Şəkil 9.18. Torpedalı perforator Mədənlərdə layların açılmasında ən çox Y.A.Kolodyajnı tərəfindən təklif olunan TPK–32, TPK–22 torpedalı perforatorlar tətbiq edilir (32 və 22, mərmilərin mm-lə diametridir). Bu perforatorlar hər biri iki lülədən ibarət olan bir neçə bir–biri ilə birləşdirilmiş seksiyadan ibarətdir. Perforatorun 100 mm olan xarici diametri 6II diametrindən böyük kəməri deşməyə imkan verir. Bu növ perforatorlarla hər dəfə endirilmədə bir atəş açılır. Kiçik qabaritli perforatorların olmamasını onunla izah etmək olar ki, atəş zamanı zərbə dalğasının güclü olması mərminin gövdəsinin ölçülərinin böyük və materialın keyfiyyətinin yüksək olmasını tələb edir.
23. Quyuya qaz axınının yaradılması və quyuların mənimsənilməsi üsulları. Quyuların mənimsənilməsi dedikdə, quyudibi zonanın çirkləndiricilərdən (gilli məhlul, lil, süxur hissəcikləri və s.) təmizlənməsi və laydan quyuya maye axınının yaradılması ilə əlaqədar olan texnoloji və təşkilati işlər kompleksi nəzərdə tutulur.
Quyuda qazma, perforasiya və ya təmir işləri görüldükdən sonra mənimsənilmə prosesi aparılır. Quyuların mənimsənilməsi prosesində əsas məsələ quyudibi zonanın təbii keçiriciliyinin bərpa edilməsi və maye axınının yaradılmasıdır. Məhsuldar intervalların qazılması və açılması nəticəsində quyudibi zonanın süxurlarının təbii keçiriciliyi pisləşdiyi üçün quyuların mənimsənilməsi üzrə işlər əsasən birinci növbədə məhsuldar layın quyudibi zonasının çirklənmədən təmizlənməsi, bu zonanın süxurlarının təbii keçiriciliyinin bərpası və hətta artırılmasına yönəlir. Mövcud olan bütün mənimsənilmə üsulları quyuda olan mayenin yaratdığı təzyiqin lay təzyiqindən aşağı salınmasına əsaslanır. Bu zaman yaranan depressiya, maye və qazın laydan quyudibinə süzülməsi zamanı yaranan süzülmə müqavimətini dəf edir. Laydan maye və qazın quyuya axını aşağıdakı şərt daxilində baş verir:
(9.3)
Burada Play – lay təzyiqi; Pq.d.– quydibində mayenin ağırlığından yaranan təzyiq; Pmüq. – quyudibi zonada və qaldırıcı borularda maye və qazın hərəkəti zamanı yaranan müqaviməti dəf etmək üçün lazım olan təzyiqdir.
, onda (9.4)
Axının yaradılması üçün ya h, ya da azaldılmalıdır. Çünki mənimsənilmə zamanı lay təzyiqi əsasən sabit qalır.
– maye və qazın sıxlığı; g – sərbəstdüşmə təcilidir. Mənimsənilmədən əvvəl quyu təyinatı, istismar üsulu və axının yaradılması üsuluna müvafiq olaraq avadanlıqla təchiz edilir.
Laydan quyuya neft (qaz) axınının yaradılması üçün quyudakı mayenin quyudibinə göstərdiyi təzyiq, lay təzyiqindən az olmalıdır. Odur ki, bu məqsədlə həyata keçirilən bütün təbbirlər quyudibi təzyiqinin müxtəlif üsullrla aşağı salınmasından ibarətdir.
Yeni qazılmış neft quyularını istismara hazırlamaq üçün onları mənimsəmək lazımdır. Quyuların mənimsənilməsi aşağıdakı mərhələlərdən ibarətdir:
Məhsuldar layın açılması;
Laydan quyuya maye və qazın süzülmə axınlarının yaradılması;
Quyunun bir müddət işlədilərək quyu dibinin və quyudibi zonanın təmizlənilməsi;
Quyunun hidrodinamiki üsullarla tədqiq edilməsi. Lay parametrlərinin təyin edilməsi, debit normasının (quyunun optimal iş rejiminin) tapılması;
Quyuya yerüstü və yeraltı avadanlıqların seçilməsi və montaj edilməsi;