Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   178
I CİLD (2)

ünsiyyətin əsas vahidləri kimi 
-nitq hadisəsi,
-nitq şəraiti 
(situasiyası)
-
qarşılıqlı nitq əlaqəsini
müəyyən etmişlər.
 
“Azərbaycan dilinin izahlı lüğəti”ndə hadisə sözü “1. Ictimai və ya şəxsi həyatda baş 
verən hal, əhvalat” mənasında verilmişdir (1, 348). 
Nitq hadisəsi
mənasında nitq situasiyası kontekstində baş verən 
diskurs
başa düşülür. 
Diskurs 
(fransız mənşəli discours-nitq sözündəndir). Diskurs ifadəli, rabitəli mətnin 
ekstralinqvistik (praqmatik, psixoloji, sosial mədəni və b.) faktorların məcmusu kimi başa 
düşülür. Diskurs özündə nitq həyatımıza daxil olmuş 
məişət
dialoqu, intervü, mühazirə, 
söhbət, danışıq
kimi müxtəlif növlərini birləşdirir. Diskursa nitqi paralinqvistik müşayiət edən 
mimika
və 
jestlər
də aid edilir (3, 136). 
Nitq hadisəsi anlayışına iki əsas komponent daxildir: 
1) sözlü nitq (yəni danışılan, məlumat verilən) və onu müşayiət edən jest, mimika, 
hərəkət və s., yəni 
diskurs;
2) nitq ünsiyyətinin iştirakçıları arasında baş verən (iştirakçılar daxil olmaqla) və nitq 
hadisəsinə əhəmiyyətli təsir göstərən 
şərait, vəziyyət.
Beləliklə, nitq hadisəsini bu şəkildə başa düşmək olar: 
Nitq hadisəsi=diskurs+nitq şəraiti ( 4,48).


Nitq situasiyası (şəraiti),
yəni nitq aktında yaranan mülahizələrin kontekstini təşkil 
edən 
şərait
nitq ünsiyyətində əhəmiyyətli rol oynayır. Qeyd etmək lazımdır ki, mülahizələr 
müəyyən yerdə, müəyyən vaxtda, tərkibi danışan və eşidənlərdən ibarət müəyyən iştirakçılar 
tərəfindən söylənir. Nitq şəraiti verilən məlumatın mənasını başa düşməyə kömək edir; 
qrammatik kateqoriyaların mənasını dəqiqləşdirir, (məsələn, zaman kateqoriyasının, 
əvəzliklərin (deyktik sözlərin) (mən, sən, o, indi, burada, orada, budur və s.). Həmçinin 
mülahizələrin aydınlaşdırılmasına, məqsədin dəqiqləşdirilməsinə (hədə, qorxu, xahiş, 
məsləhət, zəmanət), mülahizələrin başqa hadisələrlə əlaqədar deyilməsi səbəbini 
müəyyənləşdirməyə kömək edir.
Nitq şəraiti danışıqların aparılması qaydalarını diqtə edir, onların ifadə olunmasının 
formalarını müəyyən edir: imtahan zamanı, dəmiryol vağzalı və aerokassalarda, həkimin 
qəbulunda, hüquq məsləhətxanasında, banket və qonaqlıqlardakı kübar (mədəni) söhbətlərdəki 
tipik dialoqlar; ictimai diskussiyalar. Məsələn, öz yaxınından ayrılarkən “Tezliklə görüşərik” 
ifadəsi şəraitdən asılı olaraq müxtəlif mənalar ifadə edə bilər: “Kədərlənmə, hər şey yaxşı 
olacaq”, “Mənə görə narahat olma”, “Tezliklə hər şeyi bilərsən” və s. 
Semantik mənaları ilə praqmatik mənası fərqlənən mülahizələr 
vasitəli nitq
adlanır. Bu 
cür dolayı mülahizələrin mümkün izahına aid nümunələrə baxaq: 
1. Bura çox istidir. 
-Qapının və ya pəncərənin açılmasını xahiş etmək. 
-Üst geyiminin çıxarılmasına işarə etmək, təklif etmək. 
-Zalda, auditoriyada vəziyyətin gərgin olduğunu etiraf etmə. 
2. Özümü yaxşı hiss etmirəm. 
-Sizinlə danışmaq istəmirəm. 
-Tez həkim çağırın. 
-Mən bu işi görmək istəmirəm. 
- Məni sakit buraxın. 
3. Mənə bu ünvan çox tanışdır. 
-Mən burada çox (dəfələrlə)olmuşam. 
-Mənim xatirimdə onun sahibləri haqqında xoş xatirələr qalıb. 
-Mən orada nə baş verdiyini çox yaxşı bilirəm. 
-Mən o xoşbəxt günləri heç vaxt unutmaram. 
4. Mən sabah gələcəm. 
-Elan etmə/təsdiq etmə, xəbərdarlıq. 
-Vəd vermə. 
-Hədə. 
5. Necə (aa) bu sizsiz (sizsiniz)? 
- Hansı tale sizi bura gətirib? 
-Nə vaxt gəlmisiniz? 
-Nə əcəb gəlmisiniz? 
Fikirlərin dolayısı ilə söylənməsindən nitqdə geniş istifadə olunur. Fikrin bu cür ifadə 
olunması nitqi daha ifadəli, daha yığcam edir, müxtəlif ekspressiv çalarların ötürülməsinə 
kömək edir. Lakin dolayı yolla deyilmiş fikirlərin mənası yalnız nitq şəraiti kontekstində aydın 
olur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin