532
boyalarla əks etdirən bayatılardan götürülən
misralarla daha rəngarəng bir səpgidə lirik bir
dillə vəsf edir və hadisələrin təsvirinin bədii
emosionallığını artırır:
Qardaşı görmək üçün
Bacı durar o başdan.
"Qardaş doysa bacıdan,
Bacı doymaz qardaşdan".
Əsərin gözəlliyini şərtləndirən, bunu daha
bitkin bir mövzuya çevirən rəvayətə artırlmış
epiloqdur. Həmin zalım şah dünyalar fəth edən,
qanlar tökən, öz taxt-tacını qorumaq üçün
doğmalarını belə yaddan çıxaran Şah olsa da, o
qadının sözlərindən ibrət dərsi götürür, bacısını
görmək üçün qəlbində qardaşlıq hissləri baş
qaldırır və onun görüşünə gedir. Epiloq özü
ayrılıqda qüvvətli sənət əsəridir. Sücetə artırılmış
bacı məhəbbəti daş qəlbli, zalım, qəddar
qardaşların sinəsindəki zalım duyğuları da əridə
bilər ideyasıdır:
….deyirlər ki, həmin zalım şah,
əsirləri azad edib, dedi ki, ey
vah!
Fələklərə ucaltdığım bu təxt-
tacım,
Heçdir,
əgər
mənə
həsrət
qalıbsa bacım.
Görmədiyim
beş
il
olar,
qayayam, daşam.
533
Yəqin, necə şahamsa, mən elə
qardaşam.
Qılınc çəkib zəbt etdiyim bu
məmləkətlər,
Göz
yaşına
dəyməz
onun,
qurtardı, yetər.
Təbil çalın, dünya bilsin, yürüşlər
bitdi.
Qan hərisi bacısını görməyə
getdi.
Fikrət Sadıq yaradıcılığında xalqdan gələn
deyimlər, əfsanələr əsərinin məntiqi ruhuna
uyğun şəkildə onun yaradıcılığına daxil edilir.
"Dünyadan qaçan insan"ı insan kimi yaşayan
görmür. İnsanın ölü kimi yaşaması onun üzünü
dünyadan
döndərir.
Dünyaya
"ayaqyalın,
başıaçıq" gəlib, dünyadan ayaqyalın, başıaçıq
gedən insanın dünyanı söyə-söyə qaçmasında
bir haqlı həqiqət var. Şair o həqiqətləri yaşayan,
görən, mümkün olsa özü də qoşulub qaçmağa
hazır olan bu günkü vətən övladıdır. Dövrandan,
zamandan, güzərandan
Həkimi naşı,
Hakimi zalım
Müəllimi nadan olan
zamandan qaçan, cana doymuş insan bu
düynadan elə buna görə də qaçır:
Gözünün ucuyla
Baxmadı bir varlı ona.
534
Baxmadı bir zəngin ona.
Baxmadı bir tox ona.
Dünyadan qaçan insan varlılara yarımadığı
kimi, aclara da əl tuta bilmir. Dünyaya gələndən
gördüyü ədalətsizliklər, yaramazlıqlar, dünyanı
başına götürən insan əməllərinin nəticələri olan
bəlalar, insan düynasının çətinlikləri bu insanı
dağlara-daşlara qaçmağa məcbur edir. Şair onu
tiyəsi yerə sancılmış qədim qılınclı bir torpaqda-
Qobustanda yoxa çıxarır. Qayalar arasında yoxa
çıxdığı yeri Bəhram Gurla bağlı olaraq xalq
içərisində yayılmış bir əfsanənin motivləri ilə
bağlayır.
Fikrət Sadıq insan övladının göynərtilərini
oğul-övlad, əziz itirmiş insanların kədərini, ana
ürəyinin həzin tellərini yaralayan bəd xəbərlərin
verdiyi itginin
yaratdığı əzabları, harayları,
sarsıntıları ümumiləşdirən
…. Başdan ağlar,
ağlayan başdan ağlar,
oğlu ölmüş analar
durub o başdan ağlar.
bayatısıyla öz kövrək qəlbinin sızıltılarını açır.
Övlad həsrətiylə bənövşə kimi boynu bükük
qalan, övlad yanğısından çiçək kimi solub,
saralan
anaları
nənələrə
bənzətmir.
Bu
duyğularla F.Sadıq dünyasının incəlikləri birər-
birər gözlərimiz önündə vərəqlənir, çözələnir, saf
-çürük edilir. Qələminin poetik güzgüsü üzə çıxır.
535
Övlad üçün "durub o başdan ağlaya"n anaları
düşünür :
Burda - bənövşələr düşür yada,
İlk baharda-
Qarlı, şaxtalı gecələrdə,
Sərt torpağı dəlib,
Ox kimi keçər daşdan.
Üzə çıxar o başdan.
Ç əməndə, dağda, yamacda,
Topa-topa,
Birər-birər
Hamısı da gözüyaşlı.
Dünyanın vəfasızlığını,
Dünyaya gəlməmiş bilər.
Dünyaya gələn gündən,
dərdli, yaslı.
Obaşdan ağlayanların
İlkini, qədimi,
Hər səhər boyunlarını
büküb durarlar.
O başdan ağlayan analar kimi.
Bənövşələrə bənzətdiyi anaları qınamır şair.
Kövrəklikdə çiçəklərə bənzəyən analar sevgiyə
layiqdir. Onları qınamaq, elə məsum, saf çiçəkləri
qınamaq kimi bir şeydir. Ona görə də:
Qınamayın
anaürəkli
bənövşələri!
Qınamayın
bənövşə
ürəkli
anaları.
536
Qoy doyunca ağlasınlar barı.
Anaları qınamayın.
Ç içəkləri qınamayın.
Xalq
ədəbiyyatında
həsrət,
qüssə,
nigarançılıq simvolu kimi tanıdığımız boynubükük
baxışları, duruşu yollara boylanan bənövşə
obrazıyla ana obrazı arasındakı bu bənzətmə, bu
bənzətmədəki bədii təsir qüvvəsi, kövrəklik
yaranmış əsərin dəyərini artırır. Bir bənd
bayatının ömrü kimi bu misraların ömrünü də
əbədiləşdirir. Ana dünyası, ana hissləri, ana ürəyi
bəşəriyyətin gördüyü günlərin tərəzisidir. Bir
tərəfi həmişə ağır gələn bu haqsız, ədalətsizliyi
çox dünyanın əzablarını ürəyində gəzdirən Ana-
Bənövşə oxşarlığı, bənzətməsi də şerimizin,
sənətimizin dəyəridir. Belə möhtəşəm, bədii bir
dillə ana dünyasının incəliklərini verən şair,
qələmi də, düşməni də, dostunu da, bu dünyanın
haqsızlıqlarından qaçan insanı da onun özündən
daha yaxşı tanıma qüdrətinə malikdir.
Fikrət Sadıq dünyaya baxışlarında da folklor
motivlərindən yararlanır. Bu dünya-o dünya,
haqqında mifik-dini baxışlar, fikirlər, insanlar
arasında yayılan əfsanəvi, mifik mövzular şairə
imkan verir ki, könlündən keçəni, içini didib-
dağıdan dərdlərini, qəm-qüssəsini misralara
çevirsin.
537
Şair yaşadığı dünyaya məhəbbətini bu
dünya-o dünya motivləri içərisində daha bədiiliklə
ifadə edir:
Bu dünya səs-küylü, cismani,
fani.
O dünya göylərdə səsiz, ruhani.
Bu səsli dünyanın bircə gününə,
Bütöv dəyişərdim o lal dünyanı.
Dünyalar qədər ona əziz olan övladı İlkinin
faciəli ölümündən doğan hüzn, kədər şairin
yaradıcılığında dərdli, əzablı bir atanın keçirdiyi
sarsıntıları özündə yaşadır. Onun bu mövzuda
yazdığı şerlər Əhməd Cavadın sevimli övladının
vaxtsız ölümündən doğan, kədərli, ata qəlbinin
hüznü anlarını əks etdirən misralarına bənzəyir.
Eyni taleli iki qələm sahibi üçün vətən, torpaq, el,
doğmalarının müsibəti nə qədər sarsıdıcıdırsa,
övlad dərdi də o qədər sarsıdıcıdır.
Fikrət Sadıq bu hissləri bal kimi şirin
laylalarımızın içində elə təsirli, elə ürəkağrıdıcı bir
dillə ifadə edir ki, unudulması qeyri-mümkündür.
"Layla" şerində şair laylalarımızdan qəlbindəki
dərdi-səri vərəqlər üzərinə töküb, hicran, həsrət
yorğunu ürəyini yüngülləşdirmiş olur, bəlkə. Bu
acılı-şirinli xatirə özü də bir layla deyilmi? Şirini
az, acısı çox layla. Sevinci yüngül, kədəri ağır
layla. Ata laylası. Bu laylada ata sərtliyi,
məhəbbətiylə qoşadır. Ata balasına şirin yuxu
538
arzulayır. Qızıl güllər içində şirin yuxu. Ata
laylası:
Körpə olanda
Bir layla qoşmuşdum ona.
Guya şəkər qatırdım
Şirin yuxusuna.
"Bu balanı bala qatın.
Bu balanı qəndə qatın.
Əgər yatmaq istəməsə,
Pəncərədən çölə atın."
Əvvəl laylamdan qorxardı.
Sonra mənə baxa-baxa,
Yatardı mışıl-mışıl.
Yuxusunda güllü-çiçəkli,
Dərin dərələr görərdi.
Uzaq, uca qarlı dağlar görərdi.
Meşələr görərdi yaşıl-yaşıl.
Göydə Allah da gülərdi
Bu layla-zarafata.
Hansı ata
Yatmadığına görə
Balasını çölə atar.
Layla
motivləri
üstündə
köklənmiş
mükəmməl, təsirli bir əsər. Şairin daxili əhval -
ruhiyyəsi,
itkisindən
doğan
dərdi
bu
misralardadır:
Amma bu böyüdü.
Boya-başa çatdı.
Özü öz əlləriylə,
539
Özünü bilə-bilə,
Dəsti-Qıpçaqdan da
Üzaq bir çölə atdı.
Bizi saldı dağa-daşa.
18 il həsrət qaldı,
ana oğula,
bacı-qardaşa.
Adam yatırmağa
Hər cürə laylamız var.
Görəsən bu dünyada,
Elə bir layla varmı ola,
Yuxuya gedəni ayılda,
Yatmışı oyada.
Şairin şerlərindəki Xeyir və Şər motivləri
əsərlərinin bədii dəyərini artırmaq üçün yararlıdır.
Xeyir və Şər "Avesta"da zərdüştlüyün dini
kitabından gəlmədir. Xeyir yaxşılığın, bərəkətin,
sağlamlığın, Şər isə pisliyin, xəstəliyin rəmzidir.
İnsan içərisində ancaq Xeyir gəzən şair onları
əməllərində düz olmağa, şər işlərdən çəkinməyə
çağırır. İnsan öləndən sonra bu dünyada ancaq
onların yaxşı və pis, xeyir və şər əməlləri qalır.
Bu dünyaya yenicə gələn insan-körpə "tərtəmiz
lövhə"yə bənzədilir. Sonradan isə "bələnir günah
rənglərinə".
Öləndən
sonra
sağlığındakı
əməllərinin "hesabı qalır ta qiyamətə". Şair xeyir
və şər, pislik və yaxşılıq kimi bir-birinə zidd
əməllər içərisində insanı doğulanda olduğu kimi
tərtəmiz lövhə kimi bütün ömrü boyu olmasını
540
nəsihət
edir.
Amma
şair
narahatdır.
Gördüklərindən narahatdır. Nə qədər ki, "xeyir
yox, şər meydandadır" inanmır ki, "dünyamız
düzələcəkdir". Bu şər meydanda olduğu vaxtda
şair ancaq "mənim umu-küsüm özümüzdəndir"-
deyir. Niyə susduğunun səbəbini açıb tökür.
Millət naminə iş görülməməsi, özünə çəkmə,
torpaq, vətən satılan bir məmləkətdə nədən
yazım"deyir şair. Susmuş şair yazmağa könül
açıcı bir şey görmür. Ömürdən, gündən,
həyatdan, nadan insanlardan bezar şair ürək
ağrısıyla zamanın dərdini öz dərdi kimi için -için,
yana-yana açır və çəkdiyi mənəvi əzabları
ürəkağrıdıcı bir dillə ifadə edir:
Zaman
zalım
olub, insanlar
yazıq.
Bəxtimizə belə ömür, gün düşüb.
Yeddidən
birimiz
qaçqın,
didərgin
Söz də qaçaq düşüb, didərgin
düşüb.
Bir axsaq yabını minə bilməyən,
Bir Qırat tapılsa, çapa bilərmi?
Nəfsinə qul olan beş-altı işbaz,
Xalqa nicat yolu tapa bilərmi?
Şair burada dastandan gəlmə obrazlardan
yararlanır. Millətin
tör-töküntülərində
qeyrət,
mərdlik görmədiyindən gileyini Qıratdan istifadə
etməklə daha təsirli verir.
541
Sözbirlikdən
kənar
millətin
dağınıq,
pərakəndə
fəaliiyəti, hərənin
özünə
tərəf
çəkməsi,
iqtisadi
çətinlik,
maliyyə
çatışmamazlıqları onu dərdə salıb:
Başıma
daş
yağır
daşqəlblilərdən.
Özüm
də
daşlaşıb,
daşa
dönmüşəm.
Naşılar əlinə düşən çırağam,
Bəlkə
közərirəm,
bəlkə
sönmüşəm?
"Hun ananın hekayəsi"ndə "Ölü çöl"ün
yerində bir zamanlar məlum olur ki, "Ay qaya"
varmış, Kiçik xana qızını verən xaqanın ulu
babası əvəzində bu yeri süd haqqı kimi ondan
almaq istəyir. Kiçik xan onun qərarını qəbul edir
və:
Təki mən Xaqanla qohum olum.
Təki məni bütün dünya tanısın-
deyir.
Xalqının gələcəyini düşünməyən
Kiçik xan:
Nəyimə gərək gələcək.
Bir bilən varmı ki,
Gələcəyə
kim
qalacaq, kim
öləcək.
Mövzu və ideyası müasir həyatla sələşən bu
poemada vətəni, torpağı satan, onun qədrini
bilməyən nankorlar tənqid olunur. Burada əsərin
542
nikbinliklə bitən sonluğunda xalqı birliyə, torpağı,
eli, onun hər qarışını qorumağa, elin bircə
gününün
qüdrətinin
böyüklüyünə
inama
çağırışdır. Fikrət Sadığın bu poemasının dili xalq
əfsanəsi və rəvayətləri üstündə köklənməklə
"oxucuda ulu qədimlik ovqatı yaradır, onu
hadisələri qarşılamağa hazırladır". (K. Şükürov
"Sözün məhrəmliyi" Ədəbiyyat və incəsənət
qəzeti.12-1-9.)
Şair
yaradıcılığında
"Cırtdanın
yeni
sərgüzəştləri" əsəri folklorla əlaqəli şəkildə
yazılmışdır. Əsərin sücetində nağıla yaxınlıq
görürük. Nağılda olduğu kimi poemada əvvəldə
Cırtdan "çiynində ağır odun şələsi" meşədən
qayıdır. Nağılda olduğu kimi təndirə çörək
yapacaq nənəsinə "Odun gərəkdir, yağlı kökələr
bişirmək üçün". Burada da nağılda olduğu kimi
"yolayrıcında" Cırtdan azır. Burada da "az
getdilər, üz getdilər, dərə-təpə düz getdilər"
şəklində- nağıl necə qurulursa, şair də o cür
misralarını düzür, qoşur:
Az getdilər,
Üz getdilər.
Bir küçəylə
Düz getdilər.
Və yaxıud:
Yenə yola düzəldi o,
543
İynə yarım yol gəldi o.
Sadə, səlist, obrazlı
bir
dillə
verilən
hadiəslərdə
nağılda
olduğu
kimi
əsərin
qəhrəmanı
Cırtdan
və
uşaqlardır. Nağılın
sücetinə gətirilən yeniliklər- azdığı meşənin adı
Cəngi meşəsi, gördüyü Pirqulu dağı", gördüyü ev
Divin
deyil, şəhərin
hündür, geniş
evləri
olmasıdır.
Bu
müasir
nağılın
qəhrəmanı
Cırtdan
şəhərdə gördükləri, Rəhim əmidən eşitdikləri,
teleskopla Günəşə baxdığı, onu nənəsinin
bişirdiyi qoğala bənzətdiyi tərənnüm olunur.
Sonra Cırtdan Piri babanın nağılını dinləyir. Şair
burada dünəni və bu günü, köhnə ilə yeniliyi,
xalça ilə raketin obrazlarını yaradır. Piri babanın
nağılındakı yumaq topu olan kiçik oğlan keçmişlə
bu günün qüvvəsindən yararlanır. Yeddi rəngli bu
topu bir gün oğlan meydanda oynadarkən külək
hirslənib onu götürüb aparır. Bu vaxt bir atlı ona
yaxınlaşır, uşağın ağlamasının səbəbini biləndə
atından düşüb xurcundan sehrli xalçanı çıxarır,
yerə sərir, üstünə əyləşib bir göz qırpımında yox
olur və qayıdır oğlanı məyus edir ki:
Neyləyim bala.
Uçan xalçalar
Ucsuz-bucaqsız,
Mavi göylərin,
Yeddi qatından,
Yalnız və yalnız,
544
Üçüncüsünə
Qalxır güc-bəla.
Sehirli xalça da xalq nağıllarından gəlmədir.
Oğlan yenə topunu axtarmaqda davam edir,
yolda "kəmərində Misri qılıncı", çiynində yapıncı,
əlində kəmənd" olan bir atlıya rast gəlir. Əhvalatı
bilib
cibindən
iki
lələk
çıxarır, "bir-birinə"
tutuşdurur. Zümrüd quşu hazır olur. Zümrüd quşu
da beşinci qata kimi qalxa bilir və o da topu gətirə
bilmir. Oğlan
gəlib
göyəuçanla
rastlaşır.
Göyəuçan raketlə qalxıb onun topunu gətirib
verir.
Şair əsərini nağıllarda olduğu kimi göydən
düşən "üç alma" ilə bitirir:
Üç alma düşdü göydən.
Birini tutdum göydə.
Yerdə qaldı ikisi.
Onun da biri
Nağılçıya çatacaq
tək biri qaldı ancaq.
Gəlin onu da verək.
Göyəuçan əmiyə.
"Cırtdanın yeni sərgüzəştləri"ndə xeyirxah
Zümrüd quşu, uçan xalça nağıllardadır. Şairin
qəhrəmanına da yeddi rəngli topunu əldə
etməsində kömək göstərmək istəyən varlıqlardan
biridir, Zümrüd quşu göyün beşinci, Uçan xalça
isə üçüncü qatına qədər qalxır. Lakin topu əldə
edə bilməkdə ona raket kömək edir. Atlı
545
oğlanların köməyinə gələn bu obrazlara biz
"Sehrli
xalça", "Məlikməmməd" və
digər
nağıllarda rast gəlirik. Fikrət Sadığın yaratdığı bu
müasir nağılda artıq Zümrüd quşu da, Uçan
xalça da müasir insanın icad etdiyi Raket
qarşısında acizdir. Bu elə bir varlıqdır ki, o Aya
enə bilir, göyün yeddinci qatına da qalxa bilir və
ona görə də oğlanın "yeddi rəngli, yeddi zolaqlı,
yeddi dilim, yumru top"unu gətirib ona çatdırır.
Buradakı Piri baba, ağ atlı oğlan obrazları da
nağıllardan gəlmədir. Nağılın qəhrəmanı Nərbala
həmişə at üstündə peyda olur, Məlikməmməd də
qardaşlarının toyuna Zümrüd quşunun gətirdiyi
atla gedir. At həmişə türk mifologiyasında igidin,
qoçağın yaxın dostu-sirdaşı kimi qəbul edilir.
Eyni zamanda at onqonu nağıl dolu türk
dünyamızda soykökümüzdən üzü bəri bu günə
qədər igidlik rəmzidir.
Şair burada yaratdığı obrazları, söylənilən
hadisələri
uşaqların
xarakterinə,
yaş
xüsusiyyətlərinə uyğun qurur, tərbiyəvi xarakter
daşıyan bu əsərdə uşaqları xeyirxah olmağa,
qocalara
kömək
etməyə, insanlara
qarşı
qayğıkeş olmağa, düz olmağa çağırış güclüdür.
Şair burada da "Cırtdanın nağılı"nın sücetini
qoruyub saxlamaqla sanki bu gözəl nağılın yeni,
müasir bir variantını yaratmış olur.
Heyvanların, quşların dilini bilən gözəl, mahir
ovçu, xeyirxah insan yarımmifik obraz olan Piri
546
baba
obrazından
da
şair
məhəbbətlə
yararlanaraq könül oxşayan qurduğu yeni nağılı
onun dililə verir. Və bu obrazın adındakı mifoloci,
folkloristik xüsusiyyətlər də əsərin bədii dəyərini
artırmış olur.
Nağılda folklorla səsləşən motivlərdən biri də
rəqəmlərlə bağlı motivlərdir. Üç və yeddi ənənəvi
rəqəmlərdən də faydalanmaqla şair bədii təsir
gücünə
malik
əsər
yaratmaq
üçün
onun
imkanlarından da yararlanır.
Burada maraqlı, oricinal cəhətlərdən biri də
Cırtdanın
-Yeni
Cırtdanın-Müasir
Cırtdanın
qorxmazlığı, cəsarətliliyidir. İndi qorxmadan yolu
"kəsə gedir", itdən, divdən, qurddan qorxmur.
Evə çatıb gördüklərini nənəsinə danışmaq
arzusundadır, odun şələsini nənəsinə yetirib
yağlı kökə bişirməsi istəyi ilə evə tələsir. Əsərin
suceti çox maraqlı olduğundan uşaq aləminə
uyğun
qurulduğundan
incəsənət
ustalarının
diqqətini
cəlb
etmiş, Nazim Məmmədovla,
Bəhman Əliyev bu əsər əsasında " Cırtdanın yeni
sərgüzəşştləri" multfilimini çəkmiş, əsər oxucu
kütləsinin
rəğbətini
qazanmış,
balacaların
könlünü, gözünü oxşayan əsərləri yaradan şairə
məhəbbəti artırmışdır.
"Şairin uşaqlar üçün yazdığı "Göydən alma
düşmədi" muasir nağılı da öz başlığını nağıl
motivlərindən alıb: "Biri vardı, biri yoxdu". Türkan
kəndinə gələn lovğa bir uşaq öz əsl adını demir,
547
özünü "Özüm" kimi təqdim edir, yaşıdları Ayselə,
Gülçinə, o, "dünya özümündür" ədasıyla yanaşır.
Dostlarının "Dünya heç kimin deyil" sözünü
eşitmir. Onlar hər gün birlikdə çimərliyə gəlir,
burda oynayırlar. Gülçin, Aysel, Ala-bula keçi,
Bığlı pişik, Qayğı və Özüm birlikdə oynasalar da,
Özüm çimərlikdə ad çıxardır. O pişiyin quyruğunu
dartır, ala-bula keçinin qulağını dişləyir, Ayselin
"qumdan qurduğu" sarayı uçurur: artıq onun
lovğalığı, yetənə yetib, yetməyənə daş atması,
dostlarıyla pis rəftarı Özümü gözdən salır. Şair
burada Özümün simasında lovğa, başqalarına
pislik edən uşaqların pis əməllərindən nəticə
çıxarmağı balaca dostlarına məsləhət görür,
onun əməlindən körpə balıqlar, qağayılar da
təngə gəlib:
Özüm dəcəl,
Özüm paxıl.
Özüm yaman,
Özümcüldü,
Özüm deyir:
Bu dünyada
Hər nə varsa,
Özümçündür.
Keçi-meçi
Pişik-mişik nədir ki,
Aysel nəkaradır ki,
Mənim bir sözümü
Eyləyə iki.
548
Onun qorxduğu, çəkindiyi bir Qayğıdır. Ç ünki
kimi incidirsə Qayğı onun köməyinə çatır. Hətta
Gülçinin yaylığını götürüb qaçanda da "yeddi
yerdə qaranquş yuvasını" uçuranda da. Ona görə
o Qayğı ilə düşməndir. Özüm ancaq özünə, öz
gücünə, sehri hesab etdiyi hiyləsinə arxayındır.
Belə olduqda uşaqlar yığışıb "hava gəmisi" qurub
uçub havaya qalxırlar. Qayğı Gülçinin yaylığının
"uclarını düyümələdi", sonra saçlarını tumarladı,
küləkləri çağırıb Xəzrini, Gilavarı yanına yığdı.
Yaylığın qulaqlarına pıçıltıyla yeddi söz" dedi və
Güllü yaylıq
Şişdi, şişdi,
iriləşdi
Yaylıq dönüb top oldu.
Qayğının sehri böyükdü. O, bu topu havadan
asılı "hava gəmisi" düzəldir. Özüm də bu gəmiyə
gizlin qalxır. Harda olsa öz əməlləriylə sevilmir,
nəhayət hamı Özümün onlara gərək olmadığını
bildirir. Gəmidən gölməçəyə düşüb batan Özüm
öz əməllərinə görə gölməçədə də sevilmir.
Nağılda şair insanları bir-birini sevməyə, bir-
biriylə mehriban davranmağa, qayğıkeş olmağa
çağırır. Yaratdığı Qayğı obrazıyla gənc nəsli
paxıllıqdan, eqoist xasiyyətlərdən uzaq olmağa
çağırır. Nağıldakı Qayğının sehirli gücə malik
olmasını nağıllardan götürüb. Sehri folklor
motivləri əsasında yaradıb. Nağılın başlanğıcı,
sonu xalq nağılları əsasında qurulub. Şair folklor
549
motivlərindən
yararlanmaqla
cəmiyyət
üçün
yararlı, insani keyfiyyətləri özündə yaşadan,
insan kimi yetişməyi, ağıllı və mehriban olmağı
balaca dostlarına tövsiyyə edir. Bu nağıl muasir
uşaqlar üçün ən yaxşı nağıl xüsusiyyətlərini
özündə yaşadan bədii əsərdir.
Şair
bəzən
xalq
içərisində
yayılmış
ifadələrdən də yaralanır və sözünün bədii təsir
qüvvəsini artırır:
Gəzməyə qərib ölkə
Ölməyə vətən yaxşıdı"
misralarını Fikrət Sadıq şerində daha da
poetikləşir:
Bu yazını poza bilsəydim əgər.
Peşiman qəlbimi didir bəlkələr.
Gəzməyə yaxşıdır qərib ölkələr.
Ölməyə müqəddəs yer vətən
oldu.
("Gəzməyə qərib ölkə,
Ölməyə vətən yaxşı")
F.Sadığın
şerlərində
istifadə
etdiyi
"mürmücük olub dilim", "diş-dişə zuqqu gəlir",
"sürcək olub sürüşür", "haray salır taqhataq",
"şaqqıldıyır şaqhaşaq", "açıldı mərci gözlər" kimi
ifadələri könül oxşayır.
Fikrət
Sadıq
"Ozan
demişkən" silsilə
şerlərində elə əsl ozanı xatırladır. İlk eşitdiyi
laylasından tutmuş son anında oxunacaq bir-iki
|