21. Natamam quyuların növləri və natamamlığın quyu hasilatına təsiri (Not sure)



Yüklə 0,67 Mb.
səhifə5/18
tarix11.09.2023
ölçüsü0,67 Mb.
#142660
1   2   3   4   5   6   7   8   9   ...   18
Cavablar 21-30

1. Məhsuldar layın açılması. Bu üsulun seçilməsi məhsuldar layı təşkil edən süxurların fiziki – mexaniki xassələrindən (əsasən mexaniki möhkəmliyindən) asılı olur. Təzə kəşf edilmiş neft layında daban suları ola bilər. Belə olduqda daban sularının qarşısını perforasiya etmək lazım deyildir.

Su konusu


Neft
Su
Şəkil 9.19.

Burada quyuya elə iş rejimi seçmək lazımdır ki, onu istismar edəndə su konusları əmələ gəlməsin. Su konusunu ləğv etmək üçün quyunu boğmaq lazımdır. Yəni onun debitini azaltmaq lazımdır. Bəzi hallarda isə quyunu bir neçə gün bağlayıb istismar etmirlər. Belə etdikdə su konusu geriyə qayıdıb yox olur. Quyu yenidən əvvəlki debitini verir.


2. Laydan quyuya maye və qazın süzülmə axınlarının yaradılması. Məlumdur ki, maye və qaz həmişə təzyiqi yüksək olan nöqtədən təzyiqi alçaq olan nöqtəyə doğru hərəkət edir. Laydan quyuya neftin və qazın süzülmə axınını yaratmaq məqsədi ilə quyudibi təzyiqi lay təzyiqindən aşağı salmaq lazımdır. Qazmadan alınmış təzə quyu gilli məhlulla dolu olur. Gilli məhlul xüsusi çəkisi 1,2 – 2,2 Q/sm3 olur. Odur ki, bu məhlulun quyu dibində yaratdığı hidrostatik təzyiq lay təzyiqindən böyük olur. Odur ki, bu gilli məhlul ondan yüngül olan başqa maye ilə əvəz edilir. Əvvəlcə gilli məhlul su ilə əvəz edilir. Bunun üçün quyu dibinə qədər NKB endirilir və onun içindən aqreqatla quyuya təmiz su vurulur. Vurulan su gilli məhlulla qarışaraq quyudan xaric edilir. Bu proses təmiz su quyudan çıxana qədər davam etdirilir. Gilli məhlulu su ilə əvəz edəndə quyu dibindəki hidrostatik təzyiq 1,5 – 2 dəfə azalır. Belə etdikdə ola bilər ki, lay canlansın, yəni laydan quyuya neft süzülüb gəlsin. Bu halda quyunu bir müddət istismar edirlər. Bu prosesi quyudan təmiz neft çıxana kimi davam etdirirlər. Əgər belə olursa, onda neftin laydan quyuya süzülmə axını yaradılmışdır. Əgər gilli məhlulu su ilə əvəz edəndə lay canlanmırsa, yəni laydan quyuya neft axını yaranmırsa, bu o deməkdir ki, su sütununun quyu dibində yaratdığı hidrostatik təzyiq də lay təzyiqindən böyükdür. Belə halda quyudakı suyu ondan yüngül maye ilə əvəz edirlər. Belə maye kimi yüngül neftləri götürürlər. Əgər bundan sonra da süzülmə axını yaranmırsa, onda digər üsullardan istifadə edilir. Bu üsullar aşağıdakılardır:

  1. Svablama (Svabla) üsulu;

  2. Kompressor üsulu;

  3. Aerasiya üsulu;

  4. Mayenin əvəz edilməsi üsulu;

  5. Dartaylama (Jelonka ilə) üsulu.

Lay təzyiqi, layın xarakteri və onun açılma üsulundan asılı olaraq quyular, müxtəlif üsullar ilə mənimsənilir. Ən çox işlədilən mənimsənilmə üsullarını qısaca nəzərdən keçirək.

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin