Dünya xalqları öz nadir sənət incilərini



Yüklə 1,77 Mb.
Pdf görüntüsü
səhifə29/37
tarix09.02.2017
ölçüsü1,77 Mb.
#7868
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

468

tanıyır.  Yoxsa

sözün

bu

qədər



dərindən

"tərcümeyi-halı"nı verməzdi. Şerində söz nədirsə, 

nəsrində də söz odur. Hər ikisində söz öz tərifini

özünəməxsus biri oricinallıqla Fikrət Sadıq

düşüncələrindən qoparıb alır:"  söz yarpaqda, 

suda,  siçəkdə,  Ayda,  Günəşdədir.  Kimin əli

çatırsa ondan götürür sözü.  Tapdığı yerin rəngi, 

dadı,  ətri,  işığı,  odu gizlənib sözdə.  Oxucu da o

sözü nə cür qavrayırsa o həcmdə rəng, dad, ətir, 

işıq və od payından bəhrələnir"

Fikrət Sadığın fikrincə,  "ən çətini sözü

yerindən götürməkdir. Söz yerinə düşsə möcüzə

olar, sehr olar. Kiminin əli sözə çatır, amma gücü

çatmır. Kiminin əli də çatır, gücü də, amma haqqı

çatmır. Kimi sözü bərk-bərk sıxır, boğur, qaraldır. 

Kimi boş yapışıb əlindən salır.  Kimi sözü

yaralayır,  kimi

sözü


qamarlayır,  kimi

tumarlayır".  Budur Fİkrət Sadıq aləmində söz. 



Sözə

ehtiyatla,  incəliklə,  səmimiyyətlə, 



yanaşmaq lazımmış.  Söz onun nəzərində quru

bir cəsəd deyil,  canlıdır,  özünə hörmət,  qayğı, 

mərhəmət gözləyir,  belə olmasa o ondan nə isə

umanı yarıda bilməz.  Hər yoldan keçən də

sözdən öz ehtiyaclarını ödəmək üçün istifadə

edə bilməz.  Söz sözdur,  özü də söz şairin

nəzərində "mərddir.  Hər cür yalvarışa baxmaz. 

Hər söz deyənə inanmaz.  Bəzəyə -düzəyə

aldanmaz.  Təki sözə ürəklə əlin çata.  Sən də

sözün ürəyinə yatasan gərək,  söz də sənin



469

ürəyinə yata.  Bu iki tərəfli sevgidir.  Burada söz

də,  şair də xoşbəxtdir".  Söz-şair varlıqlarını

şerdə, sənətdə sözün ölçü və meyarını bu ritorik

dillə təhlil etmək,  sadə,  açıq,  qısa lakin dərin

mənalı cıümlələrlə təsnifatını,  təhlilini aparmaq

Fikrət

Sadıq


şəxsiyyətinin

sözə, 


sənətə

məsuliyyət hisslərindən doğur. Sənətkar az sözlə

dərin məna ifadə etmək,  sözü məqamında

işlətmək, ona azadlıq vermək, ona hörmət etmək

onu quş qanadlı etmək,  ondan yararlanmaq, 

sözün başını buraxıb fikirlərdə yeknəsənlik

yaratmamaq, istedad və ilham meyarında sözün

ölçü-biçimini bilmək imkanlarını şer-sənət-şair-

istedad-qabiliyyət-ilham-duyğu-zəngin təxəyyül-

söz


ehtiyatı-söz

tutumu-söz

zənginliyi-sözə

qiymət silsiləsində qorumağı,  qavramağı əsas

bilir.

Şair Məmməd Araz şəxsiyyətinə, sənətinə də



öz

yaradıcılığında, 

elmi, 

ədəbi-publisist



fikirlərində yer ayırır.  Onun şerləri də "Füzulidən

dayaq olub, Vaqif, Vidadidən qanad, Mirzə Cəlil, 

Sabirdən qeyrət,  Səməd Vurğun,  Rəsul Rzadan

vüsət,  Əli Kərimdən həsrət qalıb.  Şairin dediyi

kimi desək :"Onun şeri addım-addım çıxıb söz

qəsrinin dolanbac pillələrini.  Məmməd Araz

ayağını üzəngiyə qoyub ata süvar olan gündən

düşməyib yerə.  Söz cıdırında atını elə çapıb ki, 

özünə məxsus iz açıb, ayrıca yol salıb". 

"Qadan balan mənə gəlsin Araz!



470

Adını adıma qoşuram" 

- deyən gündən. Fikrət Sadıq göstərir ki, Araz

şer, dastan, yaddaş, ürək ağrısı, ümu-küsüdür. O

Məmməd Araz yaradıcılığındakı vətənpərvərliyi, 

vətəndaşlıq məsuliyyətini,  torpaq,  vətən,  yurd

sevgisini Azərbaycan adına,  tarixinə,  varlığına

olan


sonsuz

əbədi


sevgisini, 

onların


tərənnümünü "şair qəlbinin şah damarından axıb

gələn söz"- Vətən sözündə ümumiləşdirir.

Daha bir söz-Vətən!

Azərbaycan-qayalarda bitən bir

çiçək.

Azərbaycan çiçəklərin    içində



qaya.

Mənim könlüm bu torpağı vəsf

eləyərək,

Azərbaycan dünyasından baxır

dünyaya,

- misralarını yada salır. Bizi vətəndaş olmağa

çağıran bir şairin narahat dünyasıyla səsləşdiyini

bildirir və söyləyir ki,  "  Məmməd Arazın şer

xalısının yeri torpaqdır".

Məmməd Araz kimi, Xəlil Rza da şairin sevə

sevə-sevə öydüyü sənətkarlardan biridir.  Lakin

onun əsərləri əsasında fikrini demir.  Xəlil Rza

şəxsiyyəti haqqında danışır.  Zamanın az-az, 

qətrə-qətrə yetirdiyi şəxsiyyətlər haqqında ki, 

onlardan biri də Xəlil Rzadır.  Ondan elə bir dillə

danışır ki, hər cümləsində Xəlil Rza coşqunluğu, 



471

odu,  alovu bizi də isindirir. Azadlığı "zərrə-zərrə, 

qram-qram"  istəmirdi Xəlil Rza.  Fikrət Sadıq

onun bu duyğularını öz lirik dünyasıyla bölüşür:" 

Xəlil

Rza


azadlığı

zərrə-zərrə,  qram-qram

istəməmişdi., özü zərrə-zərrə öyrəndi, kamilləşdi. 

El-obanı,  tarixini,  keçmişini təkrar-təkrar yaşaya-

yaşaya bugünləşdi,  kamala yetdi".  Xəlil Rzanın

sinəsindəki Vətən sevgisi,  onun azadlığını

görmək istəyi millətinin "sıyrılmış qılıncı"na

çevirdi.  O,  xalqının azadlığı uğrunda sinəsini

sipər elədi,  sözünün közünü,  istisini o səmtə

yönəltdi.  Bu yolda Təbrizini də şəhid verdi. 

Əyiləmdi,  sınmadı,  çünki o yolu tutanda o

yollardakı

ölüm-itimi,  itkini

görmüşdü



əvvəlcədən. Ona görə də əyilmədi. Dərdi üstünə

dərd gələndə də içində də çəkdi.  Övladı kimi

sevdiyi Vətən də ona Təbrizi kimi əziz idi.  O, 

Təbrizdə Təbriz boyda bir həsrət də yaşadırdı. 

Fikrət Sadıq bunları görmüşdü öz gözləri ilə və

ona görə də onun keçdiyi mübarizə dolu həyata

bələd bir insan kimi şerlərindəki ölməz ideyaları, 

qəlbindəki

vətəninin

azadllığa,  müstəqilliyə

qovuşması istəyini və bu isətyi alov dilli

misralarında daha da közərtdiyini bildirir və Xəlil

Rzadan öyrənməyi tövsiyə edir:"  Bir zərrə

azadlığın iynə ucundan keçib ulduz olan Xəlil

Rzanı tanıyın!  Tanımasanız,  özünüzü qınayın. 

Dönə-dönə qayıdın,  şerimizn pələnginə baxın, 

onun sıçrayışını seyr edin,  nərəsinə qulaq asın! 


472

Ərləşin.  Ər oğlu ər olun!  Vətən uğrunda ölün ki, 

bir daha doğulun!  Necə ki,  Xəlil Rza bu qeyrət

məktəbini keçdi. Həm özünə, həm millətinə, həm

də azadlığa başucalığı gətirdi".  Fikrət Sadığın

fikirlərində böyük həqiqət yatır.  Onun keçdiyi

həyat yolu çox oxucularına,  onu sevərlərə dərs

oldu,  həyat məktəbi oldu.  Bu gün də Xəlil Rza

azadlıq aşiqi kimi onu sevən həmvətənlərinin

qəlbindədir və onu yaratdığı əsərlərdə də bu

sevgi odunu qoyub gedib və hələ çox nəsillər o

odda isinəcək,  ondan qəlblərinə bir istək,  duyğu

yayılacaq

zaman-zaman



Xəlil

Rza


xatırlanacaq və Fikrət Sadığın dediyi kimi zərrə-

zərrə qazandlığı azadlığın odunda polad kimi

ğbərkimiş misraları ilə yanaşı, polad ürəkli, polad

iradəli,  adil və nadir şəxsiyyət kimi Babək

nəsilinin davamçısı qəhrəman,  mərd,  məğrur bir

vətən övladlı kimi də dönə dönə yad ediləcək. 

Fikrət Sadıq öz bədii publisist yazılarında

Şahmar Ələkbərzadə,  Anar,  Sərdar Əsəd, 

Teymur Elçin və bir çox sənət adamlarının

yaradıcılığı

haqqında

da

dəyərli



fikirlər

söyləmişdir.  Anar özünəməxsus bir yazıçı yolu

açan-Anar yolu yaradan,  öz cığırı,  öz səmti,  öz

yolu olan bir sənətkardır.  Fikrət Sadıq bu yolu

belə təsvir eləyir ki, " bu yolu ayaq üstə təsəvvür

edə bilsəydik, qollu-budaqlı, çoxşaxəli nəhəng bir

ağaca bənzəyərdi.  Bir ağac-bir orman.  Bu yolu

ləngərli,  dolu,  uzun bir çaya da oxşatmaq olar. 



473

Dağlardan, 

dərələrdən

keçib, 


dənizə

yaxınlaşanda inçə-inçə kiçik çaylara bölünən, 

delta yaradan bir çaya. O çay Anar olsa, o delta

onun əsərləridir. Dəniz də bizik- oxucular!"

Şair Anarın əsərlərinə poetika gözüylə baxır. 

Keçmiş tariximizi bu günümüzlə birləşdirən

əsərlərinin adlarından poetik bir lövhə yaradır; 

oricinal bir dillə nəsrə şeriyyət gətirir, bədiilik yox, 

bədiilik nəsrin də,  nəzmin də kübrəsidir,  canıdır, 

ruhudur. Şeriyyət deyirəm. Şeriyyət ahəngdarlığı, 

mənsur şerin ən yaxşı çalarları vurulub bu

misralara.  Bir sənətkar yaradıcılığının ötəri

mənzərəsini

yaratmaq


üçün

misralarına, 

cümlələrinə,  kəlməsinə

toxunmadan,  qələm

çalmadan o möhkəm, tablonu olduğu kimi oxucu

qarşısına çıxaraq:"  Bu yolla "Dədə Qorqud" 

"Qobustan"a gəlir.  Dünənimiz,  bu günümüz, 

gələcəyimiz bu yolda görünür.-Bu yol"Uzun

ömrün akkordlarıdır".

Yazıçının qəlbi ilə oxucular arasında "Əlaqə" 

saxlayan yoldur."Bayram həsrətində olanlar", "Ağ

liman"da dayanıb,  o qədər gileyləndilər ki, 

dünəndən bəri yağan şıdırğı "Yağış kəsdi". Burda

"Molla


Nəsrəddin-66cı"  dəfə

milləti


qəflət

yuxusundan oyatmağa çalışdı.

"Adamın adamı"  olmalıdır.  Adamı olmasa

"Macal" verməzlər.

Adamların

bir


qismi

"İçərişəhərdə" 

yaşayırmışlar

kimi


-ümüdlərinin

darısqal


474

keçidlərində yaşayırlar.  Odur ki,  işıqlı nə varsa

göz yumurlar.  "Şəhərin yay günlərində"  "Evləri

köndələn yar"gilin binasındakı klubda "Dantenin

yubileyi" keçirilirdi.

"Beşmərtəbəli evin altıncı mərtəbəsi"ndən

həyat daha yaxşı görünür.  Amma görə biləsən! 

Yoxsa elə yazıçılar var ki, yuxarıdan yalnız həyəti

görürlər, həyatı görmürlər.

Anar da ədəbiyyata "Sizi deyib gəlmişəm" 

deyib, gəlib. Bizim başa düşəcəyimizi bilib gəlib. 

Anarın dili o qədər aydındır ki, onu ancaq nadan

başa düşməz.

Bu dili Anara anası Nigar Rəfibəyli laylaları

ilə, atası Rəsul Rza cəsur misraları ilə öyrədib.

Anarın


dili

Mircə


Cəlil,  Sabir,  Üzeyir

Hacıbəyov bulaqlarından su içib.  Sözlərini bu

bulaqların suyunda suvarıb,  bərkidib,  polad

eləyib.  Anar deyiləndə "Anlamaq dərdi"  düşür

yadıma.  Dörd bir tərəfdə bu qədər ziyanlı var

ikən ziyalı olmaq çox çətindir.

Son illərdə başımıza nələr gəlmədi ki,"Sizsiz" 

qalıb el-oba, kənd-şəhər, Ana yurd! "Sizsiz" qalıb

qələm, şer.

Sinəmizə çəkilən "Şəhid dağı"  hələ də

sızıldayır.  Bayaqkı

"Ana


yolu"n

dörd


yol

ayrıcında-caharsularda sağa, sola ayrılan qollara

adlar

qoşulsaydı-nəsr,  kino,  teatr,  dilçilik, 



ədəbiyyatşünaslıq,  publisistika adlandırılardı bu

qollar".


475

"Anar deyiləndə" yazısında Fikrət Sadıq Anar

şəxsiyyətini-əsərləri ilə birlikdə-əlaqəli şəkildə

ədəbiyyatımıza

xidmət

nöqteyi-nəzərindən



araşıdırır, qiymətini verir.

Bu formada,  bu gözəllikdə,  bu məzmunda

fikir söyləmək yazıçı,  sənətkar yaradıcılığına

qiymət vermək-ədəbiyyatda ən gözəl yenilik kimi

qiymətləndirilməlidir.  Ədəbiyyatşünaslıq fikirləri

bədii əsər deyil,  onu oxunaqlı etmək üçün dilinə

bədiilik,  şeriyyət qatışdırmaq lazımdır.  Bəkir

Nəbiyev, Nizami Cəfərov, Qara Namazov, Şamil

Salmanov, 

Nizaməddin

Şəmsizadə

kimi


ədəbiyyatşünasların dili olmasa görən oxucu

neyləyər? 

Ədəbiyyatşünaslıq

ədəbiyyat

sevərlərin diqqətini cəlb edə bilərmi?  Ümidsiz

olmayaq. Fikrət Sadıq var, onun kimi qələm əhli

var.  Sənəti misra üzərində qurulan Azərbaycan

şairləri,  yazıçıları var ki,  Nizamidən,  Füzulidən

deyəndə elə bilirsən onları oxuyursan.  O

bədiiliklə yazılan yazılar ədəbiyyatşünaslığın

xəzinəsindəndir. Bu cəhətdən Fikrət Sadığın yolu

öyrənilməlidir.  Şair,  yazıçı hər hansı hadisəni, 

motivi öz əsərinin sücet xəttinə çevirib,  bədii

dolğunluğu ilə onu təsvir edə bilər.  Bu əhli

qələmlər üçün çətinlik törətməz.  Amma o

sənətkar,  yazıçı haqqında,  onun yaradıcılığını

sənətkarlıq baxımından bu cür gözəl demək, 

müxtəsər,  əhatəli

danışmaq

Fikrət


Sadıq

476

yaradıcılığnın gözəlliklərini şərtləndirən əsas

məsələlərdən biridir.

Fikrət Sadığın uşaqlar üçün yazdığı şerlər elə

böyüklər

üçün


maraqlıdır. 

Gözəl

sənətkarlarıımızın şerəlrini "uşaq" və "böyük" şeri



kimi bölməyə razı deyil.  "Şeri uşaq şeri,  böyük

şeri deyib iki tirəyə ayırmaq olmaz.,  şer var

yalnız"  sadə adi sözlərlə ən ulu mətləblər açıla

bilər. Ya da ədalı sözlərin dalında ən adi hekayət

belə qaranlıq qalar".

Boş mənasız yazılarını şer adlandıranlara

bildirir ki,  "sərbəst şer musiqidən,  ritmdən azad

deyil.  Sərbəst şerin özünəməxsus musiqisi

vardır. Bunu gözləmək lazımdı. Nə boş qutu kimi

ust-üstə düzülən soyuq,  beton evlərə bənzəyən

heca bəndləri gərək deyil bizə,  nə də qorxudan

pərakəndə düşmüş,  başsız qoşuna bənzəyən

sərbəst misralar".  Yeni qafiyə əruzu da,  hecanı

da,  sərbəsti də gözəlləşdirir.  Şairin başını uca

eləyir. Qafiyə axtarışdır, kəşfdir.

Fikrət Sadıq ədəbiyyata gələn yaxşı, istedadlı

gənclərin yaradıcılığına diqqətlə yanaşmağı, 

qayğılarını duymağı,  ən yaxşı əsərlərin çapına

kömək edilməsini istəyir. 

Fikrət Sadıq 80-90cı illərdə ədəbiyyata gələn

gənc şairlərin əsərlərinə münasibətini də öz

yazılarında bildirir.  Şerə,  sənətə gələn yeni abı-

havanı alqışlaryır və onlarla birlikdə ədəbiyytda

öz hay-küyü ilə yer tapmaq istəyənlərin ədəbiyyat



477

aləmini bir-birinə vurmasını,  bir-birinə qənim

kəsilməsini,  özünəqədərki ədəbiyyatlara qarşı

qərəzli fikirlərini pisləyir.

"Gənc

şairimiz


Azərbaycanın

azadlığı


uğrunda mübarizədə sinəsini düşmən gülləsinə

sipər eləmiş Ülvi Bünyadzadənin "Ülvi duyğular" 

kitabına yazdığı fikirlər onun gənc istedad

sahiblərinə qayğısının, məhəbbətinin nəticəsidir.

20 illik ömründə çəkdiyi ağrı-acılar, yurd-yuva

həsrəti


vətəndən

didərgin


düşmüş

şairin


yaradıcılığında onu yandırıb tökür.  Fikrət Sadıq

Ülvinin ülvi hissləri cəmlənmiş "Ülvi duyğular" 

kitabını "gənclərə örnək,  mərdlik öyrədən kitab" 

adlandırır.

Abbas Abdullla Azərbaycan ədəbiyyatında öz

dəsti-xətti,  oricinal yaradıcılıq imkanları olan

istedadlı sənətkarlarımızdan biridir.  Onu öz

qələm dostlarından fərqləndirən bir cəhət də

onun Azərbaycanın xoşbəxt gələcəyi naminə

bəzən yaradıcılıq imkanlarını ölkəsinin ictimai-

siyasi axarında əridib ömrünün bir hissəsini onun

gələcəyinə həsr etmək,  bu olda bəzən işıqda, 

bəzən kölgədə qalmaq qismətinə nəsib olan

şairimizdir.  O,  sülhsevər bir insandır,  necə olur-

olsun bu millət,  dövlət öz müstəqilliyini əldə

etmişdir,  edəndən sonra da onu qoruyub

saxlamalıdır,  dünya dövlətləri içərisində sivil bir

dövlət kimi inkişafını təmin etmək üçün məsul

vəzifələrdə çalışmış,  qələmini bununla belə yerə


478

qoymamış,  düyna ədəbiyyatına misilsiz sənət

inciləri bəxş eldən Nizami,  Füzuli,  Nəsimi kimi

səntkarların Vətəni Azərbaycanın miilli-mənəvi

zənginliyini dünyaya tanıtmaq üçün çalışmış və

bu gün də var qüvvəsi ilə çalışır. Şöhrətdən uzaq

Abbas Abdullanı şair Fikrət Sadıq gözəl tanıyır.

Əsərlərindəki yüksək ideyaları,  bədii gözəlliyi, 

sənətkarlıq məharətini görür və gördüyündən

onun yaradıcılığı haqqında dəyərli fikirləri də

söyləməyi özynə borc bilir. O, Abbas Abdullanın

sənətinə,  onların ideya-məzmun zənginliyinə

heyranedici nəzərlərlə baxır.  Onda olan "Tanrı

vergisi"  şairi ovsunlayıb.  Abbas Abdulla "Mənim

qanım,  mənim

canım


Azərbaycanım"-deyir. 

Fikrət Sadıq onun bu müqəddəs hisslərini,  saf

duyğularını özü yaşadığı kimi qiymətləndirir,  bu

mövzuda "şerlər birər-birər layladı,  bayatıdı, 

qoşmusan Vətənin şəninə"-deyir və Azərbaycan

Abbas Abdulla üçün nədir?  -sualını görür bu

şerlərdə və o özü onun bu hisslərini, duyğularını

şair kimi vətənə, xalqa, yurda, torpağa, elə-obaya

bağlılığını ümumiləşdirir.  Dediyi bu sözlərdə:  "O

yer ki,  sənə Ana olub,  sən o Anaya layiq

övladsan.  O azadlıq sevən tərəkəmə elatı sənin

yurd yerindir.  "Yurdyerin"  dilindən düşmür.  Yurd

yerinin hər qarışında sənin ayaq izin var.  Bu

dağlar, dərələr, ormanlar, çaylar harda olsan səni

haraylar(  fikirlərə,  qoşumlara,  düzümlərə,  təhlilə

bax;  su kimi axıcı,  dəniz kimi coşqun).  Fikrət



479

Sadığın kövrək və həzin kəlmələri bir şairin o biri

şairə ürəkdə bəslənən səmimiyyətinin ifaədəsidir.

Bu

gün



əli

çıraqlı


gəzirik

o

yaşıd



sənətkarlarımızı ki,    biri-birinin sənətinin yaxşı

cəhətlərini görsün, ədəbiyatmızın inkişafı naminə

danışsın. 

Ədəbiyyatdan

varlanmaq, 

kürsü


tutmaq,  vəzifə sahibi olmaq üçün az qala hər

birinin topu,  gülləsi,  mərmisi,  barıtı söz olub bir-

birinə tuşlanan yazıları düşünəndə bu yazı da

yada düşür,  ürəyim bu yazıdan fərəh duyur, 

gözündən su içir, rahatlıq tapır. Sənətkara olduğu

kimi qiymət vermək Fikrət Sadığın demək

qanındadır: 

"...Sənin

yurd

yerinə


olan

məhəbbətindir ki,  "Torpaqdan pay olmaz"  deyib

aləmə car çəkmisən…  əsir düşən Vətən

torpağının səsi göylərə bülənd olur,  sən bu

yerdəki haqsızlıqları görüb,  bu ah-naləni eşidib

yerdəkilərdən bir kömək olmadığını bilib şerlərini

göy üzünə yazmısan.  Onları elə beləcə də

adlandırmısan "göy üzünə yazılmış şerlər". Fikrət

Sadıq bu şerləri böyük ədəbi hadisə olduğunu

söyləyir və bildirir ki, " bu şerlərdə dünən, bu gün, 

sabah birləşib əbədiyyət olub.  Qədim şerlərimiz

bu günün avanqard şerləri ilə qaynayıb-qarışıb. 

Gənc şairlər buna bənzər şerlər yazanda hay-küy

qoparırlar ki,  Amerika kəşf eləyiblər.  Amerika

çoxdan kəşf olunub, Cənablar. Abbas Abdullanın

üzünü görmədiyi atasına yazdığı məktublarda

şair onun özünün olduğunu duyub,  qırmızı


480

imperiyanın hördüyü tora düşüb,  olmazın zülüm

çəkib, xalq düşməninin oğlu olub. Bu oğul xalqın

dostu-şair Abbas Abdulla imiş-demə". Şair Abbas

Abdulla sənətinə,  amalına,  əqidəsinə dərindən

inandığından onun "türk oğlu,  türkəm"  sözlərinin

də səmimiliyinə inanır,  böyük bir inamla şairin

dediklərini təsdiqləyir:  Sən doğrudan da türk

oğlu,  türksən.  Türk sözü qadağan olanda sən

türkəm deyirdin.  Türkün tarixini əzbər bilirdin. 

Dünənini,  bu

gününü,  sabahını

görürdün. 

"Ulduz"da və ya başqa qəzet -curnallarda

eyhamla dolu misralarında türk doğulduğunla

fəxr edirdin.  İndi də fəxr edirsən.  Sabah da fəxr

edəcəksən. Əqidəsinə, soyuna, kökünə sədaqətli

Abbas Abdulla kimi oğullar Azərbaycana su kimi, 

hava kimi gərəkdir.  Damarından türk qanı axan, 

bununla fəxr edən çiyinlər üstə dayanan

Azərbaycanın işıqlı,  bütöv gələcəyi danılmazdır. 

Millətin ləyaqətli oğullarından birisən. Azadlıq və

həqiqət carçısısan və şair Fikrət Sadıq şair

Abbas


Abdullanı

həmişə


belə

görmək


arzusundadır. "İnnən belə də elə-belə qalmağını  

arzulayıram": özünə dost, həmsirdaş, həm qələm

tapdığına görə,  belə insana,  şairə səmimi

müraciət edir.  Ona bağışladığı kitabındakı

"taledaş"  sözünə

diqqəti


yönəldir:"  Mənə

bağışladığın kitabda mənə taledaşım demisən. 

Doğrudan da,  biz taledaşıq.  Taleyimizi yaşayan

ümid və məhəbbət təşnələriyik.  Tanrı bizi



481

peşiman eləməsin!"  Abbas Abdulla Fikrət Sadıq

gəncliyində, uşaqlığında eyni taleyüklü məsələlər

var və şair fikirlərində haqlıdır.

Fikrət Sadıq yaradıcılığında dil məsələsi də

əsas diqqət mərkəzindədir.  O, doğma ana dilini-

azəri türkcəsini "Böyük Türk dili ağacının

əzəmətli şah budağı"  adlandırır.  Bir kökə,  bir

soya bağlı millətin dilinin ahəngdarlığı,  Şərqdəki

rolunu böyük rus şairi Lermontovun fikrinə

istinadən açır:"  Avropada fransız dili nədirsə, 

Şərqdə də türk dili odur".  Avropada fransız dilini

bilən hər kəsə orada olmaq, gəzmək, dolanmaq, 

bu dil vasitəsilə əlaqə saxlamaq necə asandırsa, 

dünən də, bu gün də türk dili Şərqdə belədir. Şair

Lermontovun o zaman deyilmiş fikrinə bu gün

qüvvət olaraq həqiqətin bir üzünü-danılmaz

üzünü açıqlayır."İndi Sakit okeandan tutmuş ta

Avropanın ürəyində bu dildə danışanlar var.  Bu

dilin qoruyucuları onun qəhrəman felləridir:  ox-

yaynan silahlanmış bu döyüşçülər dünyanı fəth

eləyənlərdir"  və şair öz sələflərinə münasibtini

bildirir ki, " Sənin Ana dilin indiyədək bir kəsə baş

əyməyib".  Fikrət Sadıq bu dili Dədə Qorqud, 

Həsənoğlu,  Füzuli,  Vaqif,  Axundov,  Sabir,  Mirzə

Cəlil,  Şəhriyar,  Səməd Vurğun,  Rəsul Rza dili

kimi şərh edir.  Onun qədimliyini,  ilkinliyini, 

təkhecalı sözlərlə zənginliyini yada salır və

dilimizə gətirilən başa düşülməyən ofis,  küçə

adlarını,  əcnəbi dillərdən gələn sözləri görüb bir



482

vətəndaş kimi qəzəblənir və haqlı olaraq bir dilçi

kimi də bunu pisləyir:"  Sən Ana dilini başının

üstünə bayraq kimi qaldırıb irəliləmisən.  Sən

istəyirsən ki,  var olasan.  Məhəmməd Hadinin

dediyi kimi olmalısan:

Qoymuş millət imzasını övraqi-

həyata,


Yox millətimin xətti bu imzalar

içində.


Fikrət Sadıq dilimizdən, onun zənginliyindən, 

özünəməxsusluğundan danışarkəm gözəl dilçidir, 

həm gözəl şairdir, həm də ədəbiyyatşünasdır. O, 

bu dilin gözəlliklərini sadaladıqlarımın daxilində

görüb,  duyub,  seçib,  qoruyur,  üstündə yarpaq

kimi əsir, narahatçılıq keçirir.  Özü də bu

narahatçılığın

səbəblərini

açır, 

analara


"övladlarınıza öz dilinizi,  ana dilinizi öyrədin"-

deyir,  millətin gələcəyini onların böyütdükləri

övladların əlində olduğunu unutmamağa,  yad

kəlmələrdən uzaq etməyə çağırır.  Fikrət Sadıq

dilinin gələcəyi üçün narahatçılığını bütünlüklə

gizlətmir.  "qollü-budaqlı nəhəng palıd ağacı"na

bənzətdiyi dilinə yad kəlmələr asılsa "budaqları

sınacaq, kökü quruyacaq" dilinin. Ana dilini hünər

dili

kimi


yüksəklərə

qaldırır,  oxucusunun, 

millətinin gözünü açır, quru, sönük sözlərlə deyil, 

coşqun sellərə,  çaxan ildırım işığına,  Ay,  Günəş

nuruna bənzər odlu,  alovlu,  isti sözlərlə açır, 

yatmışları oyadır,  dilinin saflığını qorumağa



Yüklə 1,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin