İş yerinin təşkili. İstehsal prosesini yerinə yetirmək üçün
işçinin daimi və periodik gəldiyi yer, iş yeri adlanır. Məsələn,
yarımstansiyada olan növbətçinin iş yeri idarə otağı, sex
elektrik avadanlıqlarına xidmət edən növbətçinin iş yeri, sexdə
onun üçün ayrılmış otaq, təmir işçilərinin iş yeri isə
emalatxana və ya təmir sahəsi sayılır.
İş yerini təşkil etdikdə, əsasən fəhlənin iş görən vaxt
tutduğu vəziyyəti, iş zonasının təyini, idarə orqanlarının və
alətlərinin yerləşdirilməsi nəzərdə tutulur.
Düzgün seçilmiş iş vəziyyətinə (poza - oturmuş və ya
ayaq üstə), hansı ki, hərəkətin xarakterindən asılıdır, fəhlə az
enerji sərf etməklə iş görə bilər. Ağır işlər (elektrik alətlərilə
görülən işlər, elektrik avadanlıqlarının çilingər alətlərilə
bərkitdikdə,
kommutasiya
aparatlarının
əməliyyat
çevrilmələri) adətən ayaq üstə görülür.
Maşın və cihaz sistemlərinin idarə orqanlarının düzgün
layihələndirilməsi və operatorun iş zonasında onların optimal
yerləşdirilməsi iş yerinin təşkilində vacib sayılır. İdarə sistemi
əl və ya ayaqla idarə oluna bilər. Elektrik qurğularında bir
qayda olaraq, əllə idarədən istifadə olunur.
İdarə orqanları müxtəlif tiplərdə ola bilər: düymələr,
dəstəklər, klavişlər, dartıcılar və s.
Xüsusən elektrik quraşdırıcılarının və təmirlə məşğul
olan adamların iş yerlərinin təşkil etdikdə, onların lazımi
tərtibatlar və mühafizə vasitələrilə təmin olunması vacibdir.