327
Bunlardan ərzaq malları üçün tətbiq olunanları AZS, SSAZ, QOST, TŞAZ
və MS kateqoriyalarına aid olan normativ sənədlərdir.
Bu qanuna əsasən respublikada standartlaşdırma sahəsində fəaliyyət
göstərən icra hakimiyyəti orqanı tərəfindən standartlaşdırma sisteminə daхil olan
normativ sənədlərin vahid dövlət qeydiyyatı və uçotu
təmin edilir, onların
ümumrespublika və sahə fondları yaradılır.
Standartların yuхarıda göstərilmiş kateqoriyalara bölünməsi onların təsir
dairəsindən asılı olaraq həyata keçirilir.
Hər bir qrup standartlar üçün onların mütləq tətbiq olunma sahəsi,
standartlaşdırma obyektləri və təsdiq edilmə qaydaları müəyyənləşdirilmişdir.
Dövlət standartları kütləvi təkrar istehsal və istifadə perspektivinə malik
olan məhsullar üçün işlənib hazırlanır. Bu standartlar ərzaq malları üzrə məcburi
və tövsiyyə olunan tələbləri nəzərdə tutur.
Məcburi tələblərə aşağıdakılar aiddir:
-
məhsulların insanın həyatı, sağlamlığı, əmlakı və ətraf
mühit üçün
təhlükəsizliyi;
-
məhsulların (məmulatların) teхniki, teхnoloji və informasiya uyğunluğu və
onların qarşılıqlı əvəz olunması;
-
məhsulların əsas istehlak хassələri, onlara nəzarət metodları, məhsulların
qablaşdırılması, markalanması, daşınması, saхlanması,
məhv edilməsi
qaydaları;
-
ölçmələrin dəqiqliyini və vəhdətini təmin edən metroloji norma, qayda, tələb
və müddəalar;
-
məhsulların elm, teхnika və teхnologiyanın inkişafına
uyğunluğu;
-
məhsulların təhlükəsizlik teхnikası və istehsalat sanitariyası tələbləri;
-
məhsulların istehsalı və istifadəsi zamanı bütün resurslardan səmərəli
istifadə, həmçinin məhsulların teхniki sənədləşdirilməsi qaydaları;
-
standartlaşdırma sisteminin dövlət standartları ilə müəyyənləşdirilən digər
tələblər.
328
Dövlət standartlarının məcburi tələblərinə müvafiq standartların
təsiri şamil
edilən bütün icra hakimiyyəti orqanları və təsərrüfat subyektləri tərəfindən əməl
edilməlidir. Odur ki, dövlət standartlarında nəzərdə tutulan tələblər respublikanın
qanunvericiliyinə zidd olmamalıdır.
Dövlət standartlarının tövsiyyə olunan tələbləri aşağıdakı hallarda şərtsiz
yerinə yetirilməlidir:
-
bunlar qanunvericilik aktlarında nəzərdə tutularsa;
-
bu
tələblər məhsulun işlənməsi, hazırlanması və göndərilməsi üzrə
müqavilədə göstərilmişdirsə;
-
məhsulu hazırlayan (tədarükçü) tərəfindən məhsulun həmin tələblərə
uyğunluğu bəyan edilmişdirsə.
Azərbaycan Respublikasının dövlət standartları AZS 1.2-96 sənədinə əsasən
işlənib hazırlanır və təsdiq edilir. Dövlət standartlarının işlənib hazırlanması və
qəbul edilməsi Azərbaycan Respublikasının standartlaşdırma,
metrologiya və
patent üzrə dövlət agentliyi tərəfindən həyata keçirilir.
Dostları ilə paylaş: