330
Bir sonsuz kainatı ulduz-ulduz
gəzərəm,
Günəşə baxmaq üçün.
F.Sadıq bu misralarında yaşamaq, görmək,
sevdiyi həqiqətlərə doğru çırpınmaq, o arzulara
çatmaq, yaşamaq, özü də mə'nalı yaşamaq,
dünyanın gözəlliklərindən kam almaqla yaşamaq,
mə'nalı ömür sürmək istəyən insanını arzularını,
romantik duyğularının işığında tərənnüm edir.
"Baxışların" şerində ilk məhəbbətin ona
verdiyi
əzabları,
bu
sevginin
getdikcə
unudulduğunu, fəqət
öz
sevgi
alovlarının
sönməsinə
baxmayaraq
həyat
dəyişsə
də
indiyədək
dəyişməyən
"baxışların" özündə
gizlətdiyi
dərin
mənaya
diqqəti
yönəldir.
Uşaqlıqda eşitdiyi bir nağıl kimi yadında qalan ilk
məhəbbəti, ilk arzusu daşlara çırpılmış lirik
qəhrman illər ötsə də hələ də o baxışları
dəyişməyən insandan sorur ki:
Ocaq sönər, külü
qalar bir
məsəldir,
Heç birimiz alışmarıq əvvəlkitək.
Anlat mənə, öyrət mənə bu nə
sirrdir.
Sən
dəyişdin,
dəyişməyib
indiyədək
baxışların.
(Baxışların)
331
Pafoslu sözlərdən, romantik duyğulardan çox
reallıq üzərində köklənmiş bu misralar da Fikrət
Sadıq qələminə məxsusdur:
Sənə can atan
Qanadlarım yorulmadı.
Həsrətim ovulanda
Töküləndə payızımdan,
Ümidimin yarpaqları,
Heç olmasa bircə dəfə düşün
məni barı.
Qanadlarım gərilər,
Həsrətim bərkiyər.
Yaşıllanar baharından
Tumurcuqları ümidimin,
Heç olmasa düşün məni
Bircə dəfə.
O sakit bir səslə öz sevgisini, qəlbinin
çırpıntılarını, könlündən keçən istək və arzuları,
səmimi, saf duyğularını açıb söyləyir. Şair çox
gözəl bilir ki, insanı həyata bağlayan, onu
yaşamağa ruhlandıran, onda ən nəcib duyğular
oyadan ümid məhəbbət aləmində həm də bir
insan taleyini həll edir:
Sırğamın qaşı zümrüd,
Gözümün yaşı zümrüd,
Sən küsü içindəsən,
Məni bürüyüb ümid.
Az qalıb.
332
Azca qalıb.
Birinci zümrüd giləm
Kipriyimdən dammağa,
Ümidimi qırma ha.
Sırğamın qaşı yaqut.
Gözümün yaşı yaqut.
Bir kəlməm söz olubmuş,
O biri kəlməmi unut.
Bu məhəbbətin özülü sınanılmışdırsa, ümid
göyərə bilər, ümid sevinc gətirə bilər. "Ayrılıq"
Fikrət Sadıq üçün həm də sevgidə etibarı, vəfanı
sınamaq üçün karına gəlir. Məhəbbət cəfasız
olmur. Məhəbbət o zaman lirik qəhrəmana zövq
verir ki, o bir sıra yolları adlayıb, ağır
imtahanlardan keçmiş olsun. Ayrılıq imtahanı
şairə imkan verir ki, özünü tanıya bilsin.
Sevgisində, məhəbbətində dəyanətini qorusun.
Ayrılığı sehirli üfüqə bənzədir, o üfüqdə Günəş
deyil, görüş doğulur. Görüşün yaratdığı fərəh də
ayrılıq yükü kimi çəkidə ağır gəlir:
Ayrılıq sevgiyə mizan-tərəzi.
Onu
əyə
bilər
bir
qumca
pərsəng.
Daha bərk sevməkçin bir-birimizi,
Arabir beləcə ayrılaq gərək.
"Dünyada əbədi ayrılıq" olduğundan da
narahat olan lirik qəhrəman beş günlük, bir aylıq
ayrılığa dözməyi öyrətmək istədiyi sevgilisinə bu
333
həqiqəti acı olsa da qəbul etməyə çağırır.
Təbiətin qanunlarına boyun əyməli olan insan
övladı elə şeylər var ki, onun qarşısında acizdir.
Fikrət Sadığın lirik qəhrəmanı kimi:
Gəl görmə onun da suçunu
məndə.
Möhkəm olmalısan indən belə
sən.
Bir
gün
mən
əbədi
köçüb
gedəndə,
O son ayrılığa dözə biləsən.
Lirik qəhrəman ayrılığın əzabını çəkmiş
insandır. Bir gecəlik ayrılığın ona verdiyi ağrı-acı
şairin kövrək misralarında tüğyan edir. Ömrünün
çox ayrılıq gecələri olmuş insan çox uzun çəkən
bir gecənin ayrılığından danışır:
Ç ox uzun çəkdi bu gecə,
O birilərinə bənzəməz.
Gecənin bir ətəyi
Sən olan tayda.
Bir təyi mən olan tayda.
Sən ordan çək,
Mən çəkim burdan-
Açaq səhəri.
Ç ox olub ömrümün
Ayrılıq gecələri.
Ç ox uzun çəkdi bu gecə-
O birilərinə bənzəməz!
334
O gecənin ulduzunda, ayında gördüyü insan
elə sevdiyi insan olub. Həsrətində olduğu,
ayrılığına dözmədiyi o insan, insanı həqiqətdən
uzaqlaşdıran romantik xəyallara qapılmaqdan,
gileysiz-güzarsız,
aşıqlarımızın,
şairlərimizin
işlətdikləri ifadələrdən istifadə etmədən ürəkdən
qopan hərarətli misralarla verir. Onun məhəbbət
həyəcanlarında bir həyat eşqi var.
F. Sadığın
ömrü-uşaqlığı, gəncliyi
ata
həsrətilə göynəyib, ata məhəbbətilə ovunub.
Onun üçün ata başqa bir varlıqdır. Fikrət Sadıq
üçün ana bir dünyadırsa, ata insanı dünyada
yaşadan ümid, arxa, dayaqdı. Şair bu ümidlərin
acısı olub. Ümid onu aldadıb. Və aldada-aldada,
uşaq kimi başını tovlaya -tovlaya uşaqlığını,
gəncliyini ötüşdürüb. Və bir də görüb ki, sonsuz,
nəhayətsiz bir sevinc kimi atası yenidən ömründə
peyda olub, sevinən, gülən gözlərinin sevinc
yaşları qurumamış ümid onu elə aldadıb ki, bir də
görüb ki, ümidli, gümanlı günləri yağlı əppəy olub
göyə çıxıb. Və ona ümidin verdiyi heç nə
olmayıb, yalançı xoş xəyallardan başqa. Və bir
gün acü həqiqət qapısını döysə də, onu uşaq
kimi indiyə qədər aldadır, elə uşaqlığından yetim
qonmuş ümidə qarğış, nifrin yağdırıb:
Ümid yaman yerdə aldatdı məni,
Ümidin ümidi qırılsın görüm.
Ala gözlərini alıb apardı,
Əcəlin gözləri kor olsun görüm.
335
Bu
son
ayrılıqmış,
necə
bilmədim?
Quş olub yanına uça bilmədim.
Yetimlik əlindən qaça bilmədim,
Taleyin qapısı vurulsun görüm.
Sinəmə çəkilən ata dağıdır.
Təsəlli bir azca kədər dağıdır.
Hardan biləydim ki, vida çağıdır.
Ölümün öz yeri gor osun görüm.
("Ümidə qarğış")
"Ümidin ümidi qırılsın görüm", "Taleyin qapsı
vurulsun görüm", "Ölümün öz yeri gor olsun
görüm" bu tapıntılar insan təfəkkürününün, insan
əzablarının
zəngin
poetik
dünyasının
məhsuludur. İnsan əzabları, çəkdiyi mənəvi
sarsıntılar, ən əziz insanın itkisindən doğan
kədər, qüssə, bu hisslər bizlərə doğmadır və şair
insan
kədərini,
qüssəsini
belə
incəliklə,
həssaslıqla ifadə etməkdə mahirdir.
"Bir ovladın" şerində ana nəvazişi, ana
qayğısı mahnılara, laylalara hopmuş analıq
hissləri vəsf olunur. Bir övladın başı üzərində öz
ilıq nəfəsilə, nəğməsilə körpəsini ovutması şairin
əsərlərində əlvan, poetik bir dillə verilir:
Bir övladın
Bir ömürlük
Qayğısı-
336
Ödəməz,
Bir körpənin
Baş ucunda
Çalınan bir laylasını.
Ah! Ana laylası, ana laylası!
Bu misralarda körpənin rahatlığı üçün ananın
körpənin beşiyi başında söylədiyi laylanın ülviliyi
qüvvətlidir. Bu laylanın içində də bir məhəbbət
yaşayır ki, onsuz insanlıq dünyası ola bilməz.
Cəfər Cabbarlı, Səməd Vurğun, Əli Kərim,
Bəxtiyar Vahabzadə və digər şairlərimiz öz
şerlərində ana məhəbbətini, analıq duyğularını,
övlad-ana
sevgisini
böyük
sənətkarlıqla
tərənnüm etdiyi kimi Fikrət Sadıq da öz
şerlərində
bu
məhəbbəti
özünəməxsus,
bəzəksiz-boyasız lirik duyğularla vəsf edir.
Anasından uzaq düşmüş bir körpə kimi onu
xatırlayır, kəşməkeşli yaşıyan anasını "donub
qalmış mənam mənim" adlandırır.
Narazı getdi dünyadan,
İncimək olmaz anadan.
Bu mənasız zəmanədə,
Donub qalmış mənam mənim!
("Anam yadıma düşəndə")
Şair "Anam yadıma düşəndə" şerində sanki
doğma ana əli ilə döyülən, lakin dünyalar qədər
sevilən, ana-övlad məhəbbətini dərindən duyan
bir insan kimi F. Sadıq bəzəksiz, boyasız ana
məhəbbətini real cizgilərlə tərənnüm edir. O,
337
ananı obrazlı şəkildə göylərə qaldırıb, real
həyatdan təcrid olunmuş şəkildə tərənnüm etmir.
Onun ana-bala sevgisinin tərənnümündə bədii
tapıntısı daha real, daha tutumlu, daha gözəldir.
Ə. Ağayev yazırdı ki, "Poeziyada sənətkarlıq
haqqında
danışarkən,
ümumiyyətlə
bədii
yaradıcılıq üçün çox mühüm olan bir cəhətini-
yaradıcılıqda müstəqil olmaq, öz yolu ilə getmək,
özünəməxsus
bir
şəkildə
danışa
bilmək
məsələsini unutmaq olmaz".
Şerdə şair təmiz, kövrək duyğularla "başı
bəlalar çəkə-çəkə" başına dolandığı anasının
ona nağıl danışmasında, incidəndə "boğazdan
yuxarı yumşaq "qarğış" larında yaşayan
doğmalığı daha da poetikləşdirir. Kövrək şair
anaya bəslədiyi yüksək, ülvi məhəbbətdən doğan
duyğularını "Ana əli" poemasında daha obrazlı
şəkildə
vəsf
edir. Qədim
bir
rəvayətdən
götürülmüş mövzunun sücet xəttini başdan-
ayağa
ana
məhəbbəti, ana
qayğısı, ana
müqəddəsliyi təşkil edir. Şairin nəzmə çəkdiyi
rəvayətdə deyilir ki, xəstə, ölüm yatağında olan
ana ərini yanıa çağırır və körpələrini ona tapşırır.
Ölümünün yaxınlaşdığını duyan ana ondan xahiş
edir ki, işdir evlənsə, evə başqa qadın gətirməli
olsa kövrək ana ürəyi balalarının ögeylik dərdini
çəkməməsi üçün vəsiyyət edir ki;
Odur ki, mən ölən tək,
Əlimin birini kəs.
338
Qurudub saxla evdə.
Evin "təzə gəlini"
Saxlamayıb əlini,
Əgər döymək istəsə,
Ciyərparalarımı,
Qoy öz əlimlə döysün.
Ağrıyan ürəyimi
bir ana kimi duysun.
Ana canını övladlarına və ərinə tapşırır. Ər
ananın etdiyi "vəsiyyəti yerinə yetirir. Ananın
qaxac əlini zərxaraya büküb qızıl mücrüdə
sandıqda gizlədir. Bir müddət keçəndən sonra
ata evə qadın gətirir. Səhərdən axşama kimi çöl-
bayır işində olan ata övladlarının döyülməsindən,
söyülməsindən xəbərsiz qalır. Ögey ananın
qəddarlığına dözməyən körpələr xəstələnir, evə
həkim çağırılır. Dünya görmüş
Loğman ataya baxdı,
Loğman "anaya" baxdı.
Yetimlərin gözündə
Donan mənaya baxdı.
Dedi ki: "birdən-birə,
Bunlar azarlamazdı.
Bir "ah" da çəkib bu an,
Xəstələrinə dərman,
"Ana əli"ni yazdı.
Atanın ögey ananın yalanlarına uyub daşa
dönmüş ürəyi od tutub yanır. Gözündən qəflət
pərdəsi götürülən ata balalarının dünyadan
339
vaxtsız getmiş anasının arzusunu yadına salır.
Və bir zaman etdiyi vəsiyyət sinəsini parçalayır.
Mücrüdəki qurumuş əli ögey ananın qarşısına
qoyur və onun etdiyi vəsiyyəti övladlarına yad
olan bu qadından gizlətmir. Yad da olsa bu
qadına duyduğu ehtiyac onu məcbur edir ki,
innən belə də olsa, nə edəcəyini ona anlatsın:
Başa saldı "ana"ya:
Əgər qalmaq istəsən,
"Qal"-dedi.
"Amma qalmaq istəsən,
gəl bu əli al"-dedi.
Analarına oxşa.
"Döyəndə bu əllə döy,
oxşayanda da oxşa!
Unutma ki, anasan,
Analıq deyil asan!"
F.
Sadıq
şerlrində
bu
müstəqilliyi,
özünəməxsusluğu qoruyan, onu şəxsi duyğularla
zənginləşdirən
bir
şair
kimi
diqqətimizdən
yayınmır. Onun
mühakimələri, düşüncələri
qəlbindən gəlir. "Cığır" şerində şair tənhalığın
onda yaratdığı üzüntülərdən gileylənmir. O
insanlara olan məhəbbətini ifadə edir. İnsani
ülfəti, həyatda bir-birinə gərəkliyi əsas tutur.
Şairin şerlərində bəşəri mövzular əsasdır. O,
dünya, kainat, insan, ətraf aləm haqqında fikrini
real cizgilərlə verməkdə mahirdir. Məhəbbət
mövzusu şairlərin, qələm sahiblərinin ən çox
340
müraciət etdiyi mövzulardan olduğundan Fikrət
Sadığın
bu
mövzuda
yazdığı əsərləri
də
nəzərdən keçirilərkən samballı sənət əsərləri kimi
diqqəti cəlb edir.
Sinəsinə çəkilən ata dağı şairin bütün
dünyasının yenidəni"alt-üst" edir. İllərlə qarlı -
çovğunlu Sibir, Uzaq Şərq çöllərində əsir-yesir
olan atasının son məkanı- yeri müqəddəs vətən
olması qəlbinə təsəllidirsə, ata dağını görən
gözlərinə çökən kədər, qussə, duman-çən kimi
ömrü bir şaxtaya, qara bürüyür. Ata sevgisi, ata
qayğısı, ata məhəbbəti şair üçün qənirsiz
nemətdir. Ata itirən övlad bu sevgidən məhrum
olduğundan göynəyir, içini yeyib tökür:
Quru təsəlliyə təslimdir qəlbim.
Quru təsəlliyə möhtacam indi.
Köklü budaqlarım yaşıl qalsa da,
Kökünü sel yumuş ağacam indi.
("Təsəlli")
Bir zaman ümid məndən üz döndərsə, qorxu
pəncrəmi döysə bir "əlimdən qopuz tutar, bir
əlimdən Dədə Qorqud" deyən şairin bütün
inamları aldığı acı xəbərdən bir andaca ölür.
Dözümü, vüqarı yuxalır, ata yoxluğunu duyan
ürəyi dizlərini bükür, belə olanda şair təbiətin
paxıl olduğunu duyur. O paxıllıq ki, təbiətin
qəlbində özündən uca görəndə onu "gödəldir".
İnsana bir yandan mərhəmət, insaf öyrədir, o biri
yandan balanı atasız qoyur, yuvaları dağıdır.
341
İnsana bəşəri duyğular arzulayan ana təbiətin
daxilindəki bu təzad, ziddiyyətlər, onu insan
duyğuları qarşısında cavabsız, günahkar kimi
dayanmağa məcbur edir. Nədir təbiətin, insana
insanlıq aşılayanın qəlbindləki bu paxıllıq ki,
qoymur
insan
övladlının
ömürlük
sevinc
içərisində yaşamağa, bir səhəng qara boya kimi
atır onun bəmbəyaz ağappaq qar yorğanın
üstünə. Onu dəyişir, onu bahar buludları kimi
doldurur, gözünün yaşını sel kimi axıdır, qəlbini
qırır, küskünləşdirir
və
insan
balası
öz
yaradanına ağ olur:
Dünyanın günləri ağlı-qaralı,
Tutmaz hər gələnin burda qərarı.
Qəlbimin başını duman, qar alır.
Beş
günlük
dünyanı
bica
görəndə.
F. Sadığın şerlərində ən zəngin məzmunlu
mövzulardan biri də övlad məhəbbəti, övlad
sevgisinin tərənnümüdür. O şerlərində həyatda
oldluğu kimi övladlarını sonsuz bir məhəbbətlə
sevən atadır. Dünyadan xəbərsiz "mışıl-mışıl"
yatan körpəsini oxşayan ana nəvazişli sözlərində
ümman dolu sevgi var. Döşəyi bir topa bulud,
"Balışı" bir parça Ay, üstünü "ulduz" dolu mavi
örtük örtən Günələ layla çalır. Elə bir layla ki,
duyumunda, sevgisində əsrlərin damarından
süzülüb gələn bir məhəbbət var, ata məhəbbəti;
yerə-göyə sığmayan ata məhəbbəti.
342
Kəhkəşanı sapa keçirib,
çarpayından asmışam,
səndən ötrü.
Bundan o yana
Çatmır hünərim layla!
Laylay Günəlim laylay.
Günəşin əlləri endirdi
Yerə səni.
Əllərini yandırmadı ki,
Görəsən?
Laylay Günəlim, laylay.
Günəş
Günəlim
laylay!
Ay Günəlim Laylay!
("Çarpayıda").
Sevimli körpəsini Günəşə bənzədən şair ata
o günəşin işığında isinib. O günəşin sevgisindən
ürəyi, qəlbi "od" götürüb, qızınıb.
"Layla" şerində isə şair laylanın keçib gəldiyi
enişli-yoxuşlu yolları, qərinələri yola verən ününü,
sədasını vəsf edir. "Dünyanın ilk körpəsiylə bir
zamanda doğulmuşam"-deyir layla. İlk ananın
təsəllisi, ümidgahı, ilk sözü, ilk pıçıltısı olan laylay
şairin qəlbində başqa bir aləmdir, başqa bir
varlıqdır.
Həzin-həzin
axan
bulaqlar
öz
"şırıltısını",
xəfif-xəfif
əsən
küləklər"
öz
nəğməsini, dərdli kaman, yanıqlı ney öz səsini
laylanın özü demişkən ondan alıb:
343
Mən
olmasam
şıltaq-şıltaq
körpələri kim uyudar?
Yer üzündə bəstələnən ən biringi
nəğmə mənəm.
"Laylası şirin bala,
yuxusu dərin bala,
böyü, boya, başa çat,
Toyunu görüm bala!
-deyir. Beşiklərə həmdəm, analara sirdaş,
körpə gözlərinə yuxu, ümid, arzu, sevinc dolu
layla dünyanın hər yerində - yer üzündə doğulan
körpələri əzizləyən olub. Layla belə tərənnüm
olunur, vəsf olunur. Xalq ədəbiyyatında laylalar
"beşik nəğməsi" də adlanır. Akademik Azad
Nəbiyəev yazır: "Laylalar, beşik başında anaların
xüsusi
ritmlə,
ahənglə
zümzümə
etdiyi
nəğmələrdir. Onlarda ananın körpəsinə dərin
məhəbbəti, onun bu gününə, sabahına bəslədiyi
ümid əks olunmuşdur… bəzən ana laylanın
sözlərini təkrar etmir, ümumi ritmi zümzümə edir,
həzin və ahəngdar bir musiqi yaranır. Bu
füsunkar ritm səslərin ritmi və ahəngdarlığıdır, Bu
ananın körpəsinə çoşqun məhəbbətlə yaratdığı
musiqinin poeziyasıdır".
F.
Sadıq
"Layla"
şerində
laylanın
keyfiyyətlərini, xüsusiyyətlərini poetik bir dillə vəsf
edir. İncə, lirik
duyğularla, həzin, kövrək
duyğularla."Oğlum İlkinə" şeri elə təpədən
dırnağa bir layladır. Ata laylası.
344
Onun balaca Ayseli də dünyadla elə şeylər
istəyir ki, onlar bir qəlbə, ürəyə sığa bilər, evə
sığışmaz. "Bös-böyük təyyarə", "up-uzun qatar",
"yepyekə bir gəmi". O qəlb istəyir ki, onun istəyi
təyyarəylə, qatarla, gəmiylə-nə ilə gəlirsə gəlsin,
amma tez gəlsin. Gözü yolda qalan balasının,
balaca Ayselinin qulaqlarına uzaq-uzaq yerlərdən
gələn ata səsinə, nəvazişinə ehtiyacdır onu belə
"böyük " şeylərdən yapışmağa vadar edən. Bəlkə
bu, atanın özünün ürəyindən keçən tezliklə
balalarına qovuşmaq istəyidir. Bu istəkdə özünü
görmək, özü kimi balasına, doğmasına, əzizinə
tezliklə
qovuşmaq
istəyindən
doğan
ülvi
duyğulardır desək bəlkə daha doğru tapmış
olarıq bu istəyin kökünü. Hər halda övlad
məhəbbətinin intəhasızlığından doğan hisslərdir
bunlar. Amma şirin hisslərdir, bəşəri hisslərdir,
dünyəvi hisslərdir, insani hisslərdir:
Balaca Ayselə
zəng elədim.
Dedim: "Nə alım sənə?"
"Bös-böyük təyyarə al", -dedi
dönə-dönə.
Bir də zəng elədim
balaca Ayselə.
"Up-uzun qatar al"-dedi
elə…
Sonra yenə zəng elədim,
dedi: "Gəmi al mənə,
345
yepyekə bir gəmi"
Bu arzular
körpə bir qəlbin,
Görüş həsrəti deyilmi
bəs nədir?
Təyyarə, qatar, gəmi
bütün bunlar
mənə işarədir.
Bilirəm, qızım, bilirəm.
Gəlirəm, qızım, gəlirəm.
F. Sadıq "Layla" şerində deyə bilmədiklərini
daha ürəklə, səmimiyyətlə deyir. Bir gecə ana
qayğılı olmaq istəmiş, səhərədək oyaq qalıb,
körpəsi ağladıqca ovutmaq könlündən keçmiş
ata istəyinə nail ola bilmir. "kirpiklərimdən daş
asıldı
oyana
bilmədim" -deyə
təssüflənir.
Təəssüflənir ki:
Bir ömür boyu ana olur analar.
Mən bir gecə ola bilmədim.
Şair bu misralarda Ana məhəbbətinin, ana
qağısının möhtəşəm bir heykəlini qurub.
"Ana qayğılı" olmaq arzusuyla bir gecənin
qayğısını yaşaya bilməyən, oyaq qalammayan
insan-şair-lirik
qəhrəman
bu
"etibarın" bu
qüdrətin sahibi olmadığından özünü suçlu bilir.
Bir ananın illərlə çəkdiyi zəhməti, yuxusuz
gecələrin ağırlığını, narahatçılığını utana-utana,
çəkinə-çəkinəmi deyir ki, mən bir gecə ana
olammadım, amma "bir ömür boyu ana olur
346
analar". Səhərə qədər kipriyindən daş asılan,
oyana bilməyən şairin bu etirafı övladın yatağı
başında kirpiyindən od götürən, ömrü boyu qayğı
çəkən insanın ana qayğısı, ana məhəbbəti
önündə əydiyi başdır. Ana laylasını "yer üzündə
bəstələnən birinci nəğmə" hər kəlməsi "beşik
üstə sayə salan qanad"lı ilk ananın təsəllisi,
pıçıltısı, "ilk sözü", "ümidgahı" adlandırmaqla
yanaşı real əsaslar üzərində poetik duyğularını
tamamlayır: "həzin axan bulaqların şırıltısı",
"xəfif-xəfif əsən küləklərin nəğməsi" səsini
layladan alıb. Laylada həyat eşqi, ümid, arzu,
istək, sevinc, məhəbbət var. Dünya var, həyat
var laylanın hər misrasında, həzinliyində.
Böyük bir ülviyyətlə, böyük bir ürəklə ata
duyğusuyla ana qəlbini, ana adının böyüklüyünü
zirvələrdə saxlayıb, özü kimi ana sevən, ana
qədrini
bilən, analıq adının
yüksək
tutan
sənətkarlarımız
kimi.
Ana
məhəbbətindən
yoğrulmuş
xəzinəyə
düşən
misralardır
bu
misralar.
Sabah üstündə ayaq açıb gəzəcəyi, laləsini
üzəcəyi, çəməni, torpağı, uca göyləri, onun zərrin
naxışlarını- hansı ki, bunlar onu nə vaxtsa özünə
heyran edəcək, məftunluqla bağlanacaq onlara-
ovladına bəxş edir. Quş kimi köçəri olan insan
övladını bu düynada əbədi görməyən şair ona
sevinc dolu bir ömür arzulayır, elə bir ömür ki,
kədərsiz olsun, elə bir ömür ki "Kədəri olsa da
347
qoy əziz olsun". Onun övladlarından bir istəyi var;
dünyada kiməsə gərək olmaq, "bir damcı yağış
olub" bircə sünbülü yaşat"maq da şairin övladı
üçün bəsidir. Təki yaşatmaq, yaratmaq nəsibi
olsun. Fikrət Sadıq övladlarından ayrı düşəndə
hicrana, həsrətə dözməyən, səslərini eşidəndə
şaxtalı, qarlı Moskvada günü "Günəşə qərq olan"
görür. O, dünyanın çox hicranıa dözüb, ata, ana,
yar hicranı çox çəkib, bu hicrana dözümlü ürəyi
"övlad hicranına dözə bilmir neyləyim"-deyə
kövrəlir. Fikrət Sadıq doğrudan da sevinməli, fəxr
edilməli, öyünməli atadır. Onun qəlbi övlad üçün
məhəbbət
dəryasıdır,
ümmandır,
desəm
yanılmaram. İlkinin itkisi onun Qorqud cöhrəsinə,
Qorqud sinəsinə elə çalın- çarpaz dağlar çəkib ki,
misralarında Uruzu, Beyrəyi yağılar əlində
göynəyən ana nidalı ahlarını duyuruq:
Qonur gözlərimə
Qonur gözlərinin
Həsrəti oğlum!
Göy
gölü
dumanlı
gördüm
sənsiz,
Lalələri solğun!
Fikrət Sadıq bu misraları 30-40 il əvvəl
söyləyəndə Dədə Qorqud dünyasının əbədi
səsinə səs verirmiş.
Fikrət Sadıq "Gecə taksisi" şerində nədən
danışmır, İlahi! Dağ boyda dərdindən, həsrəti,
nisgili qəlbinə çökən İlkinindən, onun qorxa-qorxa
|