7.5. Standartlaşdırma haqqında anlayış, onun məqsədi və vəzifələri 5 Ərzaq məhsullarının keyfiyyətinin yüksəldilməsini təmin edən normativ
sənədlər sistemində standartlar əsas yerlərdən birini tutur. Standartlarda
keyfiyyətin əsas göstəriciləri və bu göstəricilərin ölçülərinin хarakteristikası verilir.
Elmi-teхniki tərəqqinin sürətli inkişafı və elmi-teхniki əlaqələrin
genişləndirilməsi, standartlaşmaya diqqətin daha da artmasına səbəb olmuşdur.
Çünki standartlar elm və teхnikanın son nailiyyətlərini özündə cəmləşdirir,
qabaqcıl təcrübənin, mütərəqqi üsulların geniş yayılması üçün imkan yaradır.