5.3 Yanğının yayılmasına qarşı mübarizə və yanğın
söndürmə vasitələri
İstehsalatda və elektrotexniki qurğularının təmir
quraşdırma işlərində yanğına qarşı tədbirlər pozulduqda,
həmçinin qəza hallarında yanğına çevrilə bilən yanma
ocaqlarının
əmələ
gəlməsi
mümkündür.
Məsələn,
elektrotexniki qurğularda, harada ki, elektrik maşın və
160
aparatların izolyasiyasının, kabellərin naqillərinin və
transformator yağının yanması baş verə bilər. Bununla
əlaqədar təhlükəsizlik texnikasının qaydalarına və yerli
yanğına qarşı təlimatlarda yanğının yayılmasının qarşısını
almaq və yanma ocaqlarının ləğvi barədə tədbirlər nəzərdə
tutulur.
Açıq halda qoyulmuş kabellərin xarici zirehini
odadavamlı boyaqla rənglənir.
Kabellər
bərkidiləcək
qurğu və konstruksiyalar
odadavamlı materiallardan hazırlanmalıdır.
Elektrik maşınları quraşırılmış otaqlarda ilkin mühafizə
vasitələri – yanğın söndürən və quru qum olan yeşik olmalıdır.
Yanğının yayılmasında böyük təhlükəli yağ doldurulmuş
aparatlar
–
transformatorlar
və
açarlar
yaradırlar.
Transformator yağının yanması nəticəsində yaranan təhlükəni
məhdudlaşdırmaq üçün, transformatorun altında yağ qəbul
edən çuxur (çala) qazırlar, üstünü barmaqlıqda (şəbəkə)
örtülür və üstünə xırda daş qırıntıları (qınçıllar) tökülür.
Transformatorda yanğın baş verdikdə, onun aşağı hissəsində
quraşdırılmış krandan yağ çuxura axıdılır və beləliklə
yayılmasının qarşısı alınır.
Yağ transformatorları və yağ açarları (böyük həcmli,
60kq) saxlanılan kameraların qapılarını çətin yanan
materialdan hazırlanır. Kameradan çıxış, xaricə (yəni çölə) və
ya odadavamlı döşəməyə, divarlara və örtüyə malik otağa
olmalıdır. Bu tələbləri yerinə yetirdikdə transformatorda yağın
yanması və ya açarın partlayışı zamanı yaranan yanğının
yayılmasının (qonşu otaqlara) qarşısı alınır. Bütün otaqlarda
(harda yağdoldurulmuş aparatlar quraşdırılıb) quru qum dol-
161
durulmuş yeşik və yanğınsöndürənlər olmalıdır.
İstehsalat otaqlarında, yarımstansiyalarda və elektrik
maşınları quraşdırılmış yerlərdə ilkin yanğınsöndürən vasitələr
olmalıdır və bunlardan istifadə etməklə işçilər yanğının
yayılmasının qarşısını almalıdırlar (yanğınsöndürənlər gələnə
qədər).
Yanğını söndürmək üçün sudan, onun buxarından və
xüsusi kimyəvi maddələrdən istifadə etmək olar. Su daha ucuz
və geniş yayılmış yanğınsöndürən vasitə yayılır. Ancaq,
tezalışan mayeləri (benzin, kerosin, mineral yağı) su ilə
söndürmək olmaz (suyun sıxlığı çox olduğundan, o tezalışan
mayelərin altında yayılaraq yanma səthinin sahəsini çoxaldır).
Su ilə həmçinin, kalsium karbidi və ya silitranı söndürmək
olmaz (bu maddələr su ilə görüşdükdə yanar maddələr əmələ
gətirir). Bundan başqa su ilə gərginlik altında olan elektrik
avadanlıqlarını da söndürmək olmaz (su şırnağı ilə elektrik
cərəyanından xəsarət yarana bilər).
Qapalı (bağlı) otaqlarda yanğın söndürmək üçün su
buxarlardan istifadə etmək məsləhət görülür (buxarın
təsirindən yanar qarışıqdakı oksigenin miqdarı və onun
temperaturu azalır). Su buxarından həmçinin elektrik
maşınlarının dolaqlarında yaranan yanğını, eləcə də müxtəlif
bərk və maye halda olan yanar maddələri söndürmək üçün
istifadə olunur.
Yanğınların söndürülməsində kimyəvi köpük yaxşı
nəticələr verir. Kimyəvi köpük, köpük yaradan tozların su ilə
qarışdırılması nəticəsində alınır. Köpüyün yanğınsöndürmə
keyfiyyəti onun izoləetmə qabiliyyətinə (xassəsinə) əsaslan-
mışdır. Bu halda yanan maddənin buxarlanmasının qarşısı
162
alınır və onun üst qatı soyuyur, beləliklə yanğının
yayılmasının qarşısı alınır. Köpüklü yanğın söndürənlərin
müxtəlif tipləri (OP-5; OU-2; OU5-7) mövcuddur və
bunlardan əsasən neft məhsullarının yanması nəticəsində
yaranan yanğınları söndürmək üçün istifadə edilir.
Yuxarıda qeyd etdiyimiz texniki yanğın söndürənlərlə
yanaşı, praktikada daha sadə yanğın söndürən vasitələrdən də
(quru qum; asbest və ya kobud toxunmuş yun parçalar)
istifadə olunur. Bu cür mühafizə vasitələrini yanğın
mənbəyinin üstünə atdıqda o tezliklə sönür (oksigenin
çatışmamazlığı səbəbdən).
Yanğının tezliklə söndürülməsində xüsusi yanğın
siqnalizasiyasının rolu böyükdür. Belə siqnalizasiyanın
köməyilə yanğın yerinə təcili olaraq yanğın söndürülənlərin
komandası çağrılır. Yanğın siqnalizasiyası kimi şəhər və
zavod daxili telefon rabitəsindən istifadə edilir. Müəssisənin
bütün işçiləri şəhər və yerli yanğınsöndürən komandanın
telefon nömrələrini bilməlidir. Telefon rabitəsindən başqa
yanğınsöndürən
komandası
çağırmaq
üçün
xüsusi
siqnalizasiyadan da istifadə olunur. Xüsusi siqnalizasiya,
xəbərdaredici cihazlardan, qəbuledici stansiyadan, siqnalları
ötürən şəbəkədən və qida mənbəyindən ibarət olur.
xəbərdaredicilər kimi əllə idarə olunan və ya avtomatik
işləyən cihazlardan (istilik xəbərdaredicilər) istifadə oluna
bilər.
|