Ə. Q. Abbasov



Yüklə 5.01 Kb.
PDF просмотр
səhifə7/11
tarix19.12.2016
ölçüsü5.01 Kb.
1   2   3   4   5   6   7   8   9   10   11

 
İzoləedilmiş dəstəkli alətlər 
 
Elektrik  qurğularının  istismarı    prosesində,  ələlxüsus 
220/380V gərginlikdə elektrotexniki xidmət işçiləri bəzən qısa 

106 
 
müddətlərdə  müəyyən işləri  gərginlik  altında  görməli  olurlar. 
Belə  hallarda  dəstəkləri  izolə  edilmiş  alətlərdən  (vintaçan, 
bıçaqlar,  qayka  açan  açarlar,  kəlbətin  və  s.)  istifadə  olunur. 
Plastik  kütlədən  istifadə  etməklə  hazırlanmış  alətlər  daha 
etibarlı sayılır. Ona görə bu cür alətlər (plasmas izolyasiyaya 
malik)  1000V-a  qədər  gərginlikli  qurğularını  əsas  mühafizə 
vasitəsi  sayılır.    Alətlərdə  istifadə  olunan  izolyasiya  materialı 
metal hissələrə sıx yapışmalı və sonluqda çıxıntı (əlin sürüşüb 
metal hissəyə toxunmasın deyə) olmalıdır.  
 
Rezindən hazırlanmış dielektriki məmulatlar 
 
İstismarda  olan  elektrik  qurğularına  xidmət  prosesində 
işçilər  mühafizə  vasitələri  kimi  dielektriki  əlcəklərdən, 
botulardan, qaloşlardan və ayaqaltı rezin “xalçalardan” istifadə 
edilir. 
Mühafizə  vasitələri  yüksək  keyfiyyətli  rezindən 
hazırlanır və müəyyən ölçülərə malik olmaqla bərabər, onları 
rahat işlətmək mümkün olsun. 
Standarta görə dielektriki əlcəklər üç nömrədə buraxılır, 
uzunluqları  0.35m-dən  az  olmamalıdır,  qalınlığı  isə  0,7mm 
(1000V-a qədər gərginliklərdə) və 1,2mm (1000 V-dan yuxarı 
gərginlik üçün) olur. 
Əlcəyin  hər  birisinin  üst  səthində  onu  istehsal  edən 
zavodun  ştampı  vurulur.  Ştampda  əlcəyin  qalınlığı,  nömrəsi, 
sınaq gərginliyi (1000V-a qədər gərginliklərdə sınaq gərginliyi 
–  3,5kV,  1000V-dan  yuxarı  gərginliklərdə  isə  9kV)  və  sınaq 
tarixi  göstərilir.  Dielektriki  əlcəklərdən  istifadə  etməzdən 
qabaq, onlarda deşiklərin, yarıqların olub-olmamasını (içəriyə  

107 
 
hava  doldurulmuş  əlcəyi  sıxmaqla)  yoxlamaq  vacibdir. 
Əlcəklərdən  istifadə  etməklə  bəzi  kobud  işləri  (məsələn, 
gərginlik  altında  olan  çılpaq  kabeli  bir  yerdən  başqa  yerə 
daşıdıqda)  gördükdə  onları  mexaniki  zədələrdən  qorumaq 
üçün dielektriki əlcəklərinin üstündən brezent əlcəklər taxılır. 
Dielektriki  botular,  1000-dan  yuxarı  gərginliklərdə 
istismarda  olan  elektrotexniki  qurğularda  əlavə  mühafizə 
vasitəsi  kimi  xidmət  edir,  yüksək  keyfiyyətli  xüsusi  açıq-boz 
rəngli rezindən hazırlanır. 
Dielktriki  botulardan  ayrıcılar  və  açarlarla  əməliyyatlar 
aparıldıqda  gərginliyin  olub-olmamasını  yoxladıqda  və 
müvəqqəti torpaqlayıcılar tətbiq edildikdə istifadə olunur. Hər 
botuda onun hazırlanma tarixi, ölçüsü növü və sınaq gərginliyi 
(20kV) göstərilir.  
Dielektriki  qaloşlar  1000V-a  qədər  elektrotexniki 
qurğularda  əlavə  mühafizə  vasitəsi  kimi,  eləcə  də  ixtiyari 
gəginlikli  qurğularda  “addım”  gərginliyindən  qorunmaq  üçün 
tətbiq olunurlar və yüksək keyfiyyətli rezindən hazırlanırlar. 
Dielektriki  “xalçalardan”  ixtiyari  gərginlikli  ancaq 
qapalı elektrotexniki qurğularda istifadə olunur. Standarta görə 
“xalçalar”  6mm  qalınlıqda  50x50  sm-dən  az  olmamaqla 
ölçüdə  və  səthi relyef  formasında  buraxılır.  Rezin  “xalçanın”  
alt  hissəsində  onun  ölçüləri  sınaq  gərginliyi,  sınaq  tarixi  və 
tipi-işçi 
ştampı 
vurulur. 
Sınaq 
gərginliyi 
zavodda 
hazırlandıqdan sonra 1000V-a qədər gərginlikli qurğular üçün 
5.5kV,  1000V-dan  yuxarı  gərginlikli  qurğular  üçün  isə  20kV 
olur. İstismar prosesində isə 1000V-a qədər 3.5kV və 1000V-
dan yuxarı gərginliklərdə 15kV olur. 
İzoləedici ayaqaltılar rezin “xalçaların” əvəzində əsasən 

108 
 
nəm  otaqlarda  tətbiq  edilir.  Dielektriki  xalçalar  kimi 
ayaqaltılardan da bağlı otaqlarda istifadə olunur. 
 
Səyyar torpaqlayıcılar 
  
Səyyar torpaqlayıcılar (bir yerdən başqa yerə köçürülən) 
şəbəkədən  açılmış  elektrik  avadanlıqlarla  işlədikdə  daha 
etibarlı  mühafizə  vasitəsi  sayılır.  Torpaqlayıcının  köməyilə 
(bir-birilə  əlaqələndirilmiş  sıxac  və  naqillər)  cərəyan  keçirən 
(açılmış vəziyyətdə) hissələr bir-birilə və eyni zamanda onları 
yerlə  qısa  qapayırlar.  Bu  cür  qısa  qapanmış  və  torpaqlanmış 
xəttə  səhvən  gərginlik  verildikdə  xətdə  işləyən  işçilərin, 
avtomat  açarların  və  qoruyucuların  köməyilə  qorunmuş  olur. 
Səyyar  torpaqlayıcılar  en  kəsiyi  25mm
2
-dan  az  olmayan 
elastiki  mis  naqillərdən  hazırlanır.  Torpaqlayıcının  şəbəkədən 
açılmış  cərəyan  keçirən  hissələri  ilə  birləşdirmək  üçün 
izoləedici  ştanqaların  köməyilə  yerinə  yetirilir.  Bu  əməliyyatı 
yerinə  yetirmək  üçün  dielektriki  əlcəklərdən,  izoləedici 
ştanqalardan  və  izoləedici  ayaqaltılardan  (və  ya  “xalçadan”) 
istifadə 
olunur. 
Əməliyyat 
təhlükəli 
sayıldığından 
(gərginlikdən  açılmamış  avadanlığı  səhvən  torpaqladıqda) 
onun  aparılması  3ədəd  xüsusi  ştanqalarla  məsləhət  görülür. 
6/10/35  və  110kV  gərginlikli  elektrik  qurğularından  geniş 
istifadə  olunan  və  ştanqalarla  təchiz  edilmiş  səyyar 
torpaqlayıcının  sxemi  şəkil  29-da  göstərilmişdir.  Göstərilən 
izoləedici  ştanqaların  uzunluğu  gərginlikdən  asılı  olaraq  6/10 
kV-da 1.8m, 35kV-da 1.35m 110kV-da 1.85m-dir.    
 
 
 

109 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 29. İzoləedici ştanqalarla təchiz olunmuş səyyar 
torpaqlayıcının sxemi. 
 
Xəbərdaredici plakatlar 
 
Bu  cür  plakatlar  xüsusi  mühafizə  vasitələrinə  aid  olub, 
əsas 
funksiyaları 
gərginlik 
altında 
olan 
hissələrə 
yaxınlaşmasının 
təhlükəli 
olmasını 
xəbərdar 
etmək, 
xidmətçilərə  qabaqcadan  hazırlanmış  və  gərginlikdən  azad 
edilmiş  iş  yerlərini  göstərmək,  qurğunun  baxılan  hissəsinin 
gərginliyə  qoşulmasını  qadağan  edən  mühafizə  tədbirlərinin 
yada salınmasından ibarətdir. 
Plakatlar  iş  yerlərində  daimi  bərkidilmiş  və  səyyar  (bir 

110 
 
yerdən başqa yerə köçürülən) olurlar. 
Təyinatına  görə  plakatlar  müxtəlif  olur:  xəbərdaredici, 
qadağanedici, icazə verən və yada salan. 
Xəbərdaredici  plakatlarda  aşağıdakı  yazılar  yazılır. 
“Yüksək  gərginlik.  Həyat  üçün  təhlükəlidir”  (1000V-dan 
yuxarı  gərginlikli  qurğularda)  və  ya  “Gərginlik  altındadır”. 
“Həyat  üçün  təhlükəlidir”  (1000V-a  qədər  gərginlikli 
qurğularda).  Bu  cür  plakatlar  paylandırıcı  quruluşların  və  ya 
açıcıların  qapılarının  çöl  tərəfində  daimi  olaraq  bərkidilir. 
Səyyar  plakatlarda    aşağıdakı  xəbərdarlıq  ifadələri  yazılır: 
“Dayan. Yüksək gərginlik” (1000V-dan yuxarı gərginliklərdə) 
və  ya  “Dayan.  Həyat  üçün  təhlükəlidir”  (1000V-a  qədər 
gərginliklərdə).  Bu  cür  plakatlar  elektrotexniki  qurğularda 
müəyyən  işlər  aparıldıqda  cərəyan  keçirən  hissələri  əhatəyə 
alan çəpərlərdən asılıdır. 
Qadağanedici  plakatlarda  aşağıdakı  ifadələr  yazılır: 
“Qoşmayın!  Adamlar  işləyir”  və  ya  “Qoşmayın  xətdə 
işləyirlər”.  Bu  cür  plakatlar  intiqalın  və  ayırıcıların 
dəstəklərindən  (hansılarda  qurğu  və  xətdə  müəyyən  işlər 
aparmaq  üçün  açılıb)  asılır.  “Burda  işlə”  yazıya  malik 
icazəverici  plakat,  şəbəkədən  açılmış  və  təmirə  dayandırılmış 
elektrik qurğularından asılır. 
“Torpaqlanıb” yazısına malik yadasalıcı plakatlar ayrıcı 
aparatlarının  inteqal  dəstərlərindən  asılır  (hansılar  ki,  səhvən 
işə  salındıqda,  torpaqlanmış  elektrik  qurğusu  və  şəbəkə  xətti 
gərginlik altına düşə bilər). 
Səyyar 
plakatlar 
elektrik 
cərəyanı 
keçirməyən 
materiallardan  (karton,  fanera,  plastikkütlə    və  s.),  qalan 
plakatlar  isə  metal  lövhəsindən  və  ya  plastik  materialından 
hazırlanır. 

111 
 
Mühafizə vasitələrinin sınağı 
 
İstismarda  olan  bütün  mühafizə  vasitələri  (izoləedici 
ayaqaltılardan  və  torpaqlayıcı  ştanqalardan  başqa)  50Hs 
tezlikli  dəyişən    cərəyanda  periodik  (dövrü)  olaraq  sınaqdan 
keçməlidir.  Bundan  başqa  bütün  mühafizə  vasitələri  vaxtaşırı 
mühəndis-texniki  işçilərinin  baxış  yoxlamasından  da 
keçməlidir.  Baxış  yoxlamasından  keçməyən  mühafizə 
vasitələrinin elektrik sınağı aparılmır. 
İzoləedici  ştanqaların  və  cərəyan  ölçən  qısqacların 
(tutucu, maşa) sınağı aşağıdakı qaydada aparılır. 
Sınaq  transformator  dolağının  bir  sıxacı  mühafizə 
vasitəsinin  işçi  hissəsinə,  digər  sıxacı  isə  tutucu  dayağından 
yuxarıda  yaradılmış  kontakt  elektrodu  ilə  birləşdirilir.  Sınaq 
müddəti bakelit izolyasiyası üçün 5, çini izolyasiya üçün isə 1 
dəqiqədir.  Sınaq  zamanı  izolyasiyanın  səthində  elektrik 
boşalmalarının  və  ya  deşilmənin  əmələ  gəlməsinə  diqqətlə 
müşahidə  olunmalıdır.  Əgər  sınaq  zamanı  belə  hallar 
müşahidə olunarsa mühafizə vasitəsi zay (keyfiyyətsiz) sayılır. 
İzolyasiyanın  səthi  üzrə  yarana  biləcək  sızma  cərəyanların 
qiyməti 
normallaşdırılır. 
Sınaqdan 
sonra 
mühafizə 
vasitələrindən  gərginlik  götürülür  və  əllə  onun  qızmasını 
yoxlayırlar. Bu yoxlama zamanı mühafizə vasitələrinin bütöv 
yox,  onun  hər  hansı  bir  hissəsinin  qızması  müşahidə  edilirsə, 
o,  keyfiyyətsiz  sayılır.  İzoləedici  ştanqalar,  izoləedici  və 
cərəyan  ölçən  qısqaclar  zavodda  hazırlandıqdan  sonra  və 
istismar 
prosesində 
elektrik 
qurğusunun  üçqat  xətti 
gərginliyində  (1000V-dan  yuxarı  və  110kV-dan  aşağı 
gərginlikli  qurğularda)  sınaqdan  keçirirlər  (40kV-dan  aşağı 

112 
 
olmamaqla).  Sınaq  müddəti  5  dəqiqə  olur.  İzoləedici 
ştanqaların  və  qısqacların  dövrü  sınağı  2  ildə  1  dəfə,  onların 
dəstəklərinin sınağı isə 1 ildə 1 dəfə aparılır. 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 30. Mühafizə vasitələrinin sınaq qurğusunun sxemi. 
1- sınağı aparılan gərginlik göstəricisi; 2- müvəqqəti izoləedici 
dayaq; 3 – sınaq transformatoru; 4 – gərginlik tənzimləyicisi; 5 – 
siqnal lampası; 6 voltmetr. 
 
Əməliyyat  ştanqaları  və  torpaqlayıcı  ştanqalar 
hazırlandıqdan  sonra  1  dəqiqəlik  əlavə  mexaniki  sınağa 
(150kqs/m
2
qüvvənin)  məruz  edirlər.  Çini  izolyasiyaya  malik 
əməliyyat  ştanqaların    mexaniki  sınağı  80kqs/m
2
 qüvvədə 
aparılır. 
Gərginlik  göstəricilərinin  sınağı  aşağıdakı  qaydada 
aparılır.  
Hazırlandıqdan  sonra  və  həmçinin  istismar  şəraitində 
olan  gərginlik  göstəricisi  (110kV-a  qədər  gərginlikli 
qurğularda) izolyasiya hissəsinin sınağı üçqat xətti gərginlikdə 
(40kV-dan az olmamaq şərtilə) aparılır. 110-330kV gərginlikli 

113 
 
elektrik  qurğularında  tətbiq  olunan  gərginlik  göstəricisinin 
izolyasiya hissəsinin sınağı isə üçqat faz gərginliyində aparılır. 
Təkcə göstərici onun qırmaq və kondensatorun çıxışına tətbiq 
edilmiş  20kV  gərginlikdə  1  dəqiqə  müddətində  sınaqdan 
keçirilir.  Bununla  neon  lampasının  və  kondensatorlarının 
yararlığını yoxlayırlar.  
Fazlaşdırmada  istifadə  olunan  gərginlik  göstəricisi 
komplektinin  prinsipial  sxemi  şəkil  31-də  göstərilmişdir. 
Əlavə  müqavimətli  borular  nominal  gərginlikdə  sınaqdan 
keçirilir  (1  dəqiqə  müddətində).  Bu  halda  borudan  axan 
cərəyanın  qiyməti  6kV  gərginlikdə  2,4mA,  10kV  isə  1,7mA 
çox olmamalıdır. 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 31. Fazlaşdırmada gərginlik göstəricisi  
komplektinin prinsipial sxemi. 
 
A – uyğunlaşdırılmış birləşmə üzrə sınaq sxemi; b -əks 
birləşmə üzrə sınaq sxemi;  1 - əlavə müqavimətə malik boru;  
2 – gərginlik göstəricisi; 3 – izolyatorlar; 4- sınaq 
transformatoru; 5 – gərginlik transformatoru. 
 

114 
 
Müqavimətlərin  qiymətləri    2,5-6Mom-a  uyğundur. 
Borunun  izolyasiya  hissəsi  əlavə  müqavimətlə  bərabər 
gərginlik göstəricisinə uyğun sınaqdan keçirilir.  
Uyğunlaşdırılmış 
birləşmə 
üzrə 
sınaq 
zamanı 
komplektin hər iki qarmağı şəkildə göstərilmiş qaydada sınaq 
transformatorun  dolağına  birləşdirilir.  Sınaq  gərginliyinin 
qiymətini  tədricən  mühafizə  vasitəsinin  nominal  gərginliyinə 
qədər  artırılır  və  bu  zaman  neon  lampasının  işıqlanması  baş 
verməlidir  (mühafizə  vasitəsi  yararlı  olduqda).  Sınaq 
gərginliyinin  artırılması  davam  etdirilir  və  lampanın 
işıqlanmasına uyğun gələn gərginlik qeydə alınır. Normal (işə 
yararlı)  gərginlik  göstəriciləri  üçün  6kV  nominal  gərginlikdə 
sınaq gərginliyi 7,6kV, 10kV üçün isə 12,7kV olmalıdır.  
Əks  birləşmə  sxem  üzrə  fazlaşdırmanı  yoxlamaq  üçün 
gərginlik göstəricisinin qarmağını sınaq transformatorunun bir 
sıxacına,  əlavə  müqavimətə  malik  borunun  qarmağını  isə 
transformatorun ikinci sıxacına birləşdirilir. Sonra fazlaşdırıcı 
komplektinə  tətbiq  olunmuş  gərginliyinin  qiymətini  neon 
lampasının  aydın  surətdə  işıqlanmasını    müşahidə  olunana 
qədər tədricən artırılır. Bu halda normal fazlaşdırıcı komplekt 
üçün lampanın işıqlanması  gərginliyi 6kV nominal gərginlik 
üçün 1,5kV, 10kV-2,75kV olur. 
600V-a  qədər  gərginlikdə  istifadə  olunan  cərəyanölçən 
qısqacların  izolyasiyasını,  onlar  hazırlandıqdan  sonra  və 
istismar  prosesində  2kV  gərginlikdə    5  dəqiqə  müddətində 
sınaqdan keçirirlər. 
Dəstəkləri  izoləedilmiş  alətləri  hazırladıqdan  və 
təmirdən sonra, eləcə də periodik olaraq ildə bir dəfə  dəyişən 
cərəyan  gərginliyində    (2,5  kV)  bir  dəqiqə  müddətində 

115 
 
sınaqdan keçirirlər. 
Dielektriki 
əlcəklərin, 
qaloşların 
və 
alətlərin 
izolyasiyasını  sınaqdan  keçirmək  istifadə  olunan  qurğunun 
prinsipial  sxemi  şəkil  32-də  göstərilmişdir.  Sınaq  zamanı 
mühafizə  vasitələrindən  axan  sızma  cərəyanlarının  qiymətləri 
ölçülür.    Onların  izolyasiyası  deşildikdə,  ölçü  cihazın  əqrəbi 
sıçrayışlarla  rəqs  etdikdə  və  ya  sızma  cərəyanın  qiyməti 
artdıqda, sınağı aparılan mühafizə vasitələri yararsız sayılır. 
1000V-dan  yuxarı  gərginlikdə  işlədilən  əlcəklər, 
hazırlandıqdan    sonra  9  kV,  1000V-a  qədər  gərginlikdə  isə 
3,5kV  sınaqdan  keçirilir.  Əlcəklərdən  axan  sızma 
cərəyanlarının  qiyməti  uyğun  olaraq  9  və  3,5mA  olmalıdır. 
Sınaq  müddəti  1  dəqiqə  olur.  Dielektriki  əlcəklərin  periodik 
sınağı  6  ayda  bir  dəfə  aparılır.  Bu  halda  sınaq  gərginliyi, 
1000V-a  qədər  gərginlikli  qurğular  üçün  2,5kV,  1000V-dan 
yuxarı  gərginliklərdə  isə  6kV  olur.  Əlcəklərdən  axan  sızma 
cərəyanların  qiyməti  uyğun  olaraq  2,5  və  6  mA-dən  çox 
olmamalıdır. 
 Dielektriki botular hazırlandıqdan sonra 20kV, qaloşlar 
isə 
5kV 
gərginlikdə 
sınaqdan 
keçirilir. 
Mühafizə 
vasitələrindən  axan  sızma  cərəyanlar    botular  üçün  10mA, 
qaloşlar  üçün  isə  2,5mA  çox  olmamalıdır.  Botuların  periodik 
sınağı üç ildə bir dəfə 15kV, qaloşlar isə 6 ayda 1 dəfə 3,5kV 
gərginlikdə aparılır.  
Rezindən 
hazırlanmış 
dielektriki 
“xalçalar” 
hazırlandıqdan  sonra  silindrik  elektrodlar  arasından  saniyədə 
2-3  sm  sürətlə  buraxmaqla  sınağı  aparılır  (sınaq  gərginliyi  
silindrik elektrodlara tətbiq edilir). 
 

116 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 32. Mühafizə vasitələrinin izolyasiyasını yüksək gərginlikdə 
sınağını aparmaq üçün istifadə olunan qurğunun prinsipial sxemi. 
At – transformator; A – avtomat; Bk – blok kontakt; B- boşaldıcı; İ- 
izolyator; Dr – drossel; B – bir qütblü açar.  
 
Onlardan  axan  cərəyanın  qiyməti  1000V  sınaq 
gərginliyində  1  mA-dən  çox  olmamalıdır.  Dielektriki 
“xalçalar”    üçün  sınaq  gərginliyi,  onlar  hazırlandıqdan  sonra 
1000V-dan  yuxarı  gərginlikli  elektrik  qurğuları  üçün  20kV, 
istismar  şəraitində  isə  15kV  olur.  1000V-a  qədər  gərginlikli 
qurğular  üçün  uyğun  olaraq  sınaq  gərginliyi  5,5  və  3,5  kV-a 
bərabərdir. 
Bir  qütblü  ayrıcıların  “tiyələrini”  örtmək  üçün  tətbiq 
edilən rezin qapaqlar hazırlandıqdan sonra 10kV gərginlikdə 2 
dəqiqə  müddətində  sınaqdan  keçirilir.  İstismar  prosesində  isə 
həmin gərginlikdə 1 dəqiqə müddətində sınaqdan keçirilir.  
Hər  bir  sınaqdan  keçirilmiş  mühafizə  vasitəsi  üçün 
protokol  tərtib  edilir,  məmulatın  səthində  ştamp  qoyulur  və 
arada  işçi  gərginlik  (hansı  gərginlik  ki,  məmulat  hesablanır), 
istifadə  vaxtı,  sınaq  tarixi  və  onu  aparan  laboratoriyanın  adı 
yazılır. 

117 
 
2.6 İkiqat izolyasiya 
 
Bu termin nisbətən son zamanlar meydana gəlib, mənası 
cərəyan  keçirən  hissələrinin  əsas  izolyasiyasından  əlavə  yenə 
birqat  izolyasiyadan  istifadə  olunmasıdır.  Burada  məqsəd, 
normal  halda  gərginlik  altında  olmayan  metal  hissələrinin 
təsadüfən  gərginliyin  təsirinə  məruz  qaldıqda,  onlara  xidmət 
edən işçiləri izolə etməkdir, yəni mühafizəsidir. 
Daha  sadə  ikiqat  izolyasiyanın  alınması  yolu,  elektrik 
avadanlıqlarının  gövdələrinin  və  intiqal  dəstəklərinin 
izolyasiya  qatı  ilə  örtülməsidir.  Bu  cür  izolyasiyanın  üst  qatı 
elektrik  qurğularının  istismarı  zamanı  mexaniki  təsirlərə  və 
zədələrə  məruz  qalır.  Bu  halda  metal  hissələrə  yol  açılır  və 
həmin  hissələr  təsadüfən  gərginlik  altında  ola  bilər.  Digər 
tərəfdən  ikinci  qat  izolyasiyanın  zədələnməsi  və  ya  tamam 
dağılmasına  baxmayaraq  elektrik  avadanlığı  normal  işini 
davam  etdirir  və  mühafizənin  itirilməsi  barəsində  siqnal 
verilir.  Ona  görə  bu  cür  ikiqat  izolyasiya  xidməti  işçilərinin 
tam mühafizəsini təmin etmir. 
İkiqat  izolyasiyanı  təkmilləşdirmək  məqsədilə  son 
zamanlar  elektrik  qurğularının  gövdələri  birbaşa  izolyasiya 
materialından  hazırlanır.  Bu  cür  gövdədə  cərəyan  keçirən 
hissələr,  cərəyan  keçirməyən  metal  hissələr  və  mexaniki 
hissələr  quraşdırılır.  Məsələn,  Almaniyada  istehsal  olunan 
elektrik drellərinin gövdəsi plastik kütlədən hazırlanır.  
Mühafizə 
ikiqat 
izolyasiya, 
istənilən 
elektrik 
avadanlığının istismarı zamanı təhlükəsizliyini təmin edə bilir. 
İzolyasiya  məqsədilə  tətbiq  edilən  plastik  kütlələrin  bir  sıra 
çatışmamazlıqları  olduğuna  görə,  onlardan  ancaq  kiçik  güclü 

118 
 
elektrik  aparatlarında,  məişət  cihazlarında  ikiqat  izolyasiya 
məqsədilə istifadə oluna bilər. 
İkiqat  izolyasiya  hiss  olunacaq  dərəcədə  qızan  metal 
hissələrinin izolyasiya olunmasında istifadə olunmur. 
 
2.7
 
Çəpər və bloklaşmalar 
 
Cərəyankeçirən  hissələrinə  toxunmasının  və  onlara 
yaxınlaşmasının  qarşısını  almaq  məqsədilə  metal  çəpərlərdən 
və blokirovkalardan istifadə olunur.  
Çəpərlər  bütöv  və  ya  tor  şəklində    (25x25mm)  metal 
materiallardan  hazırlanır.  Bütöv  çəpərlər,  1000V-a  qədər 
gərginlikli  elektrik  qurğularda  üzlüklər  və  qapaqlar  şəklində 
tətbiq edilir. 
Tor  şəkilli  çəpərlər,  1000V-a  qədər  və  yuxarı 
gərginliklərdə 
işləyən  elektrik  qurğularında  mühafizə 
məqsədilə  tətbiq    edilir.  Bu  cür  çəpərlər  qıfılla  bağlanan 
qapıya malik olur. 
Blokirovkalar 
əsasən  cərəyan  keçirən  hissələr 
çəpərlənmiş  elektriki  qurğularda  tətbiq  edilir  (məsələn,  sınaq 
maketləri,  yüksək  gərginliklə  izolyasiyanın  sınağı  zamanı). 
Blokirovkalar  həmçinin  elektrik  aparatlarında  (açarlar, 
işəburaxıcılar,  avtomatik  açarlar  və  s.)  da  tətbiq  edilir. 
Blokirovkalar təsir prinsipinə görə elektriki və mexaniki olur. 
Elektrikli  blokirovkalar,  çəpərlərin    qapılarının  və 
qapaqların  kontaktlarını  qırılmasını  (lazım  gəldikdə)  yerinə 
yetirir. Əgər elektrik qurğusunun idarəsi distansion aparılırsa, 
onda bloklayıcı kontaktlar işəburaxıcı aparatın idarə dövrəsinə 
birləşdirilir. 

119 
 
Bu 
məqsədlə 
maqnit 
buraxıcısından 
və 
ya 
kontaktorundan istifadə etmək daha məqsədə uyğundur, çünki 
bloklayıcı  kontaktlar  çəpərin  qapısı  açılanda  işə  buraxıcının 
qida  dövrəsini  qırır  (şəkil  33).  Elektrik  qurğusu,  çəpərin 
qapısını  bağladıqda,  baxmayaraq  ki,  blokirovka  işəburaxıcını  
qida  dövrəsinə  birləşdirir,  amma  işəsalma  düyməsi  (i.s.)  açıq 
olduğundan  o  gərginlik  altına  düşmür.  Ona  görə  də  operator 
çəpərin daxilinə girməsinə və təsadüfən qapının bağlanmasına 
baxmayaraq,  o  gərginlik  altına  düşməyəcəkdir.  Avtomat 
açarlarının açma dolağında quraşdırılmış bloklayıcı kontaktlar 
–  çəpərin  qapısı  açılan  zaman  qapanır  və  avtomatın  dolağı 
gərginlik  altına  düşdüyündən  o  işə  düşür,  qurğunu  şəbəkə 
gərginliyindən azad edir. 
Mexaniki  bloklayıcı  kontaktlar  elektrik  aparatlarında 
tətbiq  olunur  (rubilniklərdə,  işəburaxıcılarda  və  avtomatik 
açarlarda). 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 33. Qapının elektrik blokirovkasının sxemi. 
 

120 
 
Paylaşdırıcı 
quruluşlarda 
və 
yarımstansiyalarda 
əməliyyat  işçilərinin  səhv  hərəkətlərini  xəbərdar  etmək  üçün 
bloklayıcılardan istifadə olunur. 
 
1   2   3   4   5   6   7   8   9   10   11


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə