103
Mövzu 14
Təsviri sənətdə rəng
adətən, qəhvəyi rəngə boyadılır. Bu restoranlarda müştəriyə dillə
deyilməsə də, dördbucaqlı stollar, rahat olmayan stullar,
tavan və
döşəmənin rəngləri vasitəsilə “Burda çox oturma, yeməyini ye və
get” mesajı çatdırılır.
ÇƏHRAYI – müdafiəyə, simpatiyaya, sevgiyə ehtiyac hiss
edənlərin rəngidir. Onlarda tez-tez özünə inamın çatışmadığı
hiss olunur. Həyatı çox zaman nağıla
bənzədir, xəyalpərəst olur-
lar. Xəyaldan ayrılıb reallığı görəndə böyük sarsıntı keçirirlər.
Həyat rəngidir. Bu rəngi sevənlər həyatı sevir, ondan zövq almağı
bacarırlar.
SARI – bu rəngə üstünlük verənlər cəsarətli, insanları özünə
cəlb
etməyi bacaran, fasiləsiz olaraq yeni informasiya axtaran,
eqosentrik, şən və hazırcavab olurlar. Hakimiyyəti sevir, elmdə,
incəsənətdə uğur qazana bilirlər. Daim xoşbəxtliyə can atır və
nail olmaq üçün əllərindən gələni edirlər. Çatışmayan cəhətləri
lovğa, dikbaş olmalarıdır. Rəngdə bir parlaqlıq və istilik var. Ra-
hatlığı və aydınlığı təmsil edir. İşıqforlarda yanan sarı işıq “hazır
ol” mənasını verir. Sarı rəngdə bir keçicilik var. Günəşin sarı işıq-
larında da keçicilik var. Cücənin sarı rəngində də keçicilik var.
Dostları ilə paylaş: