Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/1
4 Qiymətləndirilmiş variantlar
Mündəricat
4.1 Giriş
...........................................................................................................................
2
4.2 Konsepsiyanın seçilməsi: Bir neçə platforma və sualtı işlənmə variantlarının
müqayisəsi ...................................................................................................................... 3
4.3 Dənizdə kompressiya ..................................................................................................... 5
4.4 Hidratın İdarə Edilməsi ................................................................................................... 5
4.5 Elektrik
enerjisi
............................................................................................................... 6
4.5.1
Elektrik enerjisinin qurudan təchiz olunması ........................................................ 6
4.5.2
Quruda elektrik enerjisi və istiliyin yaranması ...................................................... 6
4.5.3
Quruda istiliyin inteqrasiyası ................................................................................ 7
4.5.4 Dənizdə elektrik enerjisi ....................................................................................... 8
4.6 Məşəl
...........................................................................................................................
8
4.6.1 Yerüstü
və yüksəyə qaldırılmış məşəl ................................................................. 8
4.6.2 Dəniz qurğusundakı məşəldə qazın tutulması. .................................................... 9
4.7 Lay
suyu
....................................................................................................................... 10
4.8 Sualtı boru kəmərlərinin istismara vermə işləri ............................................................ 11
4.9 Sualtı sistemə dair qərarlar .......................................................................................... 11
4.9.1 Hidravlik
və elektrik idarəetmə sistemlərinin müqayisəsi ................................... 11
4.9.2 Açıq və qapalı dövrəli idarəetmə sistemləri ....................................................... 12
4.9.3 Açıq dövrəli sistemin təzyiqin idarə olunması flüidinin seçilməsi ....................... 16
4.10 Qazma
......................................................................................................................... 18
4.11 Əsas Variantın Optimallaşdırılması .............................................................................. 19
Şəkillərin Siyahısı
Şəkil 4.1
BP şirkətinin Kapitalın Dəyərləndirilməsi Prosesi ................................................ 2
Şəkil 4.2
ŞD boyunca tağ strukturunun en kəsiyi ............................................................... 4
Şəkil 4.3
Tipik açıq dövrəli və qapalı dövrəli hidravlik sistemlər ....................................... 12
Şəkil 4.4
Açıq dövrəli Sistemdə nümunəvi klapan bağlama və təzyiq dəyişmə ............... 13
Şəkil 4.5
Qapalı dövrəli Sistemdə nümunəvi klapan bağlama və təzyiq dəyişmə ............ 14
Şəkil 4.6
Quyunun Sınaqdan Keçirilməsi üzrə Zəmanət Prosesi ..................................... 19
Cədvəllərin siyahısı
Cədvəl 4.1 Xəzər toksiklik sınağı növlərinin xülasəsi ........................................................... 16
Cədvəl 4.2 Toksiklik Sınağının Nəticələri ............................................................................. 17
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/2
4.1 Giriş
Layihələndirmə variantlarının qiymətləndirilməsi prosesi BP-nin sifarişlər portfelinə daxil olan
bütün mühüm layihələr üzrə müvafiqliyin təmin edilməsi üçün BP-nin Kapitalın
Dəyərləndirilməsi Prosesinə (KDP) uyğunlaşdırılmışdır. Şəkil 4.1-də KDP-nin hər bir
mərhələsi üzrə əsas tələblər təsvir edilir.
Şəkil 4.1
BP şirkətinin Kapitalın Dəyərləndirilməsi Prosesi
Şəkil 4.1-də göstərildiyi kimi, konseptual layihələndirmə variantları həyata keçirilmə
mümkünlüyü baxımından KDP-nin Qiymətləndirmə mərhələsi ərzində təhlil edilir. Sonra isə
tövsiyə olunan layihələndirmə variantları Seçmə mərhələsinə keçir ki, bu mərhələ ərzində də
işlənmə üçün üstünlük verilən variant əlavə olaraq tədqiq edilir və seçilir. Müəyyənləşdirmə
mərhələsində isə üstünlük verilən variantın iş həcmi daha ətraflı şəkildə müəyyənləşdirilir və
layihələndirmə ilə bağlı son qərarlar verilir.
ŞD2 Layihəsinin layihələndirilməsi ərzində dəyərləndirilən əsas variantlar aşağıdakılar
üzərində cəmləşdirilib:
Konsepsiyanın müəyyənləşdirilməsi
ŞD yatağının istismarı üçün dəniz strategiyasının seçilməsi; və
Əsasən aşağıdakılarla əlaqədar ətraf mühit təsirlərinin azaldılması və mümkün olan
yerdə qarşısının alınması üçün texniki və iqtisadi əsaslandırılmış layihə variantlarının
müəyyənləşdirilməsi:
o
Dəniz mühitinə atqılar;
o
Atmosferə buraxılan emissiyalar;
o
Quruda olan səs-küy; və
o
Tullantılar.
Qiymətləndirmə
mərhələsi
Layihənin texniki
mümkünlüyünün
müəyyən edilməsi
və biznes
strategiyası ilə
uyğunlaşdırılması;
Layihənin
hərəkətverici
mexanizmlərinin
başa düşülməsi; və
Davam etdirilməsi
üçün mümkün
variantların
müəyyən edilməsi.
Seçmə
Layihənin prioritet
kimi müəyyən
edilmiş
variantlarının
texniki
müəyyənləşdirilmə-
si və
qiymətləndirilməsi-
nin həyata
keçirilməsi;
Variantlar üçün
ilkin xərc və qrafik
proqnozlarının
müəyyən edilməsi;
Əsas diqqəti qeyri-
müəyyənliklər,
risklər, uyğunlaşma
qabiliyyəti və
əlaqədar iqtisadi
meyarlara
yönəltməklə
variantların
müqayisə edilməsi;
Üstün variantın
tövsiyə edilməsi və
daha sonra texniki
müəyyənləşdirmə,
xərclərin qrafiki və
hasilat
proqnozlarının
işlənib
hazırlanması.
Müəyyənləşdirmə:
Layihə həcmini
yekun qəbul etmək
üçün seçilmiş
variantı hərtərəfli
texniki
müəyyənləşdirmə və
planlaşdırmanın
uyğun səviyyəsinə
gətirmək.
Xərclər, cədvəl və
hasilat proqnozlarını
təsdiqləmək.
İcra:
İş həcmi, xərclər və
cədvəl, o cümlədən
aşağıdakılarla
uyğun olan cari
dövriyyə aktivlərini
yaratmaq;
İşçi layihə;
Satınalma;
Növbəti mühəndis-
layihə işləri;
Sahəyə dəstək; və
Layihə idarəetmə
xidmətləri.
İdarəetmə:
İcra fəaliyyətinin
spesifikasiyaya
uyğun olmasını
təmin etmək üçün
obyekti
qiymətləndirmək, o
cümlədən;
Qurğuların
əlverişliliyi
haqqında məlumat;
və
İstehsal
səmərəliliyi.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/3
KDP ərzində bu günə kimi texniki və iqtisadi qiymətləndirmə və maraqlı tərəflər (ARDNŞ və
ŞD tərəfdaşları daxil olmaqla) ilə aparılan məsləhətləşmələrlə yanaşı, layihə variantlarının
ətraf mühit baxımdan qiymətləndirilməsi də həyata keçirilmişdir.
1
Bu Fəsildə aşağıdakı kimi müəyyənləşdirilən cari əsas layihələndirmə variantının
dəstəklənməsi üçün qiymətləndirilmiş variantların xülasəsi təqdim edilir:
26 quyudan ibarət sualtı işlənmə konsepsiyası
Müqavilə Sahəsinin şimalında dayaz sularda quraşdırılan, hasilat və rayzer
platformasından (ŞDB-HR) və körpü vasitəsilə birləşdirilmiş yaşayış bloklu texnoloji
təchizat platformasıdan (ŞDB-YBTT), ibarət stasionar avtonom ŞDB dəniz platforması
Səngəçal Terminalında (ST) qəbul və texnoloji emal sistemləri.
Quruda
olan
qəbul obyektləri və ŞD Müqavilə sahəsi arasındakı yeni sualtı qaz,
kondensat və kimyəvi maddələrin ixrac boru kəmərləri
ŞD2 qurğuları üçün ST-də yeni sualtı qaz və kondensat ixracı boru kəmərlərinin, eləcə də
əlavə sistemlərin daxil edilməsinə dair qərar layihənin ilkin mərhələsində qəbul olundu. Ona
görə ki, mövcud ŞD1 ixrac boru kəmərləri və ŞD1 üzrə quruda olan sistemlər ŞD2 Layihəsi ilə
əlaqədar gözlənilən ötürücülük həcminə cavab vermək üçün lazımı gücə malik deyil.
Bundan başqa, ŞD2 Layihəsinin işlənməsindən imtina olunması variantı da nəzərdən
keçirilmişdir. İşlənmədən imtina olunması variantı Azərbaycan hökuməti üçün potensial
gəlirlərin azalmasına gətirib çıxara bilər və nəticədə Azərbaycan iqtisadiyyatını layihə ilə
əlaqədar müvafiq mənfəətdən məhrum edə bilər. ŞD2 Layihəsinin həyata keçirilməsi
işlənmənin həm tikinti, həm də istismar mərhələləri ərzində ölkə vətəndaşları üçün yeni iş
yerlərinin açılmasına, eləcə də yerli obyektlərdən, infrastrukturdan və təchizatçılardan
istifadənin artmasına gətirib çıxaracaq. Bu səbəbdən də, qeyd edilən sosial-iqtisadi
mənfəətlər nəzərə alınaraq ŞD2 layihəsinin davam etdirilməməsi variantından imtina olundu.
4.2 Konsepsiyanın seçilməsi: Bir neçə platforma və sualtı işlənmə
variantlarının müqayisəsi
Qiymətləndirmə mərhələsi ərzində dəyərləndirmə üçün bir sıra işlənmə konsepsiyası
müəyyənləşdirildi, o cümlədən bir neçə dərin platforma, platformadan qazma variantları, quru
ilə çoxfazalı birləşdirmə və sualtı işlənmə konsepsiyalarıda dəyərləndirilmişdilər. Variantların
qiymətləndirilməsi əsasən Müqavilə Sahəsi üzrə qazma şəraitlərinin, dəniz dibinin yerləşmə
dərinliyinin və lay xassələrinin nəzərə alınması ilə həyata keçirilmişdir:
Qazma şəraitləri – Müqavilə Sahəsinin geoloji strukturunun mərkəzində tağın
qalxması və ya mərkəzi boyu “antiklinalın” formalaşması quyuların yerləşdirilməsi
imkanlarını məhdudlaşdırır (Şəkil 4.2-ə istinad edin). Strukturun tağ hissəsində
anormal yüksək təzyiqlərin mövcud olması səbəbindən burada qazma və
sementləmənin aparılması son dərəcədə mürəkkəbdir. Dünya təcrübəsi göstərir ki,
tağlı quyuların qazılması süxurların çatlaması və quyu dibində qazma məhlullarının
itkisi ilə nəticələnir. Buna görə də, Dəyərləndirmə mərhələsi ərzində tağlı hissənin
qazılmasını əhatə edən yeganə variantdan imtina olundu. Tağlı strukturun
cinahlarından maili quyuların qazılmasını nəzərdən keçirən variantlar saxlanıldı.
1
Fəsil 8 Məsləhətləşmə və məlumatın açıqlanması həyata keçirilmişdir ki, bu, xüsusi olaraq ŞD2 layihəsi üzrə
ƏMSSTQ ilə əlaqədar təklif edilən məsləhətləşmələrin təfərrüatlarını təmin edir
Şahdə
Ətraf M
Qiymə
Noya
Yeku
Şək
Lay
nail
Yuxa
əhat
əniz 2 Layihəs
Mühitə və Sos
ətləndirilməsi
abr 2013-cü il
un variant
kil 4.2
ŞD
Lay xassə
normasına
barədə m
həyata k
platformal
üçün təhli
quyular (3
sayı (dörd
nəticəyə
qazma ko
Dəniz dib
şimal-şərq
qədər də
Dəyərlənd
əhatə edə
xassələrinin
olmaq üçün
arıdakıları n
tə etdi:
24 quyunu
Müqavilə
yaşayış bl
ŞD1 və
adlandırıla
si
sial-İqtisadi Sa
boyunca ta
ələri – Ehtim
a (debitə) n
məlumat təm
keçirməklə
lardan qazıl
il aparıldı. Tə
3km kimi qəb
d kimi qəbul o
gəlinib ki, p
onsepsiyaları
binin yerləşm
qdə təxminə
əyişir. Görü
dirmə mərhə
ən variantlard
n sonrakı təh
dənizdə kom
nəzərə alara
u əhatə edən
Sahəsinin
lokları
ŞD2 dəniz
an)
ahəyə Təsirin
ağ strukturu
mal olunan la
nail olmaq ü
min etdi. Bun
hərəkət ed
masının tex
əhlil platform
bul olunub), s
olunub) üzrə
planlaşdırılan
iqtisadi cəhə
mə dərinliyi
ən 60 m-dən
ünən texnik
ləsində Müq
dan (məsələn
lili həm ŞD1
mpressiyanın
q, Seçim m
n sualtı işlənm
şimalında d
qurğularına
nun en kəsi
ay xassələri
üçün tələb o
nunla, həmin
dən qazma
xniki-iqtisadi
ma quyuları (
suyun dərinl
ə ehtimal olu
n hasilat no
ətdən əlveriş
– Müqavilə
n cənub-şərq
ki risklər v
qavilə Sahəs
n, dərin platf
, həm də ŞD
n potensial s
mərhələsinə
mə konseps
dayaz suda
birləşdirilən
iyi
ŞD2 Layihə
olunan quyu
n quyuların
qurğusu
əsaslandırı
(təxminən 5k
ikləri və bir s
nan maksim
ormasına na
şli deyil.
Sahəsi boy
qdə təxminə
və əlaqədar
inin cənub h
formalar) imt
D2 üzrə plan
surətdə tələb
daxil olunm
iyası
quraşdırılan
n dəniz kom
D
Qiymətlənd
əsi üzrə plan
ların yerləşd
sonradan s
variantı əv
lmasının hə
km kimi qəb
sualtı manifo
um yayınma
il olmaq üç
yu suyun mi
ən 700m ma
r yüksək x
hissəsi daxilin
ina olundu.
laşdırılan ha
olunmasını
uş konseps
n stasionar
mpressiya p
Dəniz səviyyəs
Fəs
dirilmiş variant
nlaşdırılan ha
dirilməsi və
sualtı birləşm
vəzinə stas
əyata keçiril
ul olunub), s
old üzrə quyu
anı nəzərə al
çün platform
inimal dərin
aksimal dər
xərclər üzü
ndə platform
asilat normala
göstərdi.
iya aşağıda
ŞDB hasila
platforması (
sindən aşağıda
sil 4
tlar
4/4
asilat
sayı
mələr
ionar
lməsi
sualtı
uların
ıb və
adan
likləri
inliyə
ndən
maları
arına
kıları
at və
(ŞDK
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/5
Ətraf mühit baxımından sualtı konsepsiya bir neçə platforma variantı ilə müqayisədə
aşağıdakı üstünlüklərə malikdir:
Dayaq blokunun və üst tikilinin inşası üçün daha az materialın tələb olunması və
bununla əlaqədar olaraq tikinti ilə bağlı mümkün tullantıların, emissiyaların və atqıların
azalması; və
Müxtəlif platformalarda bir neçə hasilat qurğuları və texnoloji təchizat müqayisədə daha
az tullantı, emissiya və atqılar yaradan hasilat qurğuları və texnoloji təchizat
optimallaşdırılması üçün daha böyük imkanlar.
4.3 Dənizdə kompressiya
Seçim mərhələsinin başlanğıcında “Dənizdə Kompressiya”nın (Həm ŞD1, həm də ŞD2 üçün
kompressiya təmin edən ŞDK platforması) və alternativ olaraq kompressiya qurğularının
quruda yerləşdirilməsi ilə “Dənizdə Kompressiyanın olmaması” konsepsiyasının nəzərdən
keçirilməsi üçün təhlil aparıldı.
Bu iki konsepsiyanın müqayisəsi göstərdi ki, “Dənizdə Kompressiyanın olmaması” variantı
“Dənizdə Kompressiya” variantı ilə müqayisədə eyni qaz satışı profili təmin edir və aşağıdakı
əsas üstünlüklərə malikdir:
Dəniz üst tikililərinin ümumi quraşdırma çəkisi təxminən 12000 ton azalır;
Dənizdə kompressiyanın quruda olan terminala ötürülməsi ilə dəniz sisteminin
mürəkkəbliyi əhəmiyyətli dərəcədə azalır və sistemin ümumi istismar qabiliyyəti
yaxşılaşır;
ŞDK platformasının tikintisi, quraşdırılması, istismarı və ilkin qazdan sonra istismardan
çıxarılması ilə əlaqədar bütün təhlükəsizlik və layihənin icrası ilə bağlı riskləri aradan
qaldırılır;
ŞDK platformasının gələcəkdə quraşdırılması üçün tələb olunan hasilatın
dayandırılması zərurətini aradan qaldırılır (60-80 gün);
Dənizdə birləşdirici qaz boru kəmərlərini qeyri-zəruri etməklə 1-ci Mərhələdə dənizdə
mövcud qurğularda modifikasiya işlərinin həcmini minimuma çatdırılır. Bu SD-A
platformasında hasilatın 35 gün müddətinə dayandırılmasını qeyri-zəruri edir;
Yatağın son istismar dövründə dəniz qaz kəmərlərinin hidravlik gücünün daha səmərəli
istifadə olunması ilə ümumi kompressiya yükü ~35 Megavat azalır;
Əlavə olaraq dəniz dibi şəraitinin pozulmasını azaldılır; və
İstiliyin və elektrik enerjisinin quruda inteqrasiya olunması mümkünlüyü sayəsində
ümumi enerji səmərəliliyinin yaxşılaşdırılması üçün imkan yaradılır.
Bunun əsasında da, ŞD2 Layihəsi ŞD2 üzrə Əsas kimi qəbul olunmuş layihə variantı üçün
“Dənizdə Kompressiyanın olmaması” variantını qəbul etdi
4.4 Hidratın İdarə Edilməsi
Layihənin işlənib hazırlanması zamanı ŞD2 sualtı qurğularında hidratın formalaşdırılmasının
idarə edilməsi üzrə üstünlük verilən variantların müəyyənləşdirilməsi üçün qiymətləndirmələr
həyata keçirildi. Seçmə mərhələsində ŞD2 sualtı hasilat sistemində (SPS), axın xətlərində və
rayzerlərdə potensial olaraq formalaşan hidratların idarə olunması üçün müəyyənləşdirilmiş
üç variant aşağıda sadalanıb:
Monoetilenqlikolun (MEQ) aramsız vurulması (Variant 1);
Birləşməyə qarşı kiçik dozalı hidratyaratma inhibitorlarının aramsız vurulması (BQ
KDHİ) (Variant 2); və
Birbaşa elektrik isidicisi (DEH) (Variant 3).
Terminalda ŞD1 MEQ emalı qurğusundan həcmə görə 10 dəfə artıq qurğu tələb edən
əhəmiyyətli miqdarda duzlu MEQ-in mövcud olması səbəbindən Variant 1 növbəti
qiymətləndirmədən çıxarıldı.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 4
Qiymətləndirilmiş variantlar
Noyabr 2013-cü il
Yekun variant
4/6
BQ KDHİ kimyəvi maddələrinin istifadəsi ehtimal edilən sulaşma sürətləri üçün effektiv hesab
olunmadı. Bundan əlavə, qalıq hidrat şlamı dəniz qurğularında emal tələb edərdi. Bu da
şlamın emalı üçün texnoloji variantların hazır olmaması səbəbindən risklər yaradar, beləliklə,
texnologiyanın təmin edilməsi üçün irimiqyaslı sınaq proqramının həyata keçirilməsi tələb
olunardı.
Variant 3 (DEH) hidratın idarə edilməsi üçün əsas vasitə kimi qəbul edildi. Bu texnologiya
hasil olunan flüidlərin temperaturunu hidratların formalaşdığı temperaturdan yüksək saxlamaq
üçün atqı xətlərinin birbaşa isidilməsini nəzərdə tutur (təxminən 26
C).
Ətraf mühit baxımından DEH variantı kimyəvi metodla müqayisədə aşağıdakı əsas
üstünlükləri təqdim edir:
Dənizə kimyəvi inventarın və tullantı həcmlərinin minimuma çatdırılması; və
Hasilatın dayandırılmasından sonra daha tez normal iş rejiminə qayıtma sayəsində,
məşəl qazlarının və əlaqədar emissiyaların minimuma çatdırılması.
ŞD2 Əsas kimi qəbul edilmiş variant çərçivəsində qəbul olunmuş DEH sisteminin və əlaqədar
MEQ sisteminin əlavə təfərrüatları Fəsil 5 Bölmə 5.11.2-də verilib
4.5 Elektrik enerjisi
4.5.1 Elektrik enerjisinin qurudan təchiz olunması
Seçmə mərhələsinin başlanğıcında ŞD2 Əsas kimi qəbul edilmiş variant üzrə fərz olundu ki,
quruda və dənizdə elektrik enerjisi iki ayrı avtonom sistem vasitəsilə hasil olunacaq. 2011-ci
ilin may ayında elektrik enerjisini sualtı kabellərlə quruda və dənizdə olan sistemlərə təmin
edən quruda yerləşən vahid sistem variantının öyrənilməsi üçün qiymətləndirmə həyata
keçirildi.
Həm Yüksək Gərginlikli Sabit Cərəyan, həm də Dəyişən Cərəyan variantları nəzərdən
keçirildi. Variantlar beş əsas meyar üzrə qiymətləndirildi; kapital xərclər, istismar xərcləri,
hasilatın mümkünlüyü, ətraf mühitə təsir və texniki risk. Qiymətləndirmə göstərdi ki, qurudan
elektrik enerjisinin təchiz olunması əhəmiyyətli dərəcədə artan kapital xərclərin (ayrıca
avtonom sistemlərdən 3-5 dəfə artıq) və artan texniki risklərin qarşısının alınması üçün
istismar xərcləri ilə bağlı əhəmiyyətli üstünlüklər təklif etmir.
Ətraf mühitlə bağlı üstünlüklərin qiymətləndirilməsi üçün yatağın istismar müddəti ərzində
(YİM) variantlar üzrə istixana qazının (İXQ) (CO
2
kimi) və NO
X
emissiyaları və yanacağın
istifadəsi üzrə modelləşdirmə aparıldı. Tədqiqat Əsas kimi qəbul edilmiş variantla müqayisədə
Elektrik enerjisinin sahildən təchiz olunması variantında İQ emissiyalarında və yanacaq
qazından istifadədə cüzi azalma göstərdi (~1%). Lakin Elektrik enerjisinin sahildən təchiz
olunması variantında NO
X
emissiyaları Əsas kimi qəbul edilmiş variantla müqayisədə 88%
artıq idi.
Qiymətləndirilən texniki, xərc və ətraf mühit meyarları əsasında qurudan elektrik enerjisinin
təchiz olunması variantı qəbul olunmadı. ŞD2 Layihəsinin Əsas kimi qəbul edilmiş variantı
üçün quruda və dənizdə ayrıca elektrik enerji hasilatı sistemləri variantı saxlanıldı.
Dostları ilə paylaş: |