21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure) Bu üsullar aşağıdakılardır:
Quyu layın açılma dərəcəsinə görə hidrodinaik tamamlanmış və açılma xarakterinə görə hidrodinamik tamamlanmış olur;
Quyu layın açılma xarakterinə görə hidrodinamik tamamlanmış və layın açılma dərəcəsinə görə tamamlanmamış olur;
Quyu açılma dərəcəsinə görə tamamlanmamış, açılma xarakterinə görə tamamlanmış olur;
Quyu həm açılma dərəcəsinə, həm də açılma xarakterinə görə tamamlanmamış olur.
(9.1)
1 № - li quyuda C1 = 0, C2 =0 və C=0
2 № - li quyuda C1 0, C2 =0 və C 0
3 № - li quyuda C1 = 0, C2 0 və C 0
4 № - li quyuda C1 0, C2 0 və C 0
Burada C1 – layın açılma dərəcəsinə görə hidrodinamiki natamamlıq əmsalıdır;
1 2 3 4
Şəkil 9.6. Lay ilə əlaqsinə görə quyuların nöləri
C2 – layın açılma xarakterinə görə hidrodinamiki natamamlıq əmsalıdır. Bu əmsalların qiyməti Şurov əyrilərindən tapılır.
22. Əsas perforasiya növləri və onların qısa xarakteristikası Yuxarıda qeyd etdiyimiz kimi layların açılmasının iki növü mövcuddur:
İlkin açılma;
Təkrar açılma.
Təkrar açılma zamanı lay ilə quyu gövdəsi arasında əlaqənin yaradılması üçün müxtəlif növlü və konstruksiyalı deşici və partlayış yaradan aparatlardan istifadə olunur. Layların təkrar açılması perforatorlar vasitəsilə həyata keçirilir. Bir neçə növ perforator vardır:
Hidroqumşırnaqlı;
Kumulyativ;
Gülləli;
Torpedalı.
Quyuların hidroqumşınaqlı perforatorla açılmasının mədən sınağı və təcrübəsi göstərir ki, bu üsul ilə daha dərin (uzun) kanallar açmaq mümkündür. Bu zaman quyuların tamamlıq dərəcəsi və məhsuldarlığı artır, qoruyucu kəmərlərdə və sement halqasındaçatların əmələ gəlməsi kimi mürəkkəbləşmələr aradan qaldırılır. Bu perforasiya üsulu qoruyucu kəmər, sement halqası və lay süxurlarında yerli erroziya yaradılması əsasında həyata keçirilir.