Ə. Q. Abbasov


 Paylaşdırıcı qurluşların, güc transformatorlarının və



Yüklə 5.01 Kb.

səhifə10/11
tarix19.12.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

4.3 Paylaşdırıcı qurluşların, güc transformatorlarının və 
elektrik maşınlarının quraşdırılması 
 
Paylaşdırıcı  qurluşların,  güc  transformatorlarının  və 
elektrik  maşınlarının  quraşdırılması,  elektrik  avadanlıqlarının 
ağır  hissələrinin  yerdəyişdirilməsi,  müəyyən  hündürlüyə 
qaldırılması  və  bəzi  çilingər  işlərinin  görülməsi  ilə  əlaqədar 
olduğundan  adamların  əzilməsi  və  yaralanması  halları 
mövcuddur. 
Çəkisi  20kq-dan  çox  olan  avadanlıq  və  konstruksiya 
hissələrini iki işçi qaldırmalıdır, 50kq-dan  yuxarı isə blokların 
və ya bucurqardların köməyilə qaldırılır. 
Ayrıcıları,  qısa  qapayıcıları  və  digər  kostruksiyalarının 

149 
 
yerini  dəyişdikdə  və  qaldırıldıqda,  onların  dəstəklərini 
“qoşulub” vəziyyətində olmalıdır. Bütün kəsicilər, avtomatlar, 
elektromaqnit  intiqalları  və  başqa  yayla  ilkin  vəziyyətə 
qaytarılan  aparatları  “açılıb”  vəziyyətində  yerini  dəyişdirilə 
bilər. 
Avtomatik  inteqala  malik  kəsicilərin,  ayrıcıların  
tənzimlənməsi zamanı təsadüfən inteqalların birləşdirilməsi və 
açılmasının  qarşısını  alan  tədbirlər  görülməlidir.  Bunun  üçün 
idarə dövrlərindən əriyən telli qoruyucular çıxarılır. 
Transformatorları 
dəmiryol 
platformalardan 
boşaldılarkən,  mütləq  mailliyi  10
0   
-dən  çox  olmayan  enişdən  
(qabaqcadan  hazırlanmış)  istifadə  olunmalıdır.  Enişdən  
istifadə  edib  iş  görən  zaman,  bucurqarddan  istifadə  etməklə 
əks istiqamətdə tormozlama momenti yaradılır. 
Nüvəni  transformatorun  bakından  (gövdəsindən) 
çıxartdıqda  və  ya  daxil  etdikdə,  nə  nüvədə,  nə  də  bakda 
müəyyən  işlər  görməyə  icazə  verilmir.  Bu  işləri    nüvəni 
bakdan  tam  xaric  etdikdən  və  möhkəm  oturacaqda 
yerləşdirdikdən  sonra aparıla bilər. 
Bəzən 
güc  transformatorunun  qapağı  yarımçıq 
qaldırılmış  vəziyyətdə  işlər  görmək  lazım  gəlir.  Qapağın 
gözlənilmədən  düşərək,  qəza  vəziyyətinin  yaratmasının 
qarşısını almaq üçün, qapaqla gövdə arasında etibarlı dayaqlar 
qoymaq tələb olunur.  
İri  elektrik  maşınlarının  və  fırlanan  çeviricilərinin 
quraşdırılmasında,  özül  və  oturacağın,  stator  və  rotoru  üçün 
yastıq  dayaqların  hazırlanması,  sürüşmə    yastıqlarının 
sazlanması,  yarımmuftalarının və şkivlərin valda oturdulması 
və firça mexanizmlərinin quraşdırlması tələb olunur. 

150 
 
Qeyd  olunan  işləri  yerinə  yetirdikdə  rotorun  stator 
hissəsindən  çıxarılması  və  yenidən  qoyulması,  muftaların, 
şkivlərin  və  s.  valda  oturtmaq  və  ya  çıxarmaq  üçün  xüsusi 
tərtibatlardan,  paza  malik  qaldırıcılardan  (domkratlar), 
pnevmatik  alətlərdən  istifadə  olunur.  Bütün  tərtibatlar,  alətlər 
və mexanizmlər tam işə yararlı vəziyyətdə olmalıdır. 
Elektrik  avadanlıqlarının  yük  qaldıran  maşınlarla 
qaldırılması,  bu  məqsədlə  nəzərdə  tutulmuş  hissələrdən 
(məsələn,  bolt,  kronşteyn  və  s.)  istifadə  etməklə  yerinə 
yetirilməlidir.  Əks  halda  yük  düşə  bilər,  adamlara  xəsarət 
yetirə bilər və nəhayət avadanlığın əzilməsinə gətirib çıxarar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 35. Mühərriklərin çatı ilməsi (buraz)  
a-düzgün; b - qeyri-düzgün (düzgün olmayan) 
 
 
 

151 
 
4.4 Daxili elektrik şəbəkələrinin və idarə aparatlarının 
quraşdırılması 
 
Elektrik  şəbəkələrinin  quraşdırılması,  adətən  müxtəlif 
mexanikləşdirmə  vasitələrinin  tətbiqi  ilə  aparılır.  Quraşdırma 
işləri iki mərhələdə aparılır: 
1)
 
elektrik  enerjisi  ötürülən  trassanın  hazırlanması, 
deşmə və bərkitmə əməliyyatların yerinə yetirilməsi; 
2)
 
naqillərin, şitlərin və aparatların qoyuluşu. 
Elektrik  quraşdırıcısı  işçilərinin  paltarı  bədənə  sıx 
olmalıdır və başı geyimli və ya yüngül mühafizə kaskasından 
istifadə etməlidir. Deşiklər açan zaman mühafizə kaskasından 
istifadə etməlidir. Deşiklər açan zaman mühafizə eynəklərdən 
istifadə  olunmalıdır.  Boruları  əydikdə,  onlardan  naqillər 
çəkdikdə,  naqillərə  və  troslara  dartılma  qüvvələri  tətbiq 
etdikdə,  işçilər  mütləq  brezent  əlcəklər  geyinməlidir. 
Lehimləmə və qaynaq işlərində isə mühafizə eynəklərindən və 
əlcəklərdən istifadə edilməlidir. Dayaqlarda en kəsiyi 4mm
2
 –
dən  çox  olan  naqillərin  çəkilişi  zamanı  quraşdırılmış 
nərdivanlardan 
yox,  şəkillərdən  istifadə  olunmalıdır. 
Quraşdırma  nərdivanların uzunluğu 5m-dən çox olmamalıdır. 
Nərdivanın  yuxarı  (ikinci  pilləsində)  pillələrində  durub  və  ya 
iki  işçinin  birlikdə  işləməsinə  icazə  verilmir.  Nərdivanların 
aşağı  uclarına  mismarlar  vurulur  və  ya  rezin  sonluqlar 
geydirilir (sürüşmənin qarşısını almaq üçün). 
Qrup  halında  olan  şitləri  və  kommutasiya  aparatlarını 
xüsusi konstruksiyalarda quraşdırmazdan öncə, onların etibarlı 
bərkidilməsinə  fikir  verilməlidir.  Müəyyən  hündürlükdə 
quraşdırılmış  aparatlarının  düşməsinin  qarşısını  almaq  üçün 
onları konstruksiyaya birləşdirmək vacibdir. 

152 
 
5. YANĞIN PROFİLAKTİKASI VƏ ELEKTRİK 
QURĞULARINDA   YANĞININ SÖNDÜRÜLMƏSİ 
 
5.1 Yanma və yanğın təhlükəsi 
 
Ölkəmizdə 
sənaye 
müəssisələrinin 
yanğından 
mühafizəsinə böyük diqqət yetirilir. 
Yanğına  qarşı  texnikanın  inkişafına  aid  hərtərəfli  və 
sistematik  işlərin  aparılması  və  yanğın  profilaktikasına  aid 
tədbirlərin  hazırlanması  Fövqəladə  Hallar  Nazirliyinin 
nəzdindəki  yanğından  mühafizənin  baş  idarəsinə  həvalə 
olunmuşdur. 
Yanğın profilaktikasına aid məsələlər, Elmlər 
akademiyasının institutlarında, elmi-tədqiqat institutlarında və 
ali məktəblərdə həll edilir.  
Yanma və partlayış. Yanma maddənin havanın oksigeni 
ilə birləşərək sürətlə gedən kimyəvi reaksiya olub, ətrafa istilik 
və  işığın  saçması  ilə  müşahidə  olunur.  Yanma  həmçinin  bir 
sıra  maddələrin  təkcə  oksigenlə  yox,  digər  reagentlərlə 
(məsələn, bromun, kükürdün, xlorun buxarları) birləşməsindən 
baş verə bilər. 
Yanma  prosesi  başlayandan  sonra,  alışmanın  daimi 
mənbəyi  bilavasitə  yanma  zonası  olub,  ordan  istilik  və  şüa 
formasında enerji ayrılır. 
Yanan  maddələr  kimi  müxtəlif  bərk  maddələr  (kömür, 
ağac,  kağız,  kauçuk,  kükürd,  steorin  və  s.,  mayelər  (neft, 
mazut,  kerosin,  benzin,  benzol,  toluol  və  s.)  və  qazlar 
(hidrogen, metan, propan və s.) tətbiq olunur. 
Bəzi  yanan    bərk  maddələr  qızdırıldıqda  buxarlanırlar 

153 
 
(kükürd,  stearin,  kauçuk).  Daş  kömür,  ağac,  kağız,  parçalar 
kimi  bərk  maddələr  qızdırıldıqda  qaz  halında  məhsullara  və 
bərk  maddəyə  (kömür)  parçalanır.  Bəzi  yanan  bərk  maddələr 
qızdırıldıqda ərimir və parçalanmır. Maye halında olan yanan 
maddələr qızdırıldıqda buxarlanır və yanma prosesində onların 
buxarları iştirak edir. 
Beləliklə,  yanar  maddələrin  əksəriyyəti  qızdırıldıqda 
qaz  və  ya  buxar  halına  keçir  və  hava  ilə  yanar  qarışıq  əmələ 
gətirir.  Yanar  qarışıqlar,  maye  və  bərk  halında  olan  yanar 
maddələrin  (benzin,  kerosin  və  s.)  havada  tozlanması  zamanı 
da yarana bilər. Yuxarıda qeyd etmişdik ki, yanar maddələrin 
əksəriyyəti  qaz  və  buxar  fazalarında  alınır.  Ona  görə  də 
maddələrin yanması alışma halından başlanır. 
Alışma  –  yanar  maddələrdən  ayrılan  qazların  və 
buxarlarının  hava  ilə  qarışığının  qığılcım  və  ya  məşəlin 
təsirindən ani olaraq yanmasıdır. 
Alovlanma  -    bərk  maddənin  bir  hissəsinin  alışmanın 
təsirindən yanmasına deyilir. 
Yanar  qarışığın  alovlanmaya  hazır  olması,  onun 
tərkibindəki buxarların və ya qaz məhsullarının buraxılan hədd 
qiymətinə,  bəzi  qarışıqlar  üçün  isə  temperaturuna  görə  təyin 
edilir.  Elektrik  qurğularının  istismarında  tez-tez  rast  gəlinən 
bəzi  qazların,  mayelərin  və  bərk  maddələrin  yanğın  təhlükəsi 
xarakteristikaları cədvəl 1,2 və 3-də  verilmişdir. 
 
 
 
 
 

154 
 
Cədvəl 1. 
 
Qazlar  
Havaya 
nisbətən 
sıxlığı 
Öz-özünə 
alışma 
temperaturu
0

Alovlanmanın konsentrasiya 
hədləri, həcmi faizlərlə 
aşağı 
yuxarı 
Asetilen 
Ammiak 
Hidrogen 
Karbon oksidi 
Propan 
Kükürdlü 
hidrogen 
Təbii qaz 
0,9 
0,58 
0,069 
0,97 
6,5 
1,17 
 

335 
651 
530 
610 
530 
290 
 
550-750 
2,5 
15,5 
4,0 
12,5 
2,37 
4,0 
 
3,8 
80,0 
27,0 
74,2 
74,2 
9,5 
45,5 
 
13,2 
 
Cədvəl 2. 
Mayelər 
Öz-özünə 
alışma 
temperatur, 
0

Alışma temperaturu,  
0
S  hədləri 
Alovlanmanın 
konsentrasiya hədləri, 
həcmi faizlərlə 
aşağı 
yuxarı 
aşağı 
yuxarı 
Aseton 
Benzin A-74 
Transforma- 
tor yağı 
Kerosin 
Etil spirti 
620 
300 
300 
 
250 
465 
70 
-36 
122 
 
57 
11 
50 
-7 
163 
 
87 
40 
1,31 
0,79 

 
1,4 
3,3 
4,2 
5,16 

 
7,5 
18,4 
 
Yanar maddələrin və mayelərin alovlanması üçün təkcə 
qaz  və  buxarların  konsentrasiyasının  lazımi  həddə  çatması 
yox, həmçinin onların lazımi temperatura çatması da vacibdir. 
Bu hal aşağıdakı cədvəldə verilmişdir. 
Alovlanma,  alovlanma  mənbəyi  olmadan  da  baş  verə 
bilər.  Əgər  yanar  qarışığı  qızdırsaq,  müəyyən  temperaturda 
onda  oksidləşmə  prosesi  baş  verir.  Bu  proses  zamanı  ayrılan 
istilik  ətraf  mühit  tərəfindən  tam  udulmursa,  onda  temperatur 
artır  və  qarışıq  o  qədər  qızır  ki,  alovlanma  baş  verir.  Bu  cür 
hal, öz-özünə alışma adlanır.  

155 
 
Cədvəl 3. 
Toz qarışıqları 
Texniki analiz 
Yanğın təhlüksi göstəriciləri 
Nəmlik, % 
Kül, % 
Öz-özünə 
alovlanma, 
0

Alovlanmanın 
aşağı həddi? 
q/m
3
 
Alüminium tozu 
Ağac unu 
Torf 
Şellak  

6,35 
20,0 


5,40 
5,40 
2,91 

775 
775 
900 
58,0 
30,2 
20,2 
15,0 
 
Bəzən  maddələr,  daxili  kimyəvi  və  bioloji  reaksiyalar 
hesabına  yaranan  istilik  hesabına  yanırlar  (boz  kömür,  torf, 
ağac kəpəyi).  
Mayelərin  yanğın  təhlükəsi  xassələri  barəsində,  onların 
alışma  temperaturlarına  görə  qiymətləndirmək  daha  məqsədə 
uyğundur.  Yanar  mayelər  üçün  alışma  temperaturunun  iki 
həddi  (aşağı  və  yuxarı)  mövcuddur.  Alışmanın  aşağı 
temperatur  həddində  maye  buxarlarının  hava  ilə  qarışığına 
məşəl  yaxınlaşdırdıqda  o  alovlanır.  Alışmanın  yuxarı 
temperatur  həddində  buxarların  hava  ilə  qarışığı  yanmanı 
davam  etdirir.  Bu  temperaturdan  yuxarı  qiymətlərdə  maye 
doymuş buxarlar əmələ gətirir ki, bunların da hava ilə qarışığı 
qapalı həcmdə alovlana bilər. 
Alışma  temperaturu  45
0
S-yə  qədər  olan  mayelər  asan 
alovlanan, 45
0
S –dən yuxarı isə yanar mayelər adlanır. Otağın 
partlayış  təhlükəsinin  dərəcəsini  təyin  edən  faktor,  qaz  və 
buxarların zəhərliliyidir. 
İş  yerlərində  bu  cür  zəhərli  qarışıqların  əmələ 
gəlməsinin  qarşısını  almaq  üçün  ventilyasiya  sistemlərindən 
istifadə edilir. 

156 
 
Yanar  toz  halında  olan  qarışıq,  otaqda  asılmış  (duman 
halında)  vəziyyətdə  (aerozol)  və  ya  müxtəlif  avadanlıqların 
səthlərinə oturmuş (aeroqel) halda olur. Aerozolların öz-özünə 
alışma  temperaturu  aeroqellərə  nisbətən  çox  olur.  Məsələn, 
kömür  tozunun (aerozolun)  alışma  temperaturu 969
0
S,  həmin 
toz aeroqel  formasında olduqda  öz-özünə alıçma  temperaturu 
260
0
S olur. 
Bəzi  istehsalatlarda  istifadə  olunan  elektrotexniki 
qurğularda  qığılcım  yaranma  və  həddən  artıq  qızma  ehtimalı 
oluğundan, onlar yanğın və partlayış təhlükəsini yarada bilər. 
Ona  görə  də  elektrotexniki  qurğularının  qaydalarına  əsasən 
avadanlıqlar,  quraşdırılacaq  otağın  yanğın  və  partlayış 
təhlükəsindən asılı  olaraq seçilir.  
Hazırda  müxtəlif  ölkələrdə  partlayışdan  mühafizə 
olunan elektrotexniki avadanlıqlar hazırlanır.  
Öz-özünə alışma temperaturundan asılı olaraq, partlayış 
təhlükəsi olan qarışıqlar beş qrupa ayrılır: 
qrup T
1
 – öz-özünə alışma temperaturu 450
0
S yuxarı, 
qrup T
2
 – öz-özünə alışma temperaturu 300 ÷ 450
0
S, 
qrup T
3
 – öz-özünə alışma temperaturu 200 ÷ 300
0
S, 
qrup T
4
 – öz-özünə alışma temperaturu 135 ÷ 200
0
S, 
qrup T
4
 – öz-özünə alışma temperaturu 100 ÷ 135
0
S. 
 
5.2 Bina və tikililərin odadavamlılığı 
 
İstehsalat  və  digər  binalarının  layihələndirilməsində  və 
tikintisində  həmin  binalarda  aparılacaq  istehsalın  yanğın 
təhlükəsini  nəzərə  almaq  vacibdir.  Tikintidə  istifadə  olunan 
materiallar,  onlar  üçün  nəzərdə  tutulmuş  alışma  və  oda 

157 
 
davamlığı  tələblərinə  cavab  verməlidir.  Bütün  tikinti 
materialları  və  konstruksiyaları  yanmaya  görə  yanmayan, 
çətinyanan və yanan olmaqla üç qrupa ayrılır. 
Tikinti  konstruksiyalarının  yanmaya  qarşımüqaviməti 
odadavamlılıq həddi ilə xarakterizə olunur (cədvəl 3,5). 
Tikinti  konstruksiyalarının  odadavamlılığının  həddi, 
tikinti 
konstruksiyasının 
odadavamlılığa 
sınağının 
başlanğıcından,  aşağıda  verilən  əlamətlərdən  birinin 
yanmasına  qədər  keçən  vaxtla  (saatlarla)  təyin  edilir: 
konstruksiyada  yarıqların  əmələ  gəlməsi,  qızdırılmayan  səthə 
temperaturun  hiss  olunacaq  dərəcədə  (140,  180,  210)
0

artması və s. 
Bina və tikililərin odun təsirinə müqavimət göstərilməsi 
onların  əsas  konstruktiv  elementlərinin  yanma  və 
odadavamlılığının  qruplarından  asılı  olub  və  bu  asılılıq 
odadavamlılığının dərəcəsi adlanır. 
Cədvəl 4. 
Yanmanın 
qrupları 
     Yanmaya görə xarakteristikaları 
materiallar 
konstruksiyalar 
Yanmayan   Odun  və  ya  yüksək  temperaturun 
təsirindən alışmışdır ki, közərmir və 
kömürləşmrlər 
Yanmayan  materiallardan 
hazırlanmış 
Çətin yanan  Odun  və  ya  yüksək  temperaturun 
təsirindən 
alışan, 
közərən 
və 
kömürləşən  (od  mənbəyi  olduqda), 
od  mənbəyi  kənarlaşdırdıqda  yanma 
və közərmə yox olur.  
Çətin 
yanan 
material-
lardan,  eləcə  də  odun  və 
yüksək 
temperaturun 
təsirindən  mühafizə  olun-
muş  yanan  materiallardan 
hazırlanma 
Yanan  
Odun  və  ya  yüksək  temperaturun 
təsirindən  alışır,  közərir  və  bu  hal 
uzun  müddət  davam  edir  (od 
mənbəyi olmasa da) 
Yanan 
materiallardan, 
həmçinin oddan və yüksək 
temperaturun 
təsirindən 
mühafizə olunmamış 

158 
 
Cədvəl  5-dən  görünür  ki,  binalar  və  tikililər 
odadavamlılığına görə beş dərəcəyə bölünür. 
Yanğın  təhlükəsinə  görə  istehsal  prosesləri  beş 
kateqoriyaya bölünür: 
A-kateqoiyası,  alışması  və  partlayışı,  suyun,  havanın 
oksigenin,  buxarların  temperaturu  28
0
S-dən  və  aşağı  olan 
mayelərin  təsiri  ilə  baş  verən  madələrin  tətbiqi  ilə  əlaqədar 
istehsalat sahələri; 
B-kateqoriyası,  buxarların  alışma  temperaturu  (28-
120)
0
S  olan  mayelərin  və  yanar  qazların  tətbiqi  ilə  əlaqədar 
istehsal,  havada  asılmış  halda  olan  yanar  liflər  və  ya  toz 
oksigenlə birləşərək partlayış təhlükəsi yaradan istehsalat; 
V-kateqoriyası,  bərk  yanar  maddələrin  və  materialların 
emalı  və  tətbiqi  ilə  əlaqədar,  eləcə  də  buxarların  alışma 
temperaturu  120
0
S  yuxarı  olan  mayelərdən  istifadə  olunan 
istehsalat sahələri; 
Q-kateqoriyası,  bərk  maddələrin  qaynar,  közərmiş  və 
ərimiş  halda  emalı  (bu  halda  şüa  halında  istilik,  sistematik 
olaraq qığılcım və alov yaranır), həmçinin maye, qaz və bərk 
hala olan yanacağın yandırılması ilə əlaqədar istehsalat; 
D-kateqoriyası,  yanmayan  maddələrin  və  materialların 
soyuq halda emalı ilə əlaqədar istehsalat sahələri. 

159 
 
Yanma qrupları və əsas tikinti konstrukaiyalarının  
odadavamlılığının minimal hədləri, saat 
Cədvəl 5. 
Odadava
mlığın 
dərəcəsi 
Əsas tikinti konstruksiyaları 
Aparıcı 
divarlar, 
pilləkanlar
ın 
divarları 
Xarici 
panel 
divan 
Pillələr, 
döşəmə 
lər və 
başqa 
aparıcı 
Pillələr, 
döşəmə 
lər və 
başqa 
aparıcı 
örtük 
konstruksi
yalar 
Daxili 
aparıcı 
divarlar 
(arakəs 
mələr) 
Yanğına 
qarşı 
divarlar 

yanmayan 
2,5 
yanmayan 
0,5 
yanmayan 
1,0 
yanmayan 
0,5 
çətin 
yanan 
0,25 
yanmayan 
2,5 
II 
yanmayan 
2,0 
yanmayan 
0,5 
yanmayan 
0,75 
yanmayan 
0,25 
çətin 
yanan 
0,25 
yanmayan 
2,5 
III 
yanmayan 
2,0 
yanmayan 
0,25 
çətin  
yanan  
0,75 
yanan 

çətin 
yanan 
0,25  
yanmayan 
2,5 
çətin  
yanan  
0,5 
IV 
çətin  
0,5 
yanan 
0,25 
yanan 
0,25 
yanan 

çətin 
yanan 
0,25 
yanmayan 
2,5 

yanan 

yanan 

yanan 

yanan 

yanan 

yanmayan 
2,5 
 
 
5.3 Yanğının yayılmasına qarşı mübarizə və yanğın 
söndürmə vasitələri 
 
İstehsalatda  və  elektrotexniki  qurğularının  təmir 
quraşdırma  işlərində  yanğına  qarşı  tədbirlər  pozulduqda, 
həmçinin  qəza  hallarında  yanğına  çevrilə  bilən  yanma 
ocaqlarının 
əmələ 
gəlməsi 
mümkündür. 
Məsələn, 
elektrotexniki  qurğularda,  harada  ki,  elektrik  maşın  və 

160 
 
aparatların  izolyasiyasının,  kabellərin  naqillərinin  və 
transformator  yağının  yanması  baş  verə  bilər.  Bununla 
əlaqədar  təhlükəsizlik  texnikasının  qaydalarına  və  yerli 
yanğına  qarşı  təlimatlarda  yanğının  yayılmasının  qarşısını 
almaq  və  yanma  ocaqlarının  ləğvi  barədə  tədbirlər  nəzərdə 
tutulur. 
Açıq  halda  qoyulmuş  kabellərin  xarici  zirehini 
odadavamlı boyaqla rənglənir. 
Kabellər 
bərkidiləcək 
qurğu  və  konstruksiyalar 
odadavamlı materiallardan hazırlanmalıdır. 
Elektrik  maşınları  quraşırılmış  otaqlarda  ilkin  mühafizə 
vasitələri – yanğın söndürən və quru qum olan yeşik olmalıdır. 
Yanğının yayılmasında böyük təhlükəli yağ doldurulmuş 
aparatlar 
– 
transformatorlar 
və 
açarlar 
yaradırlar. 
Transformator yağının yanması nəticəsində  yaranan  təhlükəni 
məhdudlaşdırmaq  üçün,  transformatorun  altında  yağ  qəbul 
edən  çuxur  (çala)  qazırlar,  üstünü  barmaqlıqda  (şəbəkə) 
örtülür  və  üstünə  xırda  daş  qırıntıları  (qınçıllar)  tökülür. 
Transformatorda  yanğın  baş  verdikdə,  onun  aşağı  hissəsində 
quraşdırılmış  krandan  yağ  çuxura  axıdılır  və  beləliklə 
yayılmasının qarşısı alınır. 
Yağ  transformatorları  və  yağ  açarları  (böyük  həcmli, 
60kq)  saxlanılan  kameraların  qapılarını  çətin  yanan 
materialdan hazırlanır. Kameradan çıxış, xaricə (yəni çölə) və 
ya  odadavamlı  döşəməyə,  divarlara  və  örtüyə  malik  otağa 
olmalıdır. Bu tələbləri yerinə yetirdikdə transformatorda yağın 
yanması  və  ya  açarın  partlayışı  zamanı  yaranan  yanğının 
yayılmasının  (qonşu  otaqlara)  qarşısı  alınır.  Bütün  otaqlarda 
(harda  yağdoldurulmuş  aparatlar  quraşdırılıb)  quru  qum  dol-

161 
 
durulmuş yeşik və yanğınsöndürənlər olmalıdır. 
İstehsalat  otaqlarında,  yarımstansiyalarda  və  elektrik 
maşınları quraşdırılmış yerlərdə ilkin yanğınsöndürən vasitələr 
olmalıdır  və  bunlardan  istifadə  etməklə  işçilər  yanğının 
yayılmasının  qarşısını  almalıdırlar  (yanğınsöndürənlər  gələnə 
qədər). 
Yanğını  söndürmək  üçün  sudan,  onun  buxarından  və 
xüsusi kimyəvi maddələrdən istifadə etmək olar. Su daha ucuz 
və  geniş  yayılmış  yanğınsöndürən  vasitə  yayılır.  Ancaq, 
tezalışan  mayeləri  (benzin,  kerosin,  mineral  yağı)  su  ilə 
söndürmək  olmaz  (suyun  sıxlığı  çox  olduğundan,  o  tezalışan 
mayelərin altında yayılaraq yanma səthinin sahəsini çoxaldır). 
Su  ilə  həmçinin,  kalsium  karbidi  və  ya  silitranı  söndürmək 
olmaz  (bu  maddələr  su  ilə  görüşdükdə  yanar  maddələr  əmələ 
gətirir).  Bundan  başqa  su  ilə  gərginlik  altında  olan  elektrik 
avadanlıqlarını  da  söndürmək  olmaz  (su  şırnağı  ilə  elektrik 
cərəyanından xəsarət yarana bilər). 
Qapalı  (bağlı)  otaqlarda  yanğın  söndürmək  üçün  su 
buxarlardan  istifadə  etmək  məsləhət  görülür  (buxarın 
təsirindən  yanar  qarışıqdakı  oksigenin  miqdarı  və  onun 
temperaturu  azalır).  Su  buxarından  həmçinin  elektrik 
maşınlarının  dolaqlarında  yaranan  yanğını,  eləcə  də  müxtəlif 
bərk  və  maye  halda  olan  yanar  maddələri  söndürmək  üçün 
istifadə olunur. 
Yanğınların  söndürülməsində  kimyəvi  köpük  yaxşı 
nəticələr  verir. Kimyəvi  köpük,  köpük yaradan  tozların  su  ilə 
qarışdırılması  nəticəsində  alınır.  Köpüyün  yanğınsöndürmə 
keyfiyyəti  onun  izoləetmə  qabiliyyətinə  (xassəsinə)  əsaslan-
mışdır.  Bu  halda  yanan  maddənin  buxarlanmasının  qarşısı 

162 
 
alınır  və  onun  üst  qatı  soyuyur,  beləliklə  yanğının 
yayılmasının  qarşısı  alınır.  Köpüklü  yanğın  söndürənlərin 
müxtəlif  tipləri  (OP-5;  OU-2;  OU5-7)  mövcuddur  və 
bunlardan  əsasən  neft  məhsullarının  yanması  nəticəsində 
yaranan yanğınları söndürmək üçün istifadə edilir. 
Yuxarıda  qeyd  etdiyimiz  texniki  yanğın  söndürənlərlə 
yanaşı, praktikada daha sadə yanğın söndürən vasitələrdən də 
(quru  qum;  asbest  və  ya  kobud  toxunmuş  yun  parçalar) 
istifadə  olunur.  Bu  cür  mühafizə  vasitələrini  yanğın 
mənbəyinin  üstünə  atdıqda  o  tezliklə  sönür  (oksigenin 
çatışmamazlığı səbəbdən). 
Yanğının  tezliklə  söndürülməsində  xüsusi  yanğın 
siqnalizasiyasının  rolu  böyükdür.  Belə  siqnalizasiyanın 
köməyilə  yanğın  yerinə  təcili  olaraq  yanğın  söndürülənlərin 
komandası  çağrılır.  Yanğın  siqnalizasiyası  kimi    şəhər  və 
zavod  daxili  telefon  rabitəsindən  istifadə  edilir.  Müəssisənin 
bütün  işçiləri  şəhər  və  yerli  yanğınsöndürən  komandanın 
telefon  nömrələrini  bilməlidir.  Telefon  rabitəsindən  başqa 
yanğınsöndürən 
komandası 
çağırmaq 
üçün 
xüsusi 
siqnalizasiyadan  da  istifadə  olunur.  Xüsusi  siqnalizasiya, 
xəbərdaredici  cihazlardan,  qəbuledici  stansiyadan,  siqnalları 
ötürən  şəbəkədən    və  qida  mənbəyindən  ibarət  olur. 
xəbərdaredicilər  kimi  əllə  idarə  olunan  və  ya  avtomatik 
işləyən  cihazlardan    (istilik  xəbərdaredicilər)  istifadə  oluna 
bilər. 
 
 
 
 
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə