FİKRƏt cahangirov



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə9/16
tarix06.12.2016
ölçüsü2.8 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   16

A) İNDİKİ ZAMAN FORMALARI 
İndiki zamanın qeyri-müəyyən forması (The Present 
Indefinite Tense Form). 
İndiki zamanın qeyri-müəyyən forması  hərəkətin yalnız 
icra olunmasını bildirir. Hərəkət indiki zamanda baş versə 
də, danışıq anına bağlı deyil. O, adətən, ümumiyyətlə  və 
yaxud həmişə baş verə bilər. Məsələn:  
He knows nobody. He hates all people. Us he tolerates, 
for we are  the way of his desire (C.London. Short Stories
216) “O heç kimi tanımır (tanımaq istəmir)”.  O, bütün 
insanlara nifrət edir. Bizə o, onun yolundan olduğumuz üçün 
dözür  (C.London, Qısa hekayələr, 216) [Bizi isə onun 
ürəyincə / istəyincə olduğumuz üçün yola verir]. 
Bununla belə, indiki zamanın qeyri-müəyyən forması 
müvafiq kontekstual şəraitdə danışıq anına aid olan hərəkəti 
də ifadə edə bilir: 
I  tell  you  true. I am afraid. He is the breath of death 
(C.London, Short Stories, 214) “Mən sənə  doğru deyirəm. 
Mən  qorxuram. O, ölüm havasıdır” (CLQH, 214) […ölüm 
nəfəsidir].  
İngilis dilində indiki zamanın qeyri-müəyyən forması 
başqa zaman formalarının da yerində işlənə bilir. Məsələn: 
Ah, that is cust what I don’t  understand! (M.Christie, 
Selectid Stories, 91) “Ah, mən elə bunu başa düşə 
bilmirəm!” (İndiki zamanın davamedici forması əvəzinə). 
Even if it rains, we’ll work “Yağış  yağsa da (belə),  biz 
sabah işləyəcəyik”. Your plane leaves in an hour’s time, he 
said “Sənin təyyarən (sizin təyyarə) bir saatdan sonra uçur”, 
-o dedi” (Gələcək zamanın qeyri-müəyyən forması əvəzinə). 
I remember the scene very well. Miss. Blake in a dinner- 
caket, arrives, at the ground floor by lift. The lift door opens 
Blake gets out, looks at something on his left registers alarm 

 
144
                                                          
and  walks away briskly.
*
 “Mən bu səhnəni çox yaxşı 
tanıyıram. Yemək libası (“smokinq”) geyinmiş Missis Bleyk 
liftlə  aşağı  mərtəbəyə  duşur.  Liftin qapısı açılır, Bleyk 
oradan (ondan) çıxır,  solunda (sol tərəfində) nəyəsə  baxır, 
nədənsə  üşənib,  tezcə çıxıb-gedir” (Keçmiş zamanın qeyri-
müəyyən forması əvəzinə). 
Üçüncü və dördüncü hallarda müqayisə edilən dillər 
arasında tam müvafiqlik müşahidə olunur.  
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın qeyri-
müəyyən formasının işlənmə xüsusiyyətlərini Azərbaycan 
dili ilə müqayisədə nəzərdən keçirərək qeyd edirlər ki, indiki 
zamanın qeyri-müəyyən forması to leave, to start, to sail, to 
return, to arrive, to go, to come felləri ilə  işlənərək yaxın 
gələcəkdə icra olunası hərəkəti bildirirlər [     , 99]. Məsələn: 
The train starts in 10 minutes “Qatar 10 dəqiqətən sonra 
yola düşür.  Burada ingilis və Azərbaycan dillərinin zaman 
formaları bir-birini tam ehtiva edir. Amma bunu da bilmək 
lazımdır ki, azərbaycanca həmin məqamda qəti gələcək 
zaman forması də işlənə bilir: “… yola düşəcək”. 
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın qeyri-
müəyyən formasının daha bir işlənmə  məqamını qeyd 
edirlər: if, unless, as soon as, provided that, when, until, till 
bağlayıcıları ilə başlanan zaman və şərt budaq cümlələrində 
qeyri-qəti gələcək zaman forması  əvəzinə indiki zamanın 
qeyri-müəyyən forması işlənir. Məsələn: 
When she comes,  I shall speak to her “O gələndə  mən 
onunla danışacağam”. They will wait until she returns  “O 
(qadın, qız) qayıdana kimi onlar onu gözləyəcəklər”. 
İngiliscə felin şəxsli formasında olan comes  “gəlir”, 
returns  “qayıdır” sözləri azərbaycanca mətndə felin şəxssiz 
formaları ilə verilmişdir. Həmin kontekstdə başqa cür etmək 
mümkün deyil. 
Müəlliflər indiki zamanın qeyri-müəyyən formasının 
müstəsna bir xüsusiyyəti kimi nitq zamanı icra olunan 
hərəkəti ifadə etmək üçün indiki zamanın davamedici 
 
*
 Инэилисъя мисаллары И.П.Крылова вя Й.В.Крылованын “Щамы цчцн инэилис дили” 
китабындан эютцрцлмцшдцр. 

 
145
forması ilə  işlənməyən fellərlə  işlənməsini qeyd edirlər: 
Do you see  these new houses? “Bu yeni evləri 
görürsünüzmü?” 
İndiki zamanın qeyri-müəyyən formasının bir xüsusiyyəti 
kimi də  hərəkətin təkrar olunduğunu göstərən  often, some-
times  zaman zərfləri,  every day, morning, evening kimi 
zaman zərflikləri (söz birləşmələri) ilə işlənməsi qeyd olunur: 
Every day I go to the library Hər gün mən kitabxanaya 
gedirəm”. Bizcə, bu bəndi 2-ci və 3-cü bəndlə birləşdirmək 
olar. 
Bütün bunlardan sonra İ.Rəhimov və T.Hidayətzadə 
göstərirlər ki, ingiliscə indiki zamanın qeyri-müəyyən forması 
Azərbaycan dilində indiki zaman forması ilə  tərcümə edilir. 
Ancaq biz bilirik ki, bu belə deyil. Həmin forma Azərbaycan 
dilində  əsasən indiki zaman forması ilə  tərcümə edilir. 
Amma kontekstual şəraitdən asılı olaraq o, azərbaycanca 
başqa zaman formaları, hətta felin şəxssiz formaları ilə  də 
tərcümə edilə bilir. Bu, müvafiq modal mənanın verilməsinə 
maneçilik törətmir. Bildiyimiz kimi, felin şəxssiz formalarının 
zamanı əsas felin ifadə etdiyi zamanda müəyyənləşir. 
İndiki zamanın davamedici forması (The Present 
Continuous Tense Form). 
[be felinin indiki zaman forması am, is, are və əsas felin 
Participle I forması ilə düzəlir]. 
İndiki zamanın davamedici formasının əsas vəzifəsi dəqiq 
göstərilməmiş indiki zamanda baş verən hərəkətləri ifadə 
etməkdir. Həmin hərəkətlərin  əlavə  səciyyələri bitkin 
olmama, dinamik və əyanilikdir. Ona görə də indiki zamanın 
davamedici formasında yalnız dinamik fellər işlənir. 
İndiki zamanın davamedici formasından aşağıdakı 
hallarda istifadə olunur. 
1. Nitq anında baş verən hərəkətləri ifadə etmək 
məqamında. Məsələn:  
It is raining “Yağış yağır”. You can talk to him “Sən onun-
la danışa bilərsən”. He is not working “O (bu saat) işləmir”
2.  İndiki dövrdə baş verən hərəkətləri ifadə etmək 
məqamında. Məsələn:  
My husband is working on an invention “Mənim ərim (hal-
hazırda) bir ixtira üzərində işləyir”

 
146
Gördüyümüz kimi, indiki zamanın davamedici 
formasında olduğu kimi, indiki zamanın davamedici 
formasının da müqabili olaraq Azərbaycan dilində yeganə 
indiki zaman forması  işlənir. Ancaq bilmək lazımdır ki, bu 
dildə davamlı indiki zaman formasının tam müqabili də 
vardır. Bu, (məsdər+yerlik hal şəkilçisi+xəbərlik  şəkilçisi) 
şəklində  işlənən formadır (işləməkdədir, yazmaqdayam  və 
s.) (Bu forma ilə  əlaqədar olaraq bax: Azərbaycan dilinin 
qrammatikası. I h., 1960, s.197). Müq.et: Yoldaşlar, mən 
bilirəm ki, bu kənddə  mənim dilimdən və  mənim haqqımda 
bir çox əsassız sözlər danışılmaqdadır (C.Cabbarlı). 
Bununla belə, qeyd etməliyik ki, bu formanın Azərbaycan 
dilində indiki zaman formalarından biri olması ümumən 
qəbul olunmamışdır. Bundan əlavəoxuyur tipli indiki zaman 
forması ilə müqayisədə bu forma olduqca məhdud dairədə 
işlənir. 
3. Yaxın gələcəkdə icra ediləcəyi qəti olan hərəkətləri 
ifadə etmək məqamında. Məsələn: 
My husband is staying in town tonight “Mənim  ərim bu 
gecə  şəhərdə  qalacaq, yaxud: …bu gün şəhərdə 
gecələyəcək”
Həmin məqamda azərbaycanca indiki yox, qəti gələcək 
zaman formasının işlənməsi daha təbii və xarakterik 
səslənir. 
İngilis dilində  hərəkətə intensivlik, dinamiklik əlaməti 
qarışanda indiki zamanın qeyri-müəyyən formasını indiki 
zamanın davamedici forması  əvəz edir. Bu halda cümlədə 
always, constantly tipli zərflər işlənir. Məsələn:  
She is always showing pictures of her children “O (qadın) 
həmişə uşaqların şəkillərini (adama) göstərir”. 
He is being silly “O, axmaqlıq eləyir” (Müq.et:. He is silly 
“O, axmaqdır”. How do your like your life in the town? – I’
hating it “Siz şəhərdəki həyatınızdan  razısınızmı? 
(…xoşlayırsınızmı, xoşunuza gəlirmi?) “-Mən ona nifrət 
edirəm (Mənim ondan zəhləm gedir”). 
Gördüyümüz kimi, Azərbaycan dilində davamlı indiki 
zaman, ingilis dilində felin “Present Continuous” zaman 
formasının müqabili olsa da, onun işlənmə dairəsi (tezliyi) 
olduqca məhduddur. Ona görə də həm indiki zamanın qeyri-

 
147
müəyyən, həm də indiki zamanın davamedici 
formalarının qarşılığı olaraq Azərbaycan dilində indiki 
zamanın əsas ifadə forması işlənir. 
İngilis dilində statiklik və dinamiklik tamamlanmadığına 
görə  həm indiki zamanın qeyri-müəyyən, həm də indiki 
zamanın davamedici formalarının işləndiyi halların 
müqabilində Azərbaycan dilində yalnız bir forma işlənir: 
You look (are looking) happy. “Sən xoşbəxt görünürsən”. 
My hands itch (are itching). “Mənim əllərim qaşınır (gicişir)” 
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın davamedici 
formasının danışıq vaxtı davam edən hərəkəti göstərdiyini 
qeyd etməklə yanaşı, həmin cümlələrdə danışıq vaxtını 
ifadə edən zaman zərflərinin də  (now, at the present, 
moment) işləndiyini qeyd edirlər. 
Listen, how well he is playing! “Gör, o nə yaxşı çalır!”. 
Burada da indiki zamanın davamedici forması  çalır tipli 
indiki zaman forması ilə verilir. Biz yuxarıda indiki zamanın 
qeyri-müəyyən formasından bəhs edərkən bəzi məqamlarda 
onun yerlik halda və  xəbərlik  şəkilçisi ilə  işlənən məsdərlə 
ifadə olunduğunu qeyd etmişdik. Qəribə burasıdır ki, 
ingiliscə indiki davamedici zamanın üçün həmin formadan 
istifadə etmək olmur. 
İ.Rəhimov və T.Hidayətzadə indiki davamedici zamanın 
formasının başqa bir xüsusiyyətini “icra etmək niyyətində 
olduğumuz və icrasına  əmin olduğumuz hərəkəti” ifadə 
etmək kimi təyin edirlər [39, s.113]. Məsələn:  
I  am buying a car soon “Bu yaxınlarda mən bir maşın 
alıram”. Müəlliflər həmin məqsədlə  “to go + məsdər” 
konstruksiyasından da istifadə olunduğunu göstərirlər. I am 
going to buy a car soon “Mən bu yaxınlarda maşın  almaq 
niyyətindəyəm”. 
Azərbaycan dilində  məsdərlə yanaşı, kontekstual şəraitə 
işarə edən  niyyət  sözü də  işlənmişdir. Diqqətəlayiq cəhət 
burasıdır ki, yuxarıda haqqında bəhs etdiyimiz məsdər 
forması kimi, niyyət  sözü də yerlik hal və  xəbərlik 
şəkilçilərinin əlavəsi ilə işlənir. 
Müasir Azərbaycan dilində  həmin modal mənanı ifadə 
etməkdən ötrü başqa vasitələr də vardır: “gərək ədatı + felin 
arzu şəkli”, felin vacib şəkli: gərək alam, alasıyam. 

 
148
İ.Rəhimov və T.Hidayətzadə indiki zamanın 
davamedici formasının Azərbaycan dilində verilməsi 
yollarından danışarkən məlum indiki zaman formasını qeyd 
edirlər, “to be going+məsdər” konstruksiyasını “bir şeyi 
etmək niyyətində olmaq (hazırlaşmaq)”  şəklində verməyi 
təklif edirlər. 
I  am going to tell you an interesting tale “Mən sizə bir 
maraqlı nağıl söyləməyə hazırlaşıram”. 
Deməliyik ki, bu hərfi tərcümə  səviyyəsindədir. Kiməsə 
maraqlı bir nağıl söyləməyə hazırlaşan şəxs azərbaycanca, 
yəqin ki, belə deyərdi: “Sizə bir maraqlı nağıl 
danışım/danışmaq istəyirəm”. 
Burada arzu da, niyyət də, qətiyyət də vardır. 
İndiki zamanın bitmiş forması (The Present Perfeet 
Tense Form). 
[to have felinin indiki zamanı + əsas felin Participle II 
forması] 
İndiki zamanın bitmiş forması nitq zamanı qurtarmış 
hərəkəti ifadə etmək üçün işlənir. Hərəkətin icra olunması 
şəraiti (zamanı, yeri, tərzi) bu zaman elə bir əhəmiyyət kəsb 
etmir. 
We have bought a new TV set “Biz təzə televizor 
almışıq”. 
Göründüyü kimi, ingiliscə indiki zamanın bitmiş forması 
Azərbaycan dilində  nəqli keçmiş zaman forması ilə verilir. 
Qeyd edək ki, rus dilində  də  vəziyyət buna oxşardır. 
Yuxarıdakı cümlə rusca belə  tərcümə olunur: “Mı kupili 
novıy televizor”. 
İ.P.Krılova və Y.V.Krılova yazırlar: “The Present Perfect 
formasında olan fellər rus dilinə keçmiş zamanla tərcümə 
edilsə  də, yadda saxlamaq lazımdır ki, ingilis dilində həmin 
hərəkətlər indiki zaman hərəkətləridir” [122, s.20].  
Bunu bir tərəfdən köməkçi felin forması (Məsələn: He has 
come back), o biri tərəfdənsə indiki zamanın bitmiş forması 
keçmiş zaman (nəqletmə zamanı) yox, yalnız indiki zaman 
kontekstində  işlənməsi göstərir. Yəni indiki bitmiş zamanla 
ifadə olunan hərəkət həmişə danışıq anına nisbətən verilir, 
ona “bağlanmış” olur. 

 
149
İndiki zamanın bitmiş formasının ifadə etdiyi 
hərəkətlərin indiki zamana aid olduğunu dəyişmə (çevrilmə) 
də sübut edir: 
I  have heard the doctor’s opinion = I knew  the doctor’s 
opinion. 
Azərbaycan dilində  nəqli keçmiş zaman forması 
keçmişdə baş vermiş  hərəkəti bildirsə  də  və bu formanın 
əsasında tarixən keçmiş zaman feli sifəti dayansa da, 
onunla işlənən  şəxs / kəmiyyət  şəkilçisi məhz indiki zaman 
bildirir. Biz ingiliscə am, azərbaycanca -am/-əm morfemlərini 
dillərin uzaq keçmişinə aid şəkilçilər hesab edirik. 
Həmin  məsələ    ilə    əlaqədar  olaraq  bunu da yada 
salmaq lazımdır ki, -am/-əm və s. şəxs / kəmiyyət şəkilçiləri 
(başqa sözlə, xəbərlik  şəkilçiləri) təkcə fellərin ifadə etdiyi 
hərəkətləri deyil, adların müxtəlif kateqoriyalarının (isim, 
sifət, say və s.) ifadə etdiyi anlayış və təsəvvürləri də indiki 
zamanla bağlayır. Məsələn: Mən  müəlliməm.  Mən  kiməm
Bir  bikəsü -  bixaniman  (Füzuli). Sözümüz sözdür.  Mən 
yaxşıyam, sən necəsən? 
Beləliklə, biz deyə bilərik ki, Azərbaycan dilində  nəqli 
keçmiş zaman formasında hərəkətin qurtarmasını, tamam 
olmasını ifadə etmək vəzifəsi feli sifət tərkib hissəsinin 
üzərinə, həmin hərəkəti danışıq anına, indiki zamana 
bağlamaq vəzifəsi isə  şəxs/kəmiyyət  şəkilçisinin üzərinə 
düşür. 
Bu cəhətdən  İ.Rəhimov və T.Hidayətzadənin indiki 
zamanın bitmiş formasının işlənməsinə dair qeydləri diqqəti 
cəlb edir: «Bu zaman forması keçmişdə icra olub-bitmiş
nəticəsi hal-hazırda meydanda olan hərəkəti göstərmək 
üçün işlənir. Həmin nəticə indiki zamanla əlaqədardır» [39, 
s.120]. 
The workers have built a new house “Fəhlələr təzə ev 
tikmişlər” 
Həmin zaman forması zaman zərfləri (today, this week / 
month, year, minute, afternoon, evening) ilə də işlənə bilir. 
have not received a letter from him this week “Bu həftə 
mən ondan heç bir məktub  almamışam” (Mən bu həftə 
ondan məktub almamışam). 

 
150
Həmin forma never, ever, often, already, cust, yet kimi 
qeyri-müəyyən zaman zərfləri ilə də işlənir. 
İ.Rəhimov və T.Hidayətzadə indiki zaman bitmiş 
formasının Azərbaycan dilinə  nəqli keçmiş zaman forması 
ilə  tərcümə edildiyini qeyd edirlər. Onlar göstərirlər ki, 
hərəkətin başlanğıcının  since  sözü ilə ifadə edildiyi 
cümlələrdə fel azərbaycancaya həm indiki zaman, həm də 
nəqli keçmiş zaman formaları ilə tərcümə edilir: Məsələn: 
I  have not seen him since 1965 “Mən onu 1965-ci ildən 
görmürəm / görməmişəm” [39, s.125]. 
Belə bir kontekstual şəraitdə indiki zaman və nəqli keçmiş 
zaman formalarının paralel olaraq işlənməsi faktdır. Amma 
bizə belə  gəlir ki, Azərbaycan dilində bu iki zaman 
formasının işlənmə məqamları arasında belə bir fərq vardır: 
uzaq keçmiş üçün nəqli keçmiş zaman, yaxın keçmiş zaman 
üçünsə indiki zaman forması yarayır.  
İndiki zamanın davam edib bitmiş (The Present Perfect 
Continuous Tense Form). 
[have felinin “bitmiş” indiki zamanı+be felinin Participle II 
forması (been/+əsas felin -ing forması]. 
İndiki zamanın davam edib bitmiş forması yalnız dinamik 
fellərlə  işlənir. O, keçmişdə başlanıb, hazırkı danışıq anına 
qədər davam edən hərəkəti ifadə edir. 
İndiki zamanın davam edib bitmiş forması  işlənən 
cümlələrdə  hərəkətin baş verdiyi dövrü (müddəti) göstərən 
ifadələr (zərfliklər, qoşma birləşmələri,  since  sözü) də 
işlənir. Məsələn: We have been staying here all this week 
“Biz bütün bu həftəni burada qonaq qalırıq” He has been 
working for two hours “O, iki saatdır ki, işləyir”. I have known 
him since my childhood “Mən onu uşaqlıqdan tanıyıram”. 
Beləliklə, biz görürük ki, ingiliscə  İndiki zamanın davam 
edib bitmiş formasına Azərbaycan dilində yenə  də indiki 
zaman forması müvafiq gəlir. 
Bəzi hallarda İndiki zamanın davam edib bitmiş forması 
keçmişdə baş verib qurtarmış hərəkəti bildirir. Bu zaman o, 
felin indiki zaman formasından düzəlmiş hekayə forması ilə 
verilir. “Siz burada olmayanda mən bu məqaləni  tərcümə 
edirdim”. 

 
151
İndi isə, görək, ingiliscə  İndiki zamanın davam edib 
bitmiş formasının Azərbaycan dili ilə müqayisədə 
öyrənilməsi nə vəziyyətdədir. 
İ.Rəhimov və T.Hidayətzadənin ingilis dili qrammatika-
sında “I have been reading this article for two hours” 
cümləsi azərbaycanca “Mən bu məqaləni iki saatdır ki, 
oxuyuram”  şəklində verilir [39, s.134]. Bu, “İki saatdır ki, 
mən bu məqaləni oxuyuram” variantının çevrilmiş şəklidir. 
Etiraf etmək lazımdır ki, tərcümə istər oricinalın zaman 
göstəricisini, istərsə  də orada işlənən felin məzmununu 
dəqiq ehtiva edir. Ancaq burada belə bir cəhətə diqqət 
vermək lazımdır.  İngilis dilində  həmin cümlə sadə cümlə 
şəklində olub, for  two hours ifadəsi də cümlə üzvüdür 
(zaman zərfliyi). Azərbaycan dilində isə bütövlükdə cümlə 
mürəkkəb cümlə olubiki saatdır ki baş cümlə, qalan hissə 
isə mübtəda budaq cümləsidir. 
İngilis dilində zaman göstəricisi budaq cümlə ilə də ifadə 
oluna bilir. 
He  has been working at the plant since we came here 
“Biz bura gələndən (bəri) o, zavodda işləyir”. 
Aydındır ki, zamanın nə ilə, necə verilməsi indiki zamanın 
davam edib bitmiş formasının azərbaycanca necə ifadə 
olunmasına təsir etmir. Misallardan gördüyümüz kimi, həmin 
zaman forması Azərbaycan dilində  əsasən indiki zaman 
forması ilə verilir. 
B) KEÇMİŞ ZAMAN FORMALARI.  
Keçmiş zamanın qeyri-müəyyən forması (The Past 
İndefinite Tense Form). 
Keçmiş zamanın qeyri-müəyyən forması qaydalı, 
qaydasız və qarışıq üsulla düzəlir. Bunun modallıq 
məsələsinə elə bir dəxli yoxdur. 
Keçmiş zamanın qeyri-müəyyən formasından keçmişdə 
tək-tək, ardıcıl olaraq, təkrar olaraq baş vermiş 
hərəkətlərdən bəhs edərkən istifadə edilir. Müvafiq 
cümlələrdə keçmişə aid zaman müddətlərini bildirən zaman 
zərfləri də  işlənir:  yesterday, last week (month, year), in 
2000 və s. 
Məsələn: He wrote the letter and gave me “O, məktubu 
yazdı və mənə verdi (yazıb, mənə verdi)”.  

 
152
Yesterday he came from Turkey “Dünən o, Türkiyədən 
gəldi”  
The teacher entered the room, greeted us and sat down 
at the table “Müəllim otağa daxil oldu, bizi salamladı və stol 
arxasında oturdu”. 
Gördüyümüz kimi, ingiliscə keçmiş zamanın qeyri-
müəyyən forması azərbaycanca müntəzəm olaraq şühudi 
keçmiş zaman forması ilə verilir. Ancaq bu, yeganə imkan 
deyil. Keçmiş zamanın qeyri-müəyyən forması başqa 
keçmiş zaman formaları ilə də verilir. Məsələn: Dan worked 
at a factory “Dən fabrikdə işləyirdi” (davamlı keçmiş) 
I only met  Peter six months ago “Mən Peterlə  cəmi-
cümlətanı altı ay bundan qabaq tanış olmuşam” (nəqli 
keçmiş zaman). 
Şərt və zaman budaq cümlələrində  işlənərkən keçmiş 
zamanın qeyri-müəyyən forması azərbaycanca ümumiyyətlə 
keçmiş zaman forması ilə verilmir. Məsələn: 
He said that if he got tickets he would give me a call “O 
dedi ki, bilet tapa bilsə, mənə zəng edəcək”. 
The children promised that they would turn the TV set off 
before they went to bed “Uşaqlar vəd etdilər ki, yatmağa 
getməzdən qabaq televizoru söndürəcəklər”. 
Keçmiş zamanın qeyri-müəyyən forması müəyyən 
müddətdə baş verib qurtarmış  hərəkəti bildirərkən 
azərbaycanca həm  şühudi, həm də  nəqli keçmiş zaman 
formaları ilə verilə bilir: 
After seminar we sat in the Academian garden for a long 
time “Seminardan sonra biz uzun müddət Akademiya 
bağında oturduq (oturmuşuq)”. 
Buna oxşar bir halı  used+to infinitive qaydasında 
düzəldilmiş keçmiş qeyri-müəyyən zamanda da müşahidə 
edirik. 
Həmin forma azərbaycanca həm indiki zamanın, həm də 
qeyri-müəyyən gələcək zamanın formasından düzəlmiş 
hekayə forması ilə verilir. Məsələn: 
He used to come to see us every Sunday “O adətən hər 
bazar günü bizi görməyə gəlirdi (gələrdi)”. 
Davamlı keçmiş zaman forması (The Past Continuous 
Tense Form). 

 
153
[To be felinin keçmiş zaman forması (was, were) + 
əsas felin -ing forması] 
Keçmiş zamanın davamedici forması keçmişdə  dəqiq 
vaxt çərçivəsində və ya müəyyən vaxt ərzində davam etmiş 
hərəkəti bildirir. Onun əlavə xarakteristikası natamamlıq, 
dinamiklik və  əyanilikdir. Ona görə  də yalnız dinamik fellər 
bu formada işlənir. 
I  was reading at 5 o’clock “Dünən saat 5-də  mən 
oxuyurdum”. 
I  was writing when he came “O gələndə  mən yazı 
yazırdım”. 
We were working in the garden the whole day yesterday. 
“Dünən biz bütün günü bağda işləmişik / işlədik”. 
Keçmiş zamanın davamedici formasında hərəkətin uzun 
müddət davam etməsini bildirmək vəzifəsi felin formasından 
başqa, felin leksik-semantik əhatəsinin də üzərinə düşür. 
Həmin məna zamana işarə edən  constantly, always, ever 
zəfləri ilə də ifadə olunur. 
He  was always coming to our garden “O həmişə bizim 
bağa gəlirdi”. 
She was noisy and constantly trying to attract attention 
by any means “O, səs-küylü ili və  həmişə, hər yolla özünü 
gözə soxmağa (başqalarının nəzərini cəlb etməyə) 
çalışırdı”. 
Beləliklə, biz görürük ki, keçmiş zamanın davamedici 
forması Azərbaycan dilində  əsasən felin qeyri-qəti gələcək 
və indiki zaman formalarından düzəlmiş hekayə forması ilə 
ifadə olunur. 
Bəzi hallarda ilkin təşkiledicilər kimi nəqli, şühudi keçmiş 
zaman formaları da işə yarayır. 
Keçmiş zamanın davamedici forması keçmişə nisbətdə 
gələcək olan hərəkti bildirmək üçün də işlənir (qəti gələcək). 
Məsələn: 
At the end of the week she wired that she was returning 
“Həftənin axırında o, teleqram vurdu (göndərdi) ki, 
qayıdacaq / qayıdır”. 
1   ...   5   6   7   8   9   10   11   12   ...   16


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə