1912-1917. Bu illərdə "Nicat"dan əlavə, bu dəstənin yaradıcı heyəti əsasında "Səfa" teatr
truppası da yaradılıb. Tamaşalar paralel verilib. Tədricən gündüz tamaşalarının sayı da artırılıb.
Truppaların qastrolları geniş vüsət alıb və çox möhtəşəm coğrafi ərazini əhatə edib.
Azərbaycan teatr tarixində ilk dəfə olaraq 1912-ci ilin noyabrında "Nicat"ın aktyoru Mirzağa
Əliyev tamaşa zamanı səhnədən dövlət əleyhinə söz işlətdiyinə görə Hacıtərxan şəhərinə sürgün
edilib.
Fəaliyyət göstərdiyi illər ərzində "Nicat" teatr truppasında gələcəyin qüdrətli sənətkarları
Hüseynqulu Sarabski (aktyor, rejissor və opera solisti), Sidqi Ruhulla, Abbasmirzə Şərifzadə,
Panfiliya Tanailidi (müəyyən fasilələrlə), Yeva (Yevgeniya) Olenskaya, Əhməd Qəmərli (dramaturq
və akt-yor), Hüseynağa Hacıbababəyov (opera solisti), Əbülhəsən Anaplı, Rza Darablı, Nataliya
Lizma, Hacıağa Abbasov, Cəlil Bağdadbəyov, Hacıbaba Şərifov, Mir Paşa Sadıqov, Məmmədhənifə
Tanrıqulov (Hənifə Terequlov. Aktyor və xorbaşı), Ələkbər Süheyli, Müslüm bəy Maqomayev
(dirijor), Ələkbər Hüseynzadə, Xəlil Hüseynov, İbrahim Atakişiyev (Azəri), Məmmədtağı Bağırov,
Məhəmmədhəsən Atamalıbəyov, Səməd Mənsur (Kazımzadə. Dramaturq, aktyor və rejissor), Şeyda
Xəlilbəyov, Yunis Nərimanov və onlarca başqaları yetişib formalaşıblar.
Fəaliyyətinin son altı ilində "Nicat" truppası əlliyə yaxın tamaşa hazırlayıb. Bunların böyük
bir qismini truppa hər il təzə quruluşlarda göstərib. Üzeyir bəy Hacıbəyovun "Şah Abbas və Xurşid
banu", "Əsli və Kərəm" operalarını, "Arşın mal alan" operettasını, Mehdi bəy Hacınskinin "Zülm və
istibdadın axırı" ("Sultan Əbdülhəmidin xəli"), "Yezid ibn Müaviyyə", Nəcəf bəy Vəzirovun
"Keçmişdə qaçaqlar", Cəlil Məmmədquluzadənin "Ölülər" (rejissor Hüseynqulu Sarabski. İsgəndər -
Mirzağa Əliyev, Şeyx Nəsrulla - Əliqulu Qəmküsar), Əbdürrəsul Şərifzadənin "Ənuşirəvani-adil",
Vano Mçedaşvilinin "Qaçaq Kərəm", Mirzə Məmməd Axundzadənin "Səd ibn Vəqqas", Hacı
İbrahim Qasımovun "Qatili-Kərimə" ("Qızının qatili"), Yusif Talıbzadənin "Əmir Xalid ibn Valid"
("Şamın fəthi və ərəblərin Roma ilə müharibəsi"), Baxmetovun "Napoleon müharibəsi və yaxud
Moskva yanğını" (tərcüməçi Hacı İbrahim Qasımov), Səməd Mənsurun "Köhnə və təzə il", Abdulla
Şaiq Talıbzadənin "Bir saatlıq xəlifə", Səkinə Axundzadənin təbdil etdiyi "Zülmün səmərəsi"
("Lakme". Rejissor Abbasmirzə Şərifzadə. Nilufər-Lakme - Gülsabah xanım, Said bəy - Hüseyn
Ərəblinski, Səid bəy - Abbasmirzə Şərifzadə) əsərlərini ilk dəfə məhz "Nicat" teatr truppası
tamaşaya hazırlayıb.
1916-cı ildə Tağıyev teatrında "Nicat" mədəni-maarif cəmiyyətinin, o cümlədən onun
nəzdindəki teatr truppasının onilliyi yubiley kimi qeyd olunub.
"Nicat" teatr truppası ilk dəfə aktyorlara müxtəlif bölgülər üzrə maaş kəsib.
"Nicat" teatr truppası ilk dəfə özünün aksessuarım (rekvizit, butafor, dekorasiya, geyim və
sairə) yaradıb.
"Nicat" teatr truppası sabit repertuar qurmaq istiqamətində ənənə yaradıb.
"Nicat" müqavilə ilə truppaya aktyorlar götürüb.
"Nicat" truppası dünya dramaturgiyasının incilərini tamaşaya hazırlamaq məqsədilə
tərcümələr sifariş verib.
"Nicat" teatr truppası fəaliyyətinin sonuna qədər öz repertuarında məzhəkə, dram, komediya
və faciələrlə yanaşı, operalara və operettalara da xüsusi yer ayırıb.
"Nicat" teatr truppası maarifpərvər Bakı milyonçularının, əsasən, Murtuz Muxtarovun, Ağa
Musa Nağıyevin köməkiikləri ilə müxtəlif illərdə çoxlu müsamirələr keçirib. Yığılan vəsait "Nəşri-
maarif"ə, ayrı-ayrı məktəblərə, şagirdlərin dərs vəsaitlərinə, bəzi aktyorların müalicə xərclərinə sərf
olunub.
Dostları ilə paylaş: |