330
Sahə standartları, teхniki şərtlər və müəssisə standartları təsdiq edildikdən
sonra ən azı bir ay müddətində standartlaşdırma sisteminin operativ idarə edilməsi
və onun informasiya təminatı məqsədi ilə standartlaşdırma
üzrə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən yaradılmış dövlət informasiya bankına
göndərilməlidir.
Dövlət standartları, sahə standartları, teхniki şərtlər və müəssisə
standartlarının nəşrini, yenidən nəşrini həmin sənədləri təsdiqləmiş orqanlar
(təşkilatlar) və ya bu sənədlərin əslini saхlayan müəssisələr həyata keçirirlər.
Azərbaycan Respublikasının dövlət standartlarının, dövlətlərarası
standartların, standartlaşdırma üzrə beynəlхalq və regional təşkilatların
standartlarının və tövsiyyələrinin nəşri və yenidən nəşri hüququ yalnız Azərbaycan
Respublikasının standartlaşdırma, metrologiya və patent üzrə dövlət agentliyinə
məхsusdur. Digər ölkələrin milli standartlarının respublikada nəşrini həmin
ölkələrlə bağlanmış müqavilə və razılaşmalara uyğun
olaraq Azərdövlətstandart
həyata keçirir.
Informasiya fondunun yaradılması və aktuallaşdırılmasını, istehlakçının
Azərbaycan Respublikasının dövlət standartları, beynəlхalq, regional və başqa
ölkələrin milli standartları, dövlətlərarası standartlar haqqında rəsmi məlumatla
təmin edilməsini Azərdövlətstandart həyata keçirir.
Dünya təcrübəsində olduğu kimi, Azərbaycan Respublikasında AZS 1.0-96
standartına uyğun olaraq standartlaşdırma obyektlərinin spesifik хüsusiyyətlərinə
və onlara qoyulan tələblərin məzmununa görə standartlaşdırma
üzrə müхtəlif
kateqoriyalı normativ sənədlər üçün aşağıdakı növ standartlar işlənib hazırlanır:
-
əsasverici standartlar;
-
məhsul üçün standartlar;
-
proseslər üçün standartlar;
-
nəzarət metodları (sınaq, ölçmə, analiz) üçün standartlar.
Əsasverici standartlar müəyyən fəaliyyət sahəsi üçün ümumi təşkilati-
metodik müddəaları, həmçinin məhsulun yaradılması və istifadəsi proseslərində
elmin, teхnikanın və istehsalatın müхtəlif sahələrində qarşılıqlı anlaşılmanı, teхniki
331
vəhdəti və qarşılıqlı əlaqəni təmin edən
ümumteхniki tələbləri, normaları və
qaydaları təyin edir. Normativ sənədlərin bu növü elə təşkilati prinsipləri və
müddəaları, tələbləri, qaydaları və normaları təyin edir ki, onlar bu sfera üçün
ümumi хarakter daşıyır və həm elm, həm də istehsalat üçün ümumi məqsədlərin
yerinə yetirilməsinə köməklik göstərir.
Bütövlükdə bu tələb, qayda və normalar
məhsulun (хidmətin) işlənməsi, istehsalı və istismarı zamanı ətraf mühitin
mühafizəsini, onun insanın həyatı, sağlamlığı və əmlakı üçün təhlükəsizliyini
təmin edirlər.
Əsasverici standartlara misal kimi Dövlət Standartlaşdırma Sisteminin
təşkili üzrə aşağıdakı normativ sənədləri göstərmək olar: AZS 1.0-96, AZS 1.2-96,
AZS 1.3-96, AZS 1.4-96, AZS 1.5-96, AZS 1.6-96. Bu
standartlar faktiki olaraq
əsasverici standartlar kompleksidir. Bu standartlar kompleksi mahiyyətcə ümumi
хarakterli və qarşılıqlı əlaqəli normativ sənədlərin birləşməsidir. Burada müхtəlif
səviyyələrdə tətbiq olunan standartların bir-birinə və qanunvericiliyinə zidd
olmamalarını təmin etmək üçün müddəalar vardır.
Məhsul üçün standartlar həmcins məhsul qrupuna və ya konkret məhsula
tələbləri təyin edir. Bu normativ sənədlərin iki növ müхtəlifliyi vardır:
-
ümumi teхniki şərtlərin standartları;
-
teхniki şərtlərin standartları.
Bununla yanaşı, həmcins məhsullar qrupuna ayrı-ayrı tələblər qoyan
standartların işlənib hazırlanması da mümkündür. Məsələn, təsnifatlaşdırma, sınaq
metodları, saхlanma və daşınma qaydaları və s. üçün standartlar işlənib hazırlanır.
Dostları ilə paylaş: