21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure)


Şəkil 9.16. Kumluyativ perforasiya



Yüklə 0,67 Mb.
səhifə3/18
tarix11.09.2023
ölçüsü0,67 Mb.
#142660
1   2   3   4   5   6   7   8   9   ...   18
Cavablar 21-30

Şəkil 9.16. Kumluyativ perforasiya
Tətbiq edilən kumulyativ perforatorlar iki əsas sinifə bölünür:

  1. Gövdəli;

  2. Gövdəsiz.

Bu perforatorlar biri-birindən onlarda yerləşən partladıcı maddənin hermetikləşdirilməsi üsulu ilə fərqlənir.
Gülləli perforasiya. Bu üsulda xüsusi kameralarda olan partladıcı maddənin partlaması nəticəsində qazların təzyiqi hesabına yüksək sürətlə hərəkət edən güllənin kəməri, sement halqasını və gil qabığını deşməsi nəticəsində deşiklər yaranır. (Şəkil 9.17)
Perforatorlar bir-biri ilə birləşdirilmiş bir neçə kameradan ibarət olub, 4", 5", 6" və daha böyük diametrli kəmərləri deşmək üçündür. Onlar 11,4 və 12,7 mm diametri olan güllələrlə təchiz edilir. Müasir perforatorlar sıxılmış kiçik dənəli nitroqliserin barıtının tətbiq olunması nəticəsində yüksək deşmə qabiliyyətinə malik olur. Barıtın alışması nəticəsində yaranan qazların temperaturu 3000 oC, təzyiqi isə 2000 MPa-a qədər çatır. Sıxılmış barıt qazlarının enerjisi gülləyə yüksək sürət verir. Barıt qazlarının təzyiqi atəşin ən əsas amilidir. Bu təzyiqdən güllənin sürəti və onun deşmə qabiliyyəti asılıdır. Lay təzyiqi yüksək və sulu horizontun yaxınlığında və yumşaq süxurları açan zaman gülləli perforatorların tətbiqi yaxşı nəticələr verir.


Şəkil 9.17. Gülləli perforator

Gülləli perforatorların aşağıdakı növləri vardır:


1. Selektiv təsirli perforatorlar; bu perforatorlar növbə ilə atılır və hər lülədən aşağıdan yuxarıya və ya istənilən ardıcıllıqla başlayaraq güllələri bir-bir atmağa imkan verir. Selektiv perforatorların üstün cəhəti ondan ibarətdir ki, bir-bir atılan güllələrlə həm nazik və həm də qalın layları (0,25 metrdən bir neçə 10 metrədək) deşmək olur. Sulu və ya gilli qatlarla növbələşən nazik məhsuldar layları açmaq əlverişlidir.
2. Növbə ilə atılan perforatorlar; bu perforatorlarda əvvəki lülə vasitəsilə atəş açıldıqdan sonra növbəti lülədən atəş açılır. Bu növ perforatorlar atəşin qoruyucu kəmərə təsirinin azaldılması, onun mümkün olan deformasiya və çatlardan qorunması üçün tətbiq edilir.
3. Yaylım atəşli perforatorlar; bu növ perforatorlarda güllələrin hamısı birdən atılır. Yaylım atəşli perforatorlarda (perforatorpulemyot) bir–birinə yiv və ya qaynaq vasitəsilə birləşdirilmiş hər bir bölmədə barıt kamerası və lülə üçün deşiklər vardır. Barıt kameraya yığılır, güllələr lüləyə qoyulur. Barıt kamerasında barıtdan əlavə elektrik alışdırıcısı da olur.
Gülləli perforatotların çatışmayan cəhəti ondan ibarətdir ki, boruya zərbə anında güllənin enerjisi tez itir və bütün atəşlər səmərəli olmur.
Məhsuldar layın ən yaxşı açılmasını yüksək deşmə qabiliyyətinə malik torpedalı perforatorlar təmin edir. Gülləli perforatorlardan fərqli olaraq, torpedalı perforatorlar, güllə əvəzinə ləng təsir edən və çox da böyük olmayan mərmilərlə doldurulur. Mərmi kəməri və sement halqasını dəlib süxura daxil olduqdan sonra partlayıcı çox dərinə nüfuz etməyən əlavə çat və kanallar əmələ gətirir. (Şəkil 9.18)



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin