3.2. İnkar modallığı.
İnkar modallığı təsdiq modallığının əksini təşkil edən bir
modallıq növüdür. O, bütövlükdə təsdiq modallığının ifadə
etdiyi məzmunun əksini bildirir. Elə bir təsdiq mülahizəsi
yoxdur ki, onun inkar bildirən müqabili, korrelyatı olmasın.
Təsdiq və inkar modallıqlarının özlərinin ifadə vasitələrinin
mənsubiyyəti və sayına görə də bir-birinə müvafiq gəlir.
Təsdiq və inkar modallıqlarının yalnız bir mühüm fərqi vardır
ki, birinci markalanmamış (nişanlanmamış) olduğu halda,
ikinci müəyyən inkaredici vasitələrlə (felin inkar forması,
inkaredici əvəzlik, zərf, bağlayıcı, ədat, modal sözlər və s.)
markalanır (nişanlanır).
İnkar modallığı cümlənin məqsəd və intonasiyaya görə
bütün növlərində (nəqli,
əmr, sual, hətta bəzi
məhdudiyyətlərlə nida cümlələrində) özünü göstərir.
3.2.1. Nəqli cümlələrdə inkar modallığı.
Nəqli cümlələrdə inkar modallığı əsasən felin inkar
forması ilə ifadə olunur. Məsələn:
I don’t want to become hypocrite “Mən uzaqgörən olmaq
istəmirəm”.
Monkeys do not use instruments “Meymun(lar) alətdən
istifadə etmir”.
Felin inkar forması ismi tərkib hissəsi ilə əlaqəyə girərək,
mürəkkəb predikativ konstruksiya yaradır. Azərbaycan
dilində bu məqamda deyil predikativindən istifadə olunur.
Coe is not a Shaekespere “Cou Şekspir deyil”.
He is not the man, which his father wanted him to be “O,
atasının arzuladığı adam olmayıb (deyil). Yaxud: O elə
adam deyil ki, atası onu arzulamış olsun”.
İnkaretmə modallığının başqa vasitələrlə ifadəsi
üsullarından aşağıdakıları qeyd edə bilərik:
1. İnkar modallığı but inkar bağlayıcısı ilə ifadə olunur.
Məsələn:
My name is Sue, but I am a boy “Mənim adım Syudur,
amma (ancaq) mən oğlanam”.
Burada qarşılaşdırma münasibəti eyni ad formasının həm
oğlana, həm də qıza verilməsi adəti ilə bağlıdır.
260
Demək lazımdır ki, Azərbaycan dilində inkar
bağlayıcıları yalnız amma və ancaq deyil. Lakin və fəqət
bağlayıcıları da bu qəbildəndir. Amma yuxarıdakı cümlənin
üslubi məkanına yalnız amma və ancaq bağlayıcıları uyğun
gəlir.
She is exceptional. She is busy but she helps us all the
same. “O (qız) qəribə adamdır. O məşğuldur (onun işi
çoxdur), amma yenə də bizə kömək edir”.
Həmin cümlədə inkar modallığı başqa bir mülahizəyə
əsaslanır: “Busy people do not help” (Məşğul adamlar
(başqasına) kömək etmir).
But qarşılaşdırma bağlayıcısı paralel işlənən mətləblər
arasındakı fərqi də ifadə edir:
He spoke spanish, but she spoke italian “O (oğlan)
ispanca danışırdı, o (qız) isə italyanca (danışırdı)”.
I like it, but I cannot afford it “Mən bunu xoşlayıram,
amma özümə rəva bilmirəm”.
He tried, but he failed “O (bunu eləməyə) çalışdı /cəhd
elədi, amma eləyə bilmədi”.
Cohn hates ice cream, but I like it “Conun dondurmadan
zəhləsi gedir, amma mənim (yaxud: mənimsə) ondan
xoşum gəlir”.
Cohn turned left, but Bill turned right “Con sola döndü, Bill
isə sağa”.
But bağlayıcısı eyni subyektə istinad verilən əlamətlər
arasında uyuşmazlığı da bildirir:
Mary is inteligent, but she is ugly “Meri ağıllıdır, amma
çirkindir (kifirdir)”.
Eyni məqamda but not inkaredici bağlayıcı vasitəsi də
işlənir. Əlimizdə olan materiallar içərisində onun həmcins,
lakin eyni zamanda bir-birini istisna edən üzvlər arasında
tətbiq olunduğunu görürük:
Man, but not ape, uses instruments “Meymun yox,
(məhz) insan alətdən istifadə edir”.
2. İnkar modallığı neither...nor bağlayıcıları ilə ifadə
olunur. Həmin bağlayıcılar sinonim məzmunlu
bağlayıcılardır. Azərbaycan dilində bunlara sözdüzəltmə
baxımından əlaqədar olan nə...nə də bağlayıcıları müvafiq
gəlir.
261
I demand neither liberty, nor death “Mən nə azadlıq
istəyirəm, nə də ölüm”.
Müq. et: Nə balını istəyirəm, nə də balasın (İdiomatik
ifadə).
3. İnkar modallığı no one bağlayıcısı ilə ifadə olunur.
No one can do that “Heç kəs(heç kim) bunu edə bilməz”.
Misallardan gördüyümüz kimi, inkar məzmunun
verilməsində ingilis və Azərbaycan dilləri arasında müəyyən
fərqlər nəzərə çarpır. İngiliscədə yalnız no one inkar bildirir;
azərbaycancada isə inkar məzmunu həm bağlayıcı, həm də
felin inkar forması ilə ifadə olunur. Azərbaycan və ingilis
dillərinin qeyd olunan bağlayıcılarını bir əlamət də birləşdirir:
onların hamısı insana aiddir.
4. İnkar modallığı nothing əvəzliyi ilə ifadə olunur. Həmin
modal məna Azərbaycan dilində heç nə əvəzliyi ilə verilir.
Hər iki dildə həmin əvəzliklər cansız əşyaya aiddir.
The leader of party is unexperienced. He has done
nothing to unit the party “Partiyanın rəhbəri səriştəsizdir.
Partiyanı birləşdirməkdən ötrü o heç nə eləməyib”.
5. İnkar modallığı never və no more zərfləri ilə ifadə
olunur. Azərbaycan dilində bunlara heç vaxt və daha, artıq
sözləri müvafiq gəlir. Məsələn:
Good skiers never abuse grease “Yaxşı xizəkçilər heç
vaxt yağdan sui-istifadə etmirlər”.
A true artist is never satisfied with the work “Əsl sənətkar
heç vaxt işindən razı qalmır”.
The accused stated that he never saw the victim
“Müqəssir iqrar etdi ki, zərərçəkəni heç vaxt görməyib”.
You had a house. The house is no more “Sizin eviniz
vardı. O ev artıq yoxdur”.
The Providence you know is no more “Sizin bildiyiniz
(gördüyünüz, tanıdığınız) providens artıq yoxdur”.
3.2.2. Təsdiq və inkar modallıqlarının paralel olaraq
işlənməsi.
Ünsiyyət prosesində bir çox hallarda (müzakirə,
mübahisə xarakterli söhbətlərdə, didaktik şəraitdə və s.)
təsdiq və inkar modallıqlarından paralel olaraq istifadə edilir.
Belə hallardan bəzilərini nəzərdən keçirək.
262
Arlene wants a margarita or a grasshopper “Arlen ya
qızçiçəyini, ya da cırcıramanı istəyir (xoşlayır)”.
Arlene wants neither a margarita, nor a grasshopper
“Arlen nə qızçiçəyini, nə də cırcıramanı istəyir (xoşlayır)”.
Coffee and tea comes with the meal “Qəhvə və çay
yeməklə birlikdə verilir”.
Neither coffee nor tea comes with the meal “Nə qəhvə,
nə də çay yeməklə birlikdə verilmir”.
Bir sıra hallarda təsdiq və inkar modallıqları eyni cümlə
çərçivəsində paralel olaraq işlənir. Bu zaman onlar cümlənin
ayrı-ayrı tərkib hissələrində çıxış edib, fərdi, məxsusi
subyektlərlə əlaqələnir.
He is a gentleman which his brother is not “O, nəcib
adamdır, qardaşı isə belə deyil”.
Bəzən təsdiq və inkar modallıqları eyni cümlədə eyni
subyektə aid olur, amma onların ifadə olunduqları dil
vahidləri başqa-başqa xarakterli olub, onunla da başqa-
başqa münasibətlərdən əlaqəyə girirlər. Məsələn:
He is fool, although he does not look it “O axmaqdır, çox
da ki, belə görünmür(təsir bağışlamır)”.
3.2.3. Əmr cümlələrində inkar modallığı.
Əmr cümləsində inkar modallığı daha çox felin əmr şəklini
inkar forması ilə ifadə edilir.
Don’t go away! (AHA,32) “Heç yerə getmə!” (AHA.a,31)
Əmr cümləsində inkar modallığı ədatlarla da ifadə olunur:
No, stay a few minutes (AHA,127) “Yox, bir neçə dəqiqə
də qal!” (AHA. a,118).
Əmr cümləsində təsdiq modallığı kimi inkar modallığı
birinci şəxslə əlaqədar olaraq işlənə bilir. Azərbaycan dilinin
qrammatikasından bildiyimiz kimi, bu dildə felin əmr şəklinin
1-ci və 3-cü şəxslər üzrə tam paradiqması vardır. Doğrudur,
həmin formalar heç də həmişə əmr bildirmir. Məsələn:
İti görüm, qurdu görüm, onu görməyim (İdiomatik ifadə).
Burada əmrdən çox arzu mənası vardır. Amma bununla
yanaşı, burada felin arzu şəklinin yox, məhz əmr şəklinin
təsdiq və inkar formaları qarşılaşdırılır. Bunun arxasnda isə
onların ifadə etdikləri təsdiq və inkar modallıqları dayanır.
263
3.2.4. Şərt bildirən cümlələrdə inkar modallığı.
İnkar modallığı şərt bildirən cümlələrdə ya təklikdə, ya bir
neçə şərtin sadalanması şəklində, ya da təsdiq modallığı ilə
qarşılaşdırılaraq tətbiq olunur. Məsələn:
If she hadn’t been so busy with her own affairs, I can’t
believe that she wouldn’t have suspected something was
matter “Amma başı çox qarışıq olmasaydı, ətrafında nələr
baş verdiyini görməyə bilməzdi”.
Yesən, dadındı; versən, adındı; nə yesən (yeməsən), nə
versən (verməsən) yadındı (Məsəl).
Allah qoysa da uçacam, qoymasa da (Lətifə).
3.2.5. İnkar modallığının fellərlə ifadəsi.
Bir sıra fellər (rədd etmək, etiraz etmək, imtina etmək,
boyun qaçırmaq, istisna etmək) vardır ki, onlar inkar mənası
ilə çıxış edirlər. Məsələn:
The criminal refused the arrest “Cani (dustaq) həbs
olunmasına etiraz etdi”.
The cudge recected the motion “Hakim təqdimatı rədd
etdi”.
Biz yuxarıda təsdiq modallığından danışarkən gördük ki,
təsdiq və inkar modallıqları bəzən ümumi ilə xüsusinin
qarşılaşdırılması şəklində təzahür edirlər. Qeyd etmək
lazımdır ki, həmin kateqoriyaların sabit işlənmə məqamları
yoxdur. Başqa sözlə desək, ümumi də, xüsusi də təsdiq
modallığı ilə də, inkar modallığı ilə də ifadə oluna bilər.
Məsələn:
No one can do that. But you did. “Bunu heç kəs(heç kim)
edə bilməz. Amma sən etdin”.
What everyone needs is a devoted wife, and you don’t
have a devoted wife “Hamıya (hər kəsə) sevən arvad
lazımdır. Sənin sevən arvadın yoxdur.
3.3. Sual modallığı.
Sual modallığı ünsiyyətin təmin edilməsində xüsusi yer
tutur. Sual verməkdən əsas məqsəd dinləyicidən, müraciət
edilən şəxsdən suala cavab almaqdır. Sual mənası
dinləyicinin məlumatlılığından xəbər tutmaqdan ibarətdir.
Sualın bilavasitə ifadə vasitəsi sual cümləsidir ki, onun
264
kommunikativ təmayülü danışanın niyyətini əks etdirir. Bu
niyyət iki cür ola bilər: a) Situasiyanın danışana məlum
olmayan ünsürü barəsində məlumat əldə etmək; b)
Müəyyən situasiyanın reallaşmasının təsdiq yaxud inkarına
(təkzibinə) nail olmaq.
D. Vunderlix sualların praqmatik təsvirindən danışarkən
aşağıdakı üç sinfi müəyyənləşdirir: 1. Əsl suallar. 2. Didaktik
suallar. 3.Təəccüb bildirən suallar [214, s.135].
Sual mənası sual intonasiyası, sual əvəzlikləri və sual
ədatları ilə ifadə olunur. Amma bütün bunlar mütləq xarakter
daşımır. Sualın ifadə vasitələri dildən-dilə dəyişə bilər.
N.A.Slüsareva qeyd edir ki, sual modallığı leksik
vasitələrdən (sual əvəzlikləri) və sintaktik konstruksiyalardan
savayı, xüsusi morfoloci kateqoriya ilə-əsas felə qoşulan do
feli ilə, yəni sual şəkli ilə ifadə olunur [146, s.56].
Tədqiqatçı sual şəklinin do feli ilə ifadəsinin belə bir
şərtini göstərir. Do köməkçi feli mübtədaya aid olmur;
konstruksiyada isə modal və köməkçi fellər təsriflənmir.
Bu, ingilis dilində felə aid olan sualla bağlıdır. Qeyd
etməliyik ki, Azərbaycan dilində felin sual forması tamamilə
başqa cür yaranır: sual intonasiyası, sual ədatı və felin sual
forması ilə (nə edir? nə deyir? və s.).
Sual modallığı məsələsi ilə əlaqədar olaraq sual
mənasının bütün təzahür formaları vacibdir. Nəzərə almaq
lazımdır ki, sual təkcə ayrı-ayrı nitq hissələri ilə deyil, həm
də ayrı-ayrı cümlə üzvləri ilə bağlıdır.
Sual mənalarının aşağıdakı növləri vardır.
1. Müraciət edilənin kimliyini müəyyənləşdirməyə xidmət
edən sual.
Who are you? Are you a boy or girl? “Sən kimsən? Sən
oğlansan ya (yoxsa) qızsan?”.
Who are you? I am Cack. But who is she? “Sən kimsən?
Mən Cekəm. Bəs o (qız) kimdir?”.
Bu qəbildən olan sual heç də həmişə cavab almaq
məqsədi güdmür. Bəzi hallarda o, müqayisə xatirinə verilib,
müəyyən münasibət ifadə edir.
Who are you? But who is he? “Sən kimsən, o kimdir?”
(Sən hara, o hara!”).
265
2. Haqqında bəhs olunanın kimliyinin (nəliyini)
müəyyənləşdirməyə xidmət edən sual. Bu tipdən olan suala
yuxarıda verdiyimiz misalların ikisində rast gəlirik. Həmçinin:
Who is he? He is Mr. Cones. He is a doctor “O kimdir? O,
mister Counzdur. O, həkimdir”.
3. Danışanın özünə aid olan sual. Belə sual çox vaxt
başqası tərəfindən verilən sualın təkrarından ibarət olur.
Bəzən isə o, danışanın özünün sual verib, özünün də cavab
verməsi şəklində təzahür edir. Müq. et:
Mən kiməm? Bir bikəsü bixaniman (Füzuli).
4. Ünsiyyətin iştirakçıları yaxud mövzusunu təşkil
edənlərin necəliyinin müəyyənləşdirilməsinə xidmət edən
sual. Bu, iki şəkildə özünü göstərir: ya müəyyən subyektə
(obyektə) mənsub olan əlamət barəsində soruşulur, ya da
müəyyən əlamətə görə subyekt və ya obyekt barəsində
soruşulur.
Are those men black? “Onlar (bu adamlar) qaradır (qara
dərilidir)?”.
Is she a first-rate secretary? “O (qız) yaxşı katibədir?”
What is he? He is a doctor “O kimdir (nəçidir)? O,
həkimdir”.
Who is your favorite teacher? “Sizin sevimli müəlliminiz
kimdir?”
Are those men polish? “Onlar (bu adamlar) polyakdırlar?”
Is he extremely good or not? “O yaxşı işçidir ya (yoxsa)
yox?”
5. Obyektlərin müəyyənləşdirilməsi ilə bağlı olan sual.
Bunlar obyektin tipini əks etdirən sual əvəzlikləri ilə ifadə
olunur.
What do you see? “Sən nə görürsən?”
What do you hear? “Sən nə eşidirsən?”
I see a dog “Mən (bir) it görürəm”.
I hear the sea “Mən dəniz (səsi) eşidirəm”.
Bu cür sualın cavabı konkret olmaya da bilər:
I see something “Mən nəsə görürəm”.
Did you feed the dog? “Siz itə yemək vermisinizmi?(Siz iti
yedirtmisinizmi)”.
6. Sual ümumi vəziyyəti öyrənmək məqsədi daşıya bilər.
266
Is everything right here? “Burada hər şey
qaydasındadır?”
7. Sual danışan və onun əhatəsinin(dairəsinin) hərəkət
xəttini müəyyənləşdirmək məqsədi daşıya bilər.
Should we give him tenure? “Ona yaxşı vəzifə verməyə
dəyərmi?”
Will you buy it? “Siz bunu alacaqsınız(mı)?”
8. Müəyyən əqli nəticə çıxarmağa xidmət edən sual.
All animals have sense. A dog is an animal. Does a dog
have sense? “Bütün heyvanların duyma qabiliyyəti vardır. İt
(də) heyvandır. İtin duyma qabiliyyəti vardırmı?”.
Həmin suala cavab verərkən formal olaraq sualdan da
başlamaq olar. Ancaq başqa bir tərtibat da istisna edilmir.
A dog does have sense, for dogs are animal, and all
animals have sense “İtin duyma qabiliyyəti vardır, çünki, it
heyvandır, bütün heyvanlarınsa duyma qabiliyyəti vardır”.
9. Sual müsahibi nə söylədiyini müəyyənləşdirmək
məqsədi ilə verilə bilər.
What did she say? “O (qız) nə dedi?”
Bu cür sual vasitəsiz və vasitəli nitqin tərkib hissəsi kimi
də işlənə bilər. Məsələn:
Sizin dediyinizdən beıə çıxır ki, dəvə uşaqdır? (Lətifə).
10. Sual ümumi və xüsusi tərkib hissələrinin vəhdəti
şəklində işlənə bilər.
What did she say? Can we count on her? “O (qız) nə
dedi? Biz ona bel bağlaya (arxayın ola) bilərikmi?”
What way did they go? Did they turn left or right? “Onlar
necə (hansı yolla) getdilər? Sola döndülər, yoxsa sağa?”
What language did they speak? Was it Spanish? “Onlar
hansı dildə danışırdılar? İspan dilində?”
11. Does she help us or not? “O bizə kömək edir, yoxsa
yox?
Who hates ice cream and who likes it? “(Sizlərdən) kimin
dondurmadan zəhləsi gedir, kiminsə ondan xoşu gəlir?”.
Müq. et:
Kim yatmış, kim oyaq? Hamı yatmış, Cırtdan oyaq
(“Cırtdanın nağılı”).
12. Sual ümumi-xüsusi və alternativ xarakterdə ola bilər.
267
How do you people like ice cream? Do you like it or
not? “Siz dondurmaya necə baxırsınız? (Yaxud: Sizin
dondurma ilə aranız necədir? O, xoşunuza gəlir, ya yox?”
13. Bir cümlədə birdən artıq sual ola bilər:
Who turned where? “Kim hara döndü?”
Who spoke what language? “Kim hansı dildə danışırdı?”
Kimsən, nəçisən, mətləbin nədi? “Buralara gəlməkdə
məqsədin nədi?”(“Koroğlu” operasının librettosu).
3.3.1. Təsdiq və inkar bildirən sual cümlələri.
Azərbaycan və ingilis dillərində bir sıra hazır ifadələr
vardır ki, onlar sual cümləsi (yaxud ifadəsi) şəklində
olmaqla, təsdiq və inkar bildirirlər.
İngilis dilində təsdiq bildirən sual ifadələrindən bunları
qeyd edə bilərik: Why not? Who else? What else? Yes why?
Why else? Where else? How else?
İnkar bildirən hazır işarələr: No, why? No, what? No,
when? What on? What ever for?
Misallar:
Aeloise: Could master Abelard really have written such a
song?
Supiro: Why not? (Forsyth C.) – “Ustad Abelard,
doğrudanmı, belə mahnını yazmış (bəstələmiş) olar; yaxud:
yaza bilərmiş?” – Niyə də yox?)
Robert. You really think that?
Pulengly. Is there anything else but for us to think? (Show
B.)
“Siz, doğrudanmı, belə düşünürsünüz? Burada bizim
üçün düşünməyə daha nə var ki! (Bizə belə düşünməkdən
savayı daha nə qalır ki!)
Olive: Listen, you didn’t know I was married did you?
Brief: We – when? (Van Druben C.) (“Eşit, sən bilərsənmi
(bilmirsən), mən evlənmişəmmi, bilib – eləmirsən?” Biz? Nə
vaxt?
Hazır sual ifadələrinə Azərbaycan dilində də kifayət qədər
rast gəlmək olur. Biz bunlardan aşağıdakıları qeyd edə
bilərik: yox, əşi? (səndən) nə əcəb? sən hara, bura hara?
sən kimin kimsənəsisən? səni kimin iti tutub? aldın payını?
268
necə bəyəm? mənə nə? mən nə bilim? sənə nə (var)?
siz hara baxırdınız? gözün(üz) kordur? bu hardan çıxdı? və
s.
3.3.2. Sualların formal tipləri.
Sualların aşağıdakı formal tiplərinə təsadüf etmək olur:
1. Əks (tərsinə) söz sırasına malik olanlar.
Have you never had a moment’s regret for all the
unhappiness you caused them? (S.Maugham. The Moon
and Sixpence, 91) – Onlara gətirdiyiniz bədbəxtlik üçün bir
anlıq da olsa vicdan əzabı çəkmirsiz?
Cohnson – Isn’t there anything I can do! “Burada mənim
edə biləcəyim bir şey yoxdur ki?”
Qeyd etməliyik ki, Azərbaycan dilində felin xüsusi sual
forması olmadığından sual cümləsinin bu şəkli də
Azərbaycan dilində işlənmir. Bu dildə düzünə söz sırası
olub, intonasiya ilə ifadə olunan sual işlənir.
2. Sözlərin düzünə (bilavasitə ardıcıllığına) müvafiq gələn
söz sırası. Bunun iki tipini ayırd etmək olur. Birinci tip
müvafiq nəqli cümlədən yalnız intonasiya ilə fərqlənir.
Oh, you know Gordon? “Aha, siz Qordonu tanıyırsınız?
İkinci tipə bölüşdürücü sual aiddir:
You will coin us, want you? “Siz bizə qoşulacaqsınız,
istəyirsinizmi?”
3. Ardına qoşulma cümlələr artırılan sual.
You are good girl? I hope? “Sən qəşəng qızsan? Əmin
olunmu?”
4. Postpozitiv ünsürlü sual.
Who was here? Peter? “Burada kim olub? Peter?
When shall I come? Tomorrow or next day? “Nə vaxt
gəlim? Sabah, yoxsa birisigün?”
5. Gizli surətdə ifadə olunan sual. Bu o zaman özünü
göstərir ki, danışan ona məlum olan faktı müsahibinin
nəzərinə çatdırır, onun təsdiq və inkarını isə yenə də
müsahibin öhdəsinə buraxır. Məsələn:
I hear you’re going away, Warburton, the old Duke of
Hereford said him “Eşidirəm (qulağıma dəyib) ki, siz yol
üstəsiniz (getməyə hazırlaşırsınız), Varburton, Herefordun
qoca qrafı ona dedi”.
269
Həmin modal məna “Are you going” sual cümləsinin
eynidir.
6. Sual mənası baş cümlənin xəbəri vəzifəsində işlənən
“soruşmaq” mənalı sözlə mətnə daxil edilir. Budaq cümlədə
sualın konkret olaraq nədən ibarət olduğu aydınlaşdırılır.
I ask you, where he lives? “Mən sizdən (səndən)
soruşuram (ki), o harada yaşayır?”
Burada sual budaq cümlədə ifadəsini tapmışdır; sualın
ask feli ilə mətnə daxil edilməsi ona təkid xarakteri verir.
Azərbaycan dilində sual bildirən fellərin sayı bir neçədir:
soruşmaq, sual vermək, xəbər almaq. Məsələn:
Xosrov xəbər aldı:-Hardansan, cavan?
Fərhad cavab verdi:-Dost diyarından! (Nizami Gəncəvi,
Xosrov və Şirin).
Qeyd edək ki, bu iki aşiqin arasındakı sual-cavab(bir növ
ədəbi-bədii yarış) çox çəkir. Amma həmin sual-cavabın
sonrakı hissələrində həm sualda, həm də cavabda daxiledici
ünsür kimi dedi sözündən istifadə olunmuşdur:
Dedi:-O diyarda hansı sənət var?
Dedi:-Canı satıb, qəmi alırlar.
Dedi:-Can satmaqda nə fayda vardır?
Dedi:-Aşiqlərdə bu qayda vardır və s. (Nizami Gəncəvi,
Xosrov və Şirin).
Həmçinin: Xəbər alsan bu vilanın əhvalın, Bir özgədir
keyfiyyəti-Qarabağ (Qasım bəy Zakir).
3.3.3. Sual mənasının başqa modal mənalarla birgə
işlənməsi.
Sual mənası təklikdə işləndiyi kimi, başqa modal
mənalarla birlikdə də çıxış edə bilər. Bunlardan
aşağıdakıları qeyd etmək olar.
a) Sual gizli inkarla birlikdə olur. Məsələn:
Will you go to see him on Sunday? Me? At my age? “Sən
bazar günü onu görməyə gedəcəksən? Mən? Bu yaşımda
(Yaşımın bu vaxtında?”)
Buradakı ritorik sual rədd cavabı (inkar) deməkdir.
b) Sualda məzəmmət ifadə olunur:
“Isabel? you know I wanted to marry you the first day I
saw you”, he cried passionately. “Then why on earth didn’t
you ask me?” she replied (W.S.Maugham) “İzabel, siz
270
bilirsiniz(mi) ki, mən sizi gördüyüm ilk gündən sizinlə
evlənmək istəmişəm”, - o, çılğınlıqla qışqırdı. Onda (elə isə)
nəyə görə mənim fikrimi yerindəcə soruşmamısınız?”, - o
(qadın) cavab verdi”.
Həmçinin müq. et: Sən də adını kişi qoymusan?!
c) Sual sövqetmə, təhriketmə mənası da bildirir:
Could you pass the salt? “Duzu (bəri) ötürməzsiniz?”
Həmin sual aşağıdakı əmr cümləsinə bərabərdir: Pass
the salt, please! “Zəhmət olmasa, düzü verin!”
Təhriketmə
mənasının başqa praqmatik mənalı
cümlələrlə ifadəsi ingilis dilində geniş yayılmışdır. Bu ingilis
etiketinin mühüm tərkib hissəsidir.
Adresatın müəyyən hərəkətin icrasına imkanını üzə
çıxaran aşağıdakı sual cümlələrində sual mənası zəif, xahiş
mənası isə güclüdür:
Could you be a little quite? “Siz bir az sakit ola
bilərsinizmi?”
Can you pass the salt? “Siz duzu (bəri) verə (ötürə)
bilərsinizmi?”
Have you got change for a dollar? “Siz (bir) dolları dəyişə
(xırdalaya) bilərsinizmi?”
3.4. Əmr (təhriketmə) modallığı.
Əmr (təhriketmə) modallığı adresatı müəyyən
hərəkətlərin icrasına təhrik etməklə bağlıdır. Təhriketmənin
əsas ifadə vasitəsi əmr cümlələridir ki, bunların tərtibində
felin əmr şəkli forması mühüm rol oynayır.
Felin əmr şəklinin paradiqmasının hansı formalardan
ibarət olması məsələsi mübahisəlidir. Görünür, bu məsələdə
ümumi mülahizələrdən deyil, konkret dil faktlarından çıxış
etmək lazımdır. Hər halda Azərbaycan dilində felin əmr şəkli
həm semantik, həm də formal cəhətdən tam paradiqma
əmələ gətirir. İngilis dilində isə məsələ bir qədər başqa
cürdür. Bu dildə felin əmr şəkli üçün xüsusi formal əlamət
yoxdur. O, məsdər forması kökündən fərqlənmir və onun
əmr mənası kəsb etməsi bir tərəfdən müvafiq situasiyanın, o
biri tərəfdənsə real adresatın olmasını tələb edir.
Hər halda burada bizim mövzumuz felin əmr şəkli
məsələsi deyil. Bununla belə, qeyd etmək lazımdır ki, felin
271
əmr şəklinin həm təsdiq, həm də inkar formaları olduğu
kimi, əmr cümlələri də həm təsdiq, həm də inkar bildirən
mülahizələr ifadə edir. Əmr modallığı baxımındansa bunlar
arasında elə bir prinsipial fərq yoxdur: sadəcə olaraq bir
halda adresata nə isə etmək, başqa halda isə etməmək əmr
olunur.
Əmr modallığının aşağıdakı tiplərini qeyd etmək olar:
1. Əmr ikinci şəxsin təki, yaxud cəminə aid olur. İcrası
əmr edilən hərəkətin baş tutması şəraitində subyekt bir
vəziyyətdən başqasına keçməlidir.
Əmr şəklində olan fel təklikdə işlənə bildiyi kimi, müəyyən
əlamətə, situasiyaya işarə edən sözlərlə də müşayiət oluna
bilər. Məsələn:
Be good! “Yaxşı (adam) ol!”
Müq. et: Azərbaycan dilində hal - əhval tutma məqsədilə
sual verərkən (necəsən? yaxşısanmı?) “Sən yaxşı ol!” Bu
tipli cavab formulları:
Be a good girl! “Yaxşı qız ol!”
Be cautious ! “Ehtiyatlı ol(un)!”
Coin the Army! “Orduya daxil ol!”
Hide here! “Burada gizlən!”
Keep the x. in the cool, dry place, away from direct
sunlight “X. – i sərin, quru, günəş işığı birbaşa düşməyən
yerdə saxlayın”.
Formal cəhətdən əmr şəklində olan hər bir təsdiq mənalı
felin inkar forması da ola bilər. Bu, felin əmr şəkli
kontekstində belədir. Amma nitq fəaliyyətində əmr şəklinin
təsdiq və inkar formalarının hər birinin öz işlənmə, tətbiq
sahəsi vardır. Belə ki, hər təsdiq forması işlənən yerdə inkar
formasını və, əksinə, hər inkar forması işlənən yerdə təsdiq
formasını işlətmək olmaz.
Felin əmr şəklinin inkar formasına aid misallar:
Do not be a hypocrite! “İkiüzlü olma!”
Do not use ... after expiry date indicated on the package
“Bükümün (bağlamanın) üstündə göstərilən müddətdən
sonra istifadə etmə(yin)!”
Getmə gözümdən, gedərəm özümdən (İdiomatik ifadə).
Yemə, içmə, xəttü xalına, gül camalına tamaşa elə.
2. Əmr modallığı məsləhət, tövsiyə xarakteri daşıyır.
272
Put some apple in the salad “Salata bir az alma vur
(qat, əlavə elə)!”
Add a little red “Bir az qırmızı (rəng, boya) qat (əlavə
elə)!”
Ey həmdəmim, səni qana qərq eylər, Gəl, tərpətmə
yaralanmış könlümü! (M.P.Vidadi).
Ey oğul, xəlqə söyləmə böhtan, Yaxşıya yaxşı ol, yamana
yaman (ol)! (S. Ə. Şirvani).
3. Əmr modallığı təklif məqamında işlənir. Müvafiq əmr
cümlələrinin xəbəri birinci və ikinci şəxsin tək və cəminə aid
olan əmr şəkli ilə ifadə olunur. Məsələn:
Bu sualın cavabını mən deyim (verim) (Dan.).
Aşıq, bağrına bas sədəfli sazı, Min cavablı bir sualdan
danışaq! Yar bəzənib çıxan zaman otaqdan. Başındakı
tirmə şaldan danışaq! (S.Vurğun).
Aşıq Şəmşir, Dəli dağdan keşəndə Saz çalıb, söz qoşub,
yada sal məni (S.Vurğun).
Gəlin, gedək bizim bağa, hərə çıxaq bir budağa (Xalq
mahnısı).
Steve. Say, are you talking about me?
Cack. We certainly are (Gordon E. P.).
Mətndən göründüyü kimi, əmr şəklində olan fel ( say)
adresata müəyyən mətləb barəsində fikir söyləmək təklifini
bildirir. Amma adresatdan tələb olunan, sual cümləsi
şəklində onun nəzərinə çatdırılır. Adresatın verdiyi cavabda
yalnız həmin sualın cavabı öz əksini tapmışdır. Burada say
felinin müqabili ola biləcək kontekst ünsürü yoxdur. Bununla
belə, adresatın müsahibəyə qoşulması özlüyündə danışanın
(müsahiblərdən birinin) həmin təklifinin qəbul edilməsi
deməkdir.
4. Əmr modallığı bildirən söz və ifadənin sayı birdən artıq
ola bilir. Məsələn:
Give me liberty or give me death! “Ya mənə azadlıq verin,
ya da (mənə) ölüm verin! (Məni ya azad edin, ya da
öldürün!)”.
İstər dara çəkdir, istər əfv eylə, Qoymuşam yolunda başı
cananın! (Aşıq Ələsgər).
5. Əmr modallığı bir sıra hallarda “əmr” məzmunlu fellərlə
nitqə daxil edilir. Bu münasibətlə azərbaycan dilində əmr
273
etmək, ali üsluba mənsub olan hökm etmək felini, ingilis
dilində order – “əmr etmək”, require – “əmr eləmək”, “tələb
eləmək”, demand – “tələb eləmək”, suggest – “ehyam
vurmaq”, “təklif etmək”, “məsləhət görmək”, ask – “xahiş
etmək” sözlərini qeyd edə bilərik.
Məsələn: I order you to go home! “Mən sizə əmr edirəm
ki, evə gedəsiniz/evə gedin.
Həmin mətnin ingiliscə və azərbaycanca variantlarının
müqayisəsindən görürük ki, ingiliscə budaq cümlədə infinitiv
forması işlənir; azərbaycanca budaq cümlədə isə həm arzu,
həm də əmr şəklindən istifadə etmək olar.
Konkret nitq aktlarında əmr cümlələrinin həm tabeli mü-
rəkkəb cümlə, həm də sadə cümlə formasında olan
tiplərindən istifadə olunur. Bunların fərqi, effekti məsələsinə
gəldikdə isə, bizcə birinci halda daha çox təkid çaları, ikinci
halda isə qətilik, yığcamlıq mülahizələri diqqət mərkəzində
olur.
6. Əmr modallığının bilavasitə (birbaşa) ifadə vasitələri
olduğu kimi, vasitəli (dolayı) ifadə vasitələri də vardır.
Dolayısı ilə təhriketmə üsullarından biri adresatı müəyyən
hərəkətləri icra etmək üçün danışan tərəfindən ona eyham
edilməsi, işarə vurulması şəklində özünü göstərir. Bu məna
növü ingilis dilində felin mümkünat şəklindən ötrü
xarakterikdir.
I hope you’ll come in time “Ümidvaram (ümid edirəm) ki,
Siz vaxtında gələrsiniz”.
I would / should appreciate it if you could do it in time “Siz
bunu vaxtında edə bilsəydiniz, mən bunu
qiymətləndirərdim”.
Would you kindly leave the room? “Lütfən, otağı tərk
etməzsiniz (etməzdiniz)?”
Won’t you stop doing that noise soon? “Siz bu səs-küyə
son qoymazsınız (qoymazdınız)?”
I would like you to go now! “Mən çox istərdim ki, Siz
indicə (elə bu saat) gedəsiniz”.
İngiliscə danışıqda təhriketmə mənası please sözü ilə
formalaşır:
I’d like a can of sardine, please! “Zəhmət olmasa, mənə
bir banka sardin verin!”
274
Gələcək zaman indikativ formaları qəti təhriketmə,
təkidli tələb mənalarını ifadə edə bilir.
“I hate you”, Philip said to Mrs. Boines. He pulled away
from her and run to the door, but she was there before him,
she was old, but she was quick, “Mister, Mister”, she said
“you’ll say you are sorry” (G.Greene)
Təhriketmənin qətiliyi Continuous və Indefinite indikativ
(Present və Future) formalarına da xasdır.
You’re going with me now! (= you go with me now!)
You will be going with me now! (= go with me now!)
Əmretmə modallığı başqa formalarla ifadə oluna bildiyi
kimi, onun özü də başqa modal mənaları ifadə edə bilir.
Məsələn:
“Don’t be a fool” təhriketmə cümləsi “You are fool”
deməkdir.
Təhriketmə modallığı bildirən söz və ifadələr təkcə sintak-
sisin faktı olmaqla məhdudlaşmır. Onlar dilin leksik və qram-
matik (morfoloci) sistemlərinin zənginləşməsində də mühüm
rol oynayırlar. Məsələn, Azərbaycan dilində təhriketmə
modallığı zəminində yaranmış bir sıra söz və ifadələr vardır
ki, onlarda modal məna zəifləyib aradan çıxmış, bunun
əvəzində onlarda andiçmə, alqış, qarğış və nəzakət
mənaları meydana gəlmişdir. Bunlardan bəzilərini qeyd edə
bilərik:
Nəzakət ifadələri: qadan alım, dərdin alım, başına
dönüm, ayağının altında ölüm, canın sağ olsun, başın sağ
olsun və s.
Andiçmə ifadələri: sən öl, mən ölüm, dünya işığına həsrət
qalım (əgər yalan deyirəmsə).
Qarğış bildirən ifadələr: başın batsın, canın çıxsın, gözün
çıxsın, qıçın sınsın, əlin qurusun, dilin yansın, ağzına qaya
dəysin və s.
Beləliklə,biz görürük ki, əmretmə modallığı bildirən söz və
ifadələr dil sistemi və nitq aktlarında nominativlik və
kommunikativlik baxımından mühüm yer tutur.
3.5. Şərt modallığı.
Şərt modallığı müəyyən hal və hərəkətin baş verməsinin,
yaxud baş tutmasının asılı olduğu ilkin şərtləri ifadə edir.
275
Şərt modallığının reallaşması üçün əsasən tabeli
mürəkkəb cümlə tipi lazım gəlir: budaq cümlədə müəyyən
şərt, baş cümlədə isə həmin şərtə bağlı olan hal-hərəkət öz
ifadəsini tapır. Şərt modallığı ingilis dilində felin şərt şəkli ilə,
Azərbaycan dilində isə felin şərt şəkli və əgər şərt
bağlayıcısı ilə ifadə olunur. Azərbaycan dilində şərt
mənasının əgər bağlayıcısı və felin şərt şəkli ilə ifadəsini
şərt şəklinin analitik forması hesab etmək olmaz. Ona görə
ki, birincisi, əgər bağlayıcısı olmadan da ifadə oluna bilər.
Azərbaycan dilində şərt mənası isə bağlaması və onun
ixtisar formaları ilə də ifadə olunur. Bu bağlama təkcə fel
formalarına deyil, adlarla, predikativlərlə də işlənərək,
onların bildirdiyi keyfiyyətləri müəyyən şərtə bağlayır.
Beləliklə, biz görürük ki, şərt modallığının ifadə vasitələri də,
üsulları da müxtəlifdir. İndi isə bunlardan bəzilərini nəzərdən
keçirək.
1. Şərt modallığı felin şərt şəkli ilə ifadə olunur. İngilis
dilində bu, analitik yolla (şərt bağlayıcısı - əsas fel),
Azərbaycan dilində isə sintetik yolla ifadə olunur. Məsələn:
If you are using any medical treatment, consult your
doctor to ensure that the treatment won’t affeet adversely
“Əgər siz hansı isə tibbi müalicədən istifadə etmisinizsə,
həkimlə məsləhətləşib – görün, onun əks təsiri yoxdur ki”.
If you have either cake or cookies, you will get sick “Əgər
sən ya piroq, ya da peçenye götürsən (yesən),
xəstələnərsən (xəstələnəcəksən)”.
Qara bax, qara – gör, necə yağır! Çıxsan bayıra, məni də
çağır! (Uşaq şeri).
Xalamdan bir dilək diləyəcəyəm: versə də, sağ olsun,
verməsə də (Məsəl).
Sabah allah qoysa da uçacam, qoymasa da (Lətifə).
Bu, potensial şərtdir, o, həyata keçə də bilər, keçməyə
də.
2. Şərt modallığı həyata keçməsi mümkün olmayan
hərəkətləri də bildirir. O, ingilis dilində felin mümkünat növü
ilə, Azərbaycan dilində isə şərt şəklinin mürəkkəb forması
ilə, başqa sözlə desək, keçmişə aid olan şərt forması ilə
ifadə olunur. Məsələn:
276
If she had brother, I would have seen him “Əgər onun
(qızın) qardaşı olsaydı, mən onunla görüşmüş olardım”.
3. Şərt modallığı təkcə bir ünsürlə deyil, bir neçə ünsürlə
də ifadə oluna bilir. Biz yuxarıda bunu versə - verməsə söz
formalarının timsalında gördük. Bu cür qoşa şərt təkcə eyni
sözün müxtəlif formaları ilə yox, ayrı – ayrı leksik vahidlərlə
də ifadə olunur. Məsələn:
Ağlasan ağlaram, gülərəm gülsən. (S. Rüstəm).
Ölürsə, yer bəyənsin; qalırsa, el bəyənsin (Məsəl).
4. Şərt modallığı göstəricisi adlarla, predikativlərlə ifadə
olunan xəbərlə də işlənə bilir. Məsələn:
If necessary use water based lubricants “Zəruridirsə
(vacibdirsə), yağlov sudan istifadə edin”.
Mənim orda olmağım vacibdirsə (lazımdırsa), mən də
gəlim.
O odursa, mən də mənəm.
O, Keyxosrovdursa, biz də Əfrasiyabıq (Nizami Gəncəvi,
Xosrov və Şirin).
5. Şərt modallığı şərtlər silsiləsi şəklində də işlənə bilir.
Məsələn:
No, if we were together all this time, I’d to resent quitting
my work whenever he decided to come home: And he’d get
to resent my resenting quitting my work. And besides if we
lived (!) all the time, he wouldn’t quit early. And I’d get
resent that he worked late. And then, if we were together all
the time, it wouldn’t be a holiday and he’d expect me to
cook him dinner. And I’d resent cooking dinner, every night,
he be happy with a cheese sandwich, as I am. And, of
course he’d expect me to do the marketing (Marlin French.
The Bleeding Heart). “Yox, əgər biz həmişə bir yerdə
(olmuş) olsaydıq, o, evə gəlməyi qərara alan kimi işdən
getmək mənə xoş gəlməzdi. Və mənim işdən getmək
istəmədiyim də ona xoş gəlməzdi. Və, bundan başqa, biz
həmişə bir yerdə olsaydıq, onun özü də işini tez
qurtarmazdı. Və onun uzun müddət işləməsi də mənə xoş
gəlməzdi. Və, sonra, biz həmişə bir yerdə olsaydıq, mənim
bir dəqiqə də sərbəst vaxtım olmazdı və o mütləq istərdi ki,
mən ona xörək bişirim. Və hər axşam bunu etmək mənə xoş
gəlməzdi və o, əlbəttə, mənim kimi pendir – çörəyə qane
277
olmazdı. Və, əlbəttə, o, təkid edərdi ki, mən özüm
bazarlıq eləyim”.
6. Şərt modallığı artıq ifadə olunmuş mətləbə atmaca
(replika) şəklində də işlənə bilir. Məsələn:
Flatt. You’d swear to that in a court of law!
Maclaehlan. İf necessary (Bridie C.) “Siz divanxanada
(məhkəmədə) buna and içə bilərdiniz? Zəruridirsə; zərurət
olsa”.
Either you eat your dinner, or I’ll spank you, if you don’t!
“Ya sən yeməyini yeyirsən, ya da mən səni
şapalaqlayacağam – yeməsən!”
3.6. “Gələcək zaman” modallığı.
İngilis dilində gələcək zamanın modal xarakteri güclü
təzahür edir. Keçmiş zaman fel formalarından da xüsusi
modal mənalar inkişaf etmişdir.
N.A.Slüsareva göstərir ki, shall/will modal fellərinin, daha
dəqiq deyilsə, onların müştərək ‘ll variantı və should/would
keçmiş zaman forması şərtilik, irəlicədən gümanetmə, faktik
qeyri – reallıq kimi düşünülən modal mənalar sayəsində
ingilis dilində gələcək zaman formalarının modal xarakteri
ön plana keçir [146, s.71].
Güman modal mənası mülahizənin məzmununun
gerçəkliyə müvafiqliyi ehtimalı dərəcəsi will felinin infinitivlə
calaşması yolu ilə də ifadə oluna bilir. Bu felin ifadə etdiyi
modal mənanın must, can, may, should və ought fellərinin
ifadə etdiyi modal mənalarla müqayisəsindən aydın olur ki,
həmin fellərin bildirdiyi güman mənalarından ötrü onların
leksik mənaları istinad rolu oynayırsa, will felinin infinitivlə
birlikdə bildirdiyi güman mənasını onun leksik mənasından
(buyruq, arzu, izharetmə) çıxarmaq mümkün deyildir. Bu isə
o deməkdir ki, will felinin infinitivlə calaşmasının ifadə etdiyi
güman mənası gələcək zaman forması zəminində inkişaf
edir [146, s.101].
N.A.Slüsareva qeyd edir ki, ingilis dilində güman mənası
bir neçə zaman forması ilə verilə bilər. Will felinin qeyri –
perfekt infinitivlə calaşması o deməkdir ki, nəzərdə tutulan
hərəkət gələcək zamana yox, indiki zamana aiddir.
Məsələn:
278
Let me introduce Mrs. Honeychorc, whose sister you
will remember at Florence “İcazə verin xanım Honeyçörçü
sizə təqdim edim; onun bacısını siz, yəqin ki, Florensiyadan
tanıyırsınız (xatırlayırsınız)”.
Will felinin perfekt infinitivlə calaşması qabaqca baş
vermiş hərəkət barəsində hal – hazırda bildirilmiş güman
deməkdir.
I know his father Professor Harold S. Pyle. You’ll have
heard of him? “Mən onun atası professor Harold S. Pileni
tanıyıram – Siz, yəqin onun barəsində eşitmisiniz (eşitmiş
olarsınız)”.
Biz bu tədqiqatın gələcək zaman fel formalarına həsr
olunmuş bəhsində müvafiq modal mənalardan kifayət qədər
bəhs etmişik. Orada deyilənləri bir də burada təkrar etməyə
lüzum görmürük. Bununla belə, qeyd etmək lazımdır ki,
gələcək zamanı ifadə edən vasitələr (“adi gələcək” və
“keçmişdə gələcək”) həm ingilis, həm də Azərbaycan
dillərində kifayət qədərdir.
“Gələcək zaman” modal mənası təkcə fel formaları ilə
ifadə olunmur. N.A.Slüsarevanın göstərdiyi kimi, modal
məna yalnız morfoloci sahədə (dairədə) deyil, həmçinin
leksik, sintaktik konstruksiyaların spesifikasında
toplanmışdır. Modal məna bütün leksik – sintaktik
strukturunda səpələnmişdir, bəzi hallarda isə onun
hüdudlarından kənara adlayıb, mətn kateqoriyası kimi
qarşıya çıxır [146, s.75].
“Gələcək zaman” modallığının ifadə olunmasında zaman,
tərzi – hərəkət zərfləri və modal sözlər də iştirak edir.
Məsələn:
Cohn will see a revived Boston “Con yenidən dirçəlmiş
Bostonu görəcək”.
I’ll either be with Arlene or with Suzi “Bu axşam mən ya
Arlenlə, ya da Suzi ilə olacağam”.
An idiot will always remain an idiot “Heyvərə həmişə
heyvərə olaraq qalacaq”.
I think I’ll cust go to the ladies room. I expect I’ll be all
right “Deyirəm, bəlkə, ayaqyoluna gedim. Məncə, orada
keçib – gedər” (AHA, a, 216). (“Belə bilirəm (düşünürəm) ki,
279
düz ledinin otağına gedim (getməliyəm). Ümidvaram ki,
yaxşı olaram”).
Well, I suppose in the end I’ll do what’s sensible. I’ll have
an abortion. I cust have to think it through, talk it out, first
(AHA, 222) “Yaxşı, deyəsən, əvvəl – axır bu ağlabatan yolu
tutacağam. Abort elətdirəcəyəm. Amma əvvəlcə hər şeyi
götür – qoy eləyib, bəzi məsələləri aydınlaşdırmalıyam”
(AHA. a, 205). (Yaxşı, mən belə zənn edirəm (düşünürəm)
ki, axırda mən ağlabatan nədirsə, onu eləyəcəm. Mən abort
elətdirməliyəm. Artıq bu barədə düşünüb – daşınmışam”).
3.7. Dialoci nitqdə modallıq.
Məlumdur ki, ünsiyyət iki tərəf arasında baş verir. Həmin
tərəflər bir şəxslə də, bir neçə şəxslə də təmsil oluna bilər.
Bundan başqa, həmin tərəf “danışan” - “dinləyən” və
“danışan” - “danışan” olmaq üzrə də formalaşa bilər. Üstəlik,
monoloci nitqdə dialoci mətnin ünsürləri də öz əksini tapa
bilər. Yəni, bir şəxs təkcə özünün bildiyi şeydən yox,
birisindən eşidib-oxuduğu şeylərdən də danışıb, onlara
özünün və başqalarının münasibətini söyləyə bilər. Bu,
modallığın müxtəlif təzahürlərinə geniş meydan açan bir
sahədir. Biz burada dialoci nitqlə bağlı olaraq modallığın
təzahür formaları məsələsini nəzərdən keçirəcəyik. Qeyd
etməyi lazım bilirik ki, bizim materiallarımız yalnız iki konkret
tərəf arasında baş verən nitq aktı nümunələri ilə
məhdudlaşır.
Müsahiblər arasında nitq ünsiyyətinin formaları çox
müxtəlif ola bilər. Tərəflərdən biri o birinin rəyi ilə tam
razılaşa, qismən razılaşa bilər; o onun rəyinə bəzi əlavələr
edə bilər, hətta onun dediyini rədd edə, təklifini yerinə
yetirməkdən boyun qaçıra bilər. Bunun olduqca müxtəlif
nümunələrini şifahi danışıqda, bədii əsərlərdə, xüsusən də
dram əsərlərində müşahidə etmək olur.
İndi isə konkret nümunələrə müraciət edək. Danışan
(tərəflərdən biri) müsahibinin fikrini qismən qəbul edir və
müvafiq dil vasitələrindən istifadə etməklə bunu bildirir.
Müvafiq mətnlərin azərbaycanca ifadəsində biz əsasən
həmin ikinci tərəfin ifadə etdiyi modal mənalara fikir
verəcəyik.
280
Cack. Afraid you’ll have West Indians getting promition
to order cobs?
Frank. That’s partly it (Willies T.)
(“Bu qismən belədir”).
Gördüyümüz kimi, müsahiblərdən biri o birinin gümanını,
zənnini qismən qəbul edir və onunla razılaşır.
Danışan müsahibinin dediyinə diqqətlə yanaşır, amma öz
şübhəsini də açıq-aşkar bildirir. Məsələn:
Delude. Have they suffered like we have?
Can. I doubt it (Osborn I.)
(“Mən buna şübhə edirəm”).
Burada “şübhəetmə” modal mənası müvafiq fellə ifadə
olunmuşdur. Azərbaycan dilindəki variantda bir qədər başqa
cürdür. Burada həmin modal məna şübhə ismi ilə etmək
felinin birləşməsindən əmələ gəlmiş mürəkkəb fellə
verilmişdir. Azərbaycan dilində bu yeganə variant deyil;
həmin məqsəd üçün “şübhəm var” ifadəsindən də istifadə
etmək olar.
Həmin modal məna, bundan əlavə, ölçü və dərəcə
bildirən zərflərlə də ifadə olunur. Məsələn:
Hester. Do you think we shall ever see him again?
Lampreft. I very much doubt that (Whiting C.)
(“Mən buna çox-çox şübhə edirəm; Mənim buna xeyli
şübhəm var”)
Cavab atmacalarında müsahibin rəyini təsdiq və inkar
etməklə yanaşı, əlavə məlumat da ola bilər. Məsələn:
Sophia. Are you in love with him?
Gondy. Can’t see myself marrying any one else
(“Özümü bir də (bir daha) evlənmiş görə (təsəvvür edə)
bilmirəm”)
Timothy. Can I have the key of the box of clothes?
Hallam. In my room on the dressing table (Whiting C.)
Burada təsdiq mənası dolayısı ilə, əlavə məlumatla ifadə
olunmuşdur.
Əlavə məlumat inkar bildirən cavab cümləsindən də
sonra gələ bilər.
Sally. Was it a famous place?
Bile. No, cust tiny (van Druten C.)
(“Yox, az-maz; olsa-olsa “bir belə”)
281
Şifahi danışıqda “bir belə” ifadəsi ilə verilən modal
məna, yəqin ki, cestlə (əl hərəkəti ilə) müşayiət olunur.
Axel. Are you laughing at me?
Serena. No more than at myself (Coward N.)
(“Özümə [güldüyümdən] çox yox”).
Müsahibin sözünə qüvvət verən atmacalar bağlayıcıların
köməyi ilə mətnə daxil edilə bilir. Bu zaman müsahib
cümləni təsdiq və inkar formasına salıb, ona öz əlavəsini də
edir:
The soldier. Was he tall?
The woman. Yes and handsome (Tombolt S.)
(“Bəli, həm də (üstəlik) qəşəng idi”).
She. You’ve got a pain there?
He. As if I’d been stabbed (Hartog C.D.)
(“Elə bil, yaralanmışam (yaralananda olduğu kimi”).
Əlavəli atmacaların bir qismində feli əvəzedici olur.
Bunlarda həmişə əlavə məlumat olur.
Cean. Do you want to get married to Miss Murdoch?
Wlin. I do not, and that’s an evident fact (Bredie C.)
(“Mən [istə]mirəm istəyib-eləmirəm və bu açıq-aşkar
faktdır/məlum şeydir”).
Feli əvəzedicili cavab atmacalarında yeni üzvlər də ola
bilir:
Rose. Can a miracle be a fact?
Ron. This one can (Rottigan T.)
(“Bu biri ola bilər/bunu bacarar”)
Mrs. Mclalalan. Is fifty – five more than half?
George. No, technically it is not (Bridie C.)
(“Xeyir, texniki cəhətdən bu belə deyil”).
Cavab atmaca sualın ekvivalenti ola bilər.
Mary. Are you really hungry?
Cohn. I’m very, very hungry (Dicksang S.)
(“Mən xeyli, xeyli acam”).
Qeyd edək ki, azərbaycanca tərcümədə biz oricinalın
motivini, özünəməxsusluğunu saxlamağa çalışmışıq.
Azərbaycan dilində aclığın yüksək dərəcəsini ifadə etmək
üçün aşağıdakı ifadə üsullarından istifadə olunur: “ Qurd kimi
acmışam”, “Elə acımışam ki, daşdan yumşaq nə olsa,
yeyərəm”.
282
Ann. You aren’t along now?
Clive. Yes. I’m very alone (Greene G.)
(“Bəli. Mən çox (olduqca) yalqızam”).
Müq. et: Yalqızam, yalqız [...] Gəl, ey məni dərdə-qəmə
salan vəfasız (R.Rza).
Qeyd edək ki, Azərbaycan dilində tənha fərdlərin
vəziyyətini ifadə etmək üçün yalquzaq sözü də vardır,
amma bu söz yalnız qurd (canavar) barəsində işlədilir və bu
səbəbdən də onu yuxarıdakı mətndə işlətmək olmaz.
Arthur. Are you ill?
Gucnevere. No, I am quite well (Bridie C.)
(“Yox, mən tamamilə yaxşıyam”).
Tom. Is that the truth?
Isabel. It’s not whole truth (Bolt R.)
(“Bu, bütün həqiqət deyil”).
Atmacalar əlavə məlumat da verə bilir. Özü də bu
məlumat tərəflərdən birinin və başqasının maraq dairəsinə
uyğun seçilir. Məsələn:
Cochran. Did you come out at the second storey
window?
Virginia. Yes and along the roof (Bridie C.)
(“Bəli, həm də damla (damdan) [gəlmişəm]”).
Burada əlavə məlumat danışanın təcrübəsinə əsaslanır.
Monica. Do you think I ought to here?
Cohn. Not if you don’t want to (Coward R.)
(“Əgər istəmirsinizsə, yox! ”)
Cavab atmacalarında təsdiq və inkar mənası dolayısı ilə
ifadə olunur.
The woman. He was killed. Even now I sometimes
imagine I can hear him playing ... and see him.
The soldier. Is that why you come here?
The woman. Partly (Tombolt S.)
(“Qismən”).
William. You call that courage, senator?
Guswall. Courage of a sort, sir. (Taylor P.)
(“Bu da bir cür cəsarətdir, cənab”).
Atmaca cavablar əmr və nəqli cümlələrlə də əlaqədar
olaraq işlənir. Məsələn:
283
Peter. And they can’t prove it! My wife and her uncle
can never sow it paid.
Tramp. Certainly (Goodman K.S)
(“Əlbəttə şəksiz”).
Boy. Don’t leave until I’ve found out!
Man. Of course not (Huges G.)
(“Əlbəttə ki, yox!”).
Dialoci nitqdə nisbi əlaqələr də öz əksini tapır. Bu, sual-
cavabın (daha doğrusu, cavabın) bir-birinin struktur-
semantik tutumunu təkrar etməsi ilə bağlıdır.
Miss Hart. Did she break off?
Lady Wartuzton. Yes, she broke it off (Baring M.)
(“Bəli, o (qadın) aranı kəsib”)
Qarşılıqlı nisbətdə olan struktur-semantik əlaqələrdən
aşağıdakı tipləri qeyd edə bilərik.
Cavab sualı yarımçıq cümlə şəklində təkrar edir:
Stella. Are you ready?
Charles. Ready (Weiting C.)
(“Hazır[am]”).
Cavab sualın transformasiyaya uğramış şəkli kimi özünü
göstərir.
Axel. You had a son and he dead?
Serena. I had a son and he died (Coward N.)
(“Mənim oğlum olub (var idi) və o ölüb”).
Atmacaların bir qismi əvəzolunmalarla müşayiət olunur.
Bunlar “I (don’t) think so” modeli üzrə tərtib olunur. “So”
əvəzedici rolu oynayır.
Paul. Is the weather going to be fine?
Stella. I think so (Whiting S.)
(“Mən belə düşünürəm(Mən də bu fikirdəyəm)”).
Bu qəbildən olan cavab atmacalarının bir qismi “(Yes). I
do” “(No) I don’t” modeli üzrə yaranır.
Rath. You mean he ought to go away?
Dr.Bradman. I do (Coward R.)
(“Elədir ki, var”).
Cavab atmacaların bir qismində həm təkrar, həm də
əvəzetmələrdən istifadə olunur. Məsələn:
Rupert. Oh you really love me, dearest?
Cessie. Do, dearest, I do (Tarnington B).
284
(“Ah, əzizim, elədir ki, var”).
Qeyd: Bu və bundan qabaqkı cümlələrdə biz ingilis
dilində I do ifadəsini azərbaycanca “elədir ki, var” şəklində
verdik. Həmin ifadə üsulları tamamilə bir-birinə müvafiq
gəlir. Ancaq unutmamalıyıq ki, do feldir, var sözü isə
predikativ olsa da, fel deyil.
Felicity. I wonder if we ought to send for Patridge!
Cristwell. I think not, my lady (Coward R.)
(“Mən (belə) düşünmürəm, mənim gözəlim”).
Sual-cavabın qarşılıqlı nisbətindən danışarkən bunu qeyd
etmək lazımdır ki, cavab-atmaca sualın bütün məzmun və
strukturuna da aid ola bilir. Həmin qarşılıqlı nisbət yes, no,
sure, of course, certainly, no doubt kimi modal söz və
ifadələri, brash, alas, fie, nonsense kimi nida söz-cümlələri
vasitəsilə ifadə edilir. Məsələn:
- You want to hear all of it?..
- Sure. (Brown C.).
(“Doğrudur”, “Əlbəttə”).
Maury. You’re serious, aren’t you?
Sharon. Yes! Yes! (Levin M.)
(“Bəli! Bəli!”)
Vladimir. You didn’t notice anything out of the ordinary?
Estragon. Alas! (Becket S.)
(“Heyhat! ”)
Nina. You do love me, don’t you?
Ordon. Of course. (O’Neill En.)
(“Təbii”).
Əlavələrin bir qismi sualda çatışmayanı, yaxud ona
ehtiyac duyulmayanı tamamlamaq, doldurmaq məqsədi
güdür. Bunun aşağıdakı tiplərini qeyd edə bilərik.
a) Yarımçıq cümlə şəklində olan tamamlayıcı.
Miss Brown. You’re a teacher too, aren’t you?
Mr. Ferrel. Of the dance. (Frings U.).
(“Rəqs [müəllimiyəm] ”).
Sualda, gördüyümüz kimi, ümumi şəkildə adresantın
müəllim olub-olmaması barəsində soruşulur. Adresat həmin
suala konkret şəkildə cavab verir, özü də müəllim sözünu
təkrar işlətmədən.
285
b) Cavab atmacasında əvəzetmə və doldurma bir
yerdə çıxış edə bilir:
Bully. You will come to me? Won’t you?
Cean. I will tomorrow (Osborn S.).
(“Mən sabah [gələ]cəyəm”).
c) Təkrar və doldurma da bir yerdə çıxış edə bilir:
Lanus. And you believed him?
Ludy. I believed him at the time (Taylor P.).
(“Mən ona vaxtında (bir vaxt) inanmışam”).
Doctor. Don’t you want to sit down now?
Venable. Yes, indeed I do before. I fall down (Williams
C.).
ç) Əvəzetmə cümlə üzvləri arasında da işlənə bilir:
Simon. Mother, do you think I was sometime, a bit harsh?
Morland. I think you sometimes were, my son (Barry
C.M.).
Pat. Did old Benthan know?
Cimmi. Know? He knew before (King).
Beləliklə, biz görürük ki, dialoci nitq modallıq
kateqoriyasının ifadə üsullarının zənginliyi baxımından çox
lazımlı material verir.
|