28
aparatlarının
keyfiyyətsiz
sazlanmasından,
şinlərin
izolyatorlara zəif bərkidilməsindən, kollektorların səthlərinin
pis emalından və asinxron mühərriklərinin iki fazada
işləməsindən və s. Səslərin səviyyəsini azaltmaq məqsədi ilə
maşın və aparatları örtmək üçün səslərdən izoləedici müxtəlif
quruluşlardan (örtüklər və s.) istifadə olunur. Hiss olunacaq
dərəcədə səslərin azaldılmasına divarların səs uducu
materiallarla örtməklə nail olurlar. Səs uducu materialları
adətən liflərdən və ya parçalardan hazırlayırlar.
Bina konstruksiyalarının vibrasiyasını (maşınların
hərəkətlərindən) azaltmaq üçün, onların altına amortizatorlar
(rəqsləri söndürənlər) qoyurlar.
Elektrik mühərriklərinin və dəzgahların səsini və
vibrasiyasını azaltmaq üçün aşağıdakı tədbirlər görülür:
keyfiyyətli və etibarlı diyircəklər tətbiq edilir, maşınlar dəqiq
yığılır, az səsli işçi çarxlardan istifadə olunur, metal çarxlar
plasmast çarxlarla əvəz edilir.
İşçilərin səslərdən (gurultudan) fərdi qorumaq üçün,
muma və ya qliserinə hopdurulmuş pambıqdan və ya yumşaq
rezindən hazırlanmış tıxaclardan, bəzi hallarda isə qulaqları
sıx bağlayan xüsusi geyimlərdən (şlem) istifadə edilir.
Ayaqlardan
bədənə
ötürülən vibrasiyalardan və
sarsıntılardan qorumaq üçün keçədən və ya qalın rezin altlığa
malik ayaqqabıların geyinməsi məsləhətdir.
Dostları ilə paylaş: