III-cü fəsil
ŞİƏLƏR VƏ YALAN
Şiə sözünü tələffüz edər-etməz onun-la birlikdə yalan yada düşür. Sanki bu iki söz aralarında bir elə fərq olmayan iki sinonimdir və bu məzhəbin əsa-sının qoyulduğu, bu dinin yaradıldığı gündən bir-bi-rindən ayrı işlənməmişlər. Bu məzhəb yalnız yalan-dan başlamış və əsası yalnız yalanla qoyulmuşdur.
Şiələr özləri yalandan doğduqları üçün öz yalanla-rına müqəddəslik və böyüklük rəngi yaxmış, onu öz adı ilə deyil, başqa sözlə adlandırmış və bu məq-sədlə "təqiyyə" sözündən istifadə etmişlər. Onlar "təqiyyə" dedikdə batində fikirləşdiklərinin əksini bildirməyi və qəlblərində gizlətdiklərinin ziddinə olan şeyləri elan etməyi nəzərdə tuturlar. Onlar "təqiyyə"yə əməl etməkdə o qədər hədlərini aşmışlar ki, nəhayət, onu öz dinlərinin əsasına, öz qanunların-dan birinə çevirib, onlarda məsum (günahsız, pak) sayılan imamlarından birinə aid etmişlər. Onların Buxarisi Məhəmməd ibn Yəqub Küleyni rəvayət edir ki, şiələrin iddia etdiklərinə görə, onların beşinci imamı Əbu Cəfər demişdir: "Təqiyyə mənim və ata-babamın dinindəndir, təqiyyəsi olmayanın imanı yoxdur".318
Küleyni həmçinin Əbu Ömər Əcəminin belə dediyi-ni rəvayət etmişdir: "Bir dəfə Əbu Abdulla əley-hissəlam mənə dedi: "Ey Əbu Ömər, dinin onda doqquzu təqiyyədədir, təqiyyəsi olmayanın dini yoxdur".319
Küleyni öz "Səhih"ində daha irəli gedib Əbu Bəsi-rin belə dediyini rəvayət etmişdir: "Əbu Abdulla əleyhissəlam dedi ki, təqiyyə Allahın dinindəndir. Mən soruşdum: "Lap Allahın dinindəndir?" O dedi: "Bəli, Allaha and olsun ki, Allahın dinindəndir".320
Budur onların inandıqları dinləri, bəslədikləri etiqadları. Göründüyü kimi, o, həqiqəti gizlətməkdən və batili izhar etməkdən başqa bir şey deyil. Onlar bu münasibətlə bir hədis də qondarıb danışmışlar: "Süleyman ibn Xalid demişdir: "Bir dəfə Əbu Ab-dulla əleyhissəlam mənə dedi: "Ey Süleyman, siz elə bir dindənsiniz ki, kim onu gizlətsə, Allah onu əziz-lər, kim onu bildirsə, Allah onu zəlil edər".321
O söz bu sözlə necə bir araya sığa bilər: "Ey Peyğəm-bər, Rəbbindən sənə nazil olanları təbliğ et, əgər bunu etməsən, Onun tapşırığını yerinə yetirməmiş olarsan".322
Qüdrət və Cəlal sahibi Allah bununla əlaqədar bu-yurmuşdur: "Sənə olunmuş əmrə tabe ol və müşrik-lərdən üz döndər".323
Allahın əleyhissəlam Rəsulu Vida həccində Onun dinini elan etmiş, kəlamını izhar etmiş və demiş-dir: "Ey insanlar, mənim sözüm sizə çatdırılıb?" Demişlər: "Bəli". Rəsulullah demişdir: "Allah, özün şahid ol! Qoy burada olanlar olmayanlara çatdırsın. Ola bilər, sözü başqasından eşidən onu deyən adamdan eşidəndən yaxşı başa düşsün".324
Peyğəmbər səlləllahü əleyhi və səlləm daha sonra demişdir: "Allah bir təzə əmr verəndə birimiz ondan bir şey eşidib onu adamlara eşitdiyi kimi çatdırdı ki, bəlkə, onu başqasından eşidən ona həmin sözü deyən adamdan daha yaxşı başa düşər".325
Əleyhissəlam demişdir: "Bir dənə də olsa, məndən eşitdiyiniz ayə təbliğ edin".326
Allah-sübhanəhü və təala öz peyğəmbərlərini və rəsullarını bu kəlamı ilə mədh etmişdir: "Onlar Allahın tapşırıqlarını təbliğ edib Ondan qorxan, Allahdan başqa heç kimdən qorxmayan kəslərdir".327
Allah Rəsulullah səlləllahü əleyhi və səlləmin əshabələrini də mədh edib onlar haqqında belə demiş-dir: "Möminlərdən elələri var ki, Allahla olan əhdlərinə sadiq çıxmışlar. Kimi bu yolda canından keçmiş, kimi də öz əhdini dəyişmədən növbəsini göz-ləməkdədir ki, Allah öz əhdinə sadiq olanlara onla-rın sədaqətinə görə mükafat versin və münafiqlərə, istəsə əzab versin, istəsə onların tövbəsini qəbul et-sin. Həqiqətən, Allah Bağışlayan və Rəhm edəndir".328
Allah həmçinin demişdir: "Onlar tənə edənin tənəsindən qorxmurlar".329
Allah münafiqləri onların yalanına görə qınamış və demişdir: “Əgər münafiqlər sənin yanına gələndə desələr ki, biz sənin Allahın rəsulu olduğuna şəha-dət edirik, Allah sənin həqiqətən Onun rəsulu oldu-ğunu bilir, Allah ona da şahiddir ki, münafiqlər yalançıdırlar”.330
Allah münafiqlərin təsvirini belə vermişdir: “Onlar iman gətirənlərlə rastlaşanda iman gətirib deyirlər ki, biz iman gətirdik. Elə ki öz şeytanları ilə xəlvətdə qaldılar, deyirlər ki, biz sizinləyik. Lakin biz iman gətirənləri dolayırıq”.331
Allah sonra münafiqlərin cəzasını bəyan etmiş və demişdir: “Münafiqlər Cəhənnəmin ən aşağı təbə-qəsindədirlər, sən onlara yardım edən bir kəs tapmazsan”.332
Buxari və Müslimin rəvayət etdikləri kimi, Rəsu-lullah səlləllahü əleyhi və səlləm yalanı qadağan et-miş və pisləmiş, doğrucul olmağı əmr etmiş və mədh etmişdir: “Siz doğrucul olmalısınız, doğru mömin-liyə aparır, möminlik isə Cənnətə. Nə qədər ki in-san doğru danışır və doğrudan əl çəkmir, o, Allahın yanında doğruçu kimi qələmə alınır. Özünüzü yalandan gözləyin! Yalan əxlaqsız işlərə, əxlaqsızlıq isə Cə-hənnəmə aparır. Nə qədər ki insan yalan danışır və yalandan əl çəkmir, o, Allahın yanında yalançı kimi qələmə alınır”.333
Süfyan ibn Abdulla Səqəfinin belə dediyi rəvayət olunur: “Mən Rəsulullah səlləllahü əleyhi və səllə-min belə dediyini eşitmişəm: “Sən sənə inanan qar-daşına yalandan bir əhvalat danışıb onu aldatsan, ən böyük cinayət işləmiş olarsan”.334
Dostları ilə paylaş: |