Seçmə aşıq şeirləri
14
DAĞLAR
Məğribdən məşriqə səf çəkif duruf,
Qüdrətdən çəkilif baş-başa dağlar.
İtaət boynuna həmayıl vuruf,
Misli-pəsənd, xotkar, xan, paşa dağlar.
...
Ağ çeşmən
sərinnən car eylər seli,
Yaşıl tirmə qurşar alaca
beli,
Zabitə kölgəsi, Dağıstan yeli,
Sədrin səfaıdı həmişə dağlar.
Bəd illərdən satın aldın nəs günü,
Çağırıf dumanı, tökdün çiskini,
Gözü yaşlı qoydun
cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar.