəyi  bölgəsinin  delyuvial  torpaqlarında  tarla 

tədqiqatları  və  laboratoriya  eksperimentləri  ilə  şorlaşma  pro-

sesini on illərlə öyrənən novator Muxtar müəllim olmuşdur. O 

zaman  bu  tip  torpaqlarda  kənd  təsərrüfatı  bitkilərinin  be-

cərilməsi  haqda  heç  bir  əkinçinin  məlumatı  yox  idi  və  me-

liorasiya  işlərinin  aparılması  üçün  metodika  mövcud  deyildi. 

M.R.  Abduyev  bu  tip  torpaqların  genezisini,  fiziki-kimyəvi 

xassəllərini,  duzların  daxil  olma  mənbələrini,  duzların  miq-

rasiya  amillərini,  su  və  duz  rerejimlərini  və  s.  uzun  müddət 

39


öyrənərək çox möhtəşəm bir meliorasiya metodikası hazırladı. 

Bütün bunlar onun respublikada üç dəfə təkrar nəşr olunmuş 

“Torpaqların  delyuvial  formalı  şorlaşması  və  meliorasiya 

məsələləri” monqrafiyasında öz əksini tapmıştır. 



Əliyev  Spartak  Əli  oğlu  (1930-2008).  Tədqiqat  işləri-

nin əsasını torpaqda humuslaşma və humus turşularının əmələ 

gəlmə  mexanizminə  həsr  etmiştir.  Onun  humus  turşularının 

element tərkibi, bu turşularda H:C və O:C nisbətləri haqqında 

original fikirlərini bu sahə ilə məşğul olan bütün dünya alim-

ləri  qəbul  etmişlər.  Humus  maddələrinin  oksidləşmə  dərəcə-

sini  və  müxtəlif  qrup  humus  turşularının  yanma  istiliyini  so-

vetlər  imperiyasında  heç  bir  alim  C.Ə.Əliyev  kimi  dəqiq  he-

sablaya  bilməmişdir.  Indi  də  dünya  torpaqşünaslıq  elmində 

Əliyev düsturu kimi işlənən formula haqqında qarşıdakı fəsil-

lərdə bəhs edəcəyik. 

O, bundan başqa humus turşularının struktur fraqment-

ləri, humus turşularının hidrolizi, humus turşularının oksidləş-

məsindən sonra alınan  məhsullar, humus turşularının struktur 

fraqmentlərinin  balansı  və  s.  haqqında  apardığı  tədqiqatlarla 

Torpaq kimyası elminə tövhəsini vermişdir. 

Azərbaycan  Mlli  Elmlər  Akademiyasının  Torpaqşünas-

lıq və Aqrokimya institutu Respublikanın torpaq ehtiyatlarını 

öyrənən Elmi Mərkəzdir. Direktor, akademik M.R. Babayevin 

rəhbərliyi  altında  bu  institutda  torpaqşünaslıq  və  aqrokim-

yanın  problemləri  üzrə  bir  çox  elmi-tədqiqat  işləri  aparılır. 

Həmin  problemlərdən  biri  –  “Torpaqların  mineraloji  tərkibi-

nin,  bioloji  fəallığının,  humusluluq  vəziyyətinin  tədqiqi  və 

münbitliyin bərpasının ekoloji və aqrokimyəvi əsasları” məhz 

Torpaq kimyasının inkişafına həsr edilmişdi.  

40


Bu müqəddəs amalın başa çatdırılmasında yuxarıda adı 

gedən  alimlərimizdən  sonra  indi  M.R.Babayev,  Q.Ş.Məm-

mədov, A.P.Gərayzadə, H.C.Mehdiyev, P.Ə.Səmədov, A.İ.İs-

mayılov,  V.A.Əhmədov,  Z.R.Mövsümov,  P.B.Zamanov, 

Ə.B.Axundova və başqaları əllərindən gələni əsirgəmirlər.  

1920-ci ildə Azərbaycan Politexnik İnstitutunda yaradıl-

mış  kənd  təsərrüfatı  fakültəsinin  tərkibində  ilk  olaraq  «Tor-

paqşünaslıq»  kafedrası  təşkil  olundu.  AKTİ  yaradıldıqdan 

sonra  (indiki  ADAU)  kafedra  müxtəlif  dövrlərdə  «Torpaqşü-

naslıq və geologiya», «Torpaqşünaslıq və meliorasiya», «Tor-

paqşünaslıq və yerquruluşu», «Torpaqşünaslıq və aqrokimya» 

adlanmışdır.  Hal-hazırda  isə  «Torpaqşünaslıq,  aqrokimya  və 

ekoloji kənd təsərrüfatı» kafedrası kimi fəaliyyət göstərir.  Bu 

kafedra  və  onun  əməkdaşlarının  Torpaq  kimyasının  bir  elm 

kimi  formalaşmasında,  təbliğində,  tədrisində  və  inkişafında 

böyük xidmətləri olmuşdur. 

Kafedranın ilk rəhbəri torpaqşünaslıq elminin banilərin-

dən olan V.V.Dokuçayevin şagirdi və silahdaşı prof. V.Smir-

nov-Loqinov  olmuşdur.  O,  1920-ci  ildən  1933-cü  ilə  qədər 

kafedrada  və  Azərbaycanda  aparılan  torpaq  tədqiqatlarına 

rəhbərlik  etmişdir.  1933-1937-ci  illərdə  kafedraya  prof. 

V.V.Akimtsev,1937-1939-cu  illərdə  isə  prof.  Q.İ.Kolotov 

rəhbərlik etmişdir. 

Sonrakı dövrlərdə kafedraya M.T.Əsgərbəyli, Ə.B.Şəfi-

bəyov, B.M.Ağayev, M.A.Ağamirov rəhbərlik etmişlər. 1973-

2007-ci  illərdə  kafedranın  müdiri  akademik  M.İ.Cəfərov  və 

prof.  A.H.Babayev  olmuşlar.  Hal-hazırda  kafedraya  prof. 

A.H.Babayev rəhbərlik edir. 

Azərbaycanda ilk torpaq tədqiqatlarına faktiki olaraq bu 

kafedranın  müdiri  prof.  V.Smirnov-Loqinovun  rəhbərliyi  ilə 

41


başlanmışdır.  1920-1924-ci  illərdə  Abşeron  yarımadası  və 

Kiçik Qafqazın cənub-şərq ətəkləri, 1925-1935-ci illərdə Qo-

bustan  və  Xızı  rayonlarının  torpaqları,  Muğan  düzünün  və 

Lənkəranın  torpaqları  tədqiq  olunaraq,  bu  görkəmli  alimin 

rəhbərliyi  ilə  Azərbaycanın  ilk  torpaq  xəritəsi  (1930)  tərtib 

olunmuşdur. 

1940-cı ildə prof. D.V.İvanovun uzun illər rəhbərlik et-

diyi  Aqrokimya  kafedrası  Torpaqşünaslıq  kafedrası  ilə  bir-

ləşdirilmiş  və  həmin  ildən  1960-cı  ilə  qədər  kafedranın  rəh-

bəri  dosent  Şəfibəyov  Əsəd  Balabəy  oğlu  (1909-1960)  ol-

muşdur.  O,  torpaq  kimyası  sahəsində  SSRİ  miqyasında  çox 

güclü  tədqiqatçı  kimi  tanınmışdır  və  onun  torpağın  kimyəvi 

analiz üsullarına dair işlədiyi yeni metodlar bu gün də müasir 

torpaqşünaslıqda qəbul olunur. 

Məlum  olduğu  kimi  gübrələrdən  səmərəli  surətdə  isti-

fadə  etmək  üçün  müxtəlif  torpaqların  aqrokimyəvi,  kimyəvi 

və  aqrofiziki  xassələri,  eləcə  də  kənd  təsərrüfatı  bitkilərinin 

kimyəvi  tərkibi,  bitkilərin  bu  və  ya  digər  qida  maddələrinə 

olan tələbatı təhlil edilərək öyrənilməlidir. Məhz bu problem-

lər Əsəd müəllimin tədqiqat obyekti olmuşdur. Onun 1964-cü 

ildə  nəşr  etdirdiyi  «Torpaq  və  bitkilərin  aqrokimyəvi  analiz 

üsulları» kitabında bu məsələlərin şərhi çox səlis formada ve-

rilmişdir.  Kitab  üç  hissədən  ibarətdir:  birinci  hissəsi  torpağın 

analizə  hazırlanması  və  onun  kimyəvi  analizi  məsələlərinə, 

ikinci  hissəsi  torpağın  fiziki  xassələrinin  təyin  edilməsinə, 

üçüncü  hissəsi  isə  bitki  materiallarının  kimyəvi  analizi 

üsullarına həsr olunmuşdur. Kitabın sonunda əlavələr şəklində 

laboratoriya şəraitində işlədilən müxtəlif məhlulların hazırlan-

ması,  analizlərin hesablanması  üçün köçürmə  əmsallarına aid 

cədvəllər verilmişdir. Kitab indi də mütəxəssislər, tələbələr və 

42


tədqiqatçılar üçün faydalı vəsaitdir. Əsəd müəllimin tələbələri 

həmişə onu çox ehtiramla xatırlayır və «Torpaq kimyası» fən-

nini gözəl tədris edən, tələbələrə sevdirməyi bacaran müəllim 

olduğunu deyirlər. 

Sonrakı  dövrlərdə  torpaq  kimyasının  inkişafında  kafed-

ranın  əməkdaşlarından  prof.  H.R.Xəlilov,  akad.  M.İ.Cəfərov, 

prof.  T.Ə.Əliyev,  prof.  B.İ.Bayramov,  prof.  A.H.Babayev, 

prof.  F.H.Axundov,  dos.  İ.T.Rzayev,  dos.  R.Y.Məmmədov, 

dos.  C.H.Cəlilov,  dos.  Z.İ.Məhərrəmov,  dos.  Ə.S.Pənahi,  dos. 

Z.İ.Süleymanov,  prof.  Y.Ə.Cəfərov,  dos.  O.A.Seyidzadə,  dos. 

E.X.Mehdiyeva,  dos.  M.S.Hüseynov,  dos.  Z.H.Abdullayeva, 

dos.  A.N.Zeynalova  və  başqalarının  böyük  xidmətləri  olmuş-

dur. 

 

43



 

II FƏSĠL 

 

TORPAĞIN ELEMENT VƏ FAZA TƏRKĠBĠ 

 

Torpaqda  baş  verən  bütün  proseslər  mürəkkəb  olmaqla 



kompleks  xarakter  daşıyır  və  bu  onun  təbii-tarixi  cisim  ol-

masını  bir  daha  sübut  edir.  Kimyəvi  xüsusiyyətlərinə  görə 

torpaqda baş verən prosesləri bu cür adlandırmaq olar: 

1.  PolikimyalaĢma.  Torpaqda  çox  böyük  miqdarda 

kimyəvi  elementlər  və  maddələr  mövcuddur.  Qanunauyğun 

olaraq  hər  bir  elementin  bir  neçə  birləşmələri  olur  ki,  bunlar 

da torpaqda həm kristal, həm də amorf formasında olurlar. 



2.  Heterogenlik  və  polidisperslilik.  Torpaq  çox  fazalı 

sistem olmaqla üzvi və mineral komponentlərin inkişaf etmiş, 

müxtəlif  cinsli  üst  qatında  sorbsiya  və  desorbsiya  (xemo-

sorbsiya daxil olmaqla) prosesləri baş verir. 



3.  Üzvi-minerallı  qarĢılıqlı  təsir  –  spesifik  torpaq  xü-

susiyyətləri  olmaqla  torpaqəmələgəlmə  prosesinin  əlamətidir. 

Belə ki, torpaqda ancaq sadə və kompleks duzlar formalaşmır, 

həm  də  mineral  və  üzvi  maddələrdən  ibarət  olan  mürəkkəb 

adsorbsiyalı komplekslər (simplekslər) yaranır. 

4.  Torpaq  proseslərinin  dinamikliyi.  Təbii  torpaq 

üçün bir günlük (sutkalıq), mövsümü, illik və əsrlik dinamika 

xarakterikdir. 

Torpaqda  bu  dəyişiklik  daima  baş  verir.  Klassik  kim-

yəvi  birləşmələr  transformasiyaya  məruz  qalır  və  torpaq  bu-

ferlik qabiliyyəti qazanır. 

44


 

 

5. Əhatəli müxtəlifcinslilik – torpağın ayrılmaz xassəsi 

olub,  torpaqəmələgətirən  amillərin  əhatəli  müxtəlifcinslilik-

dən  asılılığı  şərtləndirilir  (ilkin  müxtəlifcinslilik).  Torpaqə-

mələgəlmə  prosesinin  inkişafı  ilə  əlaqədar  olaraq  daha  da 

genişlənə bilər (təkrar müxtəlifcinslilik). 



6.  Qeyri-bərabər  vəziyyət  və  termodinamik  bərpa 

olunmayan  proseslər.  Torpaq  açıq  termodinamik  sistemdir, 

hansı ki, buradan fasiləsiz olaraq maddələr və enerji axır. Bu 

isə  torpaqda  bərabər  vəziyyətin  yaranmasına  imkan  vermir. 

Nəticədə  torpaq-kimyəvi  proseslərin  özünəməxsus  kinetikası 

güclənir  və  sürətli  reaksiyalar  baş  verir.  Torpaqda  baş  verən 

prosesləri anlamaq üçün onun kimyəvi tərkibini, torpaqəmələ-

gətirən  amillərin  dəyişilməsini  və  bunların  torpaq  örtüyünün 

əmələgəlməsində istifadəsini bilmək lazımdır. 

Torpağın  kimyəvi  tərkibi  iki  göstərici  ilə  xarakterizə 

olunur: 1) element tərkibi, 2 ) faza (maddələr) tərkibi. 

 

TORPAĞIN ELEMENT TƏRKĠBĠ 

 

Torpağın əsas kimyəvi xassələrindən biri onun element 



tərkibi hesab edilir. Məhz bu xassə üzərində onun genezisi və 

münbitliyi  formalaşır.  Torpağın  element  tərkibini  bilmədən 

dərin  kimyəvi  tədqiqatların  aparılması  qeyri-mümkündür. 

Torpaq  kütləsində  kimyəvi  elementlərin  toplanmasına  və  kə-

miyyət nisbətinə torpağın element tərkibi deyilir. «Element 

tərkibi»nin sinonimi kimi bəzən «torpağın xam tərkibi» termi-

ni işlədilir. Lakin bu cür adlanma söhbətin hansı tərkib (kim-

yəvi,  mexaniki)  haqqında  getməsini  aydınlaşdırmır.  «Xam» 

sözü əslində «ümumi» anlayışı bildirir və torpaqda olan bütün 

komponentlərin miqdarını göstərir. Ona görə də «xam tərkib» 

45


 

 

deyəndə  torpaqda  olan  elementlərin  birləşmə  formalarından 



asılı olmayaraq ümumi elementlərin miqdarı başa düşülür. 

Torpaq  kimyasında  və  ümumiyyətlə  torpaqşünaslıqda 

element  tərkib  deyəndə  –  torpağın  genezisi,  münbitliyi  və 

kimyəvi tərkibinin vəziyyəti anlaşılmalıdır. 

Bunu əsasən  torpağın  potensial münbitliyini qiymətlən-

dirəndə  istifadə  edir  və  buna  əsaslanaraq  torpağın  kimyəvi 

tərkibini analiz etmək üçün üsullar seçilir.  

Bu istiqamətləri aydınlaşdıraq. 



1.  Element  tərkibi  torpaqəmələgəlmə  proseslərinin  çox 

mühüm nəticələrini əks etdirir. Element tərkibinə görə torpa-

ğın genetik horizontları bir-biri ilə fərqlənir. Məsələn, çürün-

tülü akkumulyativ horizont yüksək miqdarda C, P və N olma-

sı ilə; ilyuvial horizontlar Fe, Al və bir sıra elementlərin top-

lanması ilə; elyuvial horizontlar isə silisiumun miqdarının art-

ması, digər elementlərin azalması ilə müşayiət olunur. Başqa 

sözlə genetik horizontları təyin etmək üçün torpağın element 

tərkibi diaqnostik əlamət kimi qəbul edilir. 

Genetik  horizontların  element  tərkibinin  məcmusu  bir 

torpaq  profilində  torpaqəmələgəlmə  proseslərinin  hansı  isti-

qamətdə  inkişafına  xidmət  edir.  Şəkil  1-də  Lənkaran  rayonu 

ərazisində yayılmış sarı-podzol torpaqlarda və Gədəbəy rayo-

nunda  olan  dağ  qaratorpaqlarında  profil  boyu  karbonun  üzvi 

birləşmələrinin (C

üzvü


) və dəmirin (Fe) faizlə miqdarı göstəril-

mişdir. 


 

 

 



46

 

 

C



üzvi

, %  

 

 

 

Fe, % 

ġəkil 1. Torpaq profilində humusun və dəmirin yayılması: 

1 – sarı-podzol torpaqlar, 2 – dağ qaratorpaqları 

 

Şəkildən  göründüyü  kimi  dağ  qaratorpaqlarında  profil 



boyu dərinə getdikcə humusun miqdarı azalmış, dəmirin miq-

darı isə bərabər paylanmışdır. Buradan aydın olur ki, dağ qa-

ratorpaqlarında  profil  boyu  dəmir  elementinin  yayılmasında 

ciddi dəyişiklik baş vermir. Başlıca proseslərdən biri odur ki, 

profildə  humusun  toplanmasında  proqressiv  əlamətlər  özünü 

göstərir. 

Lakin  sarı-podzol  torpaqlarda  tamamilə  başqa  prosesin 

getdiyinin  şahidi  oluruq.  Belə  ki,  humusun  profil  boyu  top-

lanması  yalnız  üst  qatda  gedir  və  hissə-hissə  ilyuvial  hori-

zonta  üzvi  maddə  formsında  aparılır.  Dəmirin  yayılmsı  elyu-

vial  horizontda  toplanır.  Dəmirin  maksimal  miqdarda  top-

D

ər



in

li

k



sm

 



47

 

 

lanması  çürüntülü-akkumulyativ  horizontda  gedir.  Çox 



ehtimal  ki,  bu  elementlərin  maksimum  bioloji  toplanması  ilə 

bağlıdır. Hətta torpağın element tərkibi haqqında olan bu kiçik 

məlumatlar  imkan  verir  ki,  profilin  formalaşmasında  bəzi 

mühüm proseslər haqqında ideyalar irəli surək. Element tərki-

binin  tam  analizindən  sonra  burada  gedən  proseslərin  başlıca 

istiqamətini,  yəni  torpaqəmələgəlmənin  nəticələrini  təyin 

etmək olar. 

Lakin,  təkcə  element  tərkibinə  görə  torpaqda  gedən 

reaksiyaların  mexanizmi  haqqında  mühakimə  yürütmək  ol-

maz.  Belə  ki,  transformasiya  ilə  bağlı  prosesləri,  yeni  mad-

dələrin  əmələ  gəlməsini  geniş  şəkildə  fərqləndirilən  torpaq 

kütləsi ilə izah etmək lazımdır. 



2.  Torpağın  element  tərkibi  onun  potensial  münbitliyi 

haqqında təsəvvürlər yaradır. Karbonun və azotun üzvi birləş-

mələrinin yüksək miqdarda olması torpağın münbitlik əlamət-

ləridir.  Xlor  ionlarının  hədsiz  toplanması  isə  bitkilər  üçün 

əlverişli xasə sayılmır. Əlbəttə, torpaqda olan elementlərin ha-

mısı  bitkilər  üçün  mənimsənilə  bilən  şəkildə  olmur.  Alümo-

silikatların  kristallik  qəfəsinə  daxil  olan  elementlər  ya  çətin 

həll  olan  birləşmələrin,  yaxud  hidroliz  olunmayan  humus 

maddələri  komponentinin  tərkibində  olur.  Bunların  bitki 

tərəfindən mənimsənilməsi hissə-hissə ilkin strukturun dağıdı-

laraq,  asan  həll  olan  formalara  keçməsi  ilə  baş  verir.  Bu 

elementlərin  ümumi  miqdarı  yaxud  ehtiyat  formaları  göstərir 

ki, belə torpaqlar öz potensialı hesabına bitkiləri uzun müddət 

qida maddələri ilə təmin edə bilər. 

Dağ qaratorpaqlarının azot, fosfor və kaliumla potensial 

təminatının  vəziyyəti  1 saylı  cədvəldə  təsvir  edilmişdir.  Cəd-

vəldən göründüyü kimi bu torpaqların 0-20 sm qatında azotun 

48


 

 

miqdarı  5-10  t/ha  çatır  ki,  bu  da  25-30  s/ha  payızlıq  buğda 



məhsulu  almaq  üçün  60-100  il  kifayət  edər.  Fosforun  və 

kaliumun  miqdarı  isə  azotla  müqayisədə  daha  çox  illərə  bəs 

edər.  Apardığımız  hesablamalar  əsas  verir  ki,  ehtiyat  qida 

maddələrindən  istifadəsinə  görə  torpaqların  bəzi  potensial 

imkanlarını  qiymətləndirə  bilək.  Torpaqda  olan  ehtiyat  qida 

maddələrini  tamamilə  səfərbər  etmək  qeyri-mümkündür.  Elə 

apardığımız  bu  hesablama  da  göstərir  ki,  on  illər  ərzində 

torpaqda  qida  elementləri  tükənə  bilər.  Belə  ki,  elementlərin 

tam  səfərbər  olunması  torpağın  deqradasiyası,  dağılması  və 

qeyri-münbit  oksidlər  qarışığına  çevrilməsi  ilə  nəticələnə 

bilər. Beləliklə, torpağın element tərkibi haqqındakı məlumat-

lar göstərir ki, əkin qatında bütün qida elementlərinin defisit-

siz balansını təmin etmək vacibdir. 

Cədvəl 1 

Dağ qaratorpaqlarının N, P və K-la potensial təminatı  

(30 s/ha buğda məhsulu timsalında) 

 

Elementlər 



Ehtiyat, 

t/ha 

Hər il 

aparılma, kq 

Potensial 

təminat, il 

0-20 sm qatında 

5-10 



105 

60-105 


1,5-4,5 


18 

85-250 


40-65 


75 

530-870 


0-50 sm qatında 

12-18 



105 

115-170 


3,5-10,5 

18 

195-580 


90-150 


75 

1200-2000 

 

49


 

 

3. Element tərkibi – torpağın kimyəvi və fiziki-kimyəvi 

analiz  üsullarının  seçilməsində  ən  mühüm  amillərdən  biridir. 

İstənilən torpaqda böyük miqdarda elementlər mövcuddur və 

10%-dən  başlayaraq  10

-9

  –  10



-10

%-dək  tərəddüd  edir.  Ele-

mentlərin  çoxu  kimyəvi  analiz  zamanı  qarşılıqlı  təsirə  malik 

olurlar. Belə ki, təyin olunan elementlərin nisbəti bəzən uğur-

suz  sonluqla  nəticələnir.  Ona  görə  də  torpaqların  kimyəvi 

analizində  ən  mükəmməl  üsullardan  geniş  istifadə  edilir  və 

təyin  olunan  elementlərə  mane  olanları  ayırmaq  üçün  mütə-

rəqqi metodlar tətbiq edilir. 

Torpağın element tərkibi və onun qranulometrik fraksi-

yaları torpaq minerallarının, xüsusilə zərifdispersli fraksiyala-

rın  müəyyən  edilməsində  diaqnostik  əlamət  kimi  istifadə 

edilir. 


 

TORPAĞIN ELEMENT TƏRKĠBĠNĠN 

XÜSUSĠYYƏTLƏRĠ 

 

Yulius  Lotar  Meyer  və  D.İ.Mendeleyevin  dövrü  sis-



temlərinin (1864-1869) demək olar ki, bütün təbii elementləri 

torpaqda vardır. Torpaqda həmin elementlərin 95 %-ni məlum 

26  element  təşkil  edir.  Torpaq,  elementlərin  kəmiyyətcə 

toplanmasına görə bütün canlı orqanizmlərdən, minerallardan 

və  dağ  süxurlarından  fərqlənir.  Bildiyimiz  kimi  canlı  orqa-

nizmlər  əsasən  orqanogen  elementlərdən  –  C,  H,  N,  O,  P,  S 

təşkil olunmuşdur. Müqayisəcə az miqdarda isə mineral kom-

ponentlər  adlanan  maddələr  də  bu  tərkibə  aiddir.  Lakin  elə 

minerallar var ki, 2,5-7, 9-11 elementdən (sadə silikatlar) iba-

rətdir.  Duz  mineralları  2-5  elementdən  ibarətdir.  Torpağın 

tərkibinə daxil olan bütün kimyəvi  elementlər mütləq və mü-

50


 

 

hüm  rola  malikdirlər.  Torpağın  birinci  fərqləndirici  xüsusiy-



yəti  onun  böyük  elementlər  toplumundan  ibarət  olmasıdır. 

İkinci xüsusiyyəti isə yüksək miqdarda karbon və silisium ele-

mentinin  olmasıdır.  Hansı  ki,  bu  iki  mühüm  torpaqəmələgəl-

mə amilinə  eyni  zamanda  təsir  edir: bunlar  bitki və heyvanat 

aləmidir.  Üçüncü  xüsusiyyəti  elementlərin  qatılığının  böyük 

diapazonda mövcudluğudur. 

Bəzi torpaqların orta element tərkibi haqqında məlumat 

2  saylı  cədvəldə  verilmişdir.  Metrlik  qatda  torpağın  element 

tərkibinin  orta  hesabla  miqdarı,  ayrı-ayrı  elementlərin  rolu 

haqqında ümumiləşdirilmiş təsəvvürlər yaradır. 

 

51


C

ədv

əl

 2

 

T

or

p

ağın

 b


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin