381
onun qanunauyğunluqlarına soyuqqanlı yanaşa
bilmir. Ç ünki onu sevir, bu sevgidə dünyanın
əbədi-həmişə bir şəkildə qalmasını, qışsız,
payızsız
olmasını istəyir. Qoynunda insan
yaşayan dünyanın varlığı bəşəriyyətin varlığı,
bütün canlıların varlığı deməkdir və şair bu
şerində özündən çox bəşəriyyətin qayğıkeş şairi
kimi diqqəti cəlb edir. Bu bəşərilik əsərin bədii
məziyyətlərini artırır. Şair həyat hadisələrini
diqqətlə
müşahidə
edib, duyduqca, ona
səmimiyyətlə yanaşdıqca yaratdığı əsərin məna
dəyərini artırmış olur.
Qövsü-quzeh
təbiətin
ən
əsrarəngiz
möcüzələrindən biridir. Yağış yağandan sonra
mavi səmada yeddi rəngə çalan Fatma nənənin
qurşağı, peyğəmbərin qurşağı kimi tanıdığımız
nağıl şirinliyi ilə seyr etdiyimiz, gözəlliyindən
ruhən
qidalandığımız
qövsü-quzeh
şairin
qələmində xüsusi çalarlarla tərənnüm olunur.
"Qövsü-quzeh" şairin zəngin, lirik duyğularını
özündə toplayıb; Hər buludda "dağ seli", şəlalə
yaşayır. Bulud topası birdən-birə o dağ selini, o
gur şəlaləni yerlərə göndərmir ki, çiçəklərin,
yarpaqların onları götürməyə gücü çatmaz. "Ona
görə bilə-bilə, gilə-gilə" yağır yağış. Yağan yağış
damcılarını "inci kürələri"nə bənzədir. Lirik bir
dillə sevə-sevə tərənnüm etdiyi o damcılara da
şair ehtiyatla, zərgər incəliyi ilə yanaşır. Sanki
qopub düzümündən düşəcək, sanki o incilər bir
382
boyunbağıdadır və o zərgər əlində zərifliyi ilə
könülləri oxşayır. Topa-topa zəhimli buludlardan
tökülən incə inci kimi şeh damcıları, buludlardan
yerdə güllərin, nərgizlərin yarpaqları üzərinə
düşmüş şeh damcılarına bənzədilir. Gözümüz
önündə yağışlı bir anda ana təbiətin gözəlliyinə
qələm qatan yağışın yuduğu təbiətə verdiyi
gözəlliklərə vurğun şair birdən-birə (bəlkə də
ətrafını nura qərq edən yağışdan sonra tərtəmiz
təmizlənmiş ağacların, otların, çiçəklərin seyrinə
daldığından qövsü quzehin nə vaxt peyda
olduğunu görmür) "buludların qulağından bir
aypara sırğa kimi asıl"an qövsü quzeyi görür.
Şair
diqqətimizi
qövsü-quzehin
yaratdığı
möcüzələrə yönəldir. Yeddi rəngə çalan qövsü -
quzehdə səma rəngi, torpaq rəngi, çörək rəngi,
yarpaq rəngi, həyat rəngi görür. Şair bu gözəllyii
lirik bir dillə, lətif kəlamlarla vəsf edir. Yer kürəsini
bir "fincan"a , qövsü- quzehi onun "büllur
qulpuna" oxşadır. Günəşin əlində tutduğu bu
"fincan"dakı arzu, qayğı, ümid, sevincdən bir
udum da içdiyinə sevinir. Qövsü-quzehin şairin
sinəsində yaratdığı həyat eşqi bədii ifadəsini belə
tapır:
Nə yaxşı ki, yağdı yağış,
Neçə-neçə hikmət gördüm.
Şəffaf suyun bölündüyü
Yeddi rəngdə,
Xəfif mehdə,
383
İnci şehdə.
Ağır-ağır buludların
qoruduğu gözəllikdə
Qövsü -quzeh təbiətin möcüzəsidir, əzəməti,
möhtəşəmliyi, sirli, soraqlı gözəlliyi ilə insanı
yaşamağa, sevməyə, sevilməyə, sabaha ümidlə,
xoş arzularla baxmağa çağırır. Yağışın yağması
ilə kəsilməsi, göyün üzünün rüzgarın açılması
günəşin doğmasıyla könlü -gözü oxayan bir
mənzərənin göz önündə açılması ruhumuza,
qanımıza bir xoş duyğu gətirir. Sanki təzələnirik,
təbiətin özü kimi daxilən, ruhən təmizlənirik.
Burda min bir rəngə çalan təbiətin gözəllikləri,
yaşıl çəmənlər, sız ormanlar, laləli, süsənli-
sünbüllü göy oxşayan dağ zirvələri, zirvələrə
qonan qartallar, göydə şığıyan şahinlər, cəh-cəhi
güllü
bağçaları
başına
götürən
bülbüllərin
zümzüməsi tərif olunmur, burda bütün gözəlliyi,
sehri, möcüzəni "nur çələngli", "yeddi rəngli",
"büllur qulplu" qövsü quzeh yaradır və şair onun
yaratdığı bu gözəllikdən doğan heyrət və
heyranlığını bu misrada bütün dolğunuluğu ilə
tərənnüm edir:
Birdən doğdu qövsü -quzeh.
Bilmədim
ki, göydən
doğdu
qövsü- quzeh,
Yerdən doğdu qövsü -quzeh,
Buludların qulağından
Bir aypara sırğa kimi
384
asıldı o.
Düzənlikdən dağ kimi
yol saldı o.
Naxış-naxış zərrələrdən,
Donub qaldım yerimdə mən.
Təbiətin möcüzələrini Fikrət Sadıq sükutla
qarşılaya bilmir, hər gördüyü əkisliklərdə də şair
bir mə'na gəzir.Təbiətin gözəl fəsli olan bahar
özündə min bir qəribəliklər yaşadır. "Göy zəmidə
ağ bənövşə" bitirən baharı şair sorğu - suala
tutur:
Bahar səndə nə adətdir,
Göy çəməndə mor bənövşə
bitirirsən,
Göy zəmidə ağ bənövşə.
Rəngə dolmaz,
Zəngin olmaz,
O çiçək ki üzərinə kölgə düşər.
Sünbüllərin ayaqları altında bitən bənövşə də
insanı sevir, onun çörəyinin bol olmasını
arzulayır. Təki çörək bol olsun, təki insanlar
firavan yaşasın, çörəklə sınağa çəkilməsinlər.
Təbiət özü onlar üçün çiçəklər qədər ətirli,
gözəldir. Bənövşə də bu ana təbiətin bir
zərrəciyidir.
O, hər fəsilə özünəməxsus bir baxışla baxır.
O, klassik və xalq ədəbiyyatında təbiətin
fəsillərinin tərənnümünü, bu tərənnümün zəngin
bədii təsvir və ifadə vasitələri ilə dolu, yüksək
385
sənətkarlıqla tərənnümünə dərindən bələd olsa
da onları təkrarlamır. Ona öz baxışlarıyla baxır.
Öz poetik qüvvəsiylə yanaşır və daha cazibədar
daha mə'nalı şeriyyət gətirir və bu şe'riyyət onun
sənətkarlıq imkanlarını zənginliyindən xəbər
verir. Qış fəsli nə qədər soyuq, sərt, şaxtalı bir
fəsil olsa da F.Sadıq şe'rində o insanın canına
üşütmə salmır, əksinə qar özündə bir təbiilik, bir
sadəlik yaşadır. O bu qış fəslinin bir günlük
mənzərəsini elə bir poetik dillə təsvir edir ki, istər-
istəməz oxucu belə bir qarlı qış gününü arzulayır.
O günü yaşamaq istəyir. O günün sevincindən
özünə pay istəyir. Aramsız "quşbaşı qar" yağan
çöllər qardan ağ libas geyinib, yollar, cığırlar
qarla örtülüb, qayalar, dağlar sanki "büllurdan
tökülüb", bu səhnəyə şair adi baxa bilmir.
Allah, Allah nə ilahi sükut,
Nə gözəl tamaşa!
Baxırsan gözün qamaşır,
Hər yan yanır par-par.
Göydən yerə durmadan yağan lopa-lopa
quşbaşı qar qəribə bir mənzərə yaradır; yer, göy
qar pərdəsiylə örtülüb, bu qar pərdənin bir ucu
yerə, bir ucu göyə bənd olub. Qarın bu yağımını,
bu durumunu qarışdıra biləcək bir həzin külək, bir
xəfif yel arzusunda olan şair bu yağan qarı
baharın gözəllik çələngi olan çiçəklərin, bol
bərəkətli zəmilərin gələcəyi üçün zəmin kimi
tərənnüm edir.
386
Üzümüzə gələn yazın,
Ç içəklərini suvarır.
İndidən bu qar.
Qara bax, qara,
Həm ruzi bərəkətdir
Qar həm də gözəllik və əyləncədir. Körpə
uşaqların gözlərindəki sevinc onların qaçışı,
yürüşü, qar
üstündə
güləşməsi, qartopu
oynamaları, qardan adam düzəltmələri lirik bir
dillə tərənnüm olunur, şair gördüyü bu aləmin
gözəlliyini artıq ömrünün payızını sona vurmaqda
olan qocanın-lirik qəhrəmanın dililə qar pərdə,
onun yaratdığı insandakı gümrahlığı, sevincin
doğurduğu həyat eşqini tərənnüm edir.
Övladlarım, əzizlərim,
De harda var?
Bu uşaqlar.
Bu dağlar,
Bu qar.
Bu dünyadan doymaq olar?!
Bu dağlardan keçmək olar?!
Bu dünyanı görə-görə,
O dünyaya köçmək olar?!
("Quşbaşı qar, baba və uşaqlar")
Fikrət Sadıq üçün təbiətin möcüzəsi olan
yağış onun kömək dağarcığıdır. O, gərəksiz
yaşamağı ölümdən betər bilir.
387
Dəniz də təbiətin bir parçasıdır. Təbiəti
sularsız, çaylarsız, dənizlərsiz, okeanlarsız
təsəvvür etmək mümkün deyil.
Dəniz
mövzusu
az
müraciət
olunan
mövzudur. Doğrudur, hardasa
kimsə
öz
düşüncələrində, fikirlərində təlatümlü dənizləri,
coşqun ləpələri tərənnüm edib, öz hisslərini daxili
istəklərini dənizlə bağlı ifadə edib. Amma tək-tək
şairlər tapılar ki, onların yaradıcılığında "dəniz"
mövzusu bu qədər oynaq, eyni zamanda həzin,
coşqun, eyni
zamanda
kövrək
duyğuların
tərənnümü üçün şairin yaxın dostu olsun. Şairin
lirik qəhrəmanı bəlkə də elə özü ilk dəfə dəniz
görəndə uşaq imiş. Dayanıb dənizə o qədər
baxıb, təəccüb içərisində qalıb ki, "bu qədər su
necə yığışıb bir yerə", Hətta "paxıllığı" da tutub
dənizdə atılıb -düşən uşaq kimi dəcəl ləpələrə.
Amma yaşa dolduqca dənizə qarşı bütün
həsədləri yox olub, əvəzində dənizə elə vurulub
ki, onu dənizdən ayrı salmaq üçün qohumlar,
dostlar
dənizin
tufanıyla, qasırğasıyla
onu
qorxudurlar. Və qəlbini elə qırırlar ki, dənizçi ola
bilmir. O vaxtdan özünə yeni bir sənət arayanda
yolunu başqa bir "dəniz" bağlayır. Söz dəryasına,
dənizinə, onun qoynuna atılan lirik qəhrəman bu
dəfə qorxmadan, çəkinmədən onun qoynundadır:
Orda da tufan var, boran var
Bilirəm.
388
-deyir, özünün dediyi kimi, daha
yolundan dönməyəcək:
Dənizdə doğuldum,
Dənizdə ölərəm
-fikirlərini
Dənizdə doğulmuşam, dənizdə
Dəniz ləpəsiyəm mən.
-misralarında
daha
da
qətiləşdirir,
mütləqləşdirir. O inanır ki, "dəniz" ləpəsidir, çünki
"dəniz ləpəsinin göz yaşı"nda duzu qalıb, dəniz
ləpəsinin "ürəyi"ndə sözü qalıb.
Dəniz şairin lirik qəhrəmanı ilə bir yerdədir.
Xəzər məcrasına sığmayanda küçəsinə gəlir.
Xəzri əsəndə əsən külək onunla "həmsöhbət",
"həmdərd" olur. Sanki özü bağlı qapıdan,
pəncərədən keçib gəlib lirik qəhrəmanın az qala
saçların qarışdırır və:
Dənizi küçəmizə gətirir elə bil.
Divarlara çırpılır dalğalar.
Belə günlərdə şairin evi "gəmi"yə, otağı
"kayuta"ya oxşayır və o an şairi narahat edən
odur ki:
Gəmi- evimiz birdən əyilər,
birdən batar".
Otağında oturub dənizi küçəsində, evində
qarşılayan şair üşüyür. Onun xəyal dənizi əsl
dəniz kimi sərt, soyuq, qorxulu deyil, ona görə
"dənizdəkiləri düşünürəm" deyə narahat olur.
Dənizdə kimlər yoxdur, gəmilər, əsrarəngiz,
389
möhtəşəm, dəmir lövbərlər üstündə salınmış Neft
Daşları, orada çalışan minlərlə həmvətənlərimiz.
Dənizin qoynunda qara qızıl çıxaran neftçilərin
əməyi, zəhməti, təbiətin şıltaq anlarında oturub
özünün xəyal dünyasına, dənizinə baş vuran şairi
narahat etməyə bilmir.
"Dünyaqayğı" müasir nağılın qəhrəmanı da
Dənizçi
də, Gülçin
də, zolaqlı
köynəkdə
dənizçiyə bənzəyən İlkin də "dalğalarla əlbəyaxa"
dənizdəki
şəhəri,
bir-birindən
uca
evləri
görür."Neft daşları"nı gəzir. "Baltik dənizində"ki
səhər
də
şairin
lirikasında
özünəməxsus,
bənzərsiz çalarlarla tərənnüm olunur. Bir sabah
Baltik dənizində yağan yağış dənizlə qoşalaşır:
"Baltik dənizində səhər" şerində səhər şairin
lirikasında özünəməxsus, bənzərsiz çalarlarla
tərənnüm olunur. Bir sabah Baltik dənizində
yağan yağış dənizlə qoşalaşır. Təkcə təbiətin
yaratmaqda olduğu möcüzəli bir mənzərə- bir-
birinə bənzəməyən səhərlərdən birinin açılmasını
şair müşahidə etmir, onun sözdən canlı "rəsmini"
çəkir.
Yağışa bax, bax yağışa,
Şıdırğı yağdı bu sabah.
Yağdı göyü isladınca,
Mavi rəng yerə damınca.
Süzüldü mavilik yerə,
Axdı qara üfüqlərə,
390
Axdı şırım aça-aça,
Buluddan da torpağacan.
Bu misralardakı lirika könül oxşayır. Təbiətin
ən əsrarəngiz anlarında, sübhə doğru yönələn
bir vaxtda dənizdə əvvəl şıdırğı yağış yağdı. Ç ox
yağdı, "yağdı göyü isladınca". Sonra göyün göy
rəngi qara üfüqlərin üstünə axdı. Kimsə üfüqləri
yudu. Bu yandan da külək qoşuldu yağışa. O da
aşağıdan dəniz dalğaların qapıb göyə çırpdı.
Hava oldu alatoran:
Bu yandan da əsdi külək.
O yerdə ki qırıldı rəng.
Qapıb dəniz dalğasını,
Həmin yerə çırpdı onu.
Göy dalğalar axdı göyə,
Qarışdı mavi maviyə.
Ağardı qorxudan qara.
Hava oldu alatoran.
Yerdən
qaranlığı
qovan
qüvvə
sanki
dayandı, nəfəsini dərdi… yoxsa təbiətin belə
anında kimsə yoruldu, bir hovur dincini aldı?!
Qovub yerdən qaranlığı,
Nəfəs dərib bir anlığa.
Dondu səmada rəng seli,
Kimsə yoruldu elə bil.
Və birdən:
Səhəri açan rəngsazın,
Düşdü əlindən fırçası.
391
Bu rəngsaz Tanrının Özüdür. Səhəri açmağa
yalnız o qadirdir. Onun "qızıl saçaqlı fırçası"
vardır. O fırça da Günəşdir. Onun doğuluşuyla
"Yandı göyün bir parçası", dan yeri söküldü,
səhər açıldı. Bir azdan dənizdə açılacaq səhərin
təbii mənzərəsini bu cür çalarlarla yaratmaq da
sənətkarlıq məharəti tələb edir.
Şer "Baltik dənizində səhər" adlansa da, onu
bütün dənizlərə aid eləmək olar. Ad-şərtidir.
Dəniz, külək, yağış
yağışın
yaratdığı
mənzərə,
küləyin
dalğalarla
təması-yağan
yağışın dəniz üzərində göylə yer arasında
yaratdığı mənzərəsi sanki rəssamın əlilə çəkilmiş
bir tablo kimi göz önündə canlandırılır. Ən incə
detalları belə şair gözdən qaçırmır; Nə yağan
şıdırğı yağış, nə yağışdan sonra göy üzünün
könül
oxşayan
maviliyi,
nə
buludların
çəkilməsiylə göz oxşayan mavi dənizlə mavi
səma arasındakı bənzərlik, nə səhərin açılması,
nə də günəşin qızıl saçaqlı, göy üzünü
işıqlandıran günəş şüaları. Təbiətin gözəlliyinə
vurulan çalarlar elə vəsf edilir ki, dəniz təbiətin
ayrılmaz bir parçası kimi dünyanın bütövlüyündə
özünü tapır. Bu tapıntı insan, təbiət, dəniz, göy,
səma, yağış, külək, günəş, gecə, gündüz
varlıqlarındadır
Bahar fəsli qocalmır, insan qocalır. "Qocanın
baharı olar" fikrində bir hikmət görür şair.
Anasının hər bahar övladlarına, gəlinlərinə,
392
nəvələrinə "adbaad" səməni qoyduğunu, "bu
bizim ruzumuzdur" -deyə cücərtdiyini, bir bahar "
qədərdən özünün səmənisi cücərmədiyindən
ömrünün son baharının çatdığını duyduğundan
danışır, özü də elə -belə danışmır, ürək
parçalayan, sinə
dağlayan
dünya
boyda
kədərdən-insan kədərindən, ayrılığın yaratdığı
kədərdən danışır:
Bir bahar qəzavü qədərdən,
Cücərmədi onun səmənisi.
Tez başına yığdı bizi,
Gözləri yol çəkdi.
"ah" çəkdi,
Sonra da bizi
bir yana çəkdi.
Səhər qarışıq
Şirin nağıl diliylə,
Pıçıldaya-pıçıldaya,
"Övladlarım" -dedi.
"Son baharımdı-bu Baharım"-
dedi.
Biz zarafat sandıq bu sözü,
Amma doğru çıxdı.
Nə tez, nə gec,
Elə martın 21-nə
Keçən gecə
Köçdü dünyadan.
Fikrət
Sadıq
xalqdan gəlmə
inamların
işığında kökləyir ilham sazını, qüssəli, kədərli bir
393
dillə anasının Son Baharını, ağır itkidən doğan
qüssəsini qələmə alır. Amma onu da təsəlli sanır
ki:
Bahardı təbiəti oyadan.
Bahardı qanımızı qaynadan.
Bahardan-bahara dəyişir cahan.
Və
bu
baharın
nəyi
gətirməsi, nəyi
aparmasını "özü bilir ancaq". Həmişə belə olub,
olur, "indən belə də belə olacaq". Fikrət Sadığın
şerində Bahar mövzusu çox fəlsəfi xarakter
daşıyır. O, baharın ayaqlarına yıxılmayan, onu
uşaq kimi əzizləməyən, başına sığal çəkməyən
şairdir. Amma onun Baharı real həqiqətlərin
tabağında önümüzə qoyulur, hərə ondan bir
sevinc, ümid, həyat götürür. Amma o baharın
sevinci də, kədəri də şirindir. "Baharın qocası
olmur, Amma qocanın Baharı olur" kəlmələrində-
misralarında insan ömrü-təbiət-bahar var. O
bahar şairin ilham mənbəyidir. O bahardan şair
çox şey əldə edib. Ona görə də onun real
varlığında real ümidəlrin işığı da közərir. İstisində
isinmiş baharını sevir şair, amma bir qədər
xəsislik edir onu oxşamağa, başına sığal
çəkməyə. Olduğu kimi tərənnüm edir. O da Fikrət
Sadıq yaradıcılığının bənzərsizliyindən irəli gəlir.
O nə klassik sənətkarlarımız kimi, nə folklor
mənbələrində olduğu kimi, nə də digər qələm
dostları kimi bütünlüklə ürəyini açıb ortalığa
qoymur, bahara olan sevgisini də bu cür verir,
394
qoy versin, onda da Baharın gözəlliyi o cür
duyulur, özü də bu misralardakı səmimiiyyyəti
oxucu duyur, özü də gözəl duyur.
Baharın gəlişi özyülə coşqun bir həyat sevgisi
gətirir. Gəlişindən sellər, sular, çaylar daşır,
insanın damarında qanı da coşur. Bahar
həyatdır, onda yaşatmaq eşqi güclüdür. O özü ilə
bərabər insanı irəliyə səsləyir, işıqlı bir səhərə.
"Bahar hər il gələcək" deyir şair və hər gələndə
təbiət
yuyunacaq,
göyərəcək,
çəmənlər
yaşıllaşacaq, kainat güləcək. Bahar o bahardır ki,
küləklərin
"qırmacladı"ğı
tufanın
kökündən
yıxmağa cəhd etdiyi, günəşsiz yaşamağa,
yağışlar altında üşüməyə, buz altında qalmağa
vadar edilən ağacı "o ki var ilıq nəfəsilə
ovundurdu, könlünü aldı, əzabını unutdurdu".
Bahar
mülayimdir, sevimlidir, təbiətin
bir
parçasıdır.,
təbiət
isə
anamızdır.
Təbiət
"anamızdır" deyir şair. Təbiət dağından vüqar,
çiçəyindən zəriflik, çayından coşqunluq öyrədir
bizə. Təbiət hər şeyi insana verib; yeraltı, yerüstü
sərvəti insanındır. Təbəiət onu insan üçün
yaradıb. Dünyada nə varsa, bütün gözəlliklər, elə
bahar da şairin nəzərində ancaq insan üçündür,
onun xoşbəxt, firavan, qayğısız ömrünün bir
parçasıdır. Onu yaradan insan üçün yaradıb. Elə
ulduzlar insanlar üçün səpələnib göylərə:
İnsanındır-məğrur dağ, dumanlı
dərə,
395
İnsanındır-çörəkli vadi də.
Bulaq da, meşə də.
Təbiət verir insana.
İlk daş aləti də
Qızılı da, nefti də.
Fikrət Sadıq onu da əsas sayır ki, şer gərək
dünənindən,
keçmişindən
ayrı
düşməsin.
Folkloru "tükənməz çeşmə" adlandırır və göstərir
ki, "yazılı ədəbiyyat bu çeşmədən su içməsə
solar".
Şairin yaradıcılığında təbiətin şıltaq sərt fəsli
qış incə lirik bir dillə tərənnüm olunur. Yağan qar
çiçəyə, qu tükünə, ağ sapa bənzəyir. O,
Ağ saplar torpaqdakı
Kələ-kötür yerləri
Zərif -zərif közəyir.
("Qarlı şerlər").
Fikrət Sadıq gördüyü mənzərəni poetik bir
dillə təsvir edərkən gözümüzün önündə canlı bir
təbiət lövhəsi yaranmış olur. "Göy göldə duman"
əsil təbiət lövhəsidir, əsrarəngiz bir təbiət lövhəsi.
Bəzəksiz-düzəksiz əsl təbiət lövhəsi: həmişə başı
dumanlı Kəpəz Göy gölün gözəlliyinə qısqanır,
özünü ondan gözəl olduğunu öz gözəlliyini
göstərmək üçün:
Başındakı dumanı
Ç iyinlərindən atdı.
Heç özü də bilmədi,
Bir möcüzə yaratdı.
396
Duman örpək sürünüb,
Düşdü Göy gölün üstə.
Bir yarpaq çətir oldu,
Bir qönçə gülün üstə.
Dumanın saçları,
İlişdi ilmə-ilmə,
Sahil ağaclarına.
Ağ bir sükut yayıldı,
Gölün yamaclarına.
Fikrət Sadıq yaşadığı ölkənin havasının,
suyunun,
ekologiyasının
halına
acıyır.
"Azərbaycan ekologiya gözü ilə" şerindən dərd
tökülür. Elə bir dərd ki, onu Azərbaycan təbiəti,
torpağı, flora
və
faunası
alıb. Xəstədir
Azərbaycan
təbiəti. Bir
zamanlar
kəhraba
buğdasıyla şöhrət qazanmış Milin, Muğanın "ağ
qızılı" könül açan deyildir. Torpağa tökülən
kübrələr, kimyəvi maddələr bərəkətli düzlərin
belini qırıb. Bir zamanlar öz qara kürüsü ilə
dünyada məşhur olan Xəzərin sinəsində neft
daşları ucaldıldı, dibini o qədər eşdilər ki, ən
qiymətli balıqların da kökü kəsildi. Dənizdə canlı
həyat demək olar ki, məhv olmaq təhlükəsi
altındadır. Əvəzində dənizin üzünə də neft çıxdı,
dəniz çirkləndi, atmosfer qatına buxarlanıb
qalxan zəhərli maddələr Bakının havasını da kor
qoydu. Çayı, sədri düyüsü ilə tanınan Lənkəran,
397
Astara indi elə bil yoxdur; Qarabağın hər
dərəsindən, qayasından musiqi, nəğmə, tar-
qaval səsi gələn o yerlərin sinəsinə, qulaqlarını
indi də top, mərmi, tank gurultusu, güllə deşir.
Şirvan torpağındakı üzüm sahələri otlaqları mal-
qaranı əlindən aldı, "südlü diyarı" südsüz qoydu.
Bütün bunlar Azərbaycan ekologiyasının ağır
nəticələridir:
Suyu - dəni soğulmuş dəyirman
kimisən.
A başı bəlalı Vətən!
Vurulan ağır zərbə şairin qəlbini göynədir,
yatmışları oyatmağa, kar olmuş qulaqları, kor
olmuş gözləri açmağa Azərbaycanın bu günkü
ekoloci tarazlığının pozulmasına səbəb olan
amilləri aradan qaldırmağa çağırır:
Özün dön, bir xəritənə bax?
Gör nəyə bənzərin var-deyir.
("Azərbaycan ekologiya gözü
ilə").
|