Ə. Q. Abbasov



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə1/11
tarix19.12.2016
ölçüsü5.01 Kb.
  1   2   3   4   5   6   7   8   9   10   11


 
Ə.Q.ABBASOV 
 
 
 
 
 
 
ƏMƏYİN  MÜHAFİZƏSİ 
VƏ ELEKTRİK 
TƏHLÜKƏSİZLİYİ 
 
 
   
                   
 
 
 
 
 
 
SUMQAYIT-2014 


 
Əkbər Qəzənfər oğlu Abbasov 
 
 
 
 
 
 
 
 
ƏMƏYİN  MÜHAFİZƏSİ VƏ 
ELEKTRİK TƏHLÜKƏSİZLİYİ 
 
 
 
 
Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinin 2014-ci il tarixli, 1230 
saylı  əmri  ilə  dərs  vəsaiti  kimi 
təsdiq edilmişdir. 
                                                                      
 
 
 
 
Sumqayıt 2014 


 
UDK 621.31.658.382.3(075.8) 
 
Elmi redaktor:  dosent, t.e.n A.B.Əmrəliyev (SDU) 
 
Rəy verənlər:   dosent, t.e.n  Ə.Y.İsayev  (ADNA) 
                         dosent, t.e.n  Ə.A.Yusifov  (SDU) 
 
Müəllif: baş müəllim, t.ü.f.d Ə.Q.Abbasov                                             
 
 
 
 
Əməyin mühafizəsi  
və elektrik təhlükəsizliyi 
 
 
 
 
 
 
 
 
 
 
 


 
MÜQƏDDİMƏ 
 
Ali texniki məktəblər üçün nəzərdə tutulmuş bu dərslikdə 
elektrik  qurğularının,  avadanlıqların  istismarı  zamanı 
təhlükəsizlik  texnikası 
qaydalarını  öyrənmək,  qəzalar, 
zədələnmələr,  yanğınlar,  əmək  mühafizəsinin  ümumi  və 
xüsusi məsələləri öyrənilir.  
 
 Tərtib  edilmiş  dərs  vəsaiti  ali  məktəblərdə  uyğun 
fakultələrdə  dərslik  kimi  istifadə  oluna  bilər.  Əhatə  edilən 
proqram  materialına  görə  dərsliyin  həcminin  kiçik  olduğuna 
baxmayaraq, müəllif özünün uzunmüddətli pedaqoji təcrübəsi 
əsasında,  dərsliyin  ciddi  əsaslarda  qurulub,  təlimin  aydın 
olmasını  diqqət  mərkəzindən  qaçırmamışdır,  bakalavr  və 
magistr  tədris  pillələri  üzrə  təhsil  alan  tələbələr  və 
magistrantlar üçün də faydalıdır. 
 
Müəllif güman edir ki, göstərilən keyfiyyətlərinə görə bu 
dərslik həmin fənni müstəqil öyrənənlər və təlim edənlər üçün 
mükəmməl tədris ədəbiyyatı olacaqdır. 
 
Müəllif  bu  işə  rəy  verən  dosent,  t.e.n  Ə.Y.İsayev 
(ADNA)  və  dosent,  t.e.n  K.S.Burziyevə  (AzTu)  öz 
minnətdarlığını bildirir. 
     
 
 
 
 
 
 
 


 
GİRİŞ 
 
“Əməyin mühafizəsi və elektrik təhlükəsizliyi” fənnində 
əməyin  mühafizəsi,  istehsalat  xəsarətlərinə  qarşı  xəbərdarlıq, 
peşə  xəstəlikləri  və  zəhərlənmələr,  elektrik  enerjisi 
qəbuledicilərində  yanğınlar  və  partlayışlar,  eləcə  də  müəs-
sisələrdə  əmək  mühafizəsinin  ümumi  və  xüsusi  məsələləri 
öyrənilir.  Bu isə, elektrik qurğularının layihələndirilməsində, 
quraşdırılmasında və istismarında vacibdir. 
Müasir  elektrik  qəbulediciləri,  əmək  mühafizəsi 
prinsipləri  əsasında  yaradılmış  yeni  texnika  ilə  təchiz  olunur. 
Elektrik  maşınlarının,  aparatlarının,  kabel  və  hava  xətlərinin, 
eləcə  da  paylaşdırıcı  quruluşların  konstruksiyaları,  onlara 
xidmət  edən  şəxslərin  sağlam  və  təhlükəsiz  əmək  şəraitini  
təmin etməlidir. 
Elektrik  qurğularının  istismarı  zamanı,  ağır  qəzalar  və 
adamlarda bədbəxt hadisələrə gətirib çıxaran müxtəlif zədələr 
(izolyasiyanın deşilməsi, blokirovkaların pozulması və s.) indi 
da  mövcuddur.  Elektrik  qurğularının  istismarı  zamanı,  işçilər 
tərəfindən 
istehsalat 
təlimatlarının 
və 
təhlükəsizlik 
texnikasının  qaydalarının  pozulması,  bədbəxt  hadisələrə  və 
peşə xəstəliklərinə səbəb ola bilər. 
Elektrotexniki  qurğularda  xidmət  edən  şəxslər  üçün, 
xüsusi olaraq, qəbuledici elektrik qurğularının texniki istismar 
qaydaları  və  təhlükəsizlik  texnikasının  qaydaları  qəbul 
olunmuşdur  (elektrik  enerjisinin  istehsalı,  paylaşdırılması  və 
təchizatı idarəsi tərəfindən). 
Elektrik  qəbuledici  qurğularında  təhlükəsizlik  və  əmək 
mühafizəsini  təmin  etmək  üçün  elektrik  avadanlıqlarının 


 
konstruksiyaları etibarlı və təhlükəsiz olmalıdır. 
Əmək  mühafizəsində,  istehsalat  sanitariyası  (istehsalat 
otaqlarında  normal  hava  mühiti,  işıqlanma,  ventilyasiya, 
elektromaqnit  və  radioaktiv  şüalanmasının  buraxılan  dozası, 
səsdən və titrəmələrdən mühafizə) böyük rol oynayır. 
Elektrotexniki qurğularda yanğın təhlükəsi, fəhlələrin və 
mühəndis-texniki 
işçilərin 
əməyinin 
mühafizəsi 
ilə 
əlaqədardır.  Elektrotexniki  qurğuların  yanğın  təhlükəsində 
yanğın  profilaktikası  (istehsalatda  yanğınların  yaranmasını 
xəbərdar edən tədbirlər sistemi) əsas rol oynayır.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
1.ƏMƏK MÜHAFİZƏSİ VƏ ELEKTRİK 
TƏHLÜKƏSİZLİYİNİN ƏSASLARI 
 
1.1.Əmək şəraiti 
 
Əmək  fəaliyyətində  adamların  bədənində  damarların, 
tələffüz  üzvlərinin,  əsəb  sisteminin  və  qan  dövranının  işi  ilə 
əlaqədar  biokimyəvi  proseslər  baş  verir.  Bu  halda  insan 
bədəni,  qida  məhsullarının  oksidləşib  parçalanması  üçün 
müəyyən  miqdarda  oksigen  tələb  edir.  İstehsal  şəraitində 
insanlar  tərəfindən  görülən  iş,  sərf  olunan  əzələ  və  əsəb 
enerjilərinin  qiyməti  ilə  təyin  olunur.  Bir  sıra  hallarda  əsəb 
enerjisi  əzələ  enerjisindən  çox  sərf  edilir.  Məsələn, 
kommutasiya  aparatlarla  distansion  (uzaqdan)  idarədə  çox 
cüzi  fiziki  qüvvə  tələb  olduğu  halda,  elektrik  şəbəkələrində 
mürəkkəb  əməliyyatları  apardıqda  böyük  əsəbi  enerjisi  sərf 
olur.  
İnsan  əməyinin  intensivliyi,  bədənin  gərginliyinin  elə 
dərəcəsidir ki, burada adamların sağlamlığına xələl gətirmədən 
bütün iş vaxtı və müasir texniki vasitələrdən istifadə edilməklə 
fiziki və əsəbi enerjilərinin sərfi tələb olunur.  
Əməyin  intensivliyi  aşağıdakı  faktorlardan  asılıdır: 
sosial  şərait  (kollektivdə  əməyin  xarakteri,  texnikanın 
səviyyəsi  və  təhlükəsizlik  şəraiti,  maddi  maraq),  xarici  şərait 
(klimatik  və  sanitar-gigiyena  şəraiti),  yaşayışın  sosial-iqtisadi 
şəraiti (sağlamlıq, qida ev və s.) və bəzi fərdi faktorlar. 
Əmək  şəraitini  düzgün  təşkil  etmədikdə,  adam  tez 
yorulur, onun diqqəti azalır və xəsarət alma təhlükəsi artır. 
Normal  iş  şəraitinin  yaradılmasında  əsas  təsir  göstərən 


 
faktorlar:  iş  yerinin  işıqlandırılması,  havanın  vəziyyəti 
(nəmlik, temperatur, təzyiq, təmizlik), avadanlıqların yaratdığı 
səs və vibrasiyalardır. 
Fəhlələr  və  mühəndis-texniki  işçilər  üçün,  kimlər  ki, 
elektrik  qurğularına  və  elektrikləşdirilmiş  istehsal  aqreqat  və 
cihazlara  xidmət  edir,  elektrik  cərəyanının  xəsarətindən  tam 
təhlükəsiz olmalıdır. 
Əgər  istehsalatda  ətraf  mühit  təhlükəsizlik  normalarına 
cavab  vermirsə  və  işçilərin  sağlamlığına  zərərli  təsir 
göstərirsə,  belə  mühit  zərərli  mühit  sayılır.  Zərərli  istehsalat 
təsirlərə qeyri-kafi meteroloji şərait, xoşagəlməyən işıqlanma, 
radioaktiv  şüalanmasının  və  elektromaqnit  sahələrinin 
mövcudluğu, istehsalatda olan toz, zərərli buxarlar, qazlar, səs, 
vibrasiyalar  və  nəhayət  bədəndə  yaranan  ümumi  fiziki 
gərginlik  (məsələn,  əzələlərin  artıq  yüklənməsi,  əsəblərin 
həddən artıq gərilməsi və s.) aiddir. 
Zərərli  istehsalat  şəraitinə  həmçinin  akkumulyator 
sexlərindəki və elektrik qaynaq işlərini göstərmək olar. Bu cür 
işlər,  kəskin  peşə  xəstəliklərinə  (zəhərlənmə,  böyük  dozada 
şüalanma və s.) səbəb olur. 
İstehsalatda  işçilərin  normal  işini  təmin  edən  texniki 
sənədlərdə işlərin təhlükəsiz yerinə yetirilməsi üçün kompleks 
tədbirlər (çəpərlər, mühafizə vasitələri, istehsalat təlimatları və 
s.) nəzərə alınıb. 
İstehsalat  avadanlıqlarının  layihələndirilməsində  və 
istehsalatın  texnologiyasını  yaratdıqda,  istismar  şəraitində 
texniki  təhlükəsizlik  qaydalarını  nəzərə  almaq  vacibdir.  Qeyd 
etmək  lazımdır  ki,  baxılan  halda  istehsalatın  maksimum 
dərəcədə  mexanikləşdirilməsi  və  avtomatlaşdırılması  çox 


 
vacibdir. 
Son illər elektrik-quraşdırma, təmir və istismar işlərində 
mexanikləşdirmədən geniş istifadə olunur. 
 
1.2 Əməyin gigiyenası və iş yerinin təşgili 
 
Adamların  əmək  fəaliyyəti  prosesində  (istehsalat 
şəraitində) bədbəxt hallar aradan götürülməyib. 
Bədbəxt 
hadisə 
dedikdə, 
gözlənilmədən  xarici 
təsirlərdən  adamın  zədə  alması  və  onun  sağlamlığının  qeyri-
normal  hala  keçməsi  başa  düşülür.  Xarici  təsirlər  mexaniki, 
elektriki  və  istilik  xarakterli  olur.  Bədənin  zədələnməsi, 
əzilmələr və yaralanmalar, istilik və kimyəvi yanıqlar, elektrik 
cərəyanının təsirindən alınan  xəsarətlər və  şaxtanın  təsirindən  
yaranan donmalar şəklində ola bilər. 
Zədələnmənin  dərəcəsindən  asılı  olaraq,  adamların 
məruz  qaldığı  travmalar  müxtəlif  olur:  mikrotravmalar 
(zədənin  təsirindən  insanın  bədəni  iş  qabiliyyətini  itirmir), 
müvəqqəti  olaraq  iş  qabiliyyətini  itirən  travmalar,  ağır 
travmalar  (qismən  və  ya  tam  iş  qabiliyyəti  itir),  ölümlə 
nəticələnən travmalar. 
Əgər eyni vaxtda bir neçə adam zədələnibsə, buna qrup 
travması deyilir. Xoşagəlməyən, yəni ağır istehsalat şəraitinin 
(məsələn, zərərli şüaların təsiri, səs, vibrasiya və s.) təsirindən 
adamların  sağlamlığının  tədricən  pisləşməsinə  peşə  xəstəliyi 
deyilir. 
Adamların  bədənində  istehsalat  şəraitində  zəhərli 
maddələrin təsirindən yaranan xəstəliklər, peşə zəhərlənmələri 
adlanır. Bu xəstəliklər ciddi və xronik ola bilər. 

10 
 
İstehsalatda  bədbəxt  hadisələrin  qarşısını  almaq  üçün, 
istehsal  travmalarının  səbəblərini  bilmək  vacibdir.  Bunlara 
misal  olaraq  texniki,  təşkilatı  və  sanitar-gigiyena  səbəblərini 
göstərmək olar. 
Texniki səbəblərə aiddir: 
a)
 
Elektrik 
avadanlıqlarında, 
mexanizmlərdə 
və 
nəqliyyat 
vasitələrində 
olan 
konstruktiv 
çatışmamazlıqlar, 
b)
 
Texnoloji proseslərin tam başa çatdırılmaması, 
c)
 
Çəpərlərin, 
qoruyucuların 
və 
blokirovkaların 
olmaması, 
Təşkilatı səbəblərə aiddir: 
a)
 
texnoloji prosesin və istehsal təlimatının pozulması, 
b)
 
əməyin düzgün təşkil olunmaması, 
c)
 
iş yerlərinin düzgün təşkil edilməməsi, 
d)
 
mühəndis-texniki 
işçilər 
tərəfindən 
düzgün 
rəhbərliyin olmaması. 
Sanitar-gigiyena səbəblərinə aiddir: 
a)
 
istehsal  otaqlarında  meteroloji  şəraitin  pozulması 
(qeyri-normal  temperatur,  yüksək  nəmlik,  küləyin 
sürətinin böyük olması), 
b)
 
qeyri-rasional  süni  işıqlanma,  təbii  işıqlanmanın 
azlığı,  
c)
 
havanın  həddən  artıq  zəhərli  buxarlarla,  qazlarla  və 
toz qarışıqları ilə çirklənməsi
d)
 
sağlamlığa  ziyan  olan  radioaktiv  və  elektromaqnit 
şüalarının mövcudluğu, 
e)
 
otaqda buraxılmayan həddə səs-küy və vibrasiya, 
f)
 
fəhlələr  tərəfindən  şəxsi  gigiyena  qaydalarının 

11 
 
pozulması, istehsalat otaqlarında antisanitar vəziyyət, 
g)
 
işçilərin  sağlamlığı  üzərində  lazımi  tibbi  nəzarətin 
olmaması. 
Kəskin  zəhərlənmə,  istilikdən  yanıq,  donma,  hallarının 
istintaqı aparılır və bədbəxt hadisə kimi qeydə alınır.  
İş yerinin təşkiliİstehsal prosesini yerinə yetirmək üçün 
işçinin daimi və periodik gəldiyi yer, iş yeri adlanır. Məsələn, 
yarımstansiyada  olan  növbətçinin  iş  yeri  idarə  otağı,  sex 
elektrik avadanlıqlarına xidmət edən növbətçinin iş yeri, sexdə 
onun  üçün  ayrılmış  otaq,  təmir  işçilərinin  iş  yeri  isə 
emalatxana və ya təmir sahəsi sayılır.  
İş  yerini  təşkil  etdikdə,  əsasən  fəhlənin  iş  görən  vaxt 
tutduğu  vəziyyəti,  iş  zonasının  təyini,  idarə  orqanlarının  və 
alətlərinin yerləşdirilməsi nəzərdə tutulur. 
Düzgün  seçilmiş  iş  vəziyyətinə  (poza  -  oturmuş  və  ya 
ayaq  üstə),  hansı  ki,  hərəkətin  xarakterindən  asılıdır,  fəhlə  az 
enerji  sərf  etməklə  iş  görə  bilər.  Ağır  işlər  (elektrik  alətlərilə 
görülən  işlər,  elektrik  avadanlıqlarının  çilingər  alətlərilə 
bərkitdikdə, 
kommutasiya 
aparatlarının 
əməliyyat 
çevrilmələri) adətən ayaq üstə görülür. 
Maşın  və  cihaz  sistemlərinin  idarə  orqanlarının  düzgün 
layihələndirilməsi  və  operatorun  iş  zonasında  onların  optimal 
yerləşdirilməsi iş yerinin təşkilində vacib sayılır. İdarə sistemi 
əl  və  ya  ayaqla  idarə  oluna  bilər.  Elektrik  qurğularında  bir 
qayda olaraq, əllə idarədən istifadə olunur. 
İdarə  orqanları  müxtəlif  tiplərdə  ola  bilər:  düymələr, 
dəstəklər, klavişlər, dartıcılar və s. 
Xüsusən  elektrik  quraşdırıcılarının  və  təmirlə  məşğul 
olan  adamların  iş  yerlərinin  təşkil  etdikdə,  onların  lazımi 
tərtibatlar və mühafizə vasitələrilə təmin olunması vacibdir. 

12 
 
1.3 İstehsalat sahələrinin işıqlandırılması 
 
Təhlükəsiz  və  yüksək  məhsuldarlığa,  ancaq  iş  yerini 
yaxşı  işıqlandırdıqda  nail  olmaq  mümkündür.  İşıqlanma  təbii 
və süni ola bilər. 
Təbii 
işıqlanma,  binaların  divarlarında  açılmış 
pəncərələrdən və ya bir mərtəbəli binalarda quraşdırılan şəffaf 
örtüklər  hesabına  yaradılır.  Şəffaf  bina  örtükləri  şüşə-beton 
materialından  hazırlanır.  Otağı  təbii  işıqla  yaxşı  işıqlan-
dırdıqda, orda işləyən adamların psixikasına yaxşı təsir edir və 
onlarda 
müsbət 
emosiyalar 
yaradır, 
əhval-ruhiyyəni 
yaxşılaşdırır  ki,  bunlar  da  öz  növbəsində    işçinin  əmək 
məhsuldarlığını artırır. 
Təbii 
işıqlanmanı 
qiymətləndirmək 
və 
reqlamentləşdirmək üçün təbii işıqlanma əmsalı qəbul olunub, 
otaqda  hər  hansı  nöqtədəki  işıqlanmanın  (E
B
),  eyni  vaxtda 
çöldəki  üfiqi  müstəvinin  ixtiyari  nöqtəsindəki  səma 
işıqlanmasına (E
C
) olan nisbətlə xarakterizə olunur: 
%
100


C
B
E
E
e
 
İstehsalat  sahələrində  (otaqlarda,  binalarda)  sanitar 
normalarına  görə  işıqlanma  əmsalının  minimal  qiyməti  (e
min

nəzərə  alınıb,  işin  dəqiqliyindən  asılı  olaraq  (0,25

3,5)%  ola 
bilər. Səthlərin işıqlığını (lükslərlə), xüsusi cihazla (lüksmetr) 
ölçülür.  
Otaqlarda  təbii  işıqlanmanın  hesabatını,  otağın  müxtəlif 
nöqtəsindəki  təbii  işıqlanma  əmsallarının  qiymətlərinə  görə 
aparılır.  

13 
 
Elektrik  işıqlanması.   Müxtəlif bina və otaqlarda, açıq 
sahələrdə  süni  işıqlanmanı,  elektrik  işıqlanma  mənbələrinin 
(közərmə  lampaları,  lyuminisent  və  qövs  lampaları)  hesabına 
yaradılır. İstehsalat otaqlarını və elektrik qurğularının müxtəlif 
obyektlərini 
işıqlandırmaq  üçün  əsasən  lyuminessent 
lampalarından (aşağı və yüksək təzyiqli) istifadə olunur. 
Düzgün və gigiyenik işıqlanması yaratmaq üçün, mənbə 
tərəfindən işığın rasional paylanması təmin olunmalıdır.  
Rasional  və  gigiyenik  işıqlandırmanı  yaratmaq  üçün 
işıqlandırıcı armaturlardan istifadə olunur. 
İşığın  paylanması  qabiliyyətinə  görə  çıraqlar,    düz  və 
səpələnmiş işıqlanma,    əks olunmuş işıqlanma üstünlük təşkil 
etməklə  və  əks  olunmuş  işıqlanma  yaradan  olmaqla 
fərqlənirlər. 
Elektrik  işıqlandırılması,  ümumi  işıqlandırma  və  ya 
kombinə edilmiş işıqlandırma sistemində yerinə yetirilə bilər. 
Elektrik  işıqlandırılması,  istehsalatda  normal  işi  təmin 
edən  işçi  və  işçi  işıqlandırma  söndürüldükdə  fəaliyyət 
göstərilən  qəza  işıqlanmaya  bölünür.  Qəza  işıqlandırması, 
normal istehsal işlərinin və ya ancaq təhlükəsiz olaraq işçilərin 
köçürülməsini (evakuasiya) təmin olunmasına hesablanır. 
İstehsal otaqlarda işçi səthlərin işıqlılığı normadan aşağı 
(obyektlərin ölçülərindən və istehsalatın xarakteristikalarından 
asılı  olan)  olmamalıdır.  Bu  normalardan  asılı  olaraq, 
lampaların  gücünü,  onların  sayını  və  tavandan  olan  məsafəni 
seçirlər. 
Lüminessent lampalardan istifadə etdikdə eyni miqdarda 
elektrik  enerjisi  sərfində  közərmə  lampalara  nisbətən  1,  5-2 
dəfə artıq işıqlanma alınır. 

14 
 
Elektrik  işıqlandırmanın  quruluş  və  istismarına 
aşağıdakı əsas tələblər qoyulur: 
1.  Çıraqlar  elə  qaydada  yerləşdirilməlidir  ki,  onlara 
təhlükəsiz  xidmət,  əsas  elektrik  avadanlığından  gərginlik 
açılmadan  mümkün  olsun  (qapalı  paylaşdırıcı  quruluşların 
yerləşdiyi kameradan başqa). 
2.  Közərmə  lampasının  sıxaclarında  gərginliyin  rəqs 
etməsi  (artıb,  azalması)  tez-tez  və  kifayət  dərəcədə 
olmamalıdır (bununla əlaqədar lampanın işıq seli də dəyişir). 
3.  İşıqlandırıcı  qurğular,  güc  şəbəkələrindən  və  güc 
qurğularının (transformatorlar) qidalandığı mənbədən qidalana 
bilər.  Bu  halda közərmə  lampalarının  sıxaclarında  gərginliyin 
dəyişməsi normadan (-2,5

5) 

 qədər olmalıdır.  
4.  Ümumi  işıqlandırma  üçün  istifadə  olunan  çıraqları 
qidalandırmaq  üçün  gərginliyin  qiyməti  220V-dan  çox 
olmamalıdır.  Bu  halda  daha  təhlükəli  otaqlarda  və  elektrik 
cərəyanından xəsarət alma təhlükəsi daha yüksək olan yerlərdə 
lampanın  asma  hündürlüyü  döşəmədən  2,5m-dən  az 
olmamalıdır.  Lüminessent  lampalarını  (220V-da  işləyən) 
2,5m-dən az məsafələrdə quraşdırmağa icazə verilir. Bu şərtlə 
ki,  onun  kontakt  hissələrinə  təsadüfən  toxunmaq  mümkün 
olmasın.  
5.  Yüksək  təhlükəsi  olmayan  otaqlara  yerli  stasionar 
işıqlandırma  yaratmaq  üçün  közərmə  lampalı  çıraqları 
qidalandırmaq üçün 220V gərginlikdən istifadə edilməyə icazə 
verilir.  Yüksək  təhlükəli  və  xüsusi  təhlükəli  otaqların 
işıqlandırılmasında  uyğun  olaraq  36V  və  12V  gərginlikdən 
istifadə olunur.  
Nəm,  xüsusi  nəm,  isti  və  kimyəvi  aktiv  mühitə  malik 

15 
 
otaqlarda  yerli  işıqlandırma  üçün  xüsusi  armaturlarda  olan 
lyuminesent lampalardan istifadə etməyə icazə verilir.  
Çıraqları  şəbəkədən  qidandırmaq  üçün  alçaldığı 
transformatorlardan  (avtotransformatordan  istifadə  olunmağa 
icazə verilmir) istifadə olunur.  
6.  İşıqlandırma  qurğularına  təhlükəsiz  xidmət  şərtlərinə 
görə,  alçaq  gərginlikli  lampaları  qidalandırmaq  üçün  istifadə 
olunan ştepselli ayrıcılar, 220V qidalanan ştepselli ayrıcılardan 
fərqli olmalıdır (səhv qoşmanın qarşısını almaq üçün).  
7.  Bilavasitə  neytrala  malik  üçfazalı  transformatorla 
qidalanan  qurğularda  istifadə  edilən  lampaların  yivli  hissəsi 
sıfır naqilinə birləşdirilməlidir (fazaya birləşdirmək olmaz), bu 
halda  gərginlik  altında  olan  lampanı  dəyişdikdə  təhlükə 
azalmış  olur.  Adətən  lampaları  dəyişdikdə  gərginlik 
açılmalıdır.  
  
1.4 İstilik, elektromaqnit və radioaktiv 
şüalanmalardan mühafizə 
 
İstilik şüalanmasından mühafizə 
 
İstilik  şüalanmasında  şüa  şəklində  olan  enerji  dalğa 
uzunluğu  10mm  qədər  olan  infraqırmızı  şüalar  formasında 
yayılır.  Bütün  qızdırılan  cisimlər  istilik  şüalanması  mənbəyi 
ola  bilər.  İstehsalat  şəraitində  istilik  şüalanması  mənbəyi-
buxar  qazanlarının  xarici  divarları,  istilik  boruları,  istehsalat 
maşınlarının gövdələri və qızdırıcı cihazlar ola bilər. Əridilmiş 
və  qızdırılmış  metallar  da  həmçinin  infraqırmızı  şüalanmanın 
mənbəyi ola bilər.  

16 
 
Otaqda  havaya  ayrılan  istilik  miqdarı,  tikinti  həcminin 
1m
3
 həcmindəki istiliklə qiymətləndirilir. Şüa şəklindəki istilik 
enerjisi  hava  tərəfindən  udulmur,  daha  çox  qızmış  səthdən 
istilik  az  qızmış  səthlərə  hava  ilə  ötürülür.  Havanın  özü 
qızdırılmış cisimlərdən konveksiya yolu ilə qızır.  
İstehsal  otaqlarında  havanın  temperaturu  və  nəmliyi 
yüksək  olmamalıdır,  eyni  zamanda  havanın  hərəkəti  hiss 
olunmalıdır.  
Sənaye  müəssisələrinin  layihələndirilməsində  otaqların 
xarakteristikasından (temperaturaya görə) və görüləcək işlərin 
kateqoriyasından  asılı  olaraq  sanitar  normalara  görə  havanın 
temperaturu təyin olunur (ilin fəsillərindən asılı olaraq).  
Əgər 
işçilərin 
yaxınlığında 
istilik 
şüalandıran 
(səpələyən)  qızdırılmış  cisimlər  vardırsa,  onların  dərisinin  və 
ümumiyyətlə bədənlərinin qızması təhlükəsi yaranır. 
Adamın bədənində yaranan istilik onun fiziki yükündən, 
istiliyin  verilməsi  isə  ətraf  mühitin  meteoroloji  şəraitindən 
asılıdır.  
Orqanizmin  temperaturu  hiss  olunacaq  dərəcədə 
artdıqda,  ürək-damar  sisteminin  normal  işini  pozan  xəstəlik 
yaranır.  Bu  cür  qəflətən  xəstələnmə  (istilik  zərbəsi) 
ağırlaşdıqda ölümlə nəticələnə bilər.  
Otaqda  olan  istilik  mənbələrindən  və  qızdırılmanın 
təhlükəsindən asılı olaraq, normal mikroiqlimi saxlamaq üçün 
ventilyasiyadan  və  ya  hava  kondensionerlərindən  istifadə 
olunur. 
İstilik şüaları havadan fasiləsiz keçdiyindən ventilyasiya 
və soyuducular insan orqanizmini onlardan tam qoruya bilmir. 
Adamları istilik şüalarından qorumaq üçün əsas tədbir, onların 

17 
 
mənbələrini  ləğv  etməkdir.  Bundan  başqa  ekranlardan  və 
azistilikkeçirən  materiallardan  (asbest,  şifer  və  s.)  istifadə 
etmək  olar.  Fərdi  mühafizə  üçün  isə  xüsusi  geyimlərdən 
(mahlıc və brezent paltarları, işıq süzgəclərinə malik eynəklər, 
üzvi şüşədən hazırlanmış arakəsmələr) istifadə edilir.  
          
  1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə