584
Dindi qayaların əks -sədası.
"Bizi qəsdən bura düzüb təbiət;
Təəccüb
mat
qalsın, xəyal
utansın,
Heyrətdən
ayrıla
bilməsin,
heyrət".
Bu misralarda Girdman qayalarının sözdən
portreti yaradılıb; poetik misralar, bədii ifadələr
təbiətin bu möcüzəsinə vurulan bədii çalarlardır
şerin çəkisini, tutumunu artıran. Buradakı təbiətin
bu möcüzəsinə heyrəti ifadə edən misralar o
qədər ağır çəkili, təpərli, dizli ifadələrdir ki, şit
məhəbbəti, vurğunluğu burada görə bilmərik. Hər
misrada
dağların
bu
gözəl
mənzərəsinə
məhəbbət qurğuşundan tökülüb. Sanki şair
vurğunu olduğu ana təbiətin hər gözəlliyini açıb
tökməkdən qorxur. Elə bil Qarabağ dərdləri
qorxudub onu. Bir zamanlar dilbər guşələrimiz
deyib
vəsf
etdiyimiz, vurğunu
olduğumuz
Qarabağı o qədər vəsf elədik ki, düşmən birinci
onun bağrında məskən saldı öz ürəyimizin
yuxalığından,
qonaqsevərliyimizdən
istifadə
edərək, sonra da o bağrı əsir elədi. Fikrət Sadıq
elə bil bu gözəlliyi açıb tökməkdən qorxub, bir
qədər təbiət gözəlliklərinə az qələm çəkib, amma
üstü örtülü çəkdiyindən sərraf gözü lazımdır ki,
görsün, duysun, sənətkar qələminin ecazkar
qüvvəsindən hali olsun.
585
Lahıcın gözəlliyini, duruşunu, vüqarını da şair
elə misralarla vəsf edir ki, hər misra özü poetik
bir tapıntıdır:
Lahıcın yolları nağıl körpülü,
Baxırsan elə bil izəlr hörülüb.
Yollar kənarına köbə yerinə
Gözəllik hörülə harda görülüb?
Təbiətin möcüzələrindən olan qövsü-qüzehi
şair "nurlu körpü", səma rəngli, "torpaq rəngli",
"çörək rəngli", "yarpaq rəngli", "nur çələngli",
"yeddi rəngli" qövsü-qüzeh kimi tərənnüm edir.
Fikrət Sadığın dünya xalqlarının yaradıcılıq
motivlərindən yararlanmaqla daha dəyərli, bədii
tutumlu tfadələr yaratmış olur. O vaxtı başımızın
üstündə dayanmış Demokl qılıncına oxşatmaqla,
hər işi vaxtında görməyi, vaxtın üstünü almağına
imkan verməməyi məsləhət bilir; Vaxt səni
gözləmir, boş keçən vaxtın sənin çox şeyi
itirməyindir, ömrü mənasız keçirməyindir. İnsan
övladı isə dünyada yaşadığı müddətdə nə isə
etməli, vaxtını boş keçirməməli, qayğıdan,
yuxudan
belə
vaxtı
"borc" almaqla, ona
əyilməməklə, onun səni öz əsiri etməsinə yol
verməməklə gözəl əməllər uğrunda vaxtı sərf
etməyə, ucalmağa çağırır.
Şairin şerlərində insanı cəzb edən ifadələr
çoxdur. "Dağ boyda dağımı üyütdü torpaq",
"insan insaf balasıdır", "hər ürəkdə insaf bitməz",
586
"köklü budaqlarım yaşıl qalsa da, kökünü sel
yumuş ağacam indi", " əcəlin gözləri kor olsun
görüm" ifadələrində bir dünya məna yaşayır. Ata
həsrətilə yaşayan, ona ehtiyac duyan şair " ona
möhtac olmuşam Günəşə möhtac olan qüzey
çəməni kimi" misrasında ata həsrətini, həsrətdən
doğan nisgilini daha təsirli şəkildə ifadə etmişdir.
El arasında qəlbində kini-küdurəti çox olan
insanlara dəvə kinli deyilir. Şair bu motivdən
istifadə etməklə özünü kindən, qəm-qüssədən
uzaq olmağa, kişi kimi dəyanəti qoruyub
saxlamağa səsləyir. "Ürək kinli olma, dəvə
deyilsən" misrasında demək istədiyi fikirləri
ümumiləşdirir.
"Kişi köksündəsən, kişi ol ürək", "cınqırın
çıxmasın gülərlər sənə" misrasında "çınqır" sözü
ədəbi dildən fərqli olaraq xalq içərisində daha çox
işlənir. "Özün yan, özün çək, öz əcirindir", "ölüm
qaşnan göz arasındadır" misrasında qaşnan göz
deyimdə olduğu kimi şerə gətirilməklə bir növ
şeri daha ürəyə yatımlı etmiş olur.
"Nədən ötrü dustaq olub ixtiyarım", "nədən
ötrü güllələnir arzularım", "kiminin səbri bir
kasalıqdı, kimininki-bir
çimdik", "cızza-cızza
deyib çox ağlamışam" misralarında "cızza", "bir
çimdik" daha çox el içərisində işlənən xalq
ifadəsidir.
"Yeddi dağ aşırır təkcə bir loğma", "başına
daş salıbdı erməninin, urusun", "torpağı örtün
587
üstümə", "qalanları gəlmədi, gəlmədi, gəlmədi
qardaş, vallah gəlmədi, billah gəlmədi" misraları
da təbii və bədiidir. "Vallah" ifadəsi şairin
keçirdiyi təzadlı hisslərin açılması üçün şairin
qəlbinin, fikirlərinin açarıdır.
Erməni murdarlarına silah, sursat göndərib
onları xalqımıza qarşı qaldıran ermənipərəst rus
havadarlarını erməniyə tank verən, bizim isə
"üzümüzə gülən", "ay ilana ağı verən kərtənkələ"
adlandırır, "çatlasan da, partlasan da ər igidlər
alacaqlar qarabağı ermənidən"-deyir.
"Arxalı köpəklər qurd basan olur" hikmətli
xalq ifaədsindən şair fikirlərini daha tutarlı, kəsərli
vermək üçün istifadə edir:
"Ho
deməklə
donuz
darıdan
çıxmaz"
misalından
yararlanmaqla
düşmənini
həm
donuza oxşadır, həm də onu torpaqlarımızdan
qovmaq çıxarmaq üçün silah götürüb döyüşə
qalxmağımızın vacibliyini xüsusilə vurğulamış
olur:
Allah bir bizə baxmaz?
Göydə bir ümid çaxmaz?
Bu aydındır hər kəsə.
Dəyənək götürməsən
Donuz darıdan çıxmaz.
"İş belə getsə yenə bəlalar çəkər, bəlalar
çəkən başım" ifadəsindəki söz oynaqlığı həm
mənanı qüvvətləndirir, axıcıllığı ilə əsərin bədii
588
dəyərini artırır, həm də keçirilən narahatçılığı,
təlaşı daha təsirli əks etdirməyə kömək edir.
"Gəncə
çinarları"
şerində
şair
elə
bənzətmələrdən, poetik ifadələrdən istifadə edir
ki, bunlar gözümüz önündə Gəncənin möhtəşəm
çinarlarının canlandırır. Gəncə çinarları "mərmər
sütunlar"a, "Kəpəzdən qopan qaya parçaları"na
bənzədilir, eyni zamanda "süd yerinə", su yerinə
Nizaminin şerini "iç"miş bu çinarlarda "babaların
dözümünə, səbrinə" oxşarlıq da görür. Gəncənin
çinarlarını görməyən hər kəs bu deyimlərdən onu
öz gözləri önundə canlandırır, təbiətin vurğunu
olan insan o gözəllikləri görməyə can atır, bu
deyimdən, bu ifadədən keçirdiyi daxili hisslərin
istisində isinir. Bu misralar həm insan qəlbinə
sevinc, həm fərəh, həm də bir vüqar hissləri,
duyğuları gətirir.
Şairin şerlərində rəqəmlər də poetik donunu
geyinir. "Qoca ilə qarı" şerində yetimişyaşı
"murada yetmişlərin, kmala çatmışların yaşı" kimi
vəsf edilir. Əlli rəqəmi şairin 50 illik ömrünün
hesabatıdır. Bu əlli yaş onun gözündə "kiminə
çox görünən, kiminə az görünən", özünə "təsəlli",
"dünyanın gün yumağından bir sapı-ağ, biri qara
ömür hör"ən, ömrünə "tələs" -deyən, "tufanlı",
"selli" yaş-50 yaş indi də onu "dağa-daşa sal"an
"şerli" yaş kimi əzizlənir, oxşanılır.
589
Fikrət Sadıq elə xalq ifadələrini şerə,
ədəbiyyata gətirib ki, onlar poetikanın da ən
gözəl dil vahidləridir:
Ömrüm tara bənzəyir,
Üstünü simlər bəzəyir.
Bir sim ağ, bir sim sarı.
Ç evril bax səsim sarı.
Payız görmüş könlümün
Qalmayıb bir simsarı.
Yüksək
bədiilik
üstündə
köklənmiş
bu
misralardakı "sim" sözü şerin bədii bəzəyi,
yaxını, doğması mənasını bildirən "simsarı" sözü
poeziyada az-az görünən incilərdəndir.
"Gözləməkdən
gözümün
kökü
saralıb"
frazeoloci ifadə xalq içərisində işlənən ifadədir.
Şairə imkan verir ki, keçirdiyi hissləri, sevgi
yolunda çəkdiyi həsrəti, üzüntüləri bir sözlə, qəlb
çırpıntılarını bu ifadənin köməyi ilə daha təsirli
şəkildə versin:
Gözlərimin kökü-gözləməkdən,
Yarpaqlarımın rəngi-payızdan,
Tarımın
simləri-həsrətdən
saralıb.
Gözlərimin kökü də,
Yarpaqlarımın rəngi də,
Tarımın simi də,
Məhəbbətdən saralıb.
"Sənə səndən yaxşı göz olub eşqim", "bu göz
tünlüyündə qarışıq düşüb, gözünə dəyməyib
590
gözlərim yəqin", "saralıb hicrandan gözümün
kökü", "yoxsa gözə gəldin", "gözümə bu boyda
dünya görünmür", "sevda dünyamıza aparam
səni" kimi misralar, ifadələr Fikrət Sadığın
məhəbbət mövzulu şerlərində çoxdur. Bunlar
şairin lirik duyğularını, gənclik hisslərini incə, lirik
bir dillə tərənnümünə xidmət edir. "Gecənin bir
ətəyi sən olan tayda, bir ətəyi mən olan tayda"
ayrılıqdan doğan qüssəni, həsrəti dolğun əks
etdirmək imkanını özündə saxlayır.
"İki gilə qara şanı" şerində iki gilə qara şanı
şairə könlündən keçən həsrəti, sinəsinə yığılıb
qalmış ayrılıq qüssəsindən doğan kədəri göz
yaşına çevirib onu ağladan, sinəsini boşaltmağa
"yardım etsin". Qəfil küləyin zərbəsinə dözməyən
iki gilə qara şanı yerə düşür. Şair bu iki gilə qara
şanını "iki sönmüş közə", iki par-par yanan
"kürəyə", eyni zamanda indi həsrətini çəkdiyi,
sevdiyi insanın həsrət qaldığı qara gözlərinə
bənzədir. "Qara gözlüm mənim"-dediyi, oxşadığı
gözlərlə, yerə düşmüş bu qara şanılar ona imkan
verir ki, ürəyindən keçənləri, orda yatan həsrəti,
qubarı "qövr elədi yenə odum-közüm mənim"
misrasında
əks
etdirsin, unuda
bilmədiyi
məhəbbətinin sinəsində qoyub getdiyi ağrı-acını
daha təsirli misralarında verə bilsin.
"Saçları günəş saçağı, cəngələyib atdı yana"
misralarında "cəngələyib" şifahi nitqdə daha çox
işlənən leksik vahiddir. Bu sözdəki samitlərin
591
ahəngi şerin ahəngini də bəzəyir. "Cəngələyib"
sözünü başqa sözlə də ifadə etmək olardı. Lakin
şerdə bədiiliyi, ahəngi, lirizmi əsas götürən şair
yaratdığı misraların bəzəyi üçün belə tapıntılarla
həm də şerimizin lüğəvi zənginliyini də artırmış
olur. Deməli, belə ifadələr göstəirir ki, qüdrətli,
istedadlı
sənətkar
sözdən
yararlanma
qabiliyyətinə daha çox malikdir. Söz onun əlinin
oyuncağıdır, onu muma döndərə bilər, istədiyi
şəklə sala bilər. Əsas da odur ki, saldığı şəkldə
də söz öz məharətini göstərmiş olsun. Söz özü
də çox sərtdir. Hər deyəndə özünü ələ vermir. O
istedadın işığına gedir ki, ondan istifadə edə
biləcək, onun nəyə qadir olduğunu üzə çıxara
biləcək. Söz özü də şöhrəti sevir. Niyə də ki.
sevməsin? Ustad əlinə düşsə tağı qızıldan olar.
Naşı əlinə düşsə çürüyər, itər, batar. Söz özü də
bir meyardır; istedadın çəkisini, tutumunu deyə
bilən meyar. "Xəyalım əlçim-əlçim dağıldı sənin
üçün" misrasında "əlçim-əlçim" ifadəsi imkan
verir ki, şairin sevgisinin yaratdığı, unuda
bilmədiyi xəyalları bir də ortalığa "qoysun" və
desin ki, "Xəyaldan keçmək olar, bəs səndən
necə keçim?"
Fikrət Sadıq şerlərində elə ifadələr işlədir ki,
bunlar canlı danışıq dilindən mayasını götürmüş
ifadələrdir. "Qonur gözlərinə qonur gözlərimin
həsrəti oğlum" misrası yadımıza "Kitabi-Dədə
Qorqud" dastanlarındakı
Buğacın
anasının
592
nalələrini salır;"oğul, ay oğul, evimin dirəyi oğul".
.. nələr, nələr, nələr yoxdur bu misraların
ahəngində, ritmində, canında.
"Ad günündə" şerini bir yaşı tamam olarkən
oğlu Orxana həsr edib. Ata sevgisindən doğan
sevinci, səadəti görürük bu misralarda. Bir yaşı
"ömür sarayının ilkin daşı"na, ömrü "uzun, əzablı,
mərtəbəli" yola bənzədir. Ona su ömrü, su
gərəkliyi arzulayır. Onu insanlara gərək olmağa,
yaratmağa, yaşatmağa
səsləyir. Dualara
bənzəyən bu şerin işığında bəlkə bu gün Orxan
Fikrət oğlu olub, çoxlarının qorxub ağzına su alıb
oturduğu, danışmadığı dərdi
qulaqlarımızda
"topa qoyub atır", çoxlarının kürkünə birə salır
ki, insan övladının əsəblərini tarıma çəkmə, səni
didər, parçalayar, o da ki, o xalq ki, 200 il
əsarətində olduğu bir imperiyanı diz üstə
çökdürdü və sizləri də əridib, yox edə bilər. Bu
gün o sözləri ki, cəsarəti çatıb çox ziyalılarımız
demir, gördüyündən içində yanıb kül olsa da
deməyə ürək eləmir, Orxan deyir. Özü də böyük
bir uzaqgörənliklə deyir. Və bu gün taleyinə
qələmini, sözünü silah etmək nəsib olubsa bu
yolla da xalqına xidmət edə bilirsə deməli, o atası
Fikrət Sadığın dualarından yararlanıb, onların
işığında böyüyüb və o böyük amallar yolunda da
gedir. O amalları şair Fikrət Sadıq yaratdığı
Dünyaqayğı obrazında cəmləşdirmişdir.
593
Bu
Dünyqayğı
müasir
dünyamızın
nağıllarının
yaratdığı,
ehtiyac
doğurduğu
həmişə, hər yerdə insana lazım olanıdır.
Dünyanın bütün qayğılarını özündə cəmləşdirən
Dünyaqayğı obrazı rişəsini xalq yaradıcılığından
götürdüyündən lazımlıdır; insanların xislətindəki
ikilikdəki
yaxşıları qorumaq
üçün
dünyaya
Dünyaqayğı lazımdır.
"Onda necə" şerində dərin, fəlsəfi duyğular
əsasdır:
Bir damcı şehdən şer olarmı?-
Bir gilə göz yaşıdırsa, onda
necə?
Günəşin bir telindən şer olarmı?-
Bir
yarpağı
yaşadırsa, onda
necə?
Sahildəki qumdan şer olarmı? -
Ovulmuş qaya daşıdırsa, onda
necə?
Ç eçələ barmaqdan şer olarmı?-
Beş
barmağın
qardaşıdırsa,
onda necə?
Bu sual dolu misraların kölgəsində gizlənən
mənaları görürük; Burada şair təxəyyülü əsasdır;
insanın göz yaşı doğurduğu qüssə şer ola bilər;
Günəşin bir teli bir yarpağı yaşadırsa şer ola
594
bilər; sahildəki qum ovulmuş qaya daşıdırsa şer
ola bilər; çeçələ barmaq beş barmaqla birgədirsə
şer ola bilər. Deməli, insan özünü dünyadakı
insanlarla qoşa görməlidir, sevincinə sevinməli,
kədərinə göz yaşı axıtmalı, qayğılarına ortaq
olmalı,
yaratmalı,
yaşatmalı,
yaradılanları
qorumalı, dağılıb-tökülməyə qoymamalı, bir əlin
barmaqlarının zəhmtini itirməməli, beş barmaq
birliyində
bərabərlik
görməli,
o
birliyi
arzulamalıdır. Başdan-başa ümid, qayğı, sevinc,
yaratma, yaşatma, birlik, bütövlük arzusu bu
beytlərin hər birinin canındadır.
"Dəli şeytan deyir…" ifadəsi el içində tez-tez
işlənən ifadədir. Şair bu ifadəni şerə gətirməklə
həm şerinin bədiiliyinə, həm dilinin sadəliyinə
xidmət edir, həm də fikrini, daxili əhval-
ruhiyyəsini daha təsirli şəkildə, emossionallıqla
vermiş olur.
Budaqlar boylanır
Pəncərəmdən içəri.
Qaçmaq istəyirlər
Qapının ağzını kəsən payızdan.
Bir dəli şeytan deyir,
Yığ bu meşəni,
Otağında gizlət!
"And" sözündən, andlardan içində tüğyan
eyləyən duyğularını, hisslərini daha təsirli vermək
üçün yararlanır:
Bulud, səndən bir umacağım var.
595
Bulud, sənə bir andım var.
Yağışından salla məni.
Göy üzünə qaldır məni.
Bir ağaca gərək olmaq, bir quruyan meşəni
yaşatmaq-bir sözlə ancaq kiməsə, nəyəsə
yaramaq, gərək olmaq istəyinin gücü "bir and
var"da toplanıb.
Və yaxud:
Səhər mehi
Səni and verirəm
Dan ulduzuna!
Asfalta tökülən xəzəlləri
Süpür tök torpağa.
Meşənin içinə asfalt çəkilib,
Torpağı da çox görüblər
Solmuş yarpağa.
Ana
təbiətə, onun
canlı-cansız
bütün
varlıqlarına məhəbbətin, qayğının ifadəsidir ki,
şair dözmür torpağın ağuşuna düşə bilməyən
solmuş yarpaqların son qismətinə- onunla torpaq
arasına sədd çəkən bu asfalt zərif yarpaqlar
üçün də bir dərd imiş.
"Div yuxusu" ifadəsi də şairin şerlərində
yararlandığı bədii ifadələrdəndir. Nağıllarda
Məlikməmmədin üç gün, üç gecə yuxuya gedib
yatan divin nə qədər xəncərin ucuyla ayağının
altını dəlsə də oyanmaması, bərk yatma
xüsusiyyəti haqqında nağıllardan gələn bu
596
motivlər əsasında yaranan "div yuxusu" ifadəsi
şairin qəlbindən keçən yaşamaq eşqini daha
təsirli şəkildə ifadə etmək üçün karına gəlir:
Bu payız-ömrün payızı.
Vermə div yuxusuna məni.
Dünya bir də sına məni.
Fikrət Sadığın şerlərindəki "Qəlbimi şan-şan
etdilər", "qurğuşundan bələyi var", "göyün çərxi-
fələyi var", "qarışan başıma qarışıb başım",
"axşamın boynuna dolanır səhər", "yerin tüstüləri
dirəkdi ərşə", "ara qarışsa da məzhəb itməyib",
"dərd məni çaş-baş eyləyib, özü də çaş-baş
qalıb", "dalğalar oyub səbrimi", "dərd mənimlə
tutub qurşaq", "mənə də əl tutar ümid", "gümanın
ağ
haləsiyəm", "ürəyi
pərdə-pərdəyəm",
"başdan-ayağa
dərdmişəm",
"sıxıram
dan
ulduzunun əlini", "yuxumda yuxumu qırıb
çatıram", "üzümə soyuq baxıblar", "Sərsəngə
başımın daşımı deyim" və s. yüzlərlə, minlərlə
belə ifadələrlə yanaşı, xalq dilində olan vahidləri
də şerə gətirmiş, onların bədiiliyini yüksəltmişdir.
Məsələn "Yepyekə bir ümid istə, gətir qoyum
yaram üstə" misrasında "yepyekə", "Dar
macalda dara düşsəm" misrasında "dar macal",
"mürmücük olub dilim" misrasında "mürmücük",
"diş-dişə zuqqu gəlir" misrasında "zuqqu",
"olmuşam lalapitik" misrasında "lalapitik", "Şəhər
oldu bir anda gölməçəli irəmə" misrasında
"irəmə", "açıldı mərci gözlər" misrasında "mərci
597
gözlər", "Ciyərimə xalvar-xalvar çəkdiyim soyuq"
misrasında "xalvar-xalvar", "O qədər işlənib
sürçək olub" misrasında "sürçək", "Şinəyib
durubdu
üzə
qafiyə" misrasında
"şinəyib",
"Çoxlarına sısqa bulaq" misrasında "sısqa" kimi
sözlər- xalq içərisində işlənən bu ifadələr şerin
bədii gözəlliyini də artırır. Buradakı sözlərin bəlkə
də çoxu ilk dəfə Fikrət Sadığın şerlərində yazılı
ədəbiyyata gəlib.
Şair "caynaq" sözünü cansız bir varlığa aid
etməklə
elə
ifadələr
qurur
ki, üzərində
düşünməyə bilmirsən:
Küləyin caynağında
Boğulmuşdu bu sərçə.
Sərt əsən külək elə bir tufan qoparır ki, körpə
quşcuğazı lirik qəhrəmanın pəncərəsinə çırpır.
İnsan bəzən külək kimi amansız deyil. Onu içəri
gətirib ovucunun "içindəcə ovutdu səhərəcən".
"Üstümü
unlu
görüb
adımı
dəyirmançı
qoyma" məsəli xalq içərisində yaşayır. Şair tutarlı
fikir üçün bu misala üz tutur:
Ystümü unlu görmüsən,
Mən dəyirmançı deyiləm.
Fikrət
Sadıq
şerlərində
canlı
lövhələr
yaratmaqda da mahirdir. "Natürmort-1" şeri bu
cəhətdən diqqətə layiqdir. Gözümüz önündə
sözlərdən çəkilmiş bir mənzərə canlanır. Əl
vurmadan, söz demədən olduğu kimi şerə diqqət
yetirək. Oxucu burada canlı bir lövhəni görəcək:
598
Pəncərə taybatay açıq.
Səhər küləyi qırıb,
Pərdənin birini.
O biri yernən sürünür.
Uzaqda görünür;
Mavi, mahud örtüklü stol;
Üstündə, suyu yarıyacan.
İçilmiş qrafin,
İki ağır fincan.
Papiros kötüklərilə
Dolmuş külqabı.
Ç içəkləri solmuş güldan.
Kitablar, kağızlar qarmaqarışıq…
Bir az gümana oxşayan kölgə.
Bir az ümidə bənzəyən işıq.
Ç ənələrə söykənmiş dirsəklərin
Mahuda höpmuş yorğunluğu.
Varaqlanmış səhifələrdə
Barmaqların hərarəti.
Bir də inadı qırılmış yuxu.
Bir də küncə qısılmış
Elə burdaca qalmış
İmtahanqabağı qorxu.
Buradakı qorxu məsuliyyət hissindən doğan
qorxudur. Səmimi, təmiz, ülvi qorxudur.
Fikrət Sadıq yaradıcılığı haqqında fikirləri
hörmətli
şairimiz, xalqımızın
sevimli
şairi
Məmməd Arazın bu sözləri ilə bitirmək istərdim.
599
"Fikrət Sadıq böyük poeziya salonunda öz
kürsüsü olan, öz oxucularına əsl sənət örnəkləri
oxuyan, əvəzində xalqın minnətdarlıq alqışını
qazanan bir şairdir. Əsl xoşbəxt şair çox yazan,
çox dərc olunan deyil, çox oxunan sənətkardır.
Sənətdə mütləq meyar budur; çoxun az
təsirindən, əbəttə azın çox təsiri gərəklidir.
Burada söz cilası, söz zərgərliyi vərdişinə
yiyələnmək bacarığı həqiqi istedada qismətdir.
Fikrət Sadıq ədəbiyyata sakit, hay-haraysız,
özünü təqdimatsız gəlib; aramla yazıb, çox
oxunub, çox düşündürüb".
Tərcümeyi-hal.
Şükürova Gülxani (Pənah) Vaqif qızı şair,
ədəbiyyatşünas,
publisist,
1996-cı
ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1958-ci
ilin iyul ayının 1-də Oğuz rayonun Kərimli
kəndində qulluqçu ailəsində anadan olmuşdur.
Oğuz rayonunun Kərimli kənd orta məktəbini
bitirdikdən sonra. Bakı Dövlət Universitetinin
600
filologiya fakültəsinə daxil olmuş, fərqlənmə ilə
oranı bitirmişdir (!979-1985).
70-80-ci illərdən mətbuatda şeir, hekayə,
poema və elmi-publisist məqalələrlə çıxış edir.
Bakı Dövlət Universitetinin aspiranturasını bitimiş
və «İlyas Əfəndiyevin yaradıcılığında folklor
motivləri»
mövzusunda
namizədlik
dissertasiyasını müdafiə etmişdir..
Respublikanın ictimai həyatında yaxından
iştirak etmiş, Respublika Ziyalı Qadınlar Birliyinin
idarə heyətinin üzvü olmuş, Müstəqil Azərbaycan
Respublikası ilk qadınlar qurultayına nümayəndə
seçilmişdir.
"Göydən ulduzları gözlə dərərdik" (1996),
"Yurd yanğısı" (1998), "Oğuz şəhidləri, itkinləri"
(2000), "Bura Vətəndir (2001), «Dədə Şəmşir
harayı», «Qarabağ dərdi»(2005) kitablarında
müxtəlif
illərdə
yazdığı
şeirlər, poemalar,
hekayələr və dram əsərləri çap olunmuşdur.
"Xocalı, ay Xocalı", "El bir olsa…", "Sınaq"
dram əsərlərinin müəllifidir..
Dostları ilə paylaş: |