21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure)


Şəkil 9.13. Hidroqumşırnaqlı perforator



Yüklə 0,67 Mb.
səhifə2/18
tarix11.09.2023
ölçüsü0,67 Mb.
#142660
1   2   3   4   5   6   7   8   9   ...   18
Cavablar 21-30

Şəkil 9.13. Hidroqumşırnaqlı perforator

Bu zaman perforatorun taxma borucuğundan böyük sürətlə çıxan qumlu maye şırnağının kinetik enerjisi, abrazivliyi və hidromonitor effektindən istifadə olunur. Perforasiya kanallarının və deşiklərinin əmələ gəlməsi böyük sürətlə hərəkət edən maye şırnağının zərbə təsiri nəticəsində baş verir. Mayenin abrazivlik xassəsinin yüksək olması üçün ona qum əlavə edilir. Kiçik zaman müddətində qumlu maye qoruyucu kəmər, sement halqası və süxurlarda dərin perforasiya kanalları açır. Eyni zamanda perforatorun taxma borucuğundan çıxan abraziv şırnağın zərbəsi nəticəsində yaranan kanalların keçiriciliyi yüksək olur. Bu kanalların ətrafında süxurların sıxlaşması olmur və sement halqası və ya istismar kəmərinin deformasiyası baş vermir. Perforasiya, hidroqumşırnaqlı perforator aparatı (AP–6) vasitəsilə aparılır. (Şəkil 9.13)


Hidroqumşırnaqlı perforasiya üsulu, digər üsullardan aşağıdakı üsttünlükləri ilə fərqlənir:
a) Bu zaman perforasiya zonasında süxurların sıxlaşması baş vermir və onların təbii fiziki xassələri dəyişmir;
b) Sement halqası dağılmır və istismar kəmərində digər perforasiya üsullarında olduğu kimi çatlar əmələ gəlmir.
c) Laylarda daha dərin kanalların açılmasına (1 m–dən böyük) və laydan quyudibinə maye axınının daha da yaxşılaşmasına imkan yaranır;
ç) Gələcəkdə layların selektiv hidravlik yarılması və quyudibi zonanın turşu ilə işlənməsi üçün münbit şərait yaranır.

Kumulyativ perforasiya, kumulyativ təsirli partlayıcı maddələrin partlaması nəticəsində əmələ gələn yüksək təzyiqli qaz şırnağının deşici qabiliyyətinə əsaslanır. Bu partlayıcı maddə detonatorun yerləşdiyi yerin əks tərəfində olub, şaşqadan (dama) ibarətdir və kumulyativ oyuq adlanır. Kumulyativ oyuq kürəşəkilli, konusşəkilli və halqavarı şəkildə olub, metallik örtüklə örtülür. Kumulyativ effektin mahiyyəti aşağıdakı kimidir:


Partlayış dalğasının yayılması istiqamətinə simmetrik oyuğu olan partladıcının partlaması zamanı alınan məhsulların istiqamətlənmiş axını baş verir. Partlayış məhsullarının axını oyuğun səthinə hər hansı bucaq altında partlayış dalğasının hərəkəti istiqamətində yönəlmişdir. Həm də qazlar sanki oyuğun oxu boyunca fokuslanaraq kumulyativ şırnaq yaradır. Partlayış məhsullarının axın sürətinin maksimum artırılması məqsədilə oyuğun boşluğu hər hansı bir material ilə tutulmalıdır. Verilmiş istiqamətdə müəyyən formalı partladıcı vasitəsilə həyata keçirlən partlayışın təsirinin güclənməsi kumulyativ təsir, müvafiq partladıcılar isə kumulyativ partladıcılar adlanır. Qatla örtülmüş kumulyativ partladıcının ən yaxşı forması parabola formasıdır. Bu formanın əsas üstün keyfiyyətləri aşağıdakılardır:

  1. Diametr üzrə böyük deşiklər açılır;

  2. Deşmə qabiliyyəti partladıcıdan hədəfə qədər olan məsafələrdə də saxlanılır;

  3. Partlayış zamanı perforatorun korpusuna və kəmərə düşən dağıdıcı təsir çox zəif olur;

  4. Qabarit ölçüləri ən kiçik olur.

Kumulyativ şırnağın quruyucu kəmərə daxilolma prosesi su şırnağının laya daxil olması prosesi kimidir. Bu zaman qoroyucu kəmərin materialı yüksək təzyiq altında zərbə yerindən radial istiqamətdə böyük sürətlə dağıdılır. Şırnağın en kəsik sahəsi kiçik olan yer maksimal enerji sıxlığı ilə səciyyələnir və kumulyativ fokus adlanır. Oyuğu olan partladıcı partladıqda qazşəkilli partlayış məhsulları partlayıcının oxuna tərəf hərəkət edir və güclü axın kimi cəmlənir. Bu, kumulyativ şırnaq adlanır. Dağıdıcı kumulyativ şırnağın sürəti 8000-10000 m/san həddinə qədər çatır. Maneəyə rast gəldikdə yaranan təzyiq isə 30000 MPa olub, polad və süxurları deşmək üçün böyük qüvvəyə malik olur və deşdiyi materialı dağıtmır. (Şəkil 9.16)



Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin