Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir


Bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/178
tarix14.12.2023
ölçüsü5,01 Kb.
#179488
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   178
I CİLD (2)

Bütün ömrünü gənc nəslin təlim-tərbiyəsinə 
həsr etmiş unudulmaz İnsan, ATAM
prof. ABBAS İSMAYILOVUN 
əziz xatirəsinə ithaf edirəm. 

G İ R İ Ş 
Dünyanın ən qədim və zəngin dillərindən biri sayılan Azərbaycan dili bizim milli qürur 
mənbəyimizdir. Bu dildə dünya klassiklərinin, eləcə də xalqımızın ölməz klassiklərinin əsərləri 
oxunur. Milli özünüdərk hissi olan hər kəs ana dilini sevir. Azərbaycan dili xalqın mədəni və 
tarixi ənənələrini özündə qoruyur. O türk dillərinin oğuz qrupu ailəsində böyük nüfuz dairəsinə 
malikdir, eyni zamanda uzun müddət bir çox xalqların ünsiyyət vasitəsi kimi istifadə 
olunmuşdur. 
Ulu babalarımızın tarixin ağır sınaqlarından keçirərək bizim dövrümüzə çatdırdığı 
Azərbaycan dilinin zəngin potensialını və zənginliyini tükənməz hesab edərək ondan 
istədiyimiz kimi istifadə edə bilərikmi? Müasir dövrümüzdə bir çox həmvətənlərimizin nitqinin 
milli dilimizin böyüklüyünü və zənginliyini özündə əks etdirdiyini əminliklə deyə bilərikmi? 
Artıq çoxdandır ki, ənənəvi ədəbi dil normalarının pozulması, yazılı və şifahi nitqin üslubi 
cəhətdən bəsitləşməsi, məişət danışıq üslubunun vulqarlaşması, areal dil xüsusiyyətlərinin 
ədəbi dili üstələməsi mütəxəssisləri həyəcan təbili çalmağa vadar edir. 
Cəmiyyətin müxtəlif təbəqələrinin, o cümlədən
ziyalıların, televiziya işçilərinin nitq 
mədəniyyəti səviyyəsinin aşağı düşməsi o dərəcədə aşkardır ki, ibtidaidən aliyə təhsilin bütün 
pillələrində hər kəsin nitq mədəniyyətinin təkmilləşdirilməsinə, bunun üçün ciddi tədbirlər 
görülməsinə ehtiyac duyulur və bu problem günün vacib məsələsi kimi qarşıda durur. 
Digər tərəfdən cəmiyyətdə rəqabətəmüqavimətli mütəxəssis kimi gözəl yazılı və şifahi 
nitqə malik mütəxəssis olmaq, effektiv ünsiyyətə girməyi bacarmaq nitqin təsiretmə
inandırmaq üsullarını bilməkdən çox asılıdır.
Müasir dövrümüzdə cəmiyyətin fəal üzvü kimi həyatda öz bilik və bacarığı ilə uğur 
qazanmaq istəyən gənc şüurlu sürətdə milliyətindən asılı olmayaraq doğma Azərbaycan dilini 
öyrənməyə can atır. 
Cəmiyyətin qabaqcıl mütəxəssisinin səviyyəsi, mədəniyyəti ən əvvəl onun nitqində
danışıq və yazı üslubunda özünü göstərir. Səliqəli, zövqlü geyim, mülayim davranış, yüksək 
intellekt, bilik və s. amillər isə bu obrazı tamamlayır. 
Mədəni insanda hər şey gözəl olmalıdır. Bunları istiqamətləndirən isə dil və nitqdir.
Məhz bu baxımdan ali məktəblərin ixtisası filologiya olmayan fakültələrinin tələbələri 
üçün “Azərbaycan dili və nitq mədəniyyəti” fənni tədris olunur. 
Bu zaman tələbələrə yalnız Azərbaycan dilinin ümumi məsələləri, nitq mədəniyyətinin 
nəzəri və təcrübi əsasları, aktual problemləri tədris olunmur. Bu fənnin tədrisində məqsəd 
yalnız təlim deyil, o həm də tərbiyəvi əhəmiyyət daşıyır.
Azərbaycan dilini və onun imkanlarını, ritorikanı, natiqlik sənətinin sirlərini bilmək 
sözdən silah kimi istifadə edərək insanlara təsir etmək imkanı yaradır. Ona görə bu silahdan 
məharətlə istifadə etmək, onunla insanları yaralamaq yox, arxasınca aparmaq qabiliyyəti xüsusi 
istedaddır. 
Deyirlər ki, qılınc yarası sağalar, söz yarası sağalmaz. Deməli, bu silahdan kimin istifadə 
etdiyi çox vacibdir. Bu silahı gənc nəslə təhvil verməzdən öncə gənclərdə elə mənəvi 
keyfiyyətləri aşılamaq lazımdır ki, sözdən başqalarına ziyan vurmaq üçün istifadə etməsin. 
Əbəs yerə dahilərimiz deməmişdir:
Bəzən dil sıyrılmış qılınca bənzər, 
Ayıq ol, başını bədəndən üzər.
Xəqani. 


İztirab çəkən könüllər sözdən aram tutar.
Qətran Təbrizi. 
Bu baxımdan oxuculara təqdim olunan “Azərbaycan dili və nitq mədəniyyəti” 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   178




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin