498
Əlləri, Ayaqları, Qulaqları, Gözləri və Başı
dilləndirir. Onlar insan kimi danışır. Bütün
günahları öz üzərinə götürən Baş:
Dedi: "Min bir gecə" nağılını
Elə əvvəldən mən başladım,
mən.
Qoca sevindi:
Boynuna aldın ki, axır,
Ç oxdan bilirdim, axı!
Başıma nə gəlibsə,
Elə başdan gəlib, başım!
Ağır-ağır, yavaş-yavaş
Tərpəndi baş.
"Yox, yox"-dedi,
sən qoymadın
dinc yaşayım.
Baş öz düşündüklərini, öz anladıqların
qocayla bölüşür və ona elə bil öz duyumu ilə
nəyisə anlatmağa çalışır. Bu haqsız dünyanı elə
əvvəlindən haqsızlıqlar içərisində, ədalətsizlər
əlində
oyuncaq
olduğunu, haqqın-ədalətin
pozulduğunu, onu axtarmağın mənasız olduğunu
qocaya anladır:
Eşit qoca!
Elə əvvəlllər də,
Hər yerdə
Naşı həkimlər,
Zalim hakimlər olub,
Nadan müəllimlər olub.
499
Yenə də olacaqlar.
Camaatı aldada-aldada,
Camaata qarışıb,
Dolanacaqlar.
Qayıt, evinə, kişi!
Tök ətəyindən daşı.
Sənəmi qalıb,
Dünyanın işi.
Dünyanı işlərini həmişə belə görüb insan,
ona görə də bu Başın dedikləri həqiqətdə nələr
yoxdur. Şair bir el rəvayətindən istifadə etməklə,
Düznəqulu kimi haqq-ədalət axtarmaqla, lakin
istədiyini bu gen dünyada tapmamaqla, nağıllara,
keçmişə, ötən tarixə nəzər saldıqda həmişə
dünyana
ədalətsizliklər
içində
çabalamış
gördükdə qüssələnir. Dönür olur Düznəqulu.
Axtardığını
yaratdığı
obraz
kimi
tapmır,
tapmayanda əl atır dünyanın digər guşələrinə,
bəlkə burda yoxsa, o yanda olar ki, insanların
haqqları tapdalanmaz, yalan ayaq açıb yeriməz,
millətin hakimi ədalətsiz hökm çıxarmaz, müəlim
öz biliyini şagirdə öyrətməklə onu cəmiyyət üçün
yararlı bir vətəndaş kimi yetişdirər, həkim
millətinin
sağlamlığını
keşiyində
durar, öz
həkimlik sənətinə dərindən yiəyələnmək sağlam
cəmiyyətin gələcəyi üçün çalışar və ilaxır, ilaxır.
Amma gəl görək elə saf bir cəmiyyət varmı?
Varmı elə bir ölkə ki, qanunları qılınc kimi
kəsərli, müəllimləri əsil müəllimlik adına, şərəfinə
500
sədaqətli, həkimləri bilikli, qayğıkeş… olsun?
Yoxdur bu qoca dünyada, elə əvvəl də olmayıb.
Olsaydı o qocanı xalq yaratmazdı. Onun adıyla
cəmiyyətin eybəcərliklərinə nifrət yaratmazdı.
Olsaydı o nağıllardan ona məlum olan nağılı şair
Fikrət Sadıq bu gün də yana-yana qələmə
almazdı. Dünyadan qaçan adamı-Düznəqulunu
bir də dönə-dönə bu müdrik çağlarında bir də
xatırlamazdı, bir də o nağıllara qayıtmazdı. O
nağılın bir hissəsini yazanda şair hələ cavan idi,
onun yaşadığı cəmiyyət öz sostial quruluşuna
görə bərabərhüquqlu hesab olunurdu. Amma o
zamanda da bu Düznəqulu varmış və o düzlük
axtara-axtara gəzmiş tapa bilməmiş, səhraya üz
qoymuşdu. Bu gün onun Düznəqulusu artıq cana
doyub Dünyadan qaçan adam olub. Qaçır, hər
şeydən qaçır, hətta düzlük axtardığı üçün,
tapmayanda canının, ayaqlarının ağrısından
bütün günahları Gözlərinin, Qulaqlarının üstünə
yığır, onu çöllərə salan ayaqlarını söyür, düzlük
gəzən, düzlük düşünən düşüncəsini, Başını
günahlandırır. Dünyadan qaçan adam da elə
Düznəqulunun prototiptdtr. O dözməyib evdən
qaçır, "dağlara sarı", dünyanı "söyə-söyə" qaçır,
o
zəmanədən
qaçır, o
keçid
dövrünün
yaramazlıqlarından qaçır, o cəmiyyətdə gedən
təbəqələşmədən qaçır, o dünyanın əşrəfi olan
insanın günəş kimi nurlu ziyalı insanlarının
acınacıaqlı güzəranından qaçır, pis yaşaışından
501
qaçır və qaçdıqca da bu cəmiyyəti qılınclayır, elə
nağılın içində onun real mənzərəsini bu günə
bənzəyən
ondan
geri
qalmayan, gerçək
həyatımızın eybəcərliklərindən qaçır. Şair bu
əsrin Düznəqulusunu yaratdı ki, cəmiyyətdə
gördüyü yaramazlıqları ifşa eləsin. Bir zamanlar
xalq gördüyü haqsızlıqları, ədalətsizlikləri Molla
Nəsrəddinin, Bəhlul Danəndənin adıyla tənqid
elədi. Onlar deməli cəmiyyətdə hər zaman
varıydı, onların adına "ayağına" yazılanlar,
deyilənlər, qurulanlar da ayaması Düznəqululara
məxsus idi. O düznəqulular xalqın iradəsinin
ifadəçisi idi. Xalq istəyini, incikliyini, giley-güzarını
belə edirdi. Şərq lətifələrində Molla Nəsrəddin,
Bəhlul Danəndə xalqın yaratdığı obrazlardır.
Ağıllı
Bəhlul, Dəli
Bəhlul
kimi
tanıdıldı,
əməllərində, sözündə, işində başda duran
hakimlərin
qəddarlığını,
ədalətsizliyini,
nadanlığını
açdı,
tökdü,
cəmiyyətin
eybəcərliklərinə xalqı güldürdümü, yoxsa nəydi
bu folklor tipləri? Hər nəydisə xalqın istəyi ilə
yaradılmışdı və xalq onu özü yaratmışdı və
dünyada xalqdan müdrik heç bir varlıq ola
bilməz. O xalq ki, öz istədiyini cəmiyyətdə
görmür, hansı yolla olursa-olsun öz heyfini
çıxmalıydı. Ona yad olan, onu incidən, onun
insan
kimi
yaşamaqdan
məhrum
edlən
ədalətsitzlikəlri elə Bəhlulun, Düznəqulunun dililə
ifşa etməlidir ki, insan övladı əməllərini azmasın.
502
İllah da ki, onun həkimi, hakimi, müəllimi aza.
Vay o cəmiyyətin halına ki, onun müəllimi
bisavaddır, o cəmiyyət üçün necə yararlı
şəxsiyyətlər yetişdirə bilər? Vay o millətin halına
ki, onun sağlamlığının keşiyində nadan bir həkim
durub. O necə sağlam nəsil yetişdirə bilər? Və
vay o millətin halına ki, onun dövlətinin
qanunlarını cahil, nadan, qəddar, ədalətsiz bir
hakim qoruya, o cəmiyyət, o xalq necə xoş gün
görə
bilər? Düznəqulu
bu
dövrün
Bəhlul
Danəndəsi, Molla Nəsrəddinidir və Fikrət Sadıq
onu elə yaradıb ki, o da qarışıb bu ədalət
carçılarının sırasına. Fikrət Sadıq nağıl, rəvayət
motivli mövzularda "bir qoca", "keçmişdə bir
qoca" adıyla rəvayətlərin bəzəyi olan, əməliylə,
işiylə insani duyğuları yaşadan o qocalara bir ad
verdi: Düznəqulu. Bu da bir tapıntıdır.
Fikrət
Sadıq
xalqına,
vətəninə,
olan
məhəbbətini, onun qayğılarına öz şəxsi qayğıları
kimi yanaşmasının nəticəsidir ki, öz kökünə,
xalqının qurduğu nağıllara qayıdır; o "dəsti-xətlə"
sözünü deyir, cəmiyyətdə gördüyü və dözmədiyi
halları pisləyir. Böyük rus dramaturqu A.N.
Ostrovski yazırdı ki" " xalq yazıçısı olmaq üçün
vətənə məhəbbət bəsləmək azdır. Ç ünki bu
məhəbbət yazıçıya enerci, hiss verir, məzmun
vermir; odur ki, vətəni sevməklə bərabər xalqı
yaxşı bilmək, onunla yaxınlaşmaq, ona dərindən
bələd olmaq lazımdır. Bədii istedad üçün ən
503
gözəl məktəb öz xalqının həyatını öyrənməkdir.
Xalqın həyatını bədii şəkildə əks etdirmək isə
yaradıcılıq fəaliyyəti üçün ən gözəl sahədir".
Fikrət Sadıq lirik şerlərində insan-adam
mövzusunda
yazdığı
yazılarda
folklor
mənbələrindən istifadə etməklə insan-adam
haqqında fikirlərini daha təsirli, bədii cəhətdən
qüvvətli ifadə etmişdir. "Cürbəcür" xislətdə
tanıdığı
insanların
əqidəsində
olan
o
müxtəlifliklər, kökünü insanın ilkin yaranışından
tapan iblisanə, Allahanə xüsusiyyətlər şairin
şerlərində bu dünyanı ikiliyə parçalayıb. Bu gün
dünyanı narahatçılıqlar, dağıntılar, müharibələr,
terrorlar mərkəzinə çevrilməsinə gətirib çıxaran
amillərin
öz
başlanğıcını
Allah-Adəm-İblis
üçlüyündən götürməsi, Yer üzündə yaşayan
insanların xilqətindəki o ikiliyin dözülməzliyi
poetik bir dillə təsvir edilir. Şairə görə Allah ilk
insanı -Adəmi gildən yaradarkən İblis gizləndiyi
yerdən onu izləyib:
Gil heykəlin
Kobud, düyün-düyün
Kələ-kötür
Yerlərini
kəsib ataraq Adəm oğlunu yaradan, ona
"Amin"-deyib
addımladan, ona
can
verən
Tanrıdan gizlin olaraq İblis:
O yerə atılmış,
qalaqlanmış
504
həmin o-
kobud, düyün-düyün,
kələ-kötür,
gil qırıntılarından
Adəmə bənzəyən bir adam
"quraşdır"ıb, "get, qarış adamlara" deyib
yaratdığı İblis adamı Tanrı adamın içərisinə
göndərir. Şair bütün bu günkü dünyada gedən
ziddiyyətlərin kökündə həmin İblis adamının "əli"
olduğunu söyləyir:
O vaxtdan İblis adam
İnsan adamı
İzlədi qarabaqara.
O vaxtdan küsüb-barışdılar,
Qaynaıb qarışdılar.
Bir-birlərinə
Qız verib, qız aldılar.
Və o vaxtdan da şairin fikrincə, məxluqat
yaxşılara, pislərə--adamlara--iblislərə bölündülər.
Bu gün çoxalan, artan iblis-insan dünyasında
aləm elə qarışıb ki:
Ç oxalan iblislər
Salıblar dünyanı
Olmazın dərdə.
İblislərin əlindən
yaşamaq olmur Yerdə.
Şair bu şerdə dünyası üçün narahatdır.
Dünyanı qan çanağına döndərən, günahsız
qanlar tökən, insanlar arasına nifaq salan,
505
görünüşündə insan, əməldə iblis olan bu iki
ayaqlı canlı məxluqatları dünyanın, düzlüyün
Adəm övladının düşməni kimi pisləyir. Bir-birinə
qarışmış insan adamıyla İblis adamının bu günkü
"törəmələrini" öz əməllərinə nəzər salmağa
səsləyir. Dünyanı lərzəyə gətirən zəlzələdən
qorxub "ayrıseçki"liyi unudub, o gün bir-birinin
"haray"ına "hay" verib, bir-birini axtaranları, bir-
birinin qayğısını çəkənləri, zəlzələdən də güclü
çıxıb o dəhşəti birlikdə aradan götürməyə
çalışanları, öz tikəsini başqalarıyla "tən yarı"
bölüb, can-deyib, can eşidənləri şairin nəzərində
qorxu birləşdirir:
Qorxu ütü çəkdi sanki
Düşüncələrə, hisslərə.
Ütülünə-ütülənə,
O gecə çıxdıq səhərə.
O gecənin qorxusundan insanların bir-birinə
göstərdiyi mehrə-ülfətə, qılığa, xeyirli işlərə görə
"bağışladı bizi Allah" deyir.
O dəhşətli gecəni tezliklə unudan insanların
zəlzələdən
sonrakı
əməlləri
yenə
onu
kədərləndirir. Başı daşa dəymiş insanların haqq
yoluna qayıtdığını zənn edən şairin ümidləri alt-
üst olur. Tez bir zamanda düşdükləri fəlakəti
unudub mehr-məhəbbət əvəzinə qəlblərində
yenə bir-birinə qısqanclıq, kin-küdurət bitirənləri
qınayır, təəssüflənir:
Ah, bu insanlar, insanlar!
506
Bir-birini
Zəlzələdən
Sonra da diddilər yenə.
Özlərinə müsibətdən
Mənfəət güddülər yenə.
Şair insan övladının bölünməsinə dözmür.
Yeri, göyü xaraba qoyub, mənəm-mənəmlik
iddiasından əl çəkə bilməyənlərin qarşısına "dizli
adamlar"ı qoyur və vətənin, millətin gələcəyi
naminə birləşməyə çağırır:
Düşmənə əyilməz, zülmə diz
çökməz,
Əsarəti qatlar dizli adamlar.
Vətən bir, millət bir, bir olsun
gərək,
Bölünməsin sizli-bizli adamlar.
Fikrət Sadıq bir çox əsərlərində ozanı, el
ağsaqqalını, Dədə Qorqudu xatırladır bizə.
O
"Rəvayət"
adlandırdığı
şerində
dünənimizlə, keçmişimizlə yanaşı, bu günümüzlə
sələşən məsələlərə toxunur. Bir-birinə yaxşılıq
etməyi, dar gündə insanlara əl tutmağı, çətinliyə
düşənin qayğılarına ortaq olmağı insanlıq üçün
ən müqəddəs əməl bilir. "Rəvayət"in əvvəlində
şair demək istədiyi fikri verir:
Hikmət dolu,
İbrət dolu,
Eyham dolu,
Bir məsəldi-bu!
507
Şerin
məzmununda
deyilir
ki, keçmiş
zamanlarda bir məmləkətdə zalım bir padşah və
bir qəssab varmış. "Baş kəsməkdə peşəkar" olan
bu iki şəxs dost idilər.
Bir səhər şahın əmrilə bir cavan oğlanın əlinin
kəsilməsi üçün meydana gətirirlər. Qəssab
şahdan xahiş edir ki, "Şahım, onu mənə bağışla".
Şah dostunun sözünü yerə salmır, cavanı azad
edir.
Qəssabın çox pis bir vərdişi də varmış.
Həmişə etdiyi yaxşılığı başa qaxarmış. Hər dəfə
oğlanı gördükdə soruşurmuş ki, "əlin necədi?".
Qəssab axırda cavanı o qədər zinhara gətirir
ki, səbir kasası aşıb-daşan cavan:
Qeyzlə, qəzəblə, hirslə-
"Bəsdir başıma qaxdın".
-deyib qapdı baltanı.
Tavana sıçradı
əlinin qanı!
Etdiyi yaxşılığı başa qaxmağın ən pis
xüsusiyyət olduğunu bildirən şair insanı bütün
əməllərində diqqətli olmağa, xeyirxah işlər
görməyə, etdiyi yaxşılıqları başa qaxmamağa,
bunu bir insani vəzifə kimi qarşılamağa çağırır;
Hər kəs bacardığı qədər yaxşılıq etməlidir. Yaxşı
işlər
görməlidir,
etdiyi
yaxşılığın
əvəzini
istəməməlidir. Bir xalq rəvayətinin sücetindən
bəhrələnməklə şair dərin məzmun və ideya
üstündə köklənmiş qüvvəltli bədii təzadlarla dolu
508
dəyərli
sənət
əsəri
yaratmağa
müvəffəq
olmuşdur. Burada
bir
folklor
nümunəsinin
motivlərindən
yararlanmaqla
yüksək
insani
keyfiyyətlər təbliğ olunur.
"Ayaması Düznəqulu olan bir qocanın "Min
bir gecəsi" poeması da bir rəvayət motivləri
üzərində qurulmuş, xalq ədəbiyyatiıyla qırılmaz
tellərlə
bağlı
olan, şairin
ədəbiyyatımızın
incəliklərinə dərindən bələd olan bir sənətkar
olduğuna dəlalət eyləyən əsərdir. Burada da
folklor motivləri güclüdür. Bir qoca yaşadığı
məmləkətin eybəcərliklərini görüb bundan cana
doyub, bir şəhərin ki, həkimi naşı, hakimi zalım,
müəllimi
nadandır" mən
o
şəhərdə
qala
bilmərəm"-deyir və şəhərdən çıxır. Əlinə əsa alıb,
ayağına çarıq geyib, şəhərdən çıxan bu qoca işi
düz, əməli düz bir məmləkət görmür, hara yan
alırsa haqsızlıqlarla, ədalətsizliklərlə dolu görür.
Cana doymuş qoca xəlifənin hökmran olduğu,
yaşaddığı məmləkətdə də bu haqsızlığı görür;
burada
barmağına
dolama
çıxan
uşağın
barmağını kəsən naşı həkimi, bir yetimin qulağını
kəsən hakimi, nadan müəllimi görür.
Qoca ordan üz tutur səhraya… şair bu
qocanın
bəlkə
də
elə
özüdr. Elə
onun
zəmanəsində də naşı həkim, nadan müəllim,
zalım hakim az deyil. Yaşadığı bu qoca dünyanın
ədalətsizliklərinə,
eybəcərliklərinə
dərindən
bələdddir, İstəyi budur ki, haqqın - ədalətin,
509
düzlüyün, sağlamlığın, elmin, biliyin keşiyində
duranlar öz işlərini dərindən bilənlər olsun.
Əfsus:
Ayaması Düznəqulu olan
Bir qocanı
Sevindirməzmi bu qoca Dünya?
Bir şəhər varmı ola:
Həkimi naşı olmaya?
Hakimi zalım olmaya?
Müəllimi nadan olmaya?
Şair belə bir dünyada yaşayır. Ona görə
qorxur. Və qorxduğunu "boynuna alır" və
qorxusunun elə bu dünyaya gələndən canında
hiss edir. İlk öncə ağını, qarasını, istisini,
soyuğunu, acısını, şirinini görüb. Bu qoca
yaşında da dünyanın çox sifətlərini görüb və indi
də qorxur.
Folklor F. Sadıq üçün bir dünyadır. Körpə
yaşlarından tanıdığı, bildiyi "cırtdanını nağılı"dır.
Cırtdan dağ boyda divi aldadıb, özünü və
yoldaşlarının ölümdən qurtarır. Şair bu cırtdan
nağılındakı
motivlərdən
cırtdan
obrazından
yararlanmaqla zamanın, mühitin ziddiyyətlərini
açıb tökür.
Mənim başıma gəlsəydi
cırtdanını sərgüzəşti,
Bu yaşımda belə,
Aldada bilməzdim divi.
Cırtdan da böyüsəydi,
510
İtirərdi başını.
Ç ünki nağıldakı divin
Yox idi cibi.
İndi varın, pulun rol oynadığı cəmiyyətdə ağıl,
dərrakə, qabiliyyət, fərasət heç bir rol oynamır.
Əgər
Cırtdan
da
onun
bu
zamanəsində
yaşasaydı şairin lirik qəhrəmanı kimi bu qoca
dünyanını ədalətsizlikləri içərisində itib batardı.
Fikrət Sadıq vətəni sevən, həm ona dərindən
bələd olan şairdir, ruhən xalqına bağlıdır, onun
ədəbiyyatını, həyatını, güzəranını yaxşı bilir. O
şifahi
xalq
ədəbiyyatından
geniş
istifadə
etməsinin bir cəhətidir ki, yaşadığı dövrün tələb
və ehtiyaclarını görür. Fikrət Sadıq sələflərinin
yolu ilə gedir. Vətən, millət, xalq mənafeyi
naminə düşündüyündən klassikləri kimi onu
folklordan götürdüyü çalarlarla zəngilləşdirir və
istədiyi gözəl sənət əsərini yaradır.
Fikrət Sadığın yaradıcılığında məharətlə
yararlandığı
folklor
vahidlərindən
biri
də
qarğışlardır. Qarğışlar ağız ədəbiyyatımızın ən
zəngin, cilalı nümunələrindəndir. Xalqın istək və
arzuları, düşüncələri bunlarda öz əksini müxtəlif
çalarlarda tapıb və bu çalarlar bədiilik nöqteyi -
nəzərindən
xalq
ədəbiyyatının
da
inciləri
sayılmalıdır. Onlar ədəbiyyaptımızın bəzəyidir,
lirik, daxili hiss və həyəcanları, emosiyaları əks
etdirən qarğışlar Fikrət Sadığın da karına gəlir.
Onun qarğışları "könül oxşayır". O, "Qarğış"
511
şerində
bu
qədim
xalq
yaradıcılığı
nümunələrindən hər bəndin son misrasında
istifadə etməklə dərin məhəbbətlə sevən aşiqin
könül
çırpıntılarını, sevgi
yolunda
çəkdliyi
əzabları verir və bu qarğışlar şerin bədii
gözəlliyini, lirik məna tutumunu zənginləşdirir.
Xımır-xımır gülürsən.
Gülməyindən qalasan.
Asta-asta gəlirsən,
Gəlməyindən qalasan.
Mən bimaram, sən pirsən.
De mənə nə deyirsən.
Sən məndən çox bilirsən.
Bilməyindən qalasan.
Hərdən qıyqacı baxıb,
İldırım kimi çaxıb,
Məni yandırıb-yaxıb,
Bölməyindən qalasan.
Səni gündə yüz kərəm,
Görsəm, yenə bezmərəm.
Ölməyinə dözmərəm,
Ölməyindən qalasan.
Şairin bu gəraylısı ən gözəl məhəbbət
mövzulu gəraylıdır. Bu gəraylıda Xətai ruhu
duyulur.
Xalq
sənətinin
gözəlliklərindən,
incəliklərindən istifadə etməklə yaratdığı hər bir
512
qoşması da, gəraylısı da bədii təsir qüvvəsinə
görə xalq ədəbiyyatına yaxındır.
"Yüz kərəm" xalq içərisində danışıqda necə
işlənirsə, o cür də şerdə öz ifadəsini tapmaqla
şerin həm xəlqiliyini, həm də ahəngdarlığını
artırmışdır.
Folklor elə bir mənəvi sərvətdir ki, ondan
həmişə xalqımız öz istək və duyğularına uyğun
yararlanmışdır. Qəmli, qüssəli bir insanın bütün
daxili aləmini dörd misralıq, bir bəndlik bayatı,
xalq mahnısı açıb tökür. Xalqımız hansı dövrdə,
hansı zamanda yaşamasından asılı olmayaraq,
ömrün enişli-yoxuşlu yollarında yaşadığı sevinci,
çəkdiyi kədəri yaratdığı, dediyi, deyib qoyub
getdiyi sözlərində bədiiləşdirib. İnsan ömrü, insan
taleyi, həyat hadisələri bu folklor nümunələrində
ümumiləşib, bədiiləşib, sənədləşib.
Xalq inamında, etiqadında minilliklərdən öncə
mövcud
olan
inamlarının
işığında
yeriyib.
Zülmün, ədalətsizliyin, haqsızlığın baş alıb
getdiyi zamanından insan övladı düşünüb,
daşınıb. Haqqın, ədalətin bərqərar olması üçün
öz təfəkküründə, mifik dünyasında insan əməlinin
meyarını ölçənini yaradıb, yaxşı əməllər uğrunda
düşünməyə, daşınmağa çağırıb. Bu istək və
arzuları inamında, ilahi duyğuların təcəssümündə
görüb, ona tapınıb, ona inanıb. Fikrət Sadıq
şerlərində insan əməlini yazan iki mələkdən
söhbət açır. Dini mifoloci görüşlərdə, əfsanəvi
513
mövzularda da söylənilir ki, insanın çiynində iki
mələk oturub. Sağ çiynində oturan mələk insanın
yaxşı, xeyirxah əməlini, sol çiynində oturan
mələk isə pis əməllərini yazır və Tanrı əlləri axirət
günü mizan adlanan tərəzisində yoxlayacaq.
"Quran"da buyrulur:" o gün tərəzi ağır gələn
(yaxşı əmməllri pis əməllərindən çox olan) kəs
(Cənnətdə) xoş
güzəran
içində
olacaqdır.
Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis
əməllərdən az olacaq) kəsin isə məskəni Haviyə
(Cəhənnəmin dibi) olacaqdır. (Qur"an, 101: 6-9).
Fikrət
Sadıq
"İki
mələk" şerini
birinci
bəndində bu mövzuda dini məsələlərə toxunur:
İki çiynimizdə iki mələk var.
Bir mələk suç yazır, bir mələk
savab.
Üst-üstə qalanır, suç da, savab
da,
Qiyamət günündə çəkilir hesab.
Fikrət Sadıq insan övladının daha çox günah
sahibi olduğu qənaətindədir. Əzəldən üzü qara
dünyanın sakini olan insanın "suçu savabından
çoxdur". Bu ədalətsiz dünyanın qəm-qüssəsini,
dərdini, əzabını çəkən günahsız insan qismətinə
köləlik, dünyanı zülmə, əzaba diz çökdürən
qaniçən, qəddar, zalımın qismətinə isə düşən
ağalıq
kədərləndirir,
qəzəbləndirir.
İnsan
övladının bu qədər haqsızlığa, ədalətsizliyə tab
gətirməsi, yerdə hökm sürən bu "haqsızlığa"
514
dözməsi, dünyanın təməlini haqsızlıqlar üstündə
qurulması şairi belə bir nəticəyə gəlməyə vadar
edir.
Dünyada bir sıra günah sahibi olan adamları
günah işlər tutmağa sövq edən, məcbur edən
ehtiyacdır. Şairin fikrincə, o günah yazan mələk
özü insan olsaydı, bir insan kimi yaşamaq üçün
törətdiyi əməllərə görə vicdanını, məsləkini
suallara çəkməzdi:
O suç yazan mələk olsaydı
insan,
Onun da gözünü tutardı meydan.
O
da
yaşamaqçün
düşərdi
heydən,
Ç ətin suallara tapmazdı cavab.
İnsan övladının yaranan gündən yaşamaq
üçün apardığı mübarizə, bu mübarizə yolunda
qarşılaşdığı
çətinliklər,
bu
çətinliklərdən
güclülərin öz mənafeyi naminə istifadəsi, insan
övladının öz xoşbəxtliyini lazım gələrsə digərinin
faciəsi üstündə qurması, dünya varına, dövlətinə
onun həddindən çox acgözlük göstərməsi, bu
acgözlüyün, nəfsin, azğınlığın həddini aşması,
faciələr törətməsi, milyonlarla insan əməyindən
bir ovucun varlanması, var-dövlət hərisliyinin
günahsız insanlarının qanını tökməsi, hər yerdə
haqsızlığın baş alıb getməsi, bütün dünyanın
günahlar aləminə çevrilməsi, acizin, safın bu
cəmiyyətdə baş çıxara bilməməsi, insanın bu
|