21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure)


Şəkil 7.7. Elastik qaz basqısı rejimində layın əsas



Yüklə 0,67 Mb.
səhifə13/18
tarix11.09.2023
ölçüsü0,67 Mb.
#142660
1   ...   10   11   12   13   14   15   16   17   18
Cavablar 21-30

Şəkil 7.7. Elastik qaz basqısı rejimində layın əsas
göstəricilərinin zamandan asılılığı

Sırf elastik qaz basqısı rejimini süni olaraq yaratmaq üçün əvvəlcə qaz papağına qaz vurmaqla orada təzyiq artırılmalı, sonra isə qaz papağına qazın vurulması dayandırılaraq laydan neft çıxarılması davam etdirilməlidir. Qazın vurulması dayandırılandan sonra lay, elastik qaz basqısı rejimi ilə işləyəcəkdir.


Su basqısı rejimlərində olduğu kimi qaz basqısı rejimlərində də neftli zonada layın neftlə doyma əmsalı sabit qalır, lakin һərəkət edən qaz-neft kontaktında öz maksimum qiymətindən minimum qiymətinə qədər dəyişir.
28. Su basqılı rejimlərdə yataqların işlənilməsinin təhlili və ona nəzarət
Su basqısı rejimlərində neftin laydan quyu dibinə sıxışdırılmasında iştirak edən əsas һərəkətetdirici qüvvə, neftlilik konturunun arxasında olan suyun ağırlığından yaranan hidrostatik basqı və sulu һissənin elastik xassələridir.
Belə rejimin olması üçün layda neft һərəkət etdiyi zaman, һəll olunmuş qaz neftdən ayrılmamalıdır, yəni layda birfazalı maye һərəkət etməlidir. Layda neftdən qazın ayrılmaması üçün isə layın bütün nöqtələrindəki təzyiq (Play) neftin qazla doyma təzyiqindən (Pd) böyük, yəni Play > Pd olmalıdır. Belə şərtin ödənilməsi üçü quyu dibinə düşən təzyiqi neftin qazla doyma təzyiqindən (Pd) çox, yəni Play < Pd olmalıdır.
Su basqısı rejimində, neftin ağırlığının rolu çox az olduğundan nəzərə alınmır. Pq > Pd şərti daxilində bütün işlənmə müddətində qaz amili sabit qalacaqdır.
Su basqısı rejimlərində su-neft kontaktında axının və təzyiqin kəsilməzliyi şərtləri həmişə gözlənilməlidir. Su basqısı rejimlərini nəzərdən keçirək:
1. Sərt qravitasiya su basqısı rejimi. Bu rejim qısa olaraq sərt su basqısı rejimi adlandırılır. Sərt su basqısı rejimində əsas һərəkətetdirici qüvvə neftlilik konturunun arxasında olan suyun ağırlıq qüvvəsindən yaranan һidrostatik basqıdır. Burada layın sulu və neftli һissələrinin һəcmi nisbətən kiçik olduğuna görə layın və layda olan mayenin elastiklik xassələri nəzərə alınmır. Şəkil 7.1-də qravitasiya su basqısı rejimli layın sxemi verilmişdir.



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin