21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure)


Qazkondensat quyularının istismarında yaranan əngəllər və onlara qarşı mübarizə üsulları



Yüklə 0,67 Mb.
səhifə18/18
tarix11.09.2023
ölçüsü0,67 Mb.
#142660
1   ...   10   11   12   13   14   15   16   17   18
Cavablar 21-30

30. Qazkondensat quyularının istismarında yaranan əngəllər və onlara qarşı mübarizə üsulları

Qaz-kondensat yataqlarının işlənməsinin əsasları


Qaz-kondensat yataqlarının işlənmə sistemi neft və qaz yataqlarının işlənməsindən, hər şeydən əvvəl məhsulun çıxarılması və onun fiziki emal edilməsi proseslərinin qarşılıqlı əlaqədə olması ilə fərqlənir.


Müxtəlif ixtisaslı mütəxəssislərin idarə etdiyi texnoloji proseslərin vahidliyi, böyük kapital qoyuluşu, yüksək işlək təzyiq, məhsulun dağıdıcı və digər xüsusiyyətləri qaz-kondensat yataqlarının işlənmə sisteminin diqqətlə əsaslandırılmasını tələb edir.
Qaz-kondensat yatağının sənaye əhəmiyyəti hər şeydən əvvəl qaz və kondensatın miqdarı ilə müyyən edilir.
Əgər yataq lay təzyiqinin azalması hesabına istismar edilərsə, onda layda kondensatın bir hissəsi itə bilər.
Qaz-kondensat yataqları aşağıdakı üsullarla işlənə və istismar edilə bilər:
1) qazı yenidən laya vurmaqla lay təzyiqinin saxlanılması;
2) laya su vurmaqla lay təzyqinin saxlanılması;
3) lay təzyiqinin saxlanılmaması.
Laydan maksimum kondensat almaq nöqteyi-nəzərindən, qaz-kondensat yataqları təzyiqin saxlanılması yolu ilə işlənilə bilər. Karbohidrogenli yatağın xarakteristikasına və texnoloji-iqtisadi mülahizələrə əsasən lay təzyiqinin saxlanılmasının zəruri olması müyyən edilir.
Təzyiqin bir səviyyədə saxlanılmasını, yaxud bərpa edilməsini təmin etmək üçün laya müəyyən miqdar işçi agent, yəni quru qaz, hava, yaxud su vurmaq lazımdır. Lay təzyiqini saxlamaq məqsədi ilə quru qazın geriyə vurulması üçün laydan çıxarılan yağlı qazdan seperasiya-adsorbsiya üsulu ilə kondensat ayrılır.
Laya vurulan quru qazın həcmi laydan çıxarılmış yağlı qaz həcminin 30-100%-i qədər ola bilər. Laydan çıxarılan qazın həcmi laya vurulan qazın həcmindən çox olduqda, lay təzyiqi azalmağa başlayacaq, lakin təzyiqin aşağı düşmə tempi, təbii düşmə tempindən az olacaqdır. İşlənmənin başlanğıc dövründə yağlı qaz quru qazla tamamilə sıxışdırıldıqdan sonra, laydan çıxarılan qaz başqa məqsədlər üçün istifadə olunur. İşlənmənin başlanğıc dövrü 20 il çəkə bilər. Deməli, həmin dövrdə laydan ancaq kondensat çıxarılır, quru qaz isə yenidən laya vurulur. Ona görə bu üsul ancaq yatağın qaz ehtiyatı çox böyük və qaz-kondensatın tərkibində çoxlu miqdarda kondensat olduqda və xalq təsərrufatının qaza olan ehtiyacı başqa yataqların hesabına ödənilə bildikdə tətbiq edilə bilər. Misal üçün Amerikada bu üsul qazın tərkibində kondensatın miqdarı 53 sm3/m3-dan çox olduqda tətbiq edilir.
Təzyiqi saxlamaq üçün havadan istifadə etdikdə, istehlakçıları kondensatdan alınmış neft məhsulları və həm də qazla təchiz etmək olar. Lakin havadan istifadə etdikdə dövran sistemində partlayıcı qaz-hava qarışığı əmələ gəlir. Oksidləşmə prosesi gedir və atmosfer təzyiqli havanın sıxılması üçün çoxlu enerji tələb olunur. Digər tərəfdən, hava, istismar quyularında təzahür etdikdən sonra laydan çıxan hava-qaz qarışığının bir yanacaq kimi əhəmiyyəti azalır.
Təzyiqin bir səviyyədə saxlanması üçün laya işçi agent kimi vurulan su, yaxşı yuyuculuq qabiliyyətinə malikdir, ucuz başa gəlir, lay ehtiyatı və enerjisindən tam istifadə etməyə imkan verir; lakin, laya su vurulması üçün injeksiya quyularının sayı çox götürülməlidir. Keçiriciliyi az olan laylar üçün lazım olan injeksiya quyularının sayı daha çox olur və onların mənimsənilməsi çətinləşir. Lay təzyiqinin saxlanması üsulunun əsaslandırılması üçün işlənmənin texniki və iqtisadi göstəriciləri müqayisə edilməlidir.
Layda təzyiq düşməsini saxlamaqla kondensat itkisinin qarşısı tamamilə alınmır. Bunu aşağıdakı səbəblərlə izah etmək olar:
1) laya vurulan qazın (suyun) həcmi laydan çıxarılan qazın həcminə bərabər olmur;
2) sıxışdırma prosesi layı tamamilə əhatə etmir;
3) tam sıxışdırmaq olmur, yəni vurulan işçi agent yağlı qazı məsamələrdən tamamilə sıxışdıra bilmir.
Layda təzyiqin saxlanılması yolu ilə kondensat hasil edildikdə, layın kondensat ehtiyatının 85%-ə qədərini almaq olur.
Laya vurulan quru qazın həcmi laydan çıxarılan yağlı qazın həcmindən çox olduqda, kondensat ehtiyatından istifadə etmə əmsalı artır. Misal üçün laya vurulan qazın həcmi laydan çıxarılan qazın həcmindən 1,8 dəfə çox olduqda, layın kondensat ehtiyatından istifadə etmə əmsalını 92%-ə çatdırmaq olar.
Laydan yağlı qaz çıxarıldıqdan sonra işlənmə adi qaz yataqlarında olduğu kimi aparılır.
Yuxarıda qaz-kondensat yataqlarında təzyiqin saxlanması üsullarından danışdıq. Lakin qaz-kondensatın tərkibində ağır komponentlərin miqdarı az olduqda, xalq təsərrüfatı üçün qazın tez çıxarılması lazım gələrsə, yaxud yatağın ehtiyatı az olarsa, qaz-kondensat yataqları adi qaz yataqları kimi, yəni lay təzyiqi saxlanılmadan istismar edilir.
Qaz-kondensat yataqlarında gedən proseslər özünün bəzi xüsusiyyətlərinə görə neft yataqlarında həll olmuş qaz rejimində gedən prosesə oxşayır.
Həll olmuş qaz rejimində əvvəlcə lay təzyiqi neftin qazla doyma təzyiqinə bərabər olur. İstismar zamanı quyudibi təzyiqi neftin qazla doyma təzyiqindən az götürüldüyü üçün layda neftdən qaz ayrılacaq və həmin qaz laydan quyudibinə neftin hərəkət etməsində iştirak edəcəkdir. Zaman keçdikcə layın neftlə doyma əmsalı azalacaq, qazla doyma əmsalı isə artacaqdır. Ona görə də həll olmuş qaz rejimində hidrodinamik hesablamalar aparıldıqda Vikov və Botsetin əyrilərindən istifadə edilir. Qaz-kondensat yataqlarında da lay təzyiqi bir səviyyədə saxlanılmadıqda yuxarıda təsvir olunan prosesə oxşar proses gedir. Əvvəlcə lay təzyqi qazın kondensatla doyma təzyiqinə, yəni kondensatın düşmə təzyiqinə bərabər olur. Quyuları işə salmaq üçün dib təzyiqi lay təzyiqindən kiçik götürüldüyündən layda əvvəlcə quyudibinə yaxın zonada qazdan kondensat düşməyə başlayacaq və zaman keçdikcə kondensatın düşmə zonası genişlənəcək, layın kondensatla doyma əmsalı artacaq, qazla doyma əmsalı isə azalacaqdır.
Lakin həll olmuş qaz rejimindən fərqli olaraq, burada hərəkətetdirici qüvvə qazdan ayrılan kondensatın enerjisi deyil, qazın öz elastiklik enerjisi olacaqdır. Qaz-kondensat yatağını üç zonaya ayırmaq olar. Birinci, yatağın konturuna yaxın olan zona olacaqdır. Həmin zonada lay təzyqi kondensatın düşmə təzyiqinə bərabər və yaxud ondan çox olduğundan qazdan kondensat ayrılmayacaqdır. İkinci zonada qazdan kondensat ayrılmağa başlayacaqdır. Deməli, birinci zona ilə ikinci zona arasındakı sərhəddə lay təzyiqi kondensatın düşmə təzyiqinə bərabər olacaqdır. Lakin, ikinci zonada qazdan kondensatın ayrılmasına baxmayaraq layın kondensatla doyma əmsalı az olduğundan o, layda hərəkət etməyəcəkdir. Üçüncü zonada isə layın kondensatla doyma əmsalı kifayət qədər böyük olduğundan layda kondensat hərəkət etməyə başlayacaqdır. Üçüncü zona quyudibinin yaxınlığında olacaqdır. Əlbəttə, ikinci və üçüncü zonalar zamandan asılı olaraq genişlənəcəkdir. Müəyyən zaman keçdikdən sonra layın konturunda təzyiq sabit qalmadıqda birinci zona olmayacaqdır.
Qaz-kondensat yataqları lay təzyiqi saxlanılmadan istismar edildikdə layda itən kondensatın faizi 30 ilə 60 % arasında dəyişir.
Layda təzyiqin aşağı düşmə tempi az olduqda kondensat itkisi də az olur.
Qaz-kondensat yataqlarında istismar quyularının sayı qaz və kondensatın ümumi plan hasilatı, istismarda olan quyuların orta debiti əsasında təyin edilir. Quyuların debitini müəyyən etdikdə, layda təzyiqin həddindən artıq düşməsinə, kollektorun pozulmasına, quyudibi zonada kondensatın çox düşməsinə, hidrat əmələ gəlməsinə yol verilməməlidir.
Quyu gövdəsində qazın hərəkət sürəti əmələ gələn kondensatın yer üzərinə çıxarılmasını təmin etməlidir. Laya süni təsir göstərildikdə istismar quyuları bərabər şəbəkə sxemi üzrə yerləşdirilə bilər.
İnjeksiya quyuları ilə istismar quyuları arasındakı məsafəni çox götürdükdə, yağlı qazın sıxışdırılması daha effektiv olur.
Qaz-kondensat yatağının işlənmə layihəsini verdikdə hər şeydən əvvəl yatağın qaz-kondensat ehtiyatı və lay şəraitində karbohidrogenlərin halı mümkün qədər böyük dəqiqliklə aydınlaşdırılmalıdır. Bundan istifadə edərək qaz-kondensat hasilatının, ilk emal sxemi və məhsulun istifadə yolları müəyyən edilir.
Laya quru qazın geri vurulması üçün dövran prosesinin texniki-iqtisadi cəhətcə səmərəliliyi və injeksiya quyularında quyuağzı təzyiq müəyyən edildikdən sonra istismar və injeksiya quyularının sayı təyin edilir. Bu məqsədlə kəşfiyyat, konturlayıcı və məhsul verməyən quyulardan istifadə edilməsi də nəzərdə tutulmalıdır. Quyuları yataq üzrə yerləşdirdikdə yatağın geoloji xüsusiyyətləri və quru qazın yağlı qazı yuma qabiliyyəti nəzərə alınmalıdır.
Təcrübədə vurulan qazın həcmi çıxarılan qazın həcmindən 10-15% az olur. Bu, separasiya və emal zamanı kondensatdan ayrılan həll olmuş qazla mədənin daxili ehtiyaclarına sərf olunan qaz və itkilərlə əlaqədardır. Qazın bir hissəsi məhsuldar layın yüksək məsaməli hissəsində toplanır. Bundan başqa yeraltı qaz itkiləri də mümkündür.
Lay təzyiqinin bərpa edilməsinə müəyyən dərəcədə kontur sularının hərəkəti də kömək edir.
Laya vurula bilən qazın miqdarını analitik hesablamaq çətindir, çünki injeksiya quyularına vahid ağız təzyiqində vurulan qazın miqdarı böyük sərhəddə dəyişir.
İnjeksiya quyularının qəbuletmə qabiliyyəti təcrübi yolla tapılır. İnjeksiya quyularının qəbuletmə qabiliyyətini artırmaq məqsədi ilə qazla yuma üsulundan, turşu ilə işlənmə üsulundan, hidravlik yarmadan, torpedalama və s.-dən istifadə etmək lazımdır.
İlk təxmini texnoloji hesablamalar qaz-kondensat yatağının işlənməsindən alınan təcrübi və istehsal məlumatları əsasında dəqiqləşdirilir.
Neft və qaz yataqlarına nisbətən qaz-kondensat yataqlarının planlı işlənməsi xeyli çətinliklər törədir. Onların işlənmə layihəsini tərtib etmək üçün hələlik düzgün və elmi surətdə əsaslandırılmış üsul yaradılmamışdır.
İşlənmə variantlarının seçilməsində kapital qoyuluşu, istismar xərcləri və məhsulun maya dəyəri kimi iqtisadi amillərin həlledici əhəmiyyəti vardır.
İşlənmə layihəsinin müxtəlif variantlarını texniki-iqtisadi göstəricilərə görə müqayisə edib, ən səmərəli variant seçilməlidir.

11.5. Qaz-kondensat yataqlarının istismarı


Qaz-kondensat yataqlarının istismarında qarşılıqlı əlaqədar texnoloji əməliyyat-istismar quyularından yağlı qazın çıxarılması, onun emalı və adi qazın laya vurulması dəqiq yerinə yetirilməlidir. Yuxarıda qeyd edilən əməliyyatın hər biri ayrılıqda xüsusi avadanlıq tələb edir.
İstismar quyularının avadanlığı və rejimin tənzim edilməsi qaz yataqlarında olan quyulardakı kimidir.
İstismar prosesində təzyiq, temperatur, sərf, xüsusi çəki, qaz və kondensatın tərkibi diqqətli nəzarət altında olur. Quyuda quru qazın təzahürünü aşkar etmək üçün quyunun məhsulu arası kəsilmədən analiz edilməlidir.
Quyu məhsulundan maksimum kondensat almaq üçün trapdakı təzyiq, maksimal kondensləşmə təzyiqinə bərabər olmalıdır.
İstismar quyularının maksimum mümkün debiti kollektorun xüsusiyyətini və karbohidrogenlərin əks kondensləşmə şəraitini nəzərə almaqla müəyyən edilir. Bu isə bufer təzyiqi vasitəsilə quyunun iş rejimini tənzim etmək imkanını məhdudlaşdırır. Tənzimləmə həm də kondensatı emal etməkdən ötrü, avadanlığın tam istifadə edilməsini təmin etmək üçün lazımdır.
Quyuda karbohidrogenlərin kondensləşməsi quyudibində maye yığılmasına, məsamələrin tutulmasına, hidravlik təzyiqin çoxalmasına, təzyiq itkisinin artmasına və debitin azalmasına səbəb olur. Bu çətinliklərin qarşısını almaq üçün quyu qazla vaxtaşırı təmizlənməlidir.
İnjeksiya quyularının dibinin vaxtaşırı təmizlənməsi çox vacibdir. Quyunun vaxtında təmizlənməsi quyuağzı təzyiqin artmasının qarşısını alır, vurulan qaz həcminin azalmasını təmin edir, qazın əlavə sıxılma xərclərini azaldır, qaz kəmərləri və kompressorlarda baş verə biləcək təhlükələrin qarşısını alır. Təmizləmə qaz və ya su ilə yuma üsulu ilə aparılır.
İnjeksiya quyularında ağız təzyiqinin həddindən artıq artmasının qarşısını qabaqcadan almaq üçün qoruyucu klapanlar və təzyiq tənzimləyicilərindən istifadə edilir. Əgər qazın analizinə əsasən bəzi istismar quyularında quru qaz təzahürü vaxtından əvvəl müəyyənləşdirilərsə, bu quyuların hasilatı məhdudlaşdırılır. Bəzi hallarda isə quru qazın müntəzəm irəliləməsini təmin etmək üçün ayrı-ayrı istismar quyularını saxlayırlar.
Əksər istismar quyularında quru qaz təzahür etdikdən sonra dövri proses bitir, layın təbii tükənməsi başlanır, yəni yataq, adi qaz yatağı kimi istismar edilir.
Tükənmə dövründə çıxarılan qazın emalı prosesi ağır karbohidrogen almaq məqsədi ilə dayandırılmır.
Lay təzyiqi xeyli aşağı düşdükdən sonra kompressor stansiyasından qazın nəql edilməsi üçün istifadə etmək olar.
Tükənmə dövründə istehlakçılara kondensatla birlikdə quru qaz da göndərilir. Yüksək təzyiq altında olan bu qaz təbii enerji hesabına uzaq məsafəyə göndərilə bilər. Qaz çıxarılmasında injeksiya quyularından da istifadə etmək olar. Deməli, tükənmə prosesində qaz hasilatının aşağı düşməsinin qarşısını almaq üçün imkan vardır.
Tamamilə tükənmiş qaz-kondensat yatağından təbii qaz rezervuarı kimi istifadə edilə bilər.

11.6. Qazın odorizə edilməs


Yerdən hasil edilmiş karbohidrogen qazının rəngi və iyi olmur. Lakin o zəhərli qazdır. Ona görə də qazı nəql etməzdən əvvəl, yəni qaz kəmərinin başlanğıcında onu odorizə edirlər. Odoriz, fransız sözü “odöx” sözündən götürülmüş, pis iy deməkdir.
Qaza xüsusi kimyəvi maddə qoşurlar və bu maddə karbohidrogen qazına qarışaraq ondan pis iy gəlməsinə səbəb olur. Qazın sızan yerlərində pis iy gəldiyi üçün onu asanlıqla müəyyən etmək olur.
Qazı odorizə etmək üçün kəmərin başlanğıcında xüsusi bir tutum maye şəkilində olan pis iyli kimyəvi maddə ilə doldurulur və onu qaz xətti ilə əlaqələndirirlər. Əgər bu tutum doldurulursa, bu zaman o 24 saat ərzində qazı odorizə etməyə kifayət edir. Bu prosesi mütləq fasiləsiz aparmaq lazımdır. Odur ki, bu tutum hər 24 saatdan bir doldurulmalıdır.
Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin