282
Allahın da rəhmi gəlmir bu
millətin
Qocasına, xəstəsinə.
Burda bizi öyrədir ki, vərdiş edək
Cəhənnəmin istisinə.
Hazır gedək o dünyada yanmaq
üçün,
Nağıl, kitab, lazım deyil,
Bu eyhamı qanmaq üçün.
Qızmar günəşin torpağa, insana, təbiətə
vurduğu ziyan da onun nəzərində kasıbçılıq kimi
insan ömrünə yazılmış əzabdır, zülümdür, bu
misralarda insan taleyi, insan xoşbəxtliyi arzu
olunur. İnsan ömrünə nə yazılsa yaxşı yazılsın
gərək, ona görə də dualarında "Allah onu
qorusun" deyir. Özü də nədən qorusun deyir,
keçmişdə nağıllarda, rəvayətlərdə olduğu kimi
"şəri-şeytandan",
"məkri-zənəndən",
"quru
böhtandan" qorusun demir. İndi o duaların
məzmunu dəyişib. Əsl həyatla, real həqiqətlə
səsləşən, özü də şeytannın, quru böhtanın
törədə biləcəyi dəhşətlərdən də dəhşətlisi olan və
"göz gördüyündən qorxar" məsələsinə rəğmən
təkcə bir şəxsin deyil, bütöv bir millət üçün, onun
mili-mənəvi dəyərlərinə, milli əxlaqi dəyərlərinə,
adət-ənənələrinə, incəsənətinə, mədəniyyətinə,
həyat tərzinə, əxlaq kodeksinə zidd olan mən
deyərdim ki, düşmən kəsilən bəlalardan qorusun
deyir. O bəlalardan ki, bu gün gözümüzü yumub
283
Avropaya inteqrasiya siyasəti, şüarı altında
balamızı belə atıb qaçırıq, millət, xalq üçün
bundan böyük bəla ola bilərmi? Daysı "dğa"lar,
xalaları katyalar, kürəkənləri yevrey, ingilis,
olanlar Avropaya pəncərəmizi lap karvansara
qapısına döndərib. Və gördükləri "şairəm, çünki
vəzifəm budur əşar yazım, gördüymü nikü-bədi
eyləyib izhar yazım"-deyən Sabirdən dərsini
almış Fikrət Sadığı narahat etməyə bilməz. Bir
zamanlar "əcnəbilər göydə balonlarla uçur, biz
avtomobil minməyiriz".
Əsl vətəndaş şair milli mənafeyi əsas tutan
bir ziyalı kimi onu düşündürən, narahat edən
ölkədə
rüşvətxorluğun
baş
alıb
getməsi,
"atasından
belə"
rüşvət
alan
övladların
çoxalması, hər gün çörək dərdindən qapı-qapı,
küçəbəküçə
düşüb
xlor
satanları
küçəyə
sürükləyən ehtiyac, işsizliyin baş alıb getməsidir
və bir də:
Üst-üstə yığılanda
Maaşı üstələyən,
Dövlət
vergilərini
günbəgün
artmasıdır.
Şairi şəhərlərimizi bəzəyən, Bakının hər
yerində, geniş meydanlarında, uzun küçələrində,
yol ayrıcında hər dörd yana qoyulan "damağında
siqaret, başında şlyapa kovboylar" narahat edir.
Amerkanın
özünün
siqaret
çəkməməsinə
baxmayaraq "Malbro", "Konqress", "Kent" kimi
284
siqaretləri
Azərbaycanda
partapart
satması
narahat
edir;"Adamın
adamı
aldatdığını
eşitmişik" deyən şair ölkələrin də bir-birinə fənd
işlətməyindən qəzəblənir, Qəzəbini də belə açıb
tökür:
Bəs niyə
İndiyədək yer tapılmır,
Koroğluya, Nəbiyə
Heykəl qoyula.
Amma kovboylar yaraşıq olub,
Hər yol ayırıcına,
Hər dörd yola.
Şəhəri bürüyüb tüstü
Bəsdir, atam, bəsdi.
Fikrət Sadığı qəzəbləndirən həm də şəhərin
hər yerində "neon lampalarıynan göz vuran
əcnəbi adlar"dır. Bir zamanlar dilimizin üstündə
ağalıq edən, "rus qapazı" altında qalan, bu gün
də "Yad sözlərin" dilimizi üstələməsi, bir ovuc
işbazın camaatı gah Şərqə, gah Qərbə çəkməsi
hirsləndirir.
Ölkəyə
gətirilən
malların
"günbəgündən
bahalaş"ması,
açılan
qəssabxanalar, dəmirin, kağızın Rusiyadan,
yağın, unun Türkiyədən, saqqızın, duzun İrandan
gətirilməsi yandırır, göynədir:
Məgər bunlar səndə yoxdur?
A başı bəlalı Vətən!
- deyə onu sorğu-suala, qınaq dolu sorğu-
suala çəkir. Elə bil məhşər ayağına çəkir vətənin
285
ziyalısını, əli qolu bağlı, cibi imkan verməsə də,
ağlı, istedadı xalqı bu zülümdən qurtarmaq üçün
bəs edən ziyalısını yandıran da elə budur. Hər bir
xammalı ola-ola xaricin dəyərli, dəyərsiz, küçəyə
atılan nimdaş paltarlarını, keyfiyyətsiz ərzağını
bu xalqın əyninə, boğazına dürtənləri sorğu-
suala tutur. Elə deyərdim bu vətənin ziyalısını,
şairini,
sənətkarını,
istedadllı
iqtisadçısını,
hüquqşünasını, alimini, mühəndisini məhşər
ayağına çəkir. Vətənin bu gün ac, yoxsul
qalmasının səbəbini qorxmadan, çəkinmədən,
sərtliklə qəzəblə o kəslərin üzünə çırpır ki, onlar
özlərin düşünür, qazanc üçün qonşudan alıb
özününkünə beşqat qiymətə sırıyır. Ölkənin
iqtisadiyyatının inkişafı üçün vəsait qoymur:
Bu təktəklər, dəstələr,
Millət olmasa əgər,
Elə belə olacaq.
Millət olmaq üçün isə birlik lazımdır. O birlik
Azərbaycanın gələcək taleyini həll edə bilər. O
birlik dövlətin iqtisadiyyatının, kənd təsərrüfatını,
sənayesini,
elmini-texnikasının
inkişafını
sürətləndirə bilər. Azərbaycanın öz çörəyi, öz
duzu ola bilər. Onun nefti xammal şəklində
ölkədən kənara dəyər-dəyməzinə axıb getməz.
Ölkə bolluq içərisində yaşayar. Boluq olan yerdə
isə ucuzluq və firavanlıq olar. Bu gün isə cənnət
kimi bir məkanda yaşasa da güzəranı, yaşayışı,
286
həyat tərzi əzabla dolu olan şair şəxsi dərdini
deyil, milli dərdi əsas götürür.
Efirlərdə
gedən
reklamlar, reklamlarda
işlədilən mənasız sözlər, Azərbaycan dilinin
gözəlliklərinin pozulması, xalq musiqisinə ögey
münasibət,
"müğənni
xanımların"
bayağı
mahnıları, qonşuları təqlid etməsi, ekranlarda
göstərilən dəhşət, vəhşət, ölüm, qan qoxuyan
filmlər, bu filmlərdəki qeyri insani keyfiyyətlərin
daha
önə
çəkilməsi,
bunun
ruhumuza,
əxlaqımıza uyğun olmaması hirsləndirir. "Ay
vətəndaş, ay dadaş gözümə kül üfürmə"-deyərək
onu məhşər ayağına çəkir, bir vətəndaş kimi
ondan tələb edir ki, bu millətin işinə yara, İş yeri
aç, zavod işlət, millətə gün ağla. Sanki
yaxasından tutub onları silkələyir, milli vicdanını
oyatmağa çalışır, özünə qaytarmaq istəyir yolunu
azmış bankir vətən oğullarını şəxsi mənafeyi milli
mənafeyə qurban verməməyə, ali, müqəddəs
hisslərlə yaşamağa, çalışmağa çağırır. Və bu
şərəfli yolun yolçuçu olan şair özü kimiləri
cəmiyyətdə axtarır.
F.
Sadığın
şerlərindəki
kəsər
onun
poetikasında elə əriyir ki, onu düşüncəli oxücü
elə ilk misralardaca görür. Bəzən görürsən ki,
deyirlər filan şair o qədər anlaşıqlı bir dildə
sözünü deyir ki, o dəqiqə bilirsən ki, bu adam nə
demək istəyir. Onun şerlərində bu qəbildən də,
sözdəki
mənanı
niqab
altında
gizlətmə
287
xüsusiyyətləri də var və bunların hər ikisi
gözəldir. Məncə şair, sənətkar yazdığı üzərində
oxucunu həm də düşündürməlidir. Şair təfəkkürü
misraya, beytə çıxardığı fikirlərinə diqqəti cəlb
etməlidir. Sözü bütün çılpaqlığıyla deməkdənsə,
elə niqab altı söyləmək özü elə poetik gözəllikdir.
"Təzə şer, köhnə dərd, köhnə şer, təzə dərd"
şeri
bu
cəhətdən
şairin
yaradıcılığının
"zirvələrindəndir". O zirvələrdən ki, Fikrət Sadıq
bütün insan cəmiyyətinin, pulun rol oynadığı
cəmiyyətin bütün iç üzünü açıb tökür: pulun
cəmiyyətdəki hökmü böyükdür, həyat pulu
olanındır, pulun varsa dünyanın altını üstünə
çevirə bilərsən və ya əksinə. Pulun varsa get
qatarı saxlat, qalaları uçurt, yaylaqları, güllü
bağçaları xaraba qoy, dağları yerindən oynat,
kəsdiyin başa söz yoxdur, as, kəs, vur, dağıt, öz
yerinə vətənin sərhədlərini qorumaq üçün pul
ver, özgəsini yerinə göndər, başının salamat
saxla, sərhəddi aş, təzə partiya yarat, "lap şer də
qırıldat", kitab çıxart, mahnılar icad elə, hapınla-
gopunla Füzulini, Üzeyri üstələ. Pul ki səndədir,
dünya da sənindir.
Pulun varsa daxma sat, imarət
al!
Təəccüb sat, heyrət al!
Lap vətən sat, qürbət al!…
Pulun var, ver indidən
Cənnətin qəbzini al, ol rahat!
288
Elə günü bu gündən
Cəhənnəmi göndər ta
Cəhənnəmin dibinə.
Dalınca da bir qara daş dığırlat!
Diqqətlə oxuduqda bu şerdə kəskin nifrət,
istehza, sarkazm görərik. Pulu ilə cəmiyyəti,
xalqı,
vətəni,
yıxıb
sürüyənlər,
dağıdıb
parçalayanlar,
özünü
öyənlər,
cahillər,
istedadsızlar, cəmiyyətin nifrətini qazanmağa
layiq cahillər, pul gücünə dünyaya sahib durmaq
istəyənlər, özünü dahi sananlar, bir-iki cızma-
qarasıyla
Füzulini
dananlar,
zövqsüz
mahnılarıyla Üzeyri öz aləmində geridə qoyan
özündən müştəbehlər, Vətəni satan xainlər,
təbiətə, tarixi abidələrimizə düşmən çıxanlar,
yalançı siyasətbazlar, dar düşüncəlilər, onları
yoldan çıxaran öz gərəksizliyini duymağa imkan
verməyən, əksinə, onların mənəviyyatı qədər
boş, mənasız pul, onun cəmiyyətdə oynadığı rol
tənqid olunur. Eyni zamanda bu bir ovuc "
pulluların" nadan əməllərinin əzabını çəkən xalq,
kütlə, millət taleyi ön plana çəkilir, oxucunu
düşünməyə vadar edir:
Allahın göndərdiyi
Hamımıza verdiyi
nefti, qazı mənimsəyənlərin sabah bu xalqın
başına daha böyük bəlalar gətirə biləcəyinə,
hətta xalqa havanı da pulla satacağına inanır.
Arzusu, muradı pulla ölçülən, hər şeyi pulla
289
almağa imkanı olan, torpağı, vətəni, milləti belə
hərraca qoya biləcək nankorlardan qurtulmaq
qüdrətli ölkə yaratmaq, xalq, millət, onun rifahı
naminə
işləmək, iqtisadiyyatı
gücləndirmək,
millətin xoşbəxt gələcəyi naminə ömrünü şama
çevirə bilmək ancaq aqil, müdrik, saf, dünya
malında gözü olmayan ancaq insanlıq naminə,
xoşbəxtlik, sağlam, şən həyat naminə yaşyaıb-
yaradan insanları sevmək, milli mənafeyi üstün
tutanların arxasınca getməklə işıqlı həyata
qovuşa bilməyin mümkünlüyünü bildirir. Açıq
şəkildə yox, üstüörtülü yalnız ömrünün, həyatının
mənasını çoxlu pulda görən, pulu olub quduran,
qudurğanlıqla insanlıq keyfiyyətlərini itirən, öz
səadəti naminə xalqının torpaqlarını, əzizlərini
belə qurban verməyə hazır olan nadanların
murdar əməllərini, iç üzünü açıb tökür. Xalqın
varını talayan, satan, mənimsəyən, "mənəm-
mənəmlik" iddiasında olan, axırda xalqı quru
yurdda qoya biləcəklərdən "Allah bu milləti
qorusun"- deyir Fikrət Sadıq. Fikrət Sadıq
xalqının taleyindən narahat bir ata kimi bu
dualarını müxtəlif formada, müxtəlif şəkildə edir.
Millətin
taleyi
üçün
narahat
şairin
ürəyi
gördüklərindlən
qorxduğundan
onun
sabahı
naminə qaranlıq gecələrində əlində qələm şam
kimi əriyir axır. Pafoslu kəlmələrlə yox, sadə, adi
misralara, içindən gələn bir şəkildə; qırıq,
yarımçıq , lakin bütöv bir ideya, zəngin bir ideya,
290
dərin bir məna üzərində köklənmiş tutumuda,
sərbəst şerin vəzninə, ahənginə uyğun bir deyim
tərzilə. Gözümüz önündə Rəsul Rzanın misraları
canlanır. Bu vəznin imkanlarından məharətlə
yararlanan Rəsul Rzanın Azərbaycan şerinə
gətirdiyi yeniliklər danılmazdır. O bir məktəb
yaratdı getdi və bu məktəbin özündn sonra gələn
davamçılarının sıralarında Fikrət Sadıq seçildi,
qiymətləndirildi.
Sərbəst
şerin
azadlığı,
çərçivələnməməsi, qəlibə
salınmaması-poetik
qadirliyi Fikrətin poetik vergisinin tərzi ilə səsləşir,
onun
poeziyasının
sadəliyinə,
təbiiliyinə,
axıcılığına uyğundur. "Sevgi yağışı" başlığı
altında çap edilmiş və yuxarıda haqqında
danışdığımız "Sevgi yağışı" eləcə də "Balıqçı və
su pərisi", "Dənizə axan küçə" adlı lirik
poemaların ümumi bədii təsiri bu fikri tamamilə
sübuta yetirir" (Elçin).
Qələm dostu Balasadığa ünvanladığı şerində
də şair öz dərdini danışır."Şerə, sözə canı yanan,
dərd əhli yox!"- deyib heyfslənir. Şer, sənət
xiridarlarının bu dünyadan getməsi, Balasadıq
kimi qələm sahiblərini itirməsi onu göynədir.
Dəryadakı tənha dalğalar əlində çırpınan qayıq
kimi çırpınır şair təzadlar aləmində, fikirlər,
düşüncələr onu itirdiklərini xatırlamağa, sızlaya-
sızlaya onları yada salmağa vadar edir. "Hayıf
səndən Balasadıq" deyə üz tutduğu mərhum
dostu, qələm yoldaşı Balasadıq kimilərin bu gün
291
ədəbiyyatımızın, incəsənətimizin inkişafında şair
yerini görür, kədərlənir. Şeri, sənəti atıb
dolanışıq dalınca qaçanları, "şerə, sözə can
yandırsan dərd əhli"lərinin azalması, əvəzində
ədəbiyyata, şerə, sənətə ancaq qarayaxan
"nadan", "soyuq" üzdəniraq qələm sahiblərinin də
gəlməsini özünə dərd eləyir:
Eyham qanan bir kimsə yox!
Şerin təşbeh siqlətinə,
Mübaliğə sambalına,
Tab gətirən adam azdır.
Görürsən ki, ya oxumur,
Ya oxuyur, başa düşmür,
Ç ünki kökündən dayazdır.
("Şer
oxumağa
adam
tapılmır").
F. Sadıq üçün şer, sənət əvəzsizdir. O,
ilahinin yetirməsidir.
Sənətə, sənətkara düzgün qiymət verməyən,
istedadlı, qüdrətli sənətkarı gözü götürməyənlərə
Fikrət Sadıq ancaq şeri, kəsərli misraları ilə
cavab verir.
Özündən əvvəlki sənətə, şerə, ədəbiyyata
yuxarıdan aşağıya baxan bir-iki cızma-qaraçı
müəlliflərə şair məsləhət verir ki:
Dönə-dönə
danışırsan
sən
ağacın
Ovum-ovum
ovulacaq
yarpağından.
292
Heç
olmasa
bir
kəlmə
də
danışaydın
Gövdəsindən,
budağından,
torpağından.
İndi ədəbiyyatımızın canına taxtabiti kimi
daraşan qələmçilərin yaradıcılığını şair yarpağa
bənzədir və onun kök üstündə bitmədiyindən
"ovum-ovum" ovulacağına şübhəsi yoxdur. Nə
qədər qaraya ağ, ağa qara deyilsə də, "yalanların
üstü ilə yeriyir haqq", keçmişinə təpik atan,
cübbəli libasını bəyənməyənləri "sütül nəsil"
adlandırır və onları əmin edir ki, ədəbiyyatımızın
qocaman sərkərdələrini öz "südqarışıq acı sözləri
ilə nə qədər" gözdən salmağa çalışsalar da, onlar
"öz yolundan döndərəmməz şerimizi".
Arif Əmrahoğlu haqlı olaraq göstərir ki,
"Poeziya adlı dünyada o güzəştə getmir. Onun
üçün bu dünya taledi, qismətdi, canının-qanının,
istedadının hesabına saflığını qoruyub saxladığı
müqəddəslikdi. Fikrət Sadıq çox güman ki,
mifoloci
xarakterli
müqəddəs
dünyada
da
qədərinə Zevslik yox, Siziflik düşdüyü üçün
xoşbəxtdi. Fikrət Sadığın şer dünyasında gerçək
dünyada demək istəmədiyi "yox"u da deyir,
sevgisini də, nifrətini də ifadə edir. İşıqlı dünyanın
qəliblərindən,
çirkinliklərindən
içi
xıltlı
insanlarından bezəndə o, özünün şer dünyasının
məsumluğuna pənah aparar, sığınar. Nə yaxşı ki,
bu şer dünyasında da yeganə tək Fikrət
293
Sadığımız var və bizi özünün şer dünyasının
işığına
aparır. Bu
işığın
sehrinə
düşüb
gedirsən… Geriyə baxmasan da əminsən ki,
Fikrət Sadıq dünyasının işığına doğru səndən
başqa gələnlər də az deyil".
F. Sadıq həyata keçə bilməyən arzularının
iztirabını çəkir. Qorki yazırdı ki, "Əzab, iztirab
insanın arzularından doğur. İnsanın elə arzuları
var ki, təqdirə, hörmətə layiqdir, elə arzuları da
var ki, buna layiq deyildir. Siz insanın elə
arzuların yerinə yetirməyə kömək edin ki, bunlar
onun sağlam və güclü olması üçün zəruridir,
onlar insana nəcabət və ülviyyət verir".
Bilik, dünyagörüş və özünü dərk etmək
insana arzu və istəkləri seçməkdə kömək edirsə,
insanın taleyi də xeyli dərəcədə onun arzu və
istəklərini tənzimləyir. Arzu və istəkləri ilə mühit
arasındakı konfilikt onlara çatmaqda insana
mane olur.
F.
Sadıq
zəngin
mənəviyyata
malik
sənətkardır."Zəngin şəxsiyyət dərin əqidəyə,
inama, yüksək məqsədə və ideala malik olan
şəxsiyyətdi. İnsan yüksək mütərəqqi ideallar
uğrunda yaşayıb fəaliyyət göstərdikcə özü də
yüksəlir, böyüyür, onun varlığı daha yüksək
ictimai məna kəsb edir. Doğru deyilmişdir ki,
qartala qanad, insana ideal eyni dərəcədə
zəruridir.
Böyük
məqsəd,
yüksək
ideal
şəxsiyyətin
zənginliyinin
ölçüsüdür.
Əgər
294
şəxsiyətin həyatında heç bir yüksək məqsədi,
idealı olmursa, o maddi cəhətdən nə qədər
zəngin olursa olsun ən yoxsul həyat sürür. Ən
misgin vəziyyətdə yaşayır. Ç ünki şəxsiyyəti
həyatda ucaldan nə onun vəzifəsidir, nə də onun
malik
olduğu
var-dövlətdir, onu
yüksəldən
yeganə bir şey varsa, o da ancaq böyük məqsəd
və ideallar uğrunda fəal mübarizədir".
F. Sadıq da bu mübarizlərdən biridir. O
qorxmadan, həqiəqti olduğu kimi yazır, günün
aktual
məsələlərinə
toxunur,
dövlətimizin,
millətimizin dili saflığına xələl gətirə biləcək
məsələləri açıqlayır, həyəcan təbili çalır.
Qabil böyük ürək açıqlığıyla Fikrət Sadıq
dünyasını, gündəlik müşahidələrini, gördüyü
əhvalatları əsərlərinin məzmununa çevirdiyini
söyləyir: "Böyük şəhərin mərkəzindən uzaq
məhəllələrindən birində yaşayan Fikrət Sadıq hər
gün evdən işə, işdən evə avtobusla, trolleybusla
gəlir, gedir. Və özü dediyi kimi -kimləri, nələri, nə
cür
hadisələri,
əhvalatları
görmür?
Bu
müşahidələr, bu şahidlik kövrək, yanıqlı, nifrət və
qəzəb dolu, müasir vətəndaş poeziyamızın gözəl
nümunələrinə çevrilir. Söz-sözə, fikir fikrə,
təşbeh-təşbehə zərgər dəqiqliyi ilə calanır.
Fikrətin nəinki dili, özü demişkən əlləri də danışır-
şer deyir":
Əlimi görürsən,
Əlim dərddən danışır.
295
Dərddən danışan əllərin
Ç əkdiyi zülmü görmürsən.
Qocalıq
F. Sadıq
qələmində
lirik
bir
mövzudur. Özün qocalmasan qocalığın nə
olduğunu duymazsan. Gənclik "gur ocaq",
qocalıq onun "kül"üdür. Coşqun, şux gənclik
üçün hər şeyin öz qüdrəti var, gülün-çiçəyin ətri
ilə yaşayır gənclik, sevib-sevilmək, həyat eşqi ilə
yaşayır gənclik, gənclik bahardır, qocalıq qış.
Qocalıqdan əltutulur, ayaq yerimir, göz yumulur,
dodaq əsir, qovu sovrulmuş çaxmağa bənzəyir
qocalıq. "gün batan", "şər qarışan" ana bənzəyir
qocalıq şairin nəzərində.
İnsan taleyinin ağrı-acısını çəkən insandır
Fikrət Sadıq. "Ömrüm boyu hər
arzuma,
niyyətimə
çəpər
çəkildiyindən
şəkil
çəkə
bilməyən şair ancaq çəpər şəkli çəkə bilir və ona
görə də :
Əlimə qələm alanda
Özüm istəməsəm də
Ç əpər çəkirəm mən.
-deyir. Bu misralarda kövrək bir qəlbin
keçdiyi, yaşadığı çəkdiyi ağrılı-acılı, əyri-üyrü,
hamar olmayan həyatı göz önündə canlanır.
Uşaqılığında ata həsrətini yaşayıb. Millətini
xoşbəxt, bəxtəvər görmək istəyib, görməyəndə
dərdinin üstünə dərd gəlib. Təbriz dərdinə,
Qarabağ həsrətinə qarışıb həsrəti, qüssəsi.
Azərbaycanının bütöv görmək istəyib, parça-
296
parça doğrandığını görüb içində yanıb kösöv
olub. Xalqının
naz-nemət
içərisində
ömür
sürməsini
istəyib,
taleyin
burulğanında
çabaladığını görüb, saçlarını gəncliyində dən
düşüb, kasıbçılıqla sınağa çəkilməkdən qorxub,
qorxduğu gözünə çöp düşüb, millətinin kasıbçılıq
içərisində yaşadığını görüb öz dərdini unudub,
elə yaylıq tutub. Həm şəxsi, həm milli, həm
dünyəvi dərd-sər, insan qayğısı, arzusuna,
istəyinə, ümidlərinə çəpər çəkilən bu dünyada
qələm aldığı olub.
F. Sadıq şerlərində dünyanın ən qayğıkeş
insanlarındandır. Elə onun bütün yaradıcılığı
qayğıdan
yoğrulub. Xalqının
güzəranından,
dərdindən, torpağın, millətin qaçqınlıq taleyindən,
pis sənətkar əməlindən doğan qayğılarla doludur
Fikrət Sadığın şerləri.
Həyatının mənası olan övladlarının, evinin,
ailəsinin qayğısı da onun çiyinlərindədir. Hər gün
övladlarının
qayğısıyla
yaşamaqla
yanaşı,
dünyanın da dərdini çəkir. Zamanın ən qaynar
nöqtələrindən
"Vyetnamdan
nə
xəbər
var,
görəsən",
"Kennedinin qatilini tapdılarmı?"
və neçə-neçə belə qayğılar da
şairin
yaşantısındadır.
Ç oxdan
görüşmədiyi
bir
dostuyla
qarşılaşma, avtobusda
adamların
çoxluğundan yaranan narahatçılıq, konduktorun
297
acıdilliyi, maaşın gecikdirilməsi və digər yüzlərlə
qayğılarla yaşayan şairi həyata bağlayan da bu
qayğılardır.
Oyanmaq ümidilə
yatıram hər gecə.
Oyanmamaq da olar
elə-beləcə.
Amma oyanıram, əhdim var,
Oyadır hər səhər.
Şair bütün bu qayğılarda adilik görür. İnsan
qayğı dolu adi bir həyatını yaşayırsa, evin,
qohum-əqrəbanın, dünyanın qayğısını çəkirsə,
deməli, əsl insan odur.
37-ci
ilin
repressiyasında
Azərbaycan
xalıqının ən istedadlı, qabiliyyətli ziyalıları, böyük
söz ustadları ilə yanaşı o zaman partiyada məsul
vəzifələrdə işləyən şəxsləri də məruz qalmışdır.
Bu represiya ədəbiyyatımızın, mədəniyyətimizin
inkişafına da ağır zərbələr vurub, onun ən
qüdrətli
sənətkarlarpını
əlindən
alıb.
Bu
şəxsiyyətlərin
ailələrinin
çəkdiyi
əzab
və
əziyyətləri, məşəqqətləri ölçə biləcək meyar
yoxdur. Təqib, qorxu, həyəcan, müdhiş gecələrin
dəhşətli qapı döyümləri, aparılmalar, gedib-
qayıtmamazlıq,
ölüm,
fəlakət
demək
idi
repressiya. Əqidə sahibləri, haqq-ədalət sevənlər
yalançı
ifşalara
məruz
qalmış,
sürgünə
göndərilmiş, Nargin
adalarında
güllələnmiş,
məhv edilmiş, sağ qalanlar ölüm qorxusu altında
|