Dərslik Azərbaycan Respublikası Təhsil Nazirinin 23 may 2012-ci il tarixli



Yüklə 2,21 Mb.
Pdf görüntüsü
səhifə3/7
tarix31.01.2017
ölçüsü2,21 Mb.
#6887
1   2   3   4   5   6   7

Yevgeni Nikitiç Qapon (1904-1950) – torpaqların fizi-

ki-kimyəvi  problemlərinin  öyrənilməsində  böyük  mütəxəssis 

hesab  edilir.  Onun  atmosfer  azotunun  fiksasiya  olunması  və 

25


torpaq  kolloidlərinin  quruluşu  haqqında  çox  original  işləri 

olubdur. Ən məşhur tədqiqatı torpaqda ion mübadiləsinin qa-

nunauyğunluqları hesab  edilir. O, torpaqda kationların müba-

diləsinin izoterm xarakterini izah etmiş və dünya alimləri tərə-

findən qəbul edilmiş tənlik (Qapon tənliyi) təklif etmişdir. 

İvan Nikolayeviç Antipov-Karatayev (1888-1965) tor-

paq  kimyası  və  fiziki-kimyası  sahəsində  ən  görkəmli  tədqi-

qatçı kimi qəbul edilmişdir.  

Şorlaşmış  torpaqların  kimyəvi  meliorasiyasının  əsasını 

qoyanlardan  hesab  edilir.  Kationların  torpağın  uducu  komp-

leksi ilə qarşılıqlı reaksiyalarında adsorbsiya və xemosorbsiya 

hadisələrinə Antipov-Karatayev çox böyük əhəmiyyət verirdi. 

Qələvi  və  qələvi-torpaq  metallarından  başqa  bu prosesdə  Hg, 

Cu, Pb və başqa  ağır metalların da rolunu öyrənmişdir. Anti-

pov-Karatayev torpaqda elektrodializ və elektroliz metodlarını 

yenidən işlədi və dinamik şəraitdə adsorbsiya prosesinin öyrə-

nilməsinin  original  metodikasını  təklif  etdi.  Torpaq  məhlulu-

nun  ayrılma  üsulları,  rentgenquruluşu  və  termiki  təhlilləri 

birbaşa onun adı ilə bağlıdır. 

Antipov-Karatayev  ion  mübadiləsində  torpaq  kolloidlə-

rinin peptizasiyası və koaqulyasiyasını tədqiq edərək, aqrono-

miki  qiymətli  strukturanın  yaranmasının  nəzəri  həllini  gös-

tərdi.  Şoranların  mənşəyinin  və  coğrafi  yayılmalarının  nəzəri 

əsaslarını işləyərək, təsnifatını və diaqnostikasını müəyyənləş-

dirdi və buna müvafiq dəmyə və suvarılan torpaqlarda melio-

rativ üsullar təklif etdi. 

Bu işlərin yekunu olaraq 1953-cü ildə onun elmi redak-

təsi ilə «Şoranların meliorasiyası» monoqrafiyası nəşr olundu. 

Nil  Petroviç  Remezov  (1899-1961)  çox  hərtərəfli  və 

qabiliyyətli  alim  idi.  Torpaqda  oksidləşmə-reduksiya  proses-

26


lərinin  öyrənilməsini  yetərincə  inkişaf  etdirmişdir.  Torpaqla-

rın  genezisinə  və  elementlərin  bioloji  dövranına  aid  100-dən 

artıq elmi əsərlər onun qələminin məhsuludur. Onun element-

lərin bioloji dövranı haqqında tədqiqatları dünya alimləri tərə-

findən qəbul edilmiş və torpaqşünaslıq elmində yeni istiqamət 

sayılmışdır.  Bundan  başqa  N.P.Remezov  torpağın  turşulu-

ğunu, buferlik qabiliyyətini, oksidləşmə-reduksiya xassələrini, 

əhənglənməsini, üzvi maddələrinin tərkibini, mübadilə kation-

larını və s. tədqiq etmişdir. Torpaq kimyasına qarşı marağını o 

ömrünün sonunadək saxlamışdır. Remezovun 1957-ci ildə işıq 

üzü görən  «Torpaq kolloidləri və torpağın udma qabiliyyəti» 

monoqrafiyası indi də öz əhəmiyyətini saxlamaqdadır. 



Evdokiya  Vasilyevna  Arinuşkina  (1899-1994)  elm 

aləmində  məşhur  kimyaçı-torpaqşünas  kimi  qəbul  edilmişdir. 

Onun  tədqiqatları  əsasən  torpaq  mikroelementlərinin  öyrənil-

məsinə və torpağın kimyəvi analizlərinin sistemləşdirilməsinə 

həsr  edilmişdir.  Torpaq-bitki  sistemində  mikroelementlərin 

vəziyyəti,  birləşmə  formaları  və  dinamikası  onun  işlərinin 

əsasını  təşkil  edirdi.  1949-cu  ildə  nəşr  olunmuş  «Torpaq  və 

qruntların  kimyəvi  analiz  üsulları»  tədqiqatçıların  və  tələ-

bələrin stolüstü kitabına çevrildi. 

İvan  Serqeyeviç  Kauriçyev  torpaqda  N.P.Remezov 

tərəfindən  başlanılmış  oksidləşmə-reduksiya  proseslərinin 

tədqiqi suvarma və meliorasiya işlərinin geniş inkişafı ilə əla-

qədar olaraq professor Kauriçyev iki aspektdə daha da təkmil-

ləşdirdi.  Birincisi  oksidləşmə-reduksiya  rejimini  tiplərə  ayır-

maqla onun torpağın xassələrinə və elyuvial-qleyli proseslərin 

inkişafına  təsirini  müəyyənləşdirmək  oldu.  Məhz  onun  bu 

istiqamətdə  apardığı  tarla  və  laboratoriya  tədqiqatları  əsaslı 

nəzəri nəticələrlə yekunlaşdı. İlk dəfə İ.S.Kauriçyev oksidləş-

27


mə-reduksiya rejiminə  görə torpaqları qruplaşdırdı və elyuvi-

al-qleyli prosesin konsepsiyası əsasında bir sıra torpaq forma-

larını təklif etdi. 

Onun  işlədiyi  ikinci  aspekt  isə  oksidləşmə-reduksiya 

şəraitinin  dəyişkən  valentli  kimyəvi  elementlərin  transforma-

siyasına  təsiri  oldu.  Kauriçyev  və  onun  yetirmələri  torpağın 

oksidləşmə-reduksiya  potensialı  ilə  oksidləşmə  vəziyyətində 

olan  elementlərin  əmələ  gətirdikləri  birləşmələrin  mövcud 

olma sərhədinin son həddini və reaksiya tiplərinin oksidləşmə 

potensialının dəyişməsi ilə əlaqəli olduğunu sübut etdilər. Bu 

tədqiqatlar  bir  çox  kimyəvi  elementləri,  o  cümlədən  Mn,  Fe, 

S, N, Cu, Cr, Se və fosfor birləşmələri, üzvi birləşmələri əhatə 

edirdi.  Tədqiqatların  nəticələri  imkan  verdi  ki,  kimyəvi  mad-

dələrin  tətbiqi  və  aqrotexniki  tədbirlərin  həyata  keçirilməsi 

oksidləşmə  şəraitinə  uyğun  nizamlansın.  İ.S.Kauriçyev  bir 

çox xarici ölkə alimlərinin və özünün bu sahədə olan tədqiqat-

larını  ümumiləşdirərək  «Oksidləşmə-reduksiya  proseslərinin 

torpağın genezisində və münbitliyində rolu»  monoqrafiyasını 

nəşr etdirdi. 

Bu kitabın müəllifi iki dəfə professor İ.S.Kauriçyev işlə-

diyi  TKTA-da  müəllimlərin  təkmilləşdirilməsi  kursunda  ol-

muş  və  onun  maraqlı  mühazirələrini  dinləmişdir.  Onun  ok-

sidləşmə-reduksiya  prosesləri  haqqında  olan  mühazirələrində 

başqa qruplardan da çoxlu dinləyici iştirak etdiyinə görə otur-

mağa yer tapılmırdı. Professor Kauriçyevin redaktəsi ilə dəfə-

lərlə  təkrar  nəşr  olunmuş  «Torpaqşünaslıq»  dərsliyini  bütün 

dünya  torpaqşünasları  qəbul  etmiş  və  uyğun  ali  məktəblərdə 

indi də tədris edilir. Hər dəfə kursu bitirərkən mənim buraxılış 

işimin  elmi  rəhbəri  professor  İ.S.Kauriçyev  olmuşdur.  O, 

28


gözəl insan, qayğıkeş müəllim və təkraredilməz alim idi. Hər 

bir dinləyiciyə fərdi yanaşmağı bacarırdı. 



Serqey  Vladimiroviç  Zonn  (1902-2002)  çox  dərin  bi-

likli,  hərtərəfli  tədqiqatçı,  aktiv  alim  və  elmin  yorulmaz  təş-

kilatçısı  idi.  Meşə  və  tropik  torpaqşünaslığın  nailiyyətləri 

onun  adı  ilə  bağlıdır.  Bütün  materiklərin  torpaqları  haqqında 

olan  dərin  biliyi  əsasında  təsnifat,  coğrafiya,  genezis  və  tor-

paqəmələgəlmənin  mexanizmi  haqqında  original  hipotezlər 

irəli sürdü. O, tarla təcrübələri vasitəsilə bir sıra duzların tor-

pağın uducu kompleksindən mübadiləvi natriumun çıxarılma-

sı mexanizmini işlədi: 

CaC


2

4

4

)

3



K

2

SO



4

24H


2

O


4

 

Bu  tədqiqatlar  şoranlar  haqqında  aparılan  sonrakı  çox-



saylı  elmi  işlərin  başlanğıcı  oldu.  S.V.Zonn  torpaq  kimya-

sında ayrı-ayrı elementlərin roluna aid monoqrafiyalar  yazdı. 

Məsələn,  1982-ci  ildə  «Dəmirin  torpaqda  rolu»  və  1992-ci 

ildə  isə  «Alüminiumun  torpaqəmələgəlməsində  rolu  və  bitki-

lərə təsiri» kitabları işıq üzü gördü. 

İvan  Vladimiroviç  Tyurin  (1892-1962)  görkəmli  tor-

paqşunas-genetik və torpaqşünas-kimyaçı idi. O, torpağın üz-

vi  maddələri  haqqında  olan  baxışlar  sistemini  yaratdı  və  hu-

musu təbiətin yüksək molekullu maddələr qrupuna aid edərək, 

onun əmələgəlməsini bioloji proseslərlə əlaqələndirdi. 

V.İ.Tyurin  torpaqda  karbonun  və  azotun  üzvi  birləş-

mələrinin  təyinedilmə  metodunu  işlədi.  İndi  də  bütün  dünya 

laboratoriyalarında  torpaqda  humusu  onun  metodikası  ilə  tə-

yin  edirlər.  O,  torpaqda  azot  fondunun  istifadəsinin  mühüm 

prinsiplərini  formalaşdırdı.  1927-ci  ildə  Vaşinqton  şəhərində 

keçirilən  ümumdünya  torpaqşünaslar  cəmiyyətinin  I  Beynəl-

xalq konqresində torpaq kimyasına aid çox sanballı məruzə ilə 

29


çıxış  etdi.  Onun  «Torpağın  üzvi  hissəsi  və  onun  torpaqəmə-

ləgəlməsində,  münbitliyin  yaranmasında  rolu»  monoqrafiyası 

torpaqda  üzvi  maddələrin  mənbəyinə  və  humuslaşma  prose-

sinə  həsr olunmuşdur.  Tyurin öz  yetirmələrilə  ilk  dəfə olaraq 

humusun  fraksion  tərkibini  və  torpaq  humusunun  keyfiyyət 

xüsusiyyətlərini  müəyyənləşdirdi.  Onlar  torpaq  humusunun 

başlıca  komponentlərinin  humin  turşuları,  fulvoturşuları  və 

huminlər olduğunu sübut etdilər. Məhz bu konsepsiya əsasın-

da  aydınlaşdı  ki,  torpaq  humusunun  tərkibinin  dəyişilmə  qa-

nunauyğunluğu  torpaq  tiplərindən  asılıdır.  Tyurin  müəyyən-

ləşdirdi  ki,  humin  turşularının  fulvo  turşularına  nisbəti 

(C

ht



:C

ft

) torpaqəmələgəlmə amili kimi çıxış edir. Bu turşuların 



nisbəti  torpaq  diaqnostikasının  və  təsnifatının  əlaməti  kimi 

qəbul edildi. 



Mariya Mixaylovna Kononova (1898-1979). Torpağın 

üzvi maddələri haqqında ən  görkəmli tədqiqatçı  hesab edilir. 

Onun apardığı elmi işlərin yekunu «Torpağın humus problemi 

və onun öyrənilməsinin müasir məsələləri» monoqrafiyasında 

öz əksini tapmışdır. Eləcə də, başqa bir monoqrafiyası  «Tor-

pağın  üzvi  hissəsi,  onun  təbiəti,  xassələri  və  öyrənilmə  üsul-

ları»  humuslaşma  prosesinin  yaranma  sxeminə  həsr  edilmiş-

dir. Sxemdə əsasən ilkin bitki qalıqlarının heyvanların və mik-

roorqanizmlərin  təsiri ilə  çevrilmə  mərhələləri  təsvir edilmiş-

dir.  Kononovanın  bu  baxışları  bütün  dünya  ölkələrinin  alim-

ləri tərəfindən qəbul edilmişdir. Onun tədqiqatlarının xarakte-

rik xüsusiyyətlərinin əsasını coğrafi qanunauyğunluqlar prob-

leminin  həlli  və  humus  əmələgəlməsinin  biokimyası  təşkil 

edirdi. M.M.Kononovanın kitabları dövlət mükafatına layiq gö-

rülmüş və İngiltərə, Almaniya, Polşa, Yaponiya, Çin və başqa 

ölkələrdə nəşr olunmuş və bir çox dillərə tərcümə edilmişdir. 

30


Vera  Vladimirovna  Ponomaryeva  (1908-1978)  – 

müxtəlif  tip  torpaqların  tərkibinin,  xassələrinin,  humusun 

miqdarının genezis və münbitliklə hansı rabitədə olma təlimi-

nin  əsasını  yaratdı.  O,  qara,  şabalıdı,  boz-meşə,  qonur-meşə, 

podzol və başqa torpaq tiplərində profildə humusun formalaş-

ma prosesini öyrənmişdir. Torpaqəmələgəlmənin mahiyyətin-

də biokimyəvi təsvirlərin inkişafına əsaslanaraq, podzol əmə-

ləgəlmə  prosesinin  original  konsepsiyasını  irəli  sürdü.  Pono-

maryevanın  metodiki  işləri  dünya  mütəxəssisləri  tərəfindən 

rəğbətlə qarşılanmışdır. Humusun qrup və fraksiyalar üzrə tər-

kibinin təyin olunma metodları indi də tədqiqatçılar tərəfindən 

çox geniş istifadə olunur. 



Lyudmila  Nikolaevna  Aleksandrova  (1908-1983). 

Torpaqda  üzvi-mineral  maddələrin  qarşılıqlı  təsir  mexanizmi 

haqqında fundamental tədqiqatlar aparmışdır. O, humus mad-

dələrinin  metal  kationlara,  hidroksidlərlə,  alümosilikatlarla 

qarşılıqlı təsir nəzəriyyəsini işləyərək, humus turşularnın üzvi-

mineral  təsnifatını  yaratdı.  Daha  sonra  humin  maddələrinin 

torpaqda  bərkimə  mexanizmini  aydınlaşdırdı.  1966-cı  ildə 

Aleksandrova  humuslaşma  prosesində  yeni  hipotez  irəli  sür-

dü. Bunun mahiyyətində turşuların yaranması azotlu molekul-

ların formalaşması və yeni humus turşularının transformasiya-

sı  dururdu.  Çoxillik  nəzəri  və  eksperimental  təcrübələrin  ye-

kunu  olaraq  1980-ci  ildə  «Torpağın  üzvi  maddələri  və  trans-

formasiya  prosesləri»  monoqrafiyası  mütəxəssislərin  töhvəsi 

oldu. 


Yan  Voldemaroviç  Peyve  (1906-1976)  –  torpaqşünas-

lıqda yeni mikroelementlərin biokimyası istiqamətinin əsasını 

qoymuşdur. 

31


Hələ  30-cu  illərdə  bor,  mis  və  başqa  mikroelement-

lərinin  kətan  bitkisinin  məhsuldarlığına  təsirini  öyrənmişdi. 

Bu  problemin  ən  aktiv  işlənmə  dövrü  1946-1958-ci  illərdə 

onun yaratdığı torpağın biokimyası və mikroelementləri labo-

ratoriyasında oldu. Y.V.Peyve mikroelementlərin profildə ya-

yılmasını və miqdarını, torpaq əmələgəlmə prosesi və kimyəvi 

elementlərin xüsusiyyətləri ilə əlaqələndirirdi. Bunun əsasında 

isə torpaqda mikroelementlərin idarəolunma qanunauyğunluş-

darını  aydınlaşdırdı.  Bütün  bu  işlərin  yekunu  «Torpağın 

biokimyası» monoqrafiyasında öz əksini tapdı. Bundan başqa 

Y.V.Peyve  torpaqda  mütəhərrik  kalium  birləşmələrinin,  alü-

miniumun, humuslu maddələrin və bir çox mikroelementlərin 

təyin edilməsinin yeni metodları torpaq kimyası elminə töhvə 

verdi. 


Bu  dövrlərdə  alimlər  torpaqda  mikroelementlərin  bitki-

lər  üçün vacib  olan  forma  və  miqdarının təyini  üsullarını  öy-

rəndilər.  Xüsusilə  torpaq  profilində  mikroelementlərin  müx-

təlif  birləşmələrini,  miqrasiya  və  akkumulyasiya  qanunauy-

ğunluqlarının öyrənilməsi torpaq kimyasının inkişafına böyük 

təkan verdi. 

Ümumiyyətlə,  XX  əsr  və  XXI  əsrin  birinci  onilliyində 

Moskva  Dövlət  Universitetində  kimyaçı-torpaqşünasların  bu 

elmin  inkişafında  böyük  xidmətləri  olmuşdur.  Bunlardan 

N.Q.Zırin,  M.A.Qlazovskaya,  V.Q.Mineyev,  F.A.Tixomirov, 

D.S.Orlov,  L.A.Qrişina,  Q.V.Dobrovolski,  Q.V.Motuzova, 

L.K.Sadovnikova və başqalarını göstərmək olar. 

 

 

 



32

Azərbaycanda torpaq kimyasının inkişafı 

 

Azərbaycanın elmi tarixində xüsusi yer tutan Həsən bəy 



Zərdabi  (1837-1907)  öz  elmi  dünyagörüşünün  çoxşahəli  ol-

ması  ilə  fərqlənir.  O,  XIX  əsrin  ikinci  yarısı  və  XX  əsrin 

əvvəllərində  Azərbaycanda  torpaqşünaslıq  haqqında  bir  sıra 

elmi məsələləri əsil alim kimi inkişaf etdirmişdir. Onun torpaq 

haqqındakı  fikirləri  öz  dövründəki  torpaqşünaslıq  elminin 

yüksək səviyyəsində yazılmış, elmin müasir nailiyyətləri sıra-

sında  mühüm  əhəmiyyət  kəsb  edir.  H.M.Zərdabinin  torpaq-

şünaslıq haqqındakı fikirləri əsasən torpaq kimyası bölməsini 

əhatə  etməklə,  dağ  süxurlarının  aşınma  prosesindən,  torpaq-

əmələgətirən  amillərin  rolundan,  elementlərin  torpaq  əmələ-

gəlmə  prosesində  iştirakından,  torpağın  fiziki-kimyəvi  xüsu-

siyyətlərindən, münbitliyindən, torpaq analizlərindən, əlveriş-

siz  torpaqları  yaxşılaşdırmaq  üçün  müvafiq  tədbirlərdən 

(qranulometrik  tərkibi  dəyişmək,  şoran  torpaqların  meliora-

siyası, bataqlıq torpaqları yaxşılaşdırmaq, torpaq eroziyasının 

qarşısını almaq, meşə meliorasiyası və s.), daha sonra torpağın 

aqroistehsalat keyfiyyətindən, növbəli əkin sistemini tətbiq et-

məklə torpağı qida elementləri ilə zənginləşdirmək üçün düz-

gün şumlamadan, peyin, quş zılı, çay lili və s. ilə gübrələmək-

lə onu daha da gücləndirməkdən ibarətdir. H.M.Zərdabinin bu 

fikirləri «Əkinçi» (1875-1877) və «Kaspi» (1899-1903) qəzet-

lərində  dərc  etdirdiyi  məqalələrində  və  «Torpaq,  su  və hava» 

adlı kitabında verilmişdir. Onun torpaq kimyasına aid ən mü-

tərəqqi  fikirlərindən  biri  seçilmiş  əsərləri  səh.164-də  yazırdı: 

«Hər əkinçiyə vacibdir  ki, öz torpağının xüsusiyyətlərini bil-

sin.  Bunu  isə  yalnız  imtahan,  yəni  analiz  etməklə  bilmək 

olar».  O,  hər  şeydən  əvvəl  torpağın  qranulometrik  tərkibini, 

33


torpaqdakı  rütubətin,  üzvi  hissənin,  karbonatların  miqdarını 

təyin etməyi zəruri hesab edirdi. 

Bütün  inkişaf  etmiş  dünya  ölkələrində  olduğu  kimi, 

Azərbaycanda da torpaqların mənşəyi, diaqnostikası, sistema-

tikası  və  yayılması  qanunauyğunluqlarının  dəqiqləşdirilməsi, 

torpaqşünaslıq elminin bir sıra yeni nəzəri və tətbiqi sahələri-

nin inkişaf etdirilməsi problemini ortaya qoyurdu. 

Torpaqlarda  gedən  kimyəvi  proseslərin  mahiyyətinin 

açıqlanması  və öyrənilməsi Azərbaycan Milli Elmlər Akade-

miyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunda torpaq-

ların  kimyası  laboratoriyasının  yaradılması  zərurətini  doğur-

du.  Belə  ki,  1959-ci  ildə  torpaqların  kimyası  laboratoriyası 

təşkil edildi. 

Torpaqların  kimyası  laboratoriyası  öz  tədqiqatlarında 

torpaqlarda  gedən  kimyəvi,  fiziki-kimyəvi  məsələləri  öyrən-

məklə,  Azərbaycanın  ayrı-ayrı  regionlar  üzrə  torpaqların  lil 

fraksiyalarının  mineraloji  tərkibi  və  mikromorfoloji  xüsusiy-

yətləri  ilə  yanaşı,  yüksək  dispers  mineralların  xüsusiyyətlə-

rini, onların kimyəvi tərkiblə bilavasitə asılılığı qanunauyğun-

luqlarını da müəyyən etməyə çalışmışdır. 

Torpaq mineralogiyası sahəsində aparılan bu tədqiqatlar 

1975-ci ildə torpaqların kimyası və mineralogiyası laboratori-

yasının  təşkil  edilməsinə  səbəb  oldu.  1976-1993-cü  illərdə 

laboratoriyanın  rəhbəri  k.t.e.d.,  prof.  İsgəndər  Şahbala  oğlu 



İsgəndərov olmuşdur. 

Torpaqların  mineraloji  tərkibinin  öyrənilməsinə  dair  o 

dövrə  qədər  aparılan  ayrı-ayrı  tədqiqatlar  epizodik  xarakter 

daşımaqla  fundamental  və  tətbiqi  mineralogiyanın  nəzəri  və 

praktiki problemlərini özündə əks etdirmişdir. 

34


1975-ci ildən başlayaraq laboratoriyada Azərbaycan tor-

paqlarının  lil  fraksiyalarının  mineraloji,  mikromorfoloji  xü-

susiyyətləri və onların ana süxurlar ilə əlaqəsinə dair sanballı 

tədqiqat işlərinin aparılmasına başlanmışdır. 

Tədqiqatların  nəticəsində  hər  bir  torpaq  tipinə  dair 

mineraloji  tərkib  müəyyənləşdirilmiş,  mikromorfoloji  xüsu-

siyyətlərdən  asılı  olaraq  torpaqlarda  gedən  proseslərin  istiqa-

məti və torpaqəmələgəlmənin mahiyyəti öyrənilmişdir. 

İlk  dəfə  olaraq  Kür-Araz  ovalığı  torpaqlarının  mine-

raloji, mikromorfoloji tərkibinə dair tədqiqatlar aparılmış, təd-

qiqatdarda  gedən  kipləşmə,  qaysaq  əmələgəlmə  proseslərinin 

mahiyyətinin  açılmasına,  sintez-prosintez  prosesləri  ilə  bağlı 

dispers  xassələrin  formalaşmasına,  torpaqdaxili  mineral  əmə-

ləgəlmənin  və  yeni  üzvi-mineral  birləşmələrin  mahiyyətinin 

açılmasına dair tədqiqat işləri aparılmışdır. 

Respublikamızın rütubətli subtropik zonasında və Kiçik 

Qafqazın  mərkəzi  hissəsində  əsas  torpaq  tiplərində  hidro-

termik  rejimdən  asılı  olaraq  mineralların  aşınma  qabıqlarının 

xüsusiyyətləri ilə bağlı torpaqların mineraloji və ümumi kim-

yəvi  tərkibləri  öyrənilmiş,  ilk  dəfə  hündürlük  qurşaqlarından 

asılı olaraq aşınmanın faza, stadiyaları və tipləri müəyyənləş-

dirilmişdir. Torpaqlarda minerallaşmanın nəzəri məsələləri ilə 

yanaşı,  tətbiqi  sahələrinə  də  geniş  yer  verməklə  makro  və 

mikroelementlərin  mineralların  tərkibindən  asılı  olaraq 

torpaqda  miqdarı  müəyyənləşdirilmiş,  bir  sıra  digər  qeyri-

ənənəvi torpaqyaxşılaşdırıcılardan istifadə etməklə torpaqların 

münbitliyinə,  ekoloji  təmiz  və  sabit  kənd  təsərrüfatı  məhsul-

larının əldə edilməsinə təsiri öyrənilmişdir. 

Hal-hazırda  laboratoriyada  Azərbaycanın  əsas  torpaq 

tiplərində lil minerallarının yayılma qanunauyğunluqlarını bir 

35


sıra müasir diaqnostik və instrumental metodlarla öyrənilməsi 

davam etdirilir. Laboratoriyada həmçinin qeyri-ənənəvi mine-

ral ehtiytlardan istifadə etməklə torpaqların münbitliyinin bər-

pası, torpaqların xassələrinin yaxşılaşdırılması, onların torpaq-

ların  fosfor  rejiminə  və  mütəhərrik  fosforun  mənimsənilmə-

sinə  təsiri məsələləri  tədqiq  edilir.  İlk  dəfə  olaraq  torpaqların 

geoloji  tarixindən  və  torpaqda  gedən  aşınma,  deqradasiya, 

təkamül  proseslərindən  asılı  olaraq Azərbaycan torpaqlarında 

narın  dispers  mineralların  yayılma  qanunauyğunluqlarını  əks 

etdirən xəritələr işlənib hazırlanır. 

Azərbaycanda  torpaq  kimyasının  inkişafında  bu  institu-

tun torpaqların bioloji tədqiqatları laboratoriyasının da böyük 

xidmətləri  olmuşdur.  Bu  laboratoriyada  elmi-tədqiqatlar  əsa-

sən  müxtəlif  tip  torpaqlarda  humusun  toplanması;  üzvi  mad-

dələrin kəmiyyət və keyfiyyət göstəriciləri; bioloji proseslərin 

intensivliyi və dövrü fazaları, zonal ekosistemlərdə dəyişilmə-

si; onurğasız heyvanların növ, tərkib və miqdarı; torpağa daxil 

olan  bitki  qalıqlarının  çevrilməsində,  biokimyəvi  və  humus 

balansının saxlanması, bərpası və kənd təsərrüfatı bitkilərinin 

məhsuldarlığının  artırılması  istiqamətində  aparılır.  Torpaqla-

rın münbitliyinə, bioloji fəallığına və becərilən bitkilərin məh-

suldarlığına müsbət təsir göstərən tədbirlər sistemi öyrənilir. 

Ümumiyyətlə,  Azərbaycan  Milli  Elmlər  Akademiyası-

nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu və onun əməkdaş-

larının Torpaqşünaslıq elminin və onun böyük bir şöbəsi olan 

torpaq  kimyasının  inkişafında  misilsiz  xidmətləri  olmuşdur. 

Belə  alimlərdən  biri  də  Həsən  Əlirza  oğlu  Əliyevdir  (1907-

1993).  O,  torpaqşünas,  ümumi  əkinçilik  və  təbiəti  mühafizə 

sahəsində alim və ictimai-siyasi xadim kimi xalqın yaddaşın-

da qalmaqdadır. O, bu institutda elmi işlər üzrə direktor müa-

36


vini  və  laboratoriya  müdiri  vəzifələrində  işləmiş  və  torpaq-

şünaslığın  inkişafında  əvəzsiz  xidmətlər  göstərmişdir.  Onun 

«Pirsaat  düzünün  torpaqları  və  perspektivası»,  «Azərbaycan 

Respublikasının  torpaqları»,  «Qəhvəyi-meşə  torpaqları»,  «Bö-

yük  Qafqazın  torpaqları»,  «Naxçıvan  Muxtar  Respublikasının 

torpaqları»  və  s.  monoqrafiyalarında  torpaqşünaslığın  mühüm 

problemlərini şərh etmiş, torpaqdan düzgün istifadəni elmi  cə-

hətdən  əsaslandırmış  və  torpaqlarda  kimyəvi  elementlərin  bir-

ləşmələrinin formaları, miqdarı və çevrilmələrini izah etmişdir. 

Akademik  Cəbrayıl  Məmməd  oğlu  Hüseynov  (1913-

1964).  Onun  rəhbərlik  etdiyi  laboratoriya  üzvi  gübrələr  və 

örtülü qruntun aqrokimyası adlansa da tədqiqat işlərinin əsas 

obyekti torpaq olmuşdur. Onun işlərinin əsas istiqaməti kimya 

sənaye  tullantılarından  yeni  gübrə  və  stimulyatorların  alın-

ması (superfosfat, qumbrin, ÜMMK, MU, NBM və s.) və on-

ları  torpağa  tətbiq  etməklə  münbitliyini  artırmağa  yönəldil-

mişdir. Bundan başqa torpaqda fosfor rejimi və onun istifadə-

sinin artırılması  üsulları  mərhum  akademikin  adı ilə  bağlıdır. 

Həmin  laboratoriyaya  1975-ci  ildən  hal-hazırki  dövrə  qədər 

k.t.e.d. prof. Paşa Bayram oğlu Zamanov rəhbərlik edir. 

Torpaq  kimyasının  inkişafında  bu  institutun  mineral 

gübrələr və mikroelementlər laboratoriyasının böyük xidmət-

ləri olmuşdur. Təşkil olunduğu gündən 1978-ci ilə kimi bu la-

boratoriyaya  k.t.e.d.,  prof.  Rizvan  Qafar  oğlu  Hüseynov 

(1911-1979)  qəhbərlik  etmişdir.  Sonrakı  illərdə  k.t.e.d.,  prof. 

F.H.Axundov  və  hazırda  isə  laboratoriyanın  rəhbəri  k.t.e.d., 

prof.  Z.R.Mövsümovdur.  Laboratoriyada  Respublikamızın 

müxtəlif tip torpaqlarında becərilən bitkilərin gübrələmə siste-

minə,  torpaqların  qida  maddələri  ilə  təmin  olunmasını  göstə-

rən kartoqramların tərtibinə, bitkilərin azot, fosfor, kalium və 

37


mikroelementlərlə  qidalanma  rejiminin  öyrənilməsinə  dair 

tədqiqatlar  aparılır.  Bu  məsələlərin  tədqiqində  prof.  R.Q.Hü-

seynovun əməyi olmuş və bu işlərə həsr olunmuş bir çox mo-

noqrafiyalar, kitablar, tövsiyələr və elmi məqalələr nəşr olun-

muşdur. O cümlədən, «Azərbaycanda gübrələmə sisteminin aq-

rokimyəvi  əsasları»  (R.Q.Hüseynov),  «Torpaqda  və  bitkilərdə 

mikroelementlər  və  onların  bitkiçilikdə  tətbiqi»  (Ə.N.Güləh-

mədov),  «Azot  Azərbaycan  əkinçiliyində»  (Z.R.Mövsümov) 

kimi əsərləri misal göstərə bilərik. 

Mikroelementlərin  kənd  təsərrüfatında  və  biologiyada 

rolu və əhəmiyyyəti haqda bir sıra mühüm məsələlər, o cüm-

lədən,  yeni  səmərəli  mikrogübrələrin  alınması,  onların  tətbi-

qinin elmi əsasları, torpaqda təbii radioaktiv maddələrin miq-

darı,  mikroelementlərin  yayılmasının  biogeokimyəvi  rayon-

laşdırılması,  texnogen  tullantılar  nəticəsində  torpaqların  ağır 

metallarla çirklənməsi tədqiq edilmişdir. Bu işlərə böyük əhə-

miyyət  verilmiş  və  prof.Ə.N.Güləhmədov  Respublika  Dövlət 

mükafatına layiq görülmüşdür. 

AMEA-nın  müxbir  üzvü  Məmməd-Emin  Məmməd-


Yüklə 2,21 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin