21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure)


Quyuya yerüstü və yeraltı avadanlıqların seçilməsi və montaj edilməsi



Yüklə 0,67 Mb.
səhifə8/18
tarix11.09.2023
ölçüsü0,67 Mb.
#142660
1   ...   4   5   6   7   8   9   10   11   ...   18
Cavablar 21-30

5. Quyuya yerüstü və yeraltı avadanlıqların seçilməsi və montaj edilməsi. Quyunun tədqiqatı nəticələrinə əsasən, yəni çıxarılmış indikator dioqramlarına və tənzimləmə əyrilərinə əsasən optimal debiti və buraxıla bilən quyudibi təzyiqi təyin edilir. Bu məlumatlara əsasən quyuağzı və yeraltı avadanlıqlar seçilir. Fontan quyularında quyunun dərinliyi və lay təzyiqini nəzərə alaraq quyuağzı, statiki və dinamiki bufer təzyiqləri hesablanır. Bu təzyiqlərə əsasən fontan armaturunun tipi seçilir və optimal rejimdəki debitinə uyğun elə ştuser seçilir ki, onu atqı xəttində quranda quyuağzı lazım olan bufer təzyiqini yarada bilsin.
Ştanqlı dərinlik nasoslarında isə tədqiqat nəticələrinə əsasən optimal rejimdəki debit norması və buraxıla bilən quyudibi təzyiqi təyin edilir. Bu təzyiqə əsasən quyudakı statiki və dinamiki səviyyələrin dərinliyi ölçülür. Bu məlumatlara əsasən nasosun quyuya endirilmə dərinliyi müəyyən edilir. Nasosun asqı (endirilmə) dərinliyi maye səviyyəsindən 30 – 40 m aşağı olur. Qaz amili çox olan quyularda asqı dərinliyini, nasosun mayeyə dalma dərinliyini 100 – 150 m götürürlər.
Nasosun asqısıyla dinamiki səviyyənin dərinliyi arasındakı fərqə nasosun mayeyə dalma dərinliyi deyilir. Nasosun asqı dərinliyinə və quyunun debit normasına əsasən Adonin dioqramından mancanaq dəzgahının tipi və dərinlik nasosunun diametri seçilir (şəkil 9.20). Debit normasını nasosun nəzəri məhsuldarlığına bərabər götürərək plunjerin gediş yolu S – in və balansirin 1 dəqiqədə yırğalanma sayı n – nin qiymətləri tapılır. Bundan sonra quyuya NKB, ştanqlar kəməri və dərinlik nasosu endirilir, quyu ağzına üçboğaz quraşdırılır və atqı xəttinə qoşulur. Eyni zamanda seçilmiş mancanaq dəzgahı quraşdırılır.

Şəkil 9.20. Adonin dioqramı

Qazlift və kompressor quyularında da fontan armaturu quraşdırılır. Bu armaturun fontan quyularının ağzında quraşdırılan armaturdan heç bir fərqi yoxdur. Lakin bir fərq ondan ibarətdir ki, fontan quyularına işçi agent vurulmur, qazlift və kompressor quyularında isə sıxılmış qaz və ya hava vurulur.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin