FİKRƏt cahangirov


a) Təsdiqedici modal sözlər



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/16
tarix06.12.2016
ölçüsü2,8 Kb.
#965
1   2   3   4   5   6   7   8   9   ...   16

a) Təsdiqedici modal sözlər:  əlbəttə, həqiqətən
şübhəsiz, doğrudan (da), şəksiz…  
b) Yekunlaşdırıcı modal sözlər:  deməli, qısası, 
beləliklə, ümumiyyətlə, nəticədə…  
c) Ehtimalı modal sözlər: bəlkə, yəqin, deyəsən, ehtimal 
(ki), güman ki), sanki, elə bil (ki)… 
Sintaktik funksiyasına görə daha çox ara söz və söz-
cümlə funksiyasında çıxış edir [7, s.164]. 
Modallıq dilin inkişafının sonrakı  mərhələlərində ünsiyyət 
prosesində yaranmış  və formalaşmış ümumi və  təbiətinə 
görə mürəkkəb məntiqi-linqvistik kateqoriyadır. Modallığın 
mürəkkəbliyi orasındadır ki, onda dilin bütün səviyyələrinə 

 
16
xas olan əlamət və xüsusiyyətlər, qrammatik, sintaktik, 
semantik əlaqələr toplusu cəmləşmişdir. İnsan təfəkkürünün 
artıq inkişaf etmiş mərhələsinin məhsulu kimi modallıq həm 
də milli özünəməxsusluğu  əks etdirir. Bu cəhət modallıqla 
frazeologiya arasında körpu yaratmış olur. Dil 
səviyyələrindən, onun funksional imkan və vasitələrindən 
əlavə modallığın frazeoloci birləşmələr tərkibində  işlənməsi 
dilçilik ədəbiyyatında az tədqiq olunmuşdur. 
Məlum olduğu kimi, dil və  təfəkkür problemləri 
kontekstində  məntiqlə qrammatika elmlərinin kəsişdiyi 
nöqtələr çoxdur. Məhz bu baxımdan modallığın linqvistik 
mahiyyəti ilə məntiqi modallıq qarışdırılır. Bəzən modallıq bir 
linqvistik kateqoriya kimi tamamilə inkar edilir. Onun məntiqi 
mahiyyəti ön plana çəkilir. Linqvistik modallığa isə  məntiqi 
modallığın dildə  təzahür forması kimi baxılır. Qeyd etmək 
lazımdır ki, modallıq kateqoriyası  fəlsəfi baxımdan da təhlil 
oluna bilər. Bu kateqoriya obyektiv reallıq, təfəkkür və dilin 
qarşılıqlı 
əlaqələri fonunda nəzərdən keçirilməlidir. 
Göstərilən  əlaqələr fonunda məntiqi modallıq hökmün ən 
mühüm əlaməti kimi səciyyələndirilə bilər. Obyektiv əlaqələr 
məntiqi hökmün məzmununda müxtəlif forma və 
dərəcələrdə  əks oluna bilər. Həmin forma və  dərəcələrə 
görə hökmləri mümkün, həqiqi və  zəruri növlərinə ayırırlar. 
Hökmdəki fikrin məzmunu real olaraq mövcud ola bilər və 
yaxud ehtimalı olur. 
Dilçilik baxımından modallığın səciyyəvi cəhətləri 
yuxarıda qeyd olunmuşdur. Burada danışanın deyilmiş fikrə 
münasibəti ön plana çəkilir. Bu baxımdan məntiqi və 
linqvistik modallığı bir-birinə yaxınlaşdıran cəhətlər üzə çıxır. 
Məlum olduğu kimi, linqvistik reallıq, yaxud qeyri-reallıq 
məntiqi həqiqilik və yalanla üst-üstə düşür. Burada bir 
mühüm cəhəti də  nəzərdən qaçırmaq olmaz: deyilmiş fikrə 
münasibət  (onun reallığı, qeyri-reallığı, həqiqiliyi, yalan 
olması, vacibliyi, zəruriliyi, mühümlüyü, ehtimalı olması) 
danışan tərəfindən bildirilir və bu münasibət subyektiv və ya 
obyektiv səciyyə daşıya bilər. Göstərilən xüsusiyyətləri əsas 
götürərək bir çox tədqiqatçılar (Q.V.Kolşanski, V.V.Panfilov, 
L.V.Bondarko) linqvistik modallığa məntiqi modallığın ifadə 
vasitəsi kimi baxırlar [115, s.94-98; 134, s.48; 133; 135; 69]. 

 
17
Lakin, bu məsələ ilə bağlı dilçilər arasında yekdil fikir 
yoxdur. 
Başqa linqvistik kateqoriyalar kimi modallıq da məzmun 
və ifadə planları ilə  səciyyələndirilir. Lakin, modallıq daha 
çox məzmun planı ilə səciyyələndirilə bilər və bu baxımdan 
semantik kateqoriya hesab oluna bilər. Modallığı  məzmun 
və ifadə (forma) planlarının vəhdəti kimi götürsək, onda ona 
həm semantik, həm də qrammatik-prosodik kateqoriya kimi 
baxıla bilər [115; 136]. 
Tədqiqatçıların haqlı olaraq qeyd etdiyi kimi linqvistik 
təbiətinə görə modallıq sırf sosial, yaxud sırf fərdi kateqoriya 
hesab oluna bilməz [171]. Burada parodoksal bir hal 
müşahidə olunur: bir tərəfdən modallıq danışanın (müəyyən 
situasiyada nitq prosesində  iştirak edən konkret fərdin) 
deyilən fikrə münasibətini bildirir, digər tərəfdən münasibət 
vasitəsi kimi dildə artıq formalaşmış, sabitləşmiş, hamının 
qəbul etdiyi leksik vahidlərdən istifadə edir. Deməli, həmin 
münasibəti ifadə edən vahidlər kimi, onun özü də artıq 
ictimai hadisədir. Fərd isə  həmin ictimai hadisədən, dil 
faktından nitq prosesində istifadə edir. Əgər modallıq sırf 
fərdi kateqoriya olsaydı, onda onun dil daşıyıcıları tərəfindən 
mənimsənilməsi qeyri-mümkün olardı. Lakin, fərd 
cəmiyyətdə formalışmış münasibətlər toplusundan 
özünəməxsus  şəkildə istifadə edir. Məhz bu göstərilənlərə 
görə modallığın həm fərdi, həm də sosial aspektləri üzə 
çıxmış olur. 
Ümumiyyətlə, dilçilik ədəbiyyatında modallığın izahı 
müxtəlifdir. Ən ümumi şəkildə belə bir tərifi qəbul etmək olar 
ki, modallıq danışanın ifadə etdiyi nitqin (söyləmin) reallığa 
münasibəti deməkdir. Lakin bu tərifin özündə  də bir 
ziddiyyət vardır. Reallıq dedikdə obyektiv olaraq mövcud 
olan dünya, aləm başa düşülür. Təbiidir ki, reallıqla obyektiv 
dünya, aləm heç vaxt üst-üstə düşmür. Başqa sözlə, 
danışanın reallıq, obyektiv dünya haqqında fikirləri 
subyektiv, şəxsi mülahizə ola bilər. 
Linqvistik baxımdan mübahisə doğuran cəhətlərdən biri 
də modallığın semantik və ya qrammatik kateqoriyaya aidliyi 
məsələsidir. O.S.Axmanova “Dilçilik terminləri lüğəti”ndə 
modallığı danışanın dediklərinə  (söyləm)  və söyləmin 

 
18
məzmunun reallıqla münasibəti zəminində izah edir və 
göstərir ki, modallıq müxtəlif vasitələrlə – qrammatik, leksik 
yollarla ifadə oluna bilər. Belə qrammatik ifadə vasitələrinə 
O.S.Axmanova felin şəkillərini, modal felləri intonasiya və s. 
misal gətirir [57, s.286-287]. 
Q.V.Kolşanski isə cümlənin modallığını ümumi semantik 
kateqoriya hesab edir. Modallıq söyləm vasitəsi ilə reallaşır 
və bütün söyləmə aid olur. Söyləm semantik baxımdan iki 
hissəyə bölünə bilməz. Məna cəhətinə görə cümlə tamdır. 
Semantika modallıqdan doğur və kommunikasiya 
prosesində reallaşır [115]. 
T.P.Lomtevin fikrinə görə modallıq semantik, daha dəqiq 
desək, semantik –kommunikativ funksiya kimi daha çox 
məntiqə aid edilə bilər. Modallıq bütün cümlə boyu yayılır, 
lakin xüsusi ifadə vasitəsinə malik deyil [125]. 
Əlbəttə, bu fikirlə razılaşmaq qeyri-mümkündür. 
Modallığın istər leksik-qrammatik, istərsə  də prosodik və s. 
ifadə vasitələri məlumdur. Bu barədə artıq məlumat 
verildiyindən əlavə izahata ehtiyac yoxdur. 
Semantik kateqoriya kimi modallıq  ən yeni sintaksisin 
obyekti kimi də  tədqiq oluna bilər [82; 62; 190]. Törədici 
qrammatikalarda modallıq dərin strukturun (sintaksisin) 
anlayışlarından hesab olunur. Tədqiqatçıların fikrinə görə 
səthi struktur modallığın mahiyyətini tam aça bilmir, çünki 
modallıq dərin strukturda, semantik qatda əks olunan 
semantik kateqoriyadır. Səthi strukturda modallığın ifadə 
üsulları və vasitələri müxtəlif ola bilər. Modallığın hər bir milli 
dildə ifadəsi də  rəngarəng formalara malikdir. Rus 
dilçiliyində modallıq müxtəlif baxımlardan təsnif edilir [121; 
105; 101]. Göstərilən təsniflərin həm oxşar, həm də  fərqli 
cəhətləri vardır. Kruşelnitskaya, Zolotova və Yermolayevin 
araşdırmalarında modallığın üç tipi göstərilir. Obyektiv 
modallıq tipində danışanın nöqteyi-nəzərindən deyilmiş 
cümlənin məzmunun həqiqətə uyğunluğu ifadə olunur. 
Subyektiv modallıq tipində danışanın söyləmin məzmununa 
münasibəti  əks olunur. Törəmə tipli modallıq daha 
mürəkkəb struktura malikdir. Burada əlamətin daşıyıcısı 
subyektlə predikativlik əlaməti arasında əlaqənin həqiqiliyinə 
münasibət bildirir. Birinci iki əlaqə tipi sintaksisxarici, üçüncü 

 
19
tip isə sintaksisdaxili əlaqə tipi kimi müəyyənləşdirilir. Bəzi 
tədqiqatçılar analo]i prosesi fərqli anlayışlarla ifadə edirlər. 
Burada modallıq xarici və daxili modallığa ayrılır. Xarici 
modallıq obyektiv və subyektiv modallığı ehtiva edir, daxili 
modallıq isə subyektin icra etdiyi işə münasibəti bildirir. 
Daxili modallıqda subyektin icra etdiyi hərəkətə 
mümkünlük, zərurilik, arzu və vaciblik planında münasibəti 
əks olunur. 
Bu çərçivədə xarici modallıq altında söyləmin həqiqətə və 
danışanın söyləmin məzmununa münasibəti başa düşülür. 
Anlayışların müxtəlifliyinə baxmayaraq deyilənləri 
yuvarlaqlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, modallıq 
ən ümumi şəkildə iki hissəyə bölünür: obyektiv və subyektiv 
modallıq. 
Obyektiv modallıq obyektiv reallığı  (həqiqəti)  əks etdirir. 
Subyektiv modallıqda danışanın münasibəti hiss olunur. 
Subyektiv modallıqda danışanın söylədiyi fikrə inamı 
/inamsızlığı, deyilən fikirlə razılaşması/ razılaşmaması öz 
əksini tapır. Bu prosesdə danışan ifadə etdiyi fikri həqiqətə 
uyğun gəlib-gəlməməsinə görə qiymətləndirmiş olur. 
Modallığın obyektiv və ya subyektiv kateqoriyaya aid 
edilməsi  ətrafında mübahisələr uzun müddət davam etmiş, 
indi də davam etməkdədir. Obyektiv modallıq obyektiv 
reallıqda obyektiv olaraq mövcud olan əlaqələrin səciyyəsini 
əks etdirir, subyektiv modallıq obyektiv reallığın konkret 
fərdin təfəkküründə  əksidir. Bu baxımdan obyektiv reallığın 
əksi həmişə  fərdi olur. Mənimsəmə konkret şəxsin bilik 
səviyyəsindən, məntiqi-psixolo]i təfəkkür tərzindən, 
yaddaşından və s. amillərdən asılı bir yaradıcı prosesdir. 
Obyektiv reallığın  əksi, onun qavranması, mənimsənilməsi 
obyektiv ola bilməz, həmişə subyektivdir, çünki obyektiv 
reallığa münasibət konkret fərd tərəfindən bildirilir. Məhz 
bunları  əsas götürən bir qrup tədqiqatçılar obyektiv 
modallığın mövcudluğunu qeyri-mümkün hesab edirlər. 
Modallıq heç vaxt obyektiv ola bilməz, çünki ictimai, kollektiv 
münasibət olmur. Doğrudur, ayrı-ayrı  fərdlərin subyektiv 
münasibətlərinin toplusu son məqamda ictimai rəyi, 
münasibəti formalaşdıra bilər. 

 
20
Deyilənlər bir daha göstərir ki, obyektiv və subyektiv 
modallıq anlayışları eyni prinsiplər, meyarlar əsasında izah 
olunmadığı üçün mübahisəlidir. İngilis və Azərbaycan dilinin 
materialları əsasında apardığımız ilkin araşdırmalar belə bir 
qənaətə  gəlməyə imkan verir ki, modallığı mahiyyətinə  və 
təbiətinə görə subyektiv hesab etmək olar. Subyektiv 
modallıq isə öz növbəsində obyektiv reallığın insan 
təfəkküründə əksinin nəticəsidir. 
Tədqiqatçıların bir çoxu elə hesab elir ki, ümumiyyətlə, 
hər bir söyləm üçün subyektiv modallıq mütləqdir. Subyektiv 
modallıq olmadan söyləm mövcud ola bilməz [154, s-38]. 
Beləliklə, obyektiv modallıq verilən məlumatın reallığa 
münasibətinin səciyyəsini ifadə edir. Bundan fərqli olaraq 
subyektiv modallıq danışanın ifadə etdiyi nitq parçasına, 
məlumata münasibətini bildirir. 
Obyektiv-subyektiv modal mənaların nisbəti məsələsinə 
ayrı-ayrı  tədqiqatçıların münasibəti fərqlidir. Obyektiv-
subyektiv modal mənaları  əlaqəli olub bir-birini tamamlayır. 
Subyektiv modallıq obyektiv modallığa təsir edib onu 
mənaca dəyişdirə bilmir, yalnız bu mənanı başqa formada 
ifadə edir. Modallıq kateqoriyasına insan təfəkküründə öz 
əksini tapan obyektiv və subyektivliklərin dialektik vəhdəti 
kimi baxmaq olar. 
Obyektiv və subyektiv modallıq – vahid tamın müxtəlif 
tərəfləri kimi səciyyələndirilə bilər. Subyektivin istənilən 
məlumatı  təkcə  məlumatdan ibarət olmur, həm də  həmin 
verilmiş  məlumata danışanın münasibəti bu və ya digər 
şəkildə öz əksini tapır. 
Modallığın iki aspekti – obyektiv və subyektiv modallıq – 
bir-birini tamamlayaraq bütövlükdə cümlənin ümumi 
modallıq məzmununu yaradırlar. Hər iki aspekt məna 
yüklərinə görə eyni- qiymətlidirlər. 
Modallığı doğuran, modal mənanı  təşkil edən vasitələr 
müxtəlifdir. Tədqiqatçıların bir qrupu sual, nəqli mənalarını, 
reallıq, qeyri-reallıq, əsaslılıq, şübhə, mübahisə doğurmayan 
leksik-qrammatik söz qruplarını, ehtimallıq, mümkünlük, 
zərurilik, arzu və s. məna çalarları yaradan vasiələri 
modallığa aid edirlər [51, s.163]. 

 
21
Başqa qrup tədqiqatçılar reallığı, mümkünlüyü, zəruriliyi 
[115, s.94-98], digərləri nəqli, sual və  əmr cümlələrini 
modallığa daxil edirlər [84, s.217-301]. 
Dilçilikdə  qərarlaşmış başqa bir fikrə görə isə hiss və 
həyəcan ifadə edən sözlər də modal sözlər sayılır.  Ş.Balli 
danışanın verilmiş  məlumata istənilən münasibətini 
modallığa şamil edir [60, s.43-45]. 
Həmin müddəanı  qəbul edənlər kədər, sevinc, təəccüb, 
qürur, qəzəb, qorxu və s. emosional-ekspressiv səciyyəli 
ifadələri modallıq yaradan vasitə hesab edirlər. 
Lakin, emosional-ekspessiv vasitələri heç də bütün dilçi 
alimlər birmənalı olaraq modallıq kateqoriyasına aid etmirlər. 
Bu ideyanın tərəfdarları belə hesab edirlər ki, modallıqla 
emosional-ekspessiv vasitələr arasında heç bir əlaqə 
yoxdur, onlar bir-birinə  bəzi cəhətlərinə görə yaxın olsalar 
da, müxtəlif semantik-funksional səciyyələrə malikdirlər. 
Maraqlı problemlərdən biri də modallığın dilin hansı 
səviyyəsinə aid olması ilə bağlıdır. Tədqiqatçıların 
əksəriyyəti belə hesab edir ki, modallıq cümlə  səviyyəsinə 
aiddir. Lakin, cümlənin özü də kontekstdə tam izah oluna 
bilir. Məhz bunu əsas götürərək modallığın çox vaxt cümlə 
səviyyəsindən daha yuxarı yarusda-mətn səviyyəsində 
araşdırılması  məqsədəuyğun hesab olunur. Əgər indiyə 
qədər modallıq cümlə  səviyyəsində öyrənilirdisə, dilçiliyin 
inkişafının hazırkı  səviyyəsində  mətn dilçiliyi sürətlə inkişaf 
etməyə başlamış, bir çox yeni anlayış  və kateqoriyaların 
daha dərin mənimsənilməsi imkanı yaratmışdır. Modallıq da 
indi mətn səviyyəsində araşdırıldıqda bir çox yeni məna 
çalarlarının alınması 
və izahı reallaşır. Modallıq 
kateqoriyasının formalaşmasında, modal fonun 
yaranmasında kommunikativ kontekst elementləri də 
mühüm rol oynayır. 
Məlum olduğu kimi, kommunikativ kontesktdə linqvistik 
ifadə vasitələri ilə yanaşı bir çox ekstralinqvistik vasitələr də 
iştirak edir ki, bu da modal mənaların reallaşması 
prosesində mühüm rol oynayır. 
Beləliklə, modallıq kateqoriyası getdikcə genişlənərək söz 
səviyyəsindən cümləyə, cümlədən isə kontekstə keçmişdir. 

 
22
Dilçilikdə mübahisə doğuran məsələlərdən biri də 
modallıqla predikativliyin nisbəti ilə bağlıdır. Tədqiqatçıların 
bir qrupu modallıqla predikativliyi eyniləşdirir, modallığı 
cümlənin predikativliyinin müəyyən forması hesab edirlər. 
Modallığı predikativliyin ifadə forması kimi səciyyələndirənlər 
də var [140, s.191]. 
Başqa qrup dilçilər modallığın predikativliklə  əlaqəsini 
inkar etməsələr də, onu predikativliyin əsas ifadə vasitəsi 
hesab etmirlər. Bu səpkidə olan araşdırmalarda modallıq 
predikativlikdən daha geniş kateqoriya kimi səciyyələndirilir 
[52; 161, s.23). 
Fikrimizcə, modallığı predikativliklə eyniləşdirmək doğru 
olmazdı. Modallıq predikativliyi əvəz edə bilməz, başqa 
sözlə, predikativ funksiya daşıya bilməz. Modallıq 
predikativliyə müxtəlif çalarlar verə bilər, onun məzmununda 
semantik mənalar yarada bilər, fel şəkillərinə xas cəhətlər 
əlavə edə bilər. Bu baxımdan modallıq fel şəkilləri ilə  də 
bəzən eyniləşdirilir. V.Panfilov modallığı  məntiqi-qrammatik 
kateqoriya hesab edir və onu sintaksisə aid edir. Bu 
cəhətdən modallıq fel şəkillərindən fərqləndirilir. Modallıq 
məntiqi-semantik kateqoriya kimi səciyyələndirilirsə, felin 
şəkilləri qrammatik-sintaktik hadisədir. V.Panfilova görə 
qrammatikada predikativliklə  xəbərlik üst-üstə düşə bildiyi 
kimi modallıqla felin şəkilləri uyğun gələ bilər [133, s.174]. 
Modallıq kateqoriyası real və irreal kimi iki növə ayrılır. 
Belə heseb olunur ki, reallıq həqiqətə uyğunluq, irreallıq 
qeyri-müvafiqlikdir [81; 104; 147; 100; 193]. 
Bu məsələ  də obyektiv və subyektiv modallıq kimi 
olduqca mübahisəlidir. Tədqiqatçıların bəziləri subyektiv 
modal mənanı real/irreal modallığa qarşı qoyur, onu heç 
birinə aid etmirlər. 
Modallığın məntiqi-linqvistik mahiyyəti mürəkkəb olduğu 
kimi onun ifadə vasitələri də rəngarəngdir. Bəzən modallığın 
ifadə vasitələrini leksik-qrammatik sahə fonunda izah edirlər 
[87, s.57-58]. 
İngilis dilində modallıq felin şəkilləri, ara cümlələr, modal 
fel+infinitiv konstruksiyaları, modal sözlər və s. ilə ifadə 
olunur. 

 
23
Kommunikativ modallıq təkcə cümlə növləri, felin 
şəkilləri, leksik vasitələr, modal sözlər vasitəsi ilə deyil, həm 
də intonasiya, vurğu, müxtəlif cestlər və s. ilə əmələ gəlir. 
Modallığın yaranmasında intonasiya və vurğunun rolu bir 
çox tədqiqatçılar tərəfindən araşdırılmışdır [61, s.56; 76, 
s.55-87]. 
Modallıq çərçivəsində bu və ya digər fel şəkilləri ilə ifadə 
olunmuş sintaktik vahidlər olan nida, vokativ cümlələrlə  də 
ifadə oluna bilər. Lakin, ingilis dilində modallığın əsas ifadə 
vasitəsi fel şəkilləridir. 
Modallığın daha çox ifadə olunduğu vasitə leksik qatdır. 
Leksik qat bütün nitq hissələri ilə təmsil olunmuşdur. Həmin 
qatı  təşkil edən sözləri modal sözlər adlandırırlar. Bundan 
əlavə, modallıq leksik-frazeoloci vahidlərlə  də ifadə olunur. 
İngilis dilində modal fellər vasitəsi ilə də modallıq yaradılır. 
L.D.Dolinskaya modallığın ifadə vasitələri kimi 
qrammatik, leksik, leksik-sintaktik və leksik-frazeoloci 
formaları göstərir [95]. Bu bölgüdə intonasiya və vurğu 
göstərilməmişdir. Halbuki, modallığı doğuran bir vasitə kimi 
Q.A.Zolotova və V.V.Vinoqradov intonasiya-sintaktik 
vasitənin (intonasiya, vurğu və s.) əhəmiyyətini xüsusi qeyd 
etmişlər. 
Yuxarıda göstərilənlərin yekunu olaraq belə bir nəticəyə 
gəlmək olar ki, istər Azərbaycan, istərsə  də ingilis dilində 
modallığın ifadə vasitələri  ən ümumi şəkildə seçilmir. 
Modallıq  əsasən morfoloci, leksik, leksik-sintaktik, leksik-
frazeoloci, prosodik vasitələrlə  əmələ  gəlir. Azərbaycan dili 
ilə ingilis dili arasında fərq bu vasitələrin məzmununda və 
struktur tiplərinin müxtəlifliyindədir. 
Funksional-semantik kateqoriya kimi modallıq danışanın 
ifadə etdiyi fikrə  və reallığa münasibətini ifadə edir. Bu 
baxımdan modallıq obyektivliyin və subyektivliyin dialektik 
vəhdətinin insan təfəkküründə əksidir. Modallıq təsdiq/inkar, 
emosional-ekspressiv mənalı ifadələr, predikativlik, fel 
şəkilləri və formaları ilə  sıx  əlaqədə  və münasibətdə olan 
məntiqi-linqvistik kateqoriyadır. Linqvistik modallıq real və 
irreal modallıqların məcmuyundan ibarətdir. 
İngilis və Azərbaycan dillərində modallıq kateqoriyasının 
struktur-semantik tədqiqi bir linqvistik kateqoriya kimi onun 

 
24
mahiyyətinin açıqlanması, müxtəlif sistemli dillərdə 
modallığın universal ümumi və  fərqli xüsusiyyətlərinin 
müəyyənləşdirilməsi imkanı yaradacaqdır. 
Məntiqi modalliq kateqoriyasi. Modallıq müəyyən 
hadisənin yerinə yetirilməsi gedişinə danışanın münasibətini 
əks etdirdiyi üçün onu məntiqi subyekt və predikatla əlaqədə 
də  təhlil etmək olar. Hər hansı mühakimənin modallığı 
dedikdə mühakimədə haqqında danışılan cisim ilə onu 
bildirən məfhum arasındakı uyğunluqdan danışılır. 
Modallığın daha çox obyektiv və  məntiqi olması fikri 
əsaslandırılır. Başqa sözlə, modallığın linqvistik olmaqdan 
daha çox məntiqi xüsusiyyətlərə malik olması  və  məntiqi 
baxımdan izah oluna bilməsi fikrini müdafiə edənlər məntiqi 
sillogizmlərlə bu tezisi əsaslandırmağa cəhd göstərirlər. 
Məntiqdə modallığa görə mühakimələr müxtəlif cür təsnif 
olunur: 
Obyektiv modallıq üzrə:  a) mümkünat, b) gerçəklik, v) 
zərurət mühakimələri. 
Məntiqi modallıq üzrə:  a) problematik, b) həqiqi 
mühakimələr qrupu [41, s.128]. 
Modal hökmlər subyekt ilə predikat arasında  əlaqə  və 
münasibətlərin ehtimalı, gerçək və  zəruri səciyyə 
daşımasına görə üç növə ayrılır:  1) ehtimal (problematik) 
hökmləri, 2) gerçəklik (assertorik) hökmləri, 3) zərurət 
(apodikdik) hökmləri. 
Hələ XIII əsrin ortalarında U.Şevrud modal məntiqin 
problemləri baxımından təhlil aparmaqla modal hökmlərin 
aşağıdakı növlərini göstərirdi: həqiqi, yalan, ehtimal, qeyri-
ehtimal, təsadüfi, zəruri [29, s.161]. 
M.İsrafilovun göstərdiyi kimi, hökmlərdə əks olunan əlaqə 
və münasibətlərin xarakteri və tipi, bir hökmün digər 
hökmdən asılılığı, hökmlərdə hadisələr arasındakı zaman, 
məkan və ya digər asılılıqlar  əlavə informasiyalarda əks 
olunur.  Əlavə informasiyaya daxil olan hökmlər modal 
hökmlər hesab olunur. 
Hökmlərin modallığı-cisimlər və onların  əlamətləri, 
xassələri arasındakı obyektiv münasibətləri  əks etdirən 
hökmlərin, yaxud subyekt predikat arasındakı asılılıq tipinin 
əsaslandırılmasının xarakteri haqqında hökmdə  əks olunan 

 
25
aşkar və  aşkar olmayan formada əlavə informasiya 
verməkdir. Müəllif belə hesab edir ki, məntiqdə qarşılıqlı 
əlaqə  və qarşılıqlı  təsir kimi qrup anlayışlarının köməyi ilə 
hökmlərin  əlavə  səciyyələrinin öyrənilməsinə modal 
kateqoriyalar deyilir [29, s.161]. 
Mümkünat mühakimələrində subyekt və predikatda əks 
olunan hadisələrin bağlılığı ehtimal şəklində verilir: “S 
ehtimal ki, P-dir”. Belə mühakimələrdə əks olunan hadisələr 
arasındakı bağlılıq müəyyən obyektiv imkana əsaslanır.  
Gerçəklik mühakimələrində cisim və hadisələr arasındakı 
real həyatda olan əlaqələr, subyekt və predikatın arasındakı 
mövcud olan gerçək bağlılıq kimi əks olunur. Bu 
mühakimələrin ümumi düsturu belədir:  “S-P”-dir. Gerçəklik 
mühakimələri onlarda əks olunan cisim və hadisələrin nə 
üçün bu bağlılığa malik olduqlarını deyil, gerçək olaraq 
həyatda mövcud olduqları kimi əks etdirir. 
Zərurət mühakimələrində hadisələrin bağlılığı  ən ümumi 
şəkildə  əks etdirilir. Belə mühakimələrin köməyi ilə  ən 
ümumi qanunları, ümumi müddəaları, qaydaları  və sairləri 
ifadə edirik. Bu mühakimələrin ümumi düsturu belədir:  “S 
zəruri olaraq P-dir (deyil)”
Problematik mühakimələrdə obyektiv gerçəklikdə mövcud 
olmayan, lakin ola biləcəyi ağlabatan olan hadisələrin bu və 
ya digər cəhətlərini öyrənmək məqsədi ilə istifadə olunur. 
Problematik mühakimələrin düsturu belədir:  “S ola bilsin ki, 
P-dir (deyil)”
Həqiqi mühakimələr həqiqəti və ya yalanı inandırcı 
şəkildə iqrar və ya inkar edən mühakimələrdir. Həqiqi 
mühakimələrin düsturu “S-P-dir (deyil)” şəklində olur. 
Məntiqi zərurət mühakimələri gerçəkliyin qanunauyğun və 
zəruri mahiyyətini açmaqla sübut edilən mühakimələrə 
deyilir. 
Məntiqi imkanat mühakimələrində faktlar yalnız məntiqi 
yolla sübut oluna bilər.  Əgər mühakimələrdə fikrimizin 
obyektinə aid edilən iqrar və ya inkar hələ praktikada sübut 
edilməyibsə, məntiqi yolla ehtimal olunursa, onları  məntiqi 
imkanat mühakimələri adlandırırlar. 
Həyatda, təbiətdə elə hadisələr var ki, onların baş 
verməsi, mövcudluğu qeyri-mümkündür. Məntiqi cəhətdən 

 
26
qeyri mümkün mühakimələrin idrak prosesində böyük 
əhəmiyyəti vardır. Məntiqi cəhətdən qeyri-mümkün 
mühakimələrdə məntiqi yolla əldə etdiyimiz mühakimlər əks 
olunur. 
Məntiqi münasibətlərin tipinə görə mühakimələri 
aşağıdakılara bölmək olar: a) qəti mühakimələr; b) şərti 
mühakimələr; c) təqsimi mühakimələr; ç) birləşdirici 
mühakimələr. 
Qəti mühakimələr aşağıdakı qrupa bölünür: a) vahid 
tərkibli subyektiv və predikatlı qəti mühakimələr b) mürəkkəb 
tərkibli mühakimələr. 
Vahid tərkibli subyekt və predikatlı mühakimələrin ümumi 
formulu belədir: “S-P-dir”. Bu mühakimələrdə ya subyektdə 
predikatın həcmi, ya da predikatda subyektin həcmi açılır: 
“S-A, B, V, Q və s.-dir”; “A, B, V, Q və s. S-dir”. 
Şərti mühakimələrin məntiqi mahiyyəti onlardakı 
subyektlə predikatın  əlaqəsindən asılı olaraq aşağıdakı 
növlərə bölünür: 
a)  şərti mühakimələrdə iqrar və ya inkar şərti səciyyə 
daşıyır, daha doğrusu, həmin mühakimələrin tərkibinə daxil 
olan müəyyən şəraitdən asılıdır. 
b)  Şərti mühakimələrdə  şərtilik onların subyektlərinin 
ayrılmaz bir ünsürü kimi mühakiməyə daxil olur. 
c)  Şərti mühakimələrdə  əsasla  (şərtlə)  nəticə arasındakı 
bağlılıq haqqında bilik, qabaqcadan mühakimənin öz 
daxilində verilir. Şərti mühakimələr həm də  əsasla nəticə 
arasındakı bağlılıq haqqında bilik verir. 
Təqsimi mühakimələrdə  hər hansı cismə aid ola biləcək 
bir neçə xüsusiyyət ya iqrar və ya inkar edilir. Başqa sözlə, 
əşya və ya hadisəyə aid ola biləcək  əlamətlər toplusunda 
biri ona aid edilir. Əlamətlər toplusu hamısı sadalanır ki, 
haqqında söhbət gedən obyekt barədə məlumat tam olsun. 
Təqsimi mühakimələrin düsturu belədir: “ya A, ya B və ya 
da D P-dir”; “S ya, A, ya B, ya da V-dir”
Birləşdirici təqsimi mühakimələrdə bir neçə yerə 
bölünmüş subyekt və ya predikat bir-birini rədd etmir, 
çarpazlaşırlar və mühakimənin o biri istilahına eyni 
dərəcədə aid olurlar. 

 
27
Bu mühakimələrin ümumi düsturu belədir:  “S-(A, ya B, 
ya V) P-dir (deyil,) “yaxud” “S-(A, ya B, ya V…) P-dir (deyil)”
Rəddedici-təqsimi mühakimələrin düsturu belədir:  “S-in, 
S
1
-in yalnız bir hissəsi P-dir”, yaxud “S-P-nin, P
1
-in, P
2
-nin 
yalnız bir hissəsini təşkil edir”
Birləşdirici mühakimələrdə bir neçə sadə mühakimə 
birləşir. Özü də bu birləşmə  məntiqi bağlılıq nəticəsində 
yaranır. Bu mühakimələrin iki növü vardır:  
a) konyunktiv (çox predikatlı) mühakimələr. Belə 
mühakimələrin düsturu belədir: “A həm B-dir, həm də C-dir”
Bu mühakimələr onun üçün mürəkkəbdir ki, onun subyektini 
iki bambaşqa predikat səciyyələndirir. 
b) Kapulyativ (çoxsubyektli) mühakimələrin formulu “A və 
B-C-dir”. Burada bir predikat iki müxtəlif subyekti 
səciyyələndirir. 
Konyunktiv-kapulyativ  (çoxpredikatlı  və çox subyektli) 
mühakimlərəin düsturu belədir:  “A və B həm C və  həm də 
D-dir” [41, s-136-139]. 
Deyilənlərdən belə bir nəticəyə  gəlmək olar ki, modallıq 
universal bir kateqoriya kimi dilçilik, məntiq, fəlsəfi və fiziki 
aspektlərdən izah oluna bilər. 
Digər tərəfdən modallığın tam mahiyyətini 
aydınlaşdırmaq üçün ayrı-ayrı elmlərdə onun funksiyalarının 
və ifadə vasitələrinin araşdırılması vacibdir. 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin