Müəllimə: dos.Əhmədova Əkimə Tələbə: Ağayev Savalan İxtisas: Biznesin idarə olunması



Yüklə 21,53 Kb.
səhifə1/4
tarix07.01.2024
ölçüsü21,53 Kb.
#207151
  1   2   3   4
maliye ucotu

  • Müəllimə: dos.Əhmədova Əkimə
  • Tələbə: Ağayev Savalan
  • İxtisas: Biznesin idarə olunması
  • Qrup: 723.20
  • Mövzu: Azərbaycan Respublikasının dövlət büdcesi
  • Azərbaycan Respubllikasının dövlət büdcəsi.
  • Plan:
  • 1.Büdcənin iqtisadi məzmunu.
  • 2.Büdcə siyasətinin nəzəri əsasları.
  • 3.Büdcə təsnifatı.
  • 4.Dövlət büdcəsinin gəlirləri.
  • 5.Dövlətin büdcə siyasəti.
  • Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.
  • Büdcə vasitəsilə dövlət və bələdiyyə orqanları öz üzərilərinə düşən vəzifə və funksiyaları yerinə yetirir. Belə ki, dövlət büdcə vəsaiti hesabına idarəetmə aparatını və ordunu saxlayır, sosial-mədəni tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf etdirir. Büdcə dövlətin və bələdiyyələrin əsas maliyyə planı olmaqla, dövlət .hakimiyyəti və bələdiyyə orqanlarına onların fəaliyyətini yerinə yetirməyə imkan verir. Büdcə dövlətin maliyyə vəziyyətini əks etdirir və buna əsasən ölkədə vergi siyasətini müəyyən edir. Büdcə ölkədə milli gəlirin və Ümumi daxili məhsulun (ÜDM) yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərc istiqamətlərini müəyyənləşdirir, iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsini həyata keçirir.

1.
  • Büdcə maliyyə münasibətlərini əks etdirən tarixi iqtisadi kateqoriyadır. Onun yaranması və inkişafı dövlətin yaranması və formalaşması ilə bilavasitə əlaqədədir. Dövlət büdcədən özünün funksiyalarının həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə edərək, eyni zamanda iqtisadi və sosial siyasəti də həyata keçirir.
  • Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul münasibətlərini təzahür etdirir və maliyyənin funksiyalarını özündə əks etdirir.
  • Büdcə aşağıdakı funksiyaları həyata keçirir:
  •  ümumi daxili məhsulun yenidən bölüşdürülməsi;
  •  iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi;
  •  dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;
  •  mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət.
  • Büdcə vasitəsilə ÜDM-un yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir-biri ilə sıx əlaqədə olan ikitərəfli prosesdir:
  • - büdcənin gəlirlərinin yaradılması;
  • - büdcə vəsaitlərinin istifadəsi (büdcənin xərcləri).
  • Büdcə gəlirləri - Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş
  • qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır.
  • Büdcə gəlirlərinin yaranması prosesində, ictimai istehsal prosesində yeni yaranan ÜDM-un bir hissəsinin dövlətin və bələdiyyələrin xeyrinə məcburi yenidən bölüşdürülməsi baş verir. Bununla dövlətlə və bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında maliyyə münasibətləri yaranır.
  • Dövlət öz funksiyalarını yerinə yetirmək üçün lazımi miqdarda maliyyə vəsaitini səfərbərliyə almalı və istifadə etməlidir ki, buda əsasən büdcə vasitəsilə həyata keçirilir. Büdcə mexanizmi vasitəsilə maliyyə vəsaitinin toplanması və istifadəsi zamanı dövlətlə hüquqi və fiziki şəxslər arasında müəyyən maliyyə münasibətləri əmələ gəlir. Həmin maliyyə münasibətləri dövlətin maliyyə-büdcə siyasəti vasitəsilə tənzimlənir.
  • Maliyyə-büdcə siyasəti – hər bir konkret tarixi dövrdə cəmiyyətin idarə edilməsi, iqtisadi-sosial və siyasi vəzifələrinin həyata keçirilməsi məqsədilə dövlətin mərkəzləşdirilmiş və qeyri mərkəzləşdirilmiş pul vəsaiti fondlarının yaradılması və məqsədəuyğun istifadəsi ilə əlaqədar olaraq həyata keçirdiyi tədbirlər sistemindən ibarətdir.
  • 2.
  • Azərbaycan Respublikasının dövlət büdcəsi dövlətin mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsinin əsas maliyyə planıdır.
  • Dövlət büdcəsi dövlətin funksiyalarının yerinə yetirilməsi ilə əlaqədar olan xərclərin maliyyələşdirilməsini təmin edir. Dövlət maliyyəsinin növbəti həlqəsi büdcədənkənar məqsədli dövlət fondlarıdır. Büdcədənkənar fondlar həm sosial, həm də istehsal xarakterli olurlar. Büdcədənkənar fondlar ciddi təyinata malikdir. Onların yaradılmasında başlıca məqsəd əhaliyə sosial xidmətin genişləndirilməsi, infrastruktur sahələrin inkişafının stimullaşdırılması, iqtisadiyyatın aparıcı sahələrinin əlavə vəsaitlə təmin edilməsi və s ibarətdir
  • Dövlət büdcəsi dövlətin başlıca gəlir və xərclərini özündə birləşdirir.
  • Dövlət büdcəsi iqtisadiyyatın və sosial sferanın inkişafının təmin edilməsində mühüm alətdir. Onun köməyi ilə dövlət milli gəlirin bölüşdürülməsini təmin etməklə, ictimai istehsalın strukturunu dəyişdirir, təsərrüfatçılığın nəticələrinə təsir edir.
  • Dövlət büdcəsi gəlir və xərclər bölməsindən ibarətdir. Gəlir bölməsində müəssisə və təşkilatlardan, əhalidən və s. kateqoriyalardan alınan müxtəlif növ vergilər və digər gəlirlər, xərclər hissəsində isə milli iqtisadiyyatın, sosial-mədəni tədbirlərin, idarəetmənin maliyyələşdirilməsi və sair xərclər göstərilir. İqtisadiyyatın tənzimlənməsi üçün büdcə mexanizmindən istifadə edilməsi dövlətin sərəncamında olan pul vəsaitinin manevr etmək vasitəsilə həyata keçirilir. O, ictimai istehsalın sürət və proporsiyalarını məqsədyönlü təsir etməyə imkan verir.
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1993-cü ildə büdcə gəlirləri və xərclərinin funksional, iqtisadi və inzibati (təşkilatlar üzrə) təsnifatını hazırlanmışdır. Həmin dövrdə Azərbaycan Respublikasında qəbul edilmiş və hazırda fəaliyyətdə olan, üç növə bölünən xərclər üzrə büdcə təsnifatı müəyyənləşdirilmişdir:
  • – funksional, dövlətin əsas funksiyalarının həyata keçirilməsi üçün büdcə vəsaitlərinin səviyyələr üzrə qruplaşdırılmasıdır;
  • iqtisadi, bütün səviyyəli büdcələrin iqtisadi məzmununa görə qruplaşdırılmasıdır;
  • – təşkilati, dövlət büdcəsi vəsaitlərinin baş sərəncamçılar arasında bölüşdürülməsi
  • üzrə qruplaşdırılmasıdır.
  • Vahid büdcə təsnifatının strukturu və tərkibi Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Beynəlxalq Valyuta Fondunun Dövlət Maliyyə Statistikasının tərtibi qaydaları (A Manual on Goverment Finance Statistics) adlı sənədində əks edilən beynəlxalq standartlara əsasən müəyyən edilir.


Yüklə 21,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin