FİKRƏT CAHANGİROV
İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏRİNDƏ
MODALLIĞIN STRUKTUR-SEMANTİK TƏDQİQİ
(Müqayisəli tipoloji tədqiqat)
BAKI – 2005
2
Elmi redaktor:
AMEA-nın müxbir üzvü,
filologiya elmləri doktoru,
professor Axundov A.A.
Rəyçilər:
fil.e.d., professor Mahmudov M.
fil.e.d.,
professor
Məmmədov M.
fil.e.d. Məmmədov A.
fil.e.n.
Tahirov İ.
M Ü N D Ə R İ C A T
GİRİŞ………………………………………………….. 3
FƏSİL 1. GERMANŞÜNASLIQDA VƏ TÜRKO-
LOCİ ƏDƏBİYYATDA MODALLIĞIN TƏDQİQİNƏ
DAİR……………………………………………
8
1.1. Modallıq haqqında ümumi
qeydlər………………..
8
1.2. Germanşünaslıqda modallıq
kateqoriyasının
tədqiqi………………………………………………….
..
38
1.3. Türkoloci ədəbiyyatda modallıq
kateqoriyasının
tədqiqi………………………………………………….
..
55
1.4. Azərbaycan dilçiliyində modallıq
3
kateqoriyasının
tədqiqi………………………………………………….
.
59
1.5.
Nəticələr……………………………………………
75
FƏSİL 2. İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏ-
RİNDƏ MODALLIĞIN STRUKTUR TƏHLİLİ….
78
2.1. İngilis və Azərbaycan dillərində modallığın
fonetik (prosodik) ifadə
vasitələri………………………….
78
2.1.1. Ümumi
qeydlər…………………………………..
78
2.1.2. Modallıq linqvistik kateqoriya
kimi…………….
79
2.1.3. Modallığın formalaşmasında intonasiya və
digər prosodik vasitələrin
rolu………………………………..
81
2.1.4. İngilis və Azərbaycan dillərində modallığın
prosodik ifadə vasitələrinin tipoloci
səciyyəsi………….
83
2.1.5. İngilis və Azərbaycan dillərində tərkibində
modal sözlər və birləşmələr olan frazaların
prosodik
səciyyəsi………………………………………………
…
89
2.1.6. İngilis və Azərbaycan dillərində tərkibində
əminlik / şübhə fel semantik cərgəsi və modal
hərəkət felləri olan frazaların prosodik
quruluşu……………
91
2.1.7. İngilis və Azərbaycan dillərində tərkibində
ara söz və söz birləşmələri olan frazaların prosodik
quruluşu………………………………………………
…
94
2.1.8. İngilis və Azərbaycan dillərində tərkibində
modal fellər olan frazaların prosodik
quruluşu…………...
96
2.1.9.
Nəticələr………………………………………….
97
2.2. İngilis və Azərbaycan dillərində modallığın
4
leksik ifadə vasi-
tələri…………………………………………..
100
2.2.1.
Nəticələr………………………………………….
133
2.3. İngilis və Azərbaycan dillərində modallığın
morfoloci ifadə
vasitələri………………………………………
135
2.3.1.
İndikativ
modallıq……………………………….
135
2.3.2.
İmperativ
modallıq………………………………
156
2.3.3. Modal
məsdər……………………………………
162
2.3.4. İngilis dilində modal fellər və Azərbaycan
dilində felin modallıq bildirən
şəkilləri……………………..
167
2.4. İngilis və Azərbaycan dillərində modallığın
sintaktik ifadə
vasitələri………………………………………
193
2.4.1. Azərbaycan dilində modallığın sintaktik ifadə
vasitələri………………………………………………..
.
193
2.4.2. İngilis dilində modallığın sintaktik ifadə
vasitələri………………………………………………..
.
229
2.5. Modallığın struktur
modelləri…………………….
235
FƏSİL 3. İNGİLİS VƏ AZƏRBAYCAN DİLLƏ-
RİNDƏ MODALLIĞIN SEMANTİK TƏHLİLİ…..
238
3.1. Təsdiq
modallığı…………………………………...
242
3.1.1. Feli xəbərlə ifadə olunan təsdiq
modallığı………
242
3.1.2. Predikativ adlarla ifadə edilən təsdiq
modallığı..
245
3.2.
İnkar
modallığı…………………………………….
249
3.2.1. Nəqli cümlələrdə inkar
modallığı……………….
249
5
3.2.2. Təsdiq və inkar modallıqlarının paralel olaraq
işlənməsi………………………………………………..
252
3.2.3. Əmr cümlələrində inkar modallığı……………
253
3.2.4.
Şərt bildirən cümlələrdə inkar
modallığı………..
253
3.2.5.
İnkar modallığının fellərlə
ifadəsi……………….
253
3.3. Sual
modallığı……………………………………...
254
3.3.1. Təsdiq və inkar bildirən sual
cümlələri………….
257
3.3.2. Sualların formal tipləri…………………………. 258
3.3.3. Sual mənasının başqa modal mənalarda
birgə
işlənməsi………………………………………………..
.
260
3.4.
Əmr (təhriketmə)
modallığı………………………
260
3.5.
Şərt
modallığı………………………………………
265
3.6. “Gələcək zaman”
modallığı……………………….
267
3.7. Dialoci nitqdə
modallıq…………………………….
269
NƏTİCƏ………………………………………………. 276
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT……………….. 281
6
G İ R İ Ş
Mövzunun aktuallığı. İngilis və Azərbaycan dillərində
modallıq kateqoriyasının müqayisəli tədqiqi bir çox cəhətdən
aktualdır. Bunlardan birincisi ingilis dilinin tətbiqi sahələrinin
Azərbaycanda yayılmasının genişlənməsi amilidir. İngilis dili
özünün çoxmillətli auditoriyası ilə Azərbaycan gerçəkliyi ilə
üzbəüz dayanmış və qarşılıqlı anlaşma situasiyası
yaratmışdır. İkinci mühüm amil Azərbaycan xalqının və
dövlətinin dünya iqtisadi, siyasi və mədəni sisteminə
getdikcə daha artıq inteqrasiya olunması ilə əlaqədardır.
Sovetlər İttifaqı dağıldıqdan sonra müstəqillik əldə etmiş bir
çox ölkələrdə olduğu kimi Azərbaycanın da bu sahədəki
axtarışları bir neçə istiqamətdə gedir. Bu prosesin uğurlu
alınması Azərbaycan ilə xarici dünyanın qarşılıqlı
anlaşılmasının, qavranılmasının ilkin şərtlərini tələb edir.
Qarşılıqlı anlaşma isə müəyyən dərəcədə müvafiq dil
şüurları arasında təmas nöqtələrinin, təmas sahələrinin
olması ilə bağlıdır. Belə təmas nöqtələri əhəmiyyətli
dərəcədə modallıq kateqoriyasının dərindən tədqiqi, hər iki
dildə modal mənaların və onların təzahür formalarının aşkar
olunmasını vacib edir. Məsələ burasındadır ki, modallıq
kateqoriyası müxtəlifsistemli dillərdə ünsiyyəti təmin edən
ən mühüm dil hadisələrindəndir. Bu kateqoriya dilin ifadə
planından tutmuş onun məzmun planınadək, dilin
adlandırma (işaretmə) funksiyasından tutmuş onun
ifadəetmə (kommunikativ) funksiyasına qədər bir çox
məsələləri əhatə edir.
Qeyd etmək lazımdır ki, ingilis dilində modallıq
kateqoriyası elmi-nəzəri cəhətdən kifayət qədər
öyrənilmişdir. Bu mövzuda həm fəlsəfi-məntiqi, həm də
linqvistik mövqedən yazılmış əsərlər xeyli çoxdur. Belə bir
vəziyyət ingilis dilinin beynəlxalq ünsiyyət rolu ilə bilavasitə
bağlıdır.
Təəssüflə demək lazımdır ki, Azərbaycan dili bu barədə
diqqət mərkəzində olmamışdır. Cümlənin məqsəd və
intonasiyaya görə növləri məsələsi istisna olmaq şərtilə, sırf
Azərbaycan dili materialları əsasında yazılmış tədqiqat
işlərində modallıq məsələsinə sadəcə olaraq rast gəlmirik.
7
İngilis və Azərbaycan dillərinin müvafiq ikidilli
auditoriyalarda tədris edilməsi, gündəlik ünsiyyət isə bu
kateqoriyanın qarşılıqlı-müqayisəli şəkildə öyrənilmədən
qənaətbəxş hesab edilə bilməz. Bu baxımdan yanaşdıqda
Azərbaycan dilində modallığın öyrənilməsi xüsusi aktuallıq
kəsb edir. Bu sahədə tədqiqat aparmaq üçün ingilis dilində
modal mənaların ifadə üsulları bir növ çıxış nöqtəsi rolunu
oynayır. Qeyd etmək lazımdır ki, ingilis və Azərbaycan
dillərinin müxtəlifsistemli dillər olmalarına baxmayaraq bu
dillər arasında modal mənalar sahəsində ümumiliklər
müşahidə olunur.
Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın əsas
məqsədi modallıq kateqoriyasının strateci və məhəlli ifadə
üsullarını ayırd etmək, bu sahədə Azərbaycan və ingilis
dillərinin müasir səviyyələrinə məxsus olan materiallardan
çıxış etməklə həmin dillərin malik olduğu prosodik, leksik,
morfoloci və sintaktik üsulları müəyyənləşdirmək və onları
qarşılıqlı-müqayisəli surətdə öyrənməkdir. Bu məqsədə
çatmaq üçün tədqiqatda aşağıdakı məsələlərin həllinə
diqqət yetirilmişdir:
- germanşünaslıqda, Azərbaycan dilçiliyində
və
ümumtürkoloci dilçilikdə modallıq kateqoriyasının tədqiq
edilməsi vəziyyətini və səviyyəsini müəyyənləşdirmək;
- modallıq kateqoriyasının fəlsəfi-məntiqi və linqvistik-
qrammatik mahiyyəti ilə bağlı elmi nəzəri mənbələri
nəzərdən keçirməklə ümumiləşdirmələr aparmaq;
- fəlsəfi və linqvistik modallıq bölgüsündən çıxış edərək
obyektiv reallıq, təfəkkür və dilin qarşılıqlı əlaqələri
baxımından ingilis, Azərbaycan, türkoloci və ümumi
dilçilikdə irəli sürülən elmi-nəzəri müddəaları
ümumiləşdirmək;
- müxtəlifsistemli german və türk dillərində modallıq
kateqoriyasının tədqiq edilmə metodikasındakı istiqamətləri
üzə çıxarmaq;
- müxtəlifsistemli ingilis və Azərbaycan dillərinin
materialları
əsasında modallığı funksional-semantik
kateqoriya kimi tədqiqata cəlb etmək;
- modallıq kateqoriyasının fəlsəfi-məntiqi, linqvistik
cəhətdən kifayət qədər öyrənildiyi german dilləri üçün əldə
8
olunmuş elmi-nəzəri müddəalara isnad etməklə
Azərbaycan dilində modallığı tədqiq etmək;
- Azərbaycan dilində modallıq kateqoriyasını məzmun və
ifadə vasitələri baxımından öyrənmək;
- ingilis və Azərbaycan dillərinin müasir səviyyələrinə
məxsus olan materiallardan çıxış etməklə həmin dillərdə
modallıq kateqoriyasının ifadəsində prosodik, leksik,
morfoloci və sintaktik üsulları müəyyənləşdirmək;
- ingilis və Azərbaycan dillərində modallıq kateqoriyasının
prosodik, leksik, morfoloci və sintaktik ifadə üsullarını
qarşılıqlı-müqayisəli surətdə öyrənmək, həmin dillərdə
modallığın ifadəsində fərqli və oxşar cəhətləri üzə çıxarmaq;
- ingilis və Azərbaycan dillərində modallıq kateqoriyasının
struktur modellərini üzə çıxarmaq;
- ingilis və Azərbaycan dillərində modallıq kateqoriyasının
semantik təhlilini vermək.
Tədqiqatın elmi yeniliyi. Azərbaycan dilçiliyində ilk dəfə
olaraq flektiv analitik və aqqlütinativ quruluşlu ingilis və
Azərbaycan dillərində modallıq kateqoriyasının təzahür
formaları sistemli şəkildə nəzərdən keçirilmişdir. Bundan
əlavə ilk dəfə olaraq Azərbaycan dilində modallıq
kateqoriyası həm məzmun, həm də ifadə vasitələri
baxımından öyrənilmişdir. Bütün bunlar tədqiqatın elmi
yeniliyini təşkil edir.
Tədqiqatın metod və
mənbələri. Modalıq
kateqoriyasına struktur-semantik və sistemli yanaşma işi
çoxşaxəli olduğundan tədqiqat prosesində istifadə edilən
metod və üsullar da müxtəlifdir. Tədqiqat prosesində əsasən
təsviri və qarşılaşdırma-müqayisə metodlarından, modallığın
təhlilində sistem-struktur yanaşma və struktur-semantik
təhlil üsullarından istifadə olunmuşdur. Tədqiqat sinxron
planda aparılmışdır. Əsərdə faktik dil materialı olaraq müasir
ingilis, Amerika və Azərbaycan yazıçılarının əsərlərindən
seçilmiş və canlı danışıq nitqi nümunələrindən istifadə
edilmişdir.
Tədqiqatın nəzəri və praktik əhəmiyyəti. Tədqiqatın
nəzəri əhəmiyyəti ondadır ki, burada iki müxtəlifsistemli dilin
materialları əsasında modallıq kateqoiyası ümumlinqvistik
baxımdan nəzərdən keçirilir. Modallıq kateqoriyası dilin iki
9
mühüm cəhəti ilə – işarəvilik (adlandırma) və
kommunikativlik (ünsiyyət) funksiyaları ilə sıx bağlıdır.
Modallıq eləcə də dilin nisbətən yaxın vaxtlardan bəri tədqiq
edilən praqmatik xüsusiyyətinə ən çox yaxın olan
kateqoriyalardan biridir. Modallıq kateqoriyası son vaxtlar
vüsət almış mətn dilçiliyi ilə bilavasitə olaraq təmasdadır.
Aparılan tədqiqatlar sayəsində məlum olur ki, dilə praqmatik
aspektdən yanaşma bu kateqoriyanın təzahür formalarının
asanlıqla aşkar olunmasını təmin edir.
Tədqiqatın nəticələri ingilis və Azərbaycan dillərinin
müqayisəli öyrənilməsi, tədrisi, bir dildən başqa dilə tərcümə
və bir sıra ümumdilçilik məsələlərinin dəqiqləşdirilməsinə
kömək edə bilər. Tədqiqatın bir məziyyəti də ondadır ki,
burada monoloci və dialoci nitq materialları da bərabər
hüquqda tədqiqata cəlb edilmişdir. Müvafiq materialların
qarşılaşdırılması göstərir ki, nitq aktının bu iki səviyyəsində
ümumi cəhətlərlə yanaşı, bir çox özünəməxsus,
təkrarolunmaz xüsusiyyətlər də vardır.
Tədqiqatın aprobasiyası. Dissertasiya işi Azərbaycan
MEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri və tətbiqi
dilçilik şöbəsində yerinə yetirilmişdir. Tədqiqatın əsas
müddəa və nəticələri müəllifin _____ monoqrafiyasında öz
əksini tapmışdır. Mövzu ilə bağlı dilçiliyin aktual
problemlərinə həsr olunmuş elmi konfranslarda məruzələr
edilmiş və müxtəlif məcmuələrdə məqalə və tezislər dərc
edilmişdir.Bu əsərlər dissertasiyanın məzmununu tam əhatə
edir.
Tədqiqatın strukturu. Dissertasiya “İşin ümumi
səciyyəsi” adlı hissədən, giriş, üç fəsil, nəticə və istifadə
olunmuş ədəbiyyat siyahısından ibarətdir.
10
FƏSİL 1.
GERMANŞÜNASLIQDA VƏ TÜRKOLOCİ ƏDƏBİY-
YATDA MODALLIĞIN TƏDQİQİNƏ DAİR
1.1. Modallıq haqqında ümumi qeydlər.
Modallıq danışanın ifadə olunan fikrə münasibətini, ifadə
olunan fikrin obyektiv varlığa münasibətini əks etdirən
qrammatik-semantik kateqoriyadır. “İzahlı dilçilik terminləri”
sorğu lüğətində göstərildiyi kimi “ifadə olunan fikir
məzmunca ya real, ya da qeyri-real şəkildə, ya mümkün, ya
da qeyri-mümkün şəkildə, ya arzu olunan, ya da arzu
olunmayan şəkildə, ya zəruri, ya da ehtimali şəkildə və s.
anlaşıla, işlədilə bilər. Zaman və şəxs mənaları ilə modal
məna birləşib predikativlik kateqoriyası əmələ gətirir.
Modallıq anlayışı qrammatik və leksik vasitələrin (fel
formaları, modal sözlər, intonasiya, ədatlar) köməyi ilə ifadə
olunur” [7, s.164].
Danışanın bütövlükdə ifadə olunan fikrə və ya bu fikrin
ayrı-ayrı hissələrinə münasibətini bildirən sözlər isə modal
sözlər kimi səciyyələndirilir [7, s.164].
Prof. M.Hüseynzadə isə belə hesab edir ki, modal sözlər
nə əsas nitq hissəsinə, nə də köməkçi nitq hissəsinə aid
edilə bilməz. Müəllifə görə, onlar əsas nitq hissələrindən
əmələ gəlsələr də, artıq lüğəti mənaları olmur, bütün
cümləyə, ya da cümlənin bir hissəsinə modallıq verən söz
vəzifəsini daşıyırlar. Lakin, M.Hüseynzadə modallığı
müəyyən bir iş, hadisə, əşya, əlamət və keyfiyyət haqqında
verilən hökmün gerçəkliyini, həqiqiliyini ya təsdiq, ya da
inkar edən bir məntiqi-qrammatik kateqoriya hesab edir [28,
s.352].
Qrammatik kateqoriya kimi modallıq danışanın nitq
prosesində ifadə olunmuş fikrə münasibətini bildirən nitq
hissəsidir. Münasibət bütöv fikrin hamısına və ya onun ayrı-
ayrı hissələrinə aid ola bilər. Qrammmatik baxımdan bu fikir
müxtəlif səciyyəli və istiqamətli ola bilər. Ayrı-ayrı dil
ailələrinə aid materialların araşdırılması nəticəsində deyilən
fikrə münasibəti aşağıdakı kimi qruplaşdırmaq olar:
- təsdiqedici və ya inkaredici modallıq;
11
- obyektiv və ya subyektiv modallıq;
- həqiqi və ya qeyri-həqiqi (yalan) modallıq;
- real və ya qeyri-real modallıq;
- arzuolunan və ya arzuolunmaz modallıq;
- ehtimal olunan və ehtimal olunmaz modallıq;
- zəruri və ya qeyri-zəruri modallıq;
- vacib və ya qeyri-vacib modallıq;
- zaman modallığı.
Göstərilənlərdən əlavə, subyektiv modallığın daha bir
neçə məna qrupunu göstərmək olar:
- əminlik və ya inamsızlıq bildirənlər;
- müəyyənlik və ya qeyri-müəyyənlik bildirənlər;
- ekspressivlik, gücləndirmə və ya zəiflətmə mənası
bildirənlər.
Subyektiv modallığın müxtəlifsistemli dillərdə ifadə
vasitələri də zəngindir. Belə ki, subyektiv modallıq
intonasiya ilə, söz sırası ilə, sintaktik təkrarlarla, intensivlik
və sürəklilik bildirən xüsusi konstruksiyalarla, ədat, modal
sözlər, ara sözlər və ara cümlələrlə ifadə oluna bilər. Lakin,
subyektiv modallıq münasibətlərini doğuran əsas vasitə
modal sözlər hesab olunur.
Modal sözlər deyilən fikrə münasibət bildirən leksik
qrammatik söz qruplarıdır. Onları konkret bir nitq hissəsinə
aid etmək mümkün deyil. İsim, sifət, fel və başqa nitq
hissələri ilə ifadə olunan nitq hissələri deyilən fikrə müxtəlif
aspektlərdən münasibət bildirirlər. Araşdırmalar göstərir ki,
əslində ifadə hansı nitq hissəsindən törəmişsə, onu ifadə
edir. Deməli, modallaşma burada sonrakı prosesdir.
Modallaşmış söz qrupları vaxtilə mənsub olduqları nitq
hissələri ilə bütün “qrammatik” münasibətlərini itirir, cümlədə
başqa sintaktik ampulada çıxış edirlər. Modal sözlərdə
vaxtilə mənsub olduqları nitq hissələrinin qrammatik əla-
mətləri daşlaşmış şəkildə qalır. Nitq hissələrinin qrammatik-
valentlik xüsusiyyətləri də modallaşma prosesində itirilmiş
olur. Dəyişməzlik, qrammatik əlaqə və münasibətlərin formal
göstəricilərinə “passiv” münasibət modal sözlərin aparıcı
cəhəti hesab olunur. Bunun məntiqi davamı olaraq modal
sözlər ayrılıqda cümlə üzvü olmur, bütövlükdə cümləyə və
ya onun bir üzvünə aid münasibət bildirir.
12
Cümlədə modal sözlər daha çox intonasiya ilə nəzərə
çarpdırılır. Onlar ifadə olunarkən səsin yüksəkliyi, tembri,
tonu, ritmi, fasilələrlə dəyişir və bu yolla danışanın deyilən
fikrə münasibəti öz əksini tapır. Modal sözlər cümlədə
müxtəlif sintaktik funksiyalar yerinə yetirə bilir.
- cümlədə ara söz funksiyasında çıxış edir;
- söz-cümlə kimi dialoq nitqində işlənir;
- mətndə sintaktik bütövlərin sərhədində müstəqil
cümlələrin müəyyən tematik mövzu ilə bağlanmasına xidmət
edir. Bağlayıcı funksiyasında çıxış edən bu sözlərdə nitqin
subyektiv-modal istiqaməti dəyişmiş olur.
Beləliklə, modal sözlərin leksik-qrammatik kateqoriya kimi
əsas xüsusiyyətləri onların semantikası və subyektiv modal
cəhətləri, morfoloci dəyişməzliyi və müəyyən sintaktik
funksiyaları ilə müəyyənləşir.
Modal sözlər üslubi baxımdan da zəngin xüsusiyyətlərə
malikdir. Danışıq dilində, dialoqlarda, şifahi ünsiyyətin başqa
növlərində modal sözlər bir çox üslubi funksiyaların yerinə
yetirilməsinə xidmət göstərir.
Nəzəri dilçilikdə ən çox mübahisə doğuran məsələlərdən
biri də modallığın dil səviyyələrində qatlararası sərhədlərini
müəyyənləşdirməkdir. Bu məsələyə münasibətdə dilçilər
arasında mübahisə doğuran cəhətlər çoxdur. Bəzən
modallıq çoxmənalılıqla eyniləşdirilir və ya onun bir növü
kimi səciyyələndirilir, bəzən isə məntiqi kateqoriyanın
dilçiliyə süni surətdə köçürülməsi kimi başa düşülür. Məlum
olduğu kimi məntiqdə modallığı şərtləndirən əsas əlamətlər
mühakimənin reallıqla nisbətdə və müqayisədə həqiqiliyi,
zəruriliyi və mümkünlüyü kriteriyalarıdır.
Lakin, bu sadalanan əlamətlər təbii dillərdə bu və ya digər
fikrin təsdiqini sübut edən semantik çalarlar sahəsini tam
əhatə etmir. Başqa sözlə sözlərin, hökm və mühakimələrin,
cümlə konstruksiyalarının ifadəsi prosesində semantik
diapazon daha əhatəli olur.
Məntiqi modallıqla linqvistik modallıq arasında prinsipial
fərqlər dəqiq müəyyənləşdirilmədiyi üçün çox vaxt bu
məsələ də mübahisə və müzakirə mövzusu olur. Məntiq
elminin özündə belə modallığın tam məntiqi səciyyəsi
verilməmiş, necə deyərlər, məntiq elmi çərçivəsində statusu
13
müəyyənləşdirilməmişdir. Fikrimizcə, modallığın formal-
linqvistik sərhədləri məsələsi sırf dilçilik elminin problemidir
və dilçilik elmi çərçivəsində təhlil olunmalıdır. Modallığın
məntiqi nəzəriyyəsinin işlənib hazırlanması problemləri ilə
əlaqədar yaranmış modal məntiq sahəsində də onun dilçilik
aspektləri nəzərə alınmır. Müasir məntiq elmində modallıq
nəzəriyyəsinin araşdırıcılarından biri Y.A.Slininin əsərlərində
bu problemlərin tədqiqi ilə bağlı maraqlı fikirlərə rast gəlmək
mümkündür [145, s.119-147].
Müşahidələr göstərir ki, mətndə birinci cümlə neytral
mövqedə və məzmunda olur. Sonrakı mərhələlərdə
birdirilən fikrə obyektiv və subyektiv münasibət, fərdin
(“Mən”-in) ziddiyyətli fikirləri “qeyri-Mən”lə qarşılaşdırılır.
Modallıq kateqoriyası ilkin olaraq ən ümumi şəkildə bu
zəmində yaranır və formalaşır. Dərin strukturda təşəkkül
tapan modallıqda milli və tipoloci xüsusiyyətlər əks olunmur,
daha çox insan dilinin ümumbəşəri, bütün dillər üçün ümumi
olan cəhətləri bu kateqoriyada cəmləşir. Sonrakı mərhələdə
modallıq qrammatik norma və qanunauyğunluqlardan
uzaqlaşır, subyektiv münasibət çalarlarını özündə ehtiva
edən xüsusi sintaktik vasitəyə çevrilir. Modallığın
formalaşmasında qiymətləndirmə kateqoriyasının da rolu
böyükdür. Linqvistik modallıq nəzəriyyəsi üçün mühüm
əhəmiyyət kəsb edən amillərdən biri qiymətləndirmə
subyektidir. Qiymətləndirmə subyekti obyektin müxtəlif
kombinasiyalarında öz nisbi sabitliyini saxlayır. Müxtəlif
situasiyaları
əks etdirən mətnlərdə qiymətləndirmə
subyektinin, danışan şəxsin sintaktik konstruksiyalar
şəklində formalaşan subyektiv mülahizələri modallıq
kateqoriyasının əsasını təşkil edir. Praktik müşahidələr
göstərir ki, danışanın müəyyən obyektə və ya deyilmiş fikrə
münasibəti dəyişməz deyildir. Tarixi inkişaf prosesində,
cəmiyyətin, iqtisadi münasibətlərin strukturunda və
məzmununda baş verən köklü dəyişikliklərlə əlaqədar
danışanın deyilən fikrə münasibəti dəyişə bilər. Yəni,
subyektiv qiymətləndirmə və münasibət donuq və əbədi
deyil, dialektik inkişafın təsiri ilə müəyyən dəyişikliklərə
məruz qalan bir prosesdir.
14
Beləliklə, dillə ifadə olunmuş hər hansı bir fikrin
həqiqətə müvafiqliyini təsdiqləyən modallığın məna spektri
dəyişərək real situasiyasını düzgün əks etdirə bilir. Bu, hər
şeydən əvvəl ondan irəli gəlir ki, hətta eyni hadisəyə də eyni
subyektin münasibəti dəyişə bilər. Situasiyanı
qiymətləndirən başqa vasitələrdən modallıq bu baxımdan
heç nə ilə fərqlənmir. Buradan belə bir nəticə çıxarmaq olar
ki, modallığın özünü statik formada götürmək düzgün deyil.
Şəxsiyyətin dünyagörüşünün inkişafı və formalaşması ilə
əlaqədar olaraq modallığın məzmununda da dəyişiklik ola
bilər. Əgər bu müddəanı qəbul ediriksə, onda “obyektiv
modallıq” anlayışı sərbəst dəyişən modallıqla eyni çərçivəyə
sığmır.
Modallığın linqvistik sərhədlərinin müəyyənləşdirilməsi
onun tam linqvistik səciyyəsini verməklə və formal
meyarlara əsaslanmaqla dil sistemi daxilində formal
sərhədlərini müəyyənləşdirməkdir. Məsələn, danışanın
deyilən fikrə münasibəti müxtəlif vasitələrlə ifadə oluna bilər:
cest, emosional vasitələr, məntiqi nəticəyə əsaslanan
münasibət, modal sözlər və ifadələr və s. Bütün bu
sadalananlar modallığın linqvistik sərhədlərini
müəyyənləşdirməyə mane olan amillərdir.
Müşahidələr belə bir nəticəyə gəlməyə imkan verir ki,
sərbəst subyektiv qiymətləndirmə modal hissəcikləri və
sözləri funksiyasını bağlayıcılar da yerinə yetirə bilərlər.
Sözönlərindən fərqli olaraq onlar müxtəlif cümlə üzvləri ilə
sərbəst əlaqəyə girir və modallığa xas xüsusiyyətləri ifadə
edirlər. Bağlayıcılar danışanın deyilən fikrə münasibətini
qiymətləndirmə vasitəsi rolunu uğurla yerinə yetirirlər. Onlar
mətndə sintaktik vahidlərin koordinasiyasına və müxtəlif
forma strukturlarına təsir göstərmir, onların idarə edilməsi və
əlaqələndirilməsi funksiyalarından kənardır. Bu da onların
bir çoxunun semantik məna daşımaları ilə səciyyələnir.
Danışan rasional qiymətləndirmə və ya tənqidi təhlil
nəticəsində gəldiyi qənaətə uyğun olaraq müəyyən
bağlayıcını seçir. Hətta intellektual səciyyələndirmə də
subyektivliyi azaltmır. Bağlayıcının semantikasında
danışanın deyilən fikrə qəti, tərəddüdlü, ehtimalı münasibəti
öz
əksini tapır. Çox vaxt bağlayıcıların modal
15
qiymətləndirmə cəhətləri nəzərə çarpmır. Əslində isə
cümlə üzvlərinin müxtəlif tiplərinin diferensiasiyası və ya
birləşmələri, onların növ rəngarəngliyi bağlayıcıların modal
mənalarının fərqləndirilməsi yolu ilə əldə edilir.
Modallıq dil sistemində yeni yaranmış hadisə deyildir.
Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrində, nağıl və
dastanlarda, klassik ədəbiyyatda modallığı səciyyələndirən
əlamətlərə rast gəlmək mümkündür. Eləcə də, tarixi
mənbələrdə, hətta elmi üslubda yazılmış səlnamələrdə və
xronikalarda bu və ya digər hadisəyə müəllifin münasibəti
açıq-aydın hiss olunur.
Məna növlərinə və funksiyalarına görə modal sözlər
məntiqi emosionallıq və müxtəlif leksik-qrammatik semantik
vəzifələri icra edən vahidlərdən ibarətdirlər. Azərbaycan
dilində aşağıdakıları misal göstərmək olar: ehtimal ki,
şübhəsiz, çox güman ki, aydındır ki, görünür, məlumdur ki,
ola bilsin ki, yəqin, bəlkə, deyəsən, nəhayət, doğrudan və s.
Bu modal sözlər cümlədə müxtəlif cümlə üzvlərinə və
bütöv cümləyə aid münasibəti formalaşdırmaqla zəngin
üslubi çalarlar yaradır.
Modallıq daim dəyişmədə və inkişafda olan canlı bir
prosesdir. Nitq prosesində yeni-yeni leksik vahidlərin modal
sözlərə çevrilməsi, modallıq ifadə etməsi müşahidə olunur.
Bu dialektik inkişaf prosesində modal sözlərin dilin lüğət
fondunda xüsusi çəkisi artan xətlə yüksəlir.
Azərbaycan dilində modal sözlər məna növlərinə görə
aşağıdakı kimi təsnif edilir:
Dostları ilə paylaş: |