F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 1.62 Mb.
Pdf просмотр
səhifə1/24
tarix22.07.2017
ölçüsü1.62 Mb.
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   24

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI DÖVLƏT UNİVERSİTETİ 
 
 
 
F. Q. Vahidov, T. B. Ağayev 
 
 
 
 
 
 
 
 
 
 
 
 
SOSİOLOGİYA 
 
(Ali məktəblər üçün dərs vəsaiti) 
 
 
 
 
Azərbaycan Respublikası Təhsil Nazirinin 11 aprel 2005-ci il 
tarixili 233 sayl ı əmri ilə ali məktəblər üçün dərs vəsaiti kimi 
təsdiq edilmişdir (Əlavə-lərlə təkrar nəşr). 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2008 


 
 
Elmi redaktor:fəlsəfə elmbri doktoru, professor 
İ. Ə. RÜSTƏMOV 
                                                                                   Rəyçilər: fəlsəfə elmləri doktoru, professor 
H. R. İMANOV 
                                                                                                       fəlsəfə elmləri doktoru, professor  
N. M. MİKAYILOV 
 
 
 
 
 
 
 
 
 
 
Vahidov F. Q. . Ağayev T. B.  Sosiologiya. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: 
«Təknur» nəşriyyatı, 2008, 334 s. 
 
Dərs vəsaitində sosiologiyanın nəzəri problemləri, həyatımızın yeni sosial hadisə və prosesləri, 
habelə müasir nəzəri tədqiqatların nəticələri öz əksini tapmışdır. Vəsait ali məktəblərin tələbələri, habelə 
sosiologiya elminin problemlərinə maraq göstərən şəxslər üçün nəzərdə tutulmuşdur. 


 
MÜNDƏRİCAT 
 
 Ön 
söz 
1 fəsil Sosiologiya 
cəmiyyət haqqında elmdir
1.  Sosiologiya elminin meydana gəlməsi və inkişafı 
2. Sosiologiyanın predmeti 
3. Nəzəri və tətbiqi sosiologiya 
4. Sosiologiyanın funksiyaları 
5. Sosial qanunların mahiyyəti və təsnifatı. Sosiologiyanın kateqoriyaları 
6. Sosial-siyasi və humanitar elmlər sistemində sosiologiyanın yeri 
II fəsil.  
Cəmiyyət mürəkkəb sosial-mədəni fenomendir 
1. Cəmiyyət ən ümumi sosial sistem kimi 
2. Cəmiyyətin strukturu 
3. Cəmiyyətin sosial sistem kimi inkişafı 
4. Cəmiyyətin əlamətləri 
5. Cəmiyyətin tipologiyası 
III fəsil. 
Şəxsiyyət sosial sistemdir
1.  Şəxsiyyət anlayışı 
2.  Şəxsiyyətin sosiallaşması və onun mərhələləri 
3.  Şəxsiyyətin sosial fəaliyyət mexanizmləri 
4.  Şəxsiyyətin deviant davranışı 
IV fəsil. 
Sosial-ərazi birlikləri
1.  İlkin sosial-ərazi birlikləri anlayışı 
2.  Şəhərin sosiologiyası 
3. Kəndin sosiologiyası 
4. Region spesifık sosial-ərazi sistemi kimi 
V fəsil. 
Sosial strukturun sosiologiyası 
1.  Sosial struktur anlayışı 
2. Sosial strukturun əsas tərkib hissələri 
3. Sosial stratifıkasiya 
4. Müasir şəraitdə AR sosial strukturun başlıca inkişaf meylləri 
VI fəsil. 
Sosial qruplar 
1.  Sosial qrup anlayışı. Qrupların təsnifatı 
2. Qrupun öyrənilməsinin əsas istiqamətləri 
3. Sosial qrupların dinamikası 
4. Kütlə sosial qrup kimi 
VII fəsil. 
Sosial mobillik 
1.  Sosial mobillik anlayışı 
2.  Sosial mobilliyin səciyyəvi xüsusiyyətləri 
3.  Sosial mobilliyin inkişaf kanalları 
VIII fəsil. 
Sosial-etnik münasibətlərin sosiologiyası
1. Sosial-etnik münasibətlərin mahiyyəti və səciyyəvi cəhətləri 
2. Milli-etnik problemlərin həlli yolları 
3. Dağlıq Qarabağ münaqişəsi və onun tənzimlənməsinin dinamikası 
4. Müasir dövrdə sosial-etnik münaqişələrin kəskinləşməsinin səbəbləri 


 
IX fəsil. 
Sosial institutlar 
1.  «Sosial institut» anlayışı 
2.  İnstitutlaşma prosesi və onun inkişafı 
3. Sosial institutların funksiyaları 
X fəsil.  
Sosial təşkilatlar 
1. Sosial təşkilatlann mahiyyəti 
2. Sosial təşkilatların əsas elementləri 
3. Sosial təşkilatlarm formal və qeyri-formal növləri 
XI fəsil. 
Sosial nəzarət 
1. Sosial nəzarətin məzmunu və funksiyaları 
2. Sosial nəzarətin strukturu 
3. Sosial nəzarət metodları 
XII fəsil. 
Siyasətin sosiologiyası
1. Siyasətin sosiologiyası sosioloji elmin mühümsahəsi kimi 
2. Siyasi institutların mahiyyəti və fəaliyyəti 
3. Siyasi sosiallaşma 
4. Siyasi mədəniyyət 
XIII fəsil. 
İdarəetmənin sosiologiyası
1.  İdarəetmənin sosial təbiəti və strukturu 
2. Sosial idarəetmənin xarakter xüsusiyyətləri və struktur ünsürləri 
3. Sosial idarəetmə mürəkkəb proses kimi 
4. Sosial idarəetmə metodları 
XIV fəsil. 
İctimai rəyin sosiologiyası
1.  İctimai rəyin mahiyyəti 
2.  İctimai rəyin ifadə olunma vasitələri 
3. KİV ictimai rəyin formalaşmasının qüdrətli amilidir 
XV fəsil. 
Hüquq sosiologiyası
1. Hüquq sosiologiyasınm predmeti 
2.  Şəxsiyyətin hüquqi sosiallaşması 
3.  Şəxsiyyətin hüquqi davranışı 
4. Qanunvericilik sosiologiyasının bəzi cəhətləri 
XVI fəsil. 
Ailənin sosiologiyası
1. Ailənin mahiyyəti 
2. Ailənin funksiyaları 
3. Ailə strukturlarınm tipologiyası 
4. Nikah anlayışı və boşanma 
XVII fəsil.  Mənəvi həyatın sosiologiyası
1. Təhsilin sosiologiyası 
2. Elmin sosiologiyası 
3. Dinin sosiologiyası 
4. Mədəniyyətin sosiologiyası 
 
Ədəbiyyat siyahısı 
 


 
 
ÖN SÖZ 
 
Müasir dünyanın özünəməxsus ciddi problemləri vardır. Bu problemlərin həllinə bütün bilik sahələri öz 
töhfəsini verməlidir. Təbiidir ki, problemlərin asan, qısamüddətli həllinə ümid etmək sadəlövhlük olardı. Ona görə 
də yaşadığımız dünyanı, cəmiyyəti daha da sağlamlaşdırmaq, humanistləşdirmək istiqamətində  gərgin, fəal elmi 
axtarışlar aparılmalı, optimal fəaliyyət istiqamətləri seçilməlidir. Bu prosesdə sosioloji biliklər sisteminin rolu indi 
artıq heç kəsdə şübhə doğurmur. Çünki respublikamızda dəyişən sosial reallıq, həm ölkə daxilində, həm də qlobal 
miqyasda yeni sosial hadisələrin, meyllərin, problemlərin meydana gəlməsi həmin sistemin təkmilləşdirilməsini 
qətiyyətlə tələb edir. Nəzərə almaq lazımdır ki, sosioloji elmin özü də inkişaf edir: nəzəri və empirik xarakterli yeni 
sanballı tədqiqatlar meydana çıxır, sosioloji təhlilin metodologiyası  və metodları təkmilləşdirilir, müasirləşdirilir. 
Sosiologiyaya dair ədəbiyyatın getdikcə  zənginləşməsi də xüsusi qeyd olunmalıdır. Zənnimizcə, bu ənənənin 
kökləri XX əsrin 60-cı və 70-ci illərinə təsadüf edir. C. T. Əhmədlinin və V. Ə. Paşayevin «Burjua sosiologiyasının 
tənqidi» (1968), C. T. Əhmədlinin və J. Soqomonovun «Sosiologiyaya dair söhbətlər» (1972) əsərləri bu baxımdan 
diqqəti cəlb edir. Həmin  əsərlər Azərbaycan oxucusunu sosiologiyanın bir sıra vacib problemləri ilə tanış edir; 
burada sanballı sosioloji tədqiqatlar aparmağın zəruriliyi  əsaslandırılır, sosioloji biliklərin müxtəlif səviyyələri 
yığcam  şəkildə  nəzərdən keçirilir. Həmin  əsərlər məlum dövrün bəzi ideoloji ehkamlarından azad olmasa da, 
sosioloji tədqiqatların müntəzəmliyinə və dərinləşdirilməsinə istiqamətlənmişdir. 
60-cı illərin sonu-70-ci illərin əvvəllərində bünövrəsi qoyulan ənənə 90-cı illərdə zənginləşmək üçün yeni 
imkanlar  əldə edir. Azərbaycanın müstəqil inkişaf yolunu tutması, sosial elmlərin, o cümlədən sosiologiyanın 
əvvəlki dövrə məxsus qadağalardan xilas olması, demokratiyanın inkişafı, milli dövlətçilik ənənələrimizin bərpası 
və s. - bütün bunlar sosioloji elmin inkişafı üçün yeni perspektivlər açmışdır. 
Bir sıra dərsliklərin, dərs vəsaitlərinin, metodik tövsiyələrin 
[3 - 4] 
və s. nəşri həmin perspektivlərin 
reallaşdırılması yolunda atılan ciddi addımlar kimi qiymətləndirilə bilər. Məsələn, «Sosiologiya» (dərs vəsaiti, 
müəlliflər kollektivi, 1994-ci il), «Sosiologiya: nəzəriyyə və tədqiqat metodologiyası» (dərs vəsaiti, Rüfət Quliyev, 
1995-ci il), «Sosiologiya» (dərs vəsaiti, H. Musayev və M. İsayev, 1996-cı il), «Sosiologiya» (mühazirələr mətni, 
S. Məmmədova və A. Məmmədova, 1998-ci il), «Sosiologiya» (dərs vəsaiti, M. Pənahova və K. Kazımova, 1999-
cu il), «Sosiologiyanın nəzəri problemləri» (dərs vəsaiti, M. Əfəndiyev və A. Şirinov, 2001-ci il), «Sosiologiyada 
ölçmə və məlumatların təhlili» (ümumi nəzəriyyə məsələləri - dərs vəsaiti, C. T. Əhmədli və A. A. Rəhimov, 2002-
ci il), «Sosiologiyaya dair sxemlər» (mühazirələrin konspekti, metodik vəsait, tərtibçi T. Ağayev, 2002-ci il), 
«Sosiologiya» (dərs vəsaiti, K. A. Əzimov və R. M. Həsənov, 2003-cü il), «Sosiologiya» (dərslik, müəlliflər 
kollektivi, 2005-ci il), «Sosiologiya» (dərs vəsaiti, F. Vahidov və T. Ağayev, 2005-ci il), «Sosiologiya» (dərslik, 
müəlliflər kollektivi, 2006-cı il) və s. Bundan əlavə, monoqrafik xarakterli xeyli tədqiqat əsəri meydana gəlmişdir. 
Ümid edirik ki, sosiologiyaya dair ədəbiyyat yeni nəşrlər hesabına daha da zənginləşəcəkdir. 
Sosiologiyanın inkişafı baxımından bir məqama da diqqət yetirilməlidir: sosiologiyanın təsisatlaşdırılması 
prosesi intensivləşir. Azərbaycanın müstəqilliyi ilə həmyaşıd olan Sosial elmlər və psixologiya fakültəsində (Bakı 
Dövlət Universiteti) sosiologiya ixtisası üzrə kadrlar hazırlanır; sosiologiya kafedrası həm Azərbaycan, həm də rus 
bölməsində  təhsil alan tələbələrlə  və magistrantlarla müntəzəm məşğul olur. «Sosiologiyanın nəzəriyyəsi, 
metodologiyası  və tarixi», «Sosial struktur, sosial institutlar və proseslər» ixtisasları üzrə aspiranturada yüksək 
ixtisaslı mütəxəssislər hazırlanması sahəsində artıq müəyyən uğurlar qazanılmışdır. AMEA-nın Fəlsəfə və Siyasi-
Hüquqi Tədqiqatlar İnstitutunda «Sosiologiya və sosial psixologiya» şöbəsi fəaliyyət göstərir, konfranslarda, dövri 
nəşrlərdə - jurnallarda sosiologiyaya dair xüsusi bölmələr ayırd edilir, müxtəlif sorğu mərkəzləri təşəkkül tapır və s. 
Lakin sosiologiyanın inkişafı müəyyən ziddiyyətlərlə, 
[4 - 5]
 problemlərlə bağlıdır. Bunlardan bəzilərini 
qeyd etməyə ehtiyac duyuruq. 
Əvvəla, ümumi sosioloji nəzəriyyənin inkişafına, zənginləşməsinə diqqət artırılmalıdır, çünki bu nəzəriyyə 
bütövlükdə sosioloji elmin özəyidir, onun konseptual və kateqoriya-anlayış  əsasıdır.  İnsanların sosiol varlığının, 
cəmiyyətin fəaliyyət və inkişafının  ən mühüm məqamları burada öz əksini tapır. Cəmiyyətin öyrənilməsinə öz 
məzmunu, öz məntiqi və spesifikası ilə seçilən sosioloji yanaşmanın mahiyyəti məhz burada üzə çıxır. İnkişaf etmiş 
ümumi nəzəriyyə əslində bu elmin həqiqi simasını ifadə edir. 
İkincisi, müxtəlif sosioloji sorğuların aparılmasında ciddi qüsurlara yol verilir. Metodoloji mövqeyin elmi 
surətdə  əsaslandırılmaması, seçmədə reprezentativlik (təmsiledicilik) prinsipinin pozulması, sualların tərtibində 
zəruri tələblərə riayət olunmaması, nəticələrin, faktların təhlilində  və  şərhində siyasiləşməyə meyllilik və s. bu 
qəbildəndir. Sorğuların hazırlanmasında və həyata keçirilməsində, nəticələrin ümumiləşdirilməsində obyektivlik və 
etiklik prinsipləri bir-birini tamamlamalıdır. 
Üçüncüsü, sosiologiya ixtisasının məzunlarının işlə  təmin olunmasında müəyyən problemlər, çətinliklər 
mövcuddur. Etiraf etməliyik ki, ənənəvi ixtisas sahibləri bu cəhətdən daha əlverişli vəziyyətdədirlər. Bəziləri hətta 
sosioloqun hansı işdə çalışa biləcəyini az-çox təsəvvür edə bilmirlər. Əmək bazarında sosioloq peşəsinə yiyələnmiş 


 
şəxsin rəqabət qabiliyyətinə bir çox hallarda lazımınca diqqət yetirilmir. Ənənəvi bilik sahələrinin nümayəndələri 
tərəfindən bəzən sosiologiyanın ictimai həyatda və elmdə öz qanuni və layiqli yerini tutmasına müəyyən 
müqavimət göstərilir. 
Dördüncüsü, sosioloji biliklərin təbliği də qənaətləndirici deyildir: əhalinin bəzi təbəqələri bu bilik sahəsinə, 
ümumiyyətlə. bələd deyildir. Görünür, sosiologiyanın uzun illər  ərzində ali və orta ixtisas məktəblərində  tədris 
olunmaması təsirsiz qalmamışdır. Kütləvi informasiya vasitələri də əksər hallarda sosioloji bilik sahələrinə o qədər 
də ciddi həvəs, maraq göstərmir. Mətbuatda, radio və televiziyada sosioloq kadrların azlığı özünü aydın surətdə 
hiss etdirir. Sosiologiyaya dair populyar nəşrlər də yox dərəcəsindədir. 
Sosiologiya artıq ali məktəblərdə  tədris olunan fənlər sırasında özünəməxsus yer tutmuşdur. Müstəqil 
Azərbaycanımızın inkişafının sosial problemlərinin həllində, cəmiyyətin ümumi sağlamlaşmasında sosiologiyanın 
rolu tam etiraf olunur. O, cəmiyyəti bütöv halda öyrənən bilik sahəsi kimi gənclərin dünyagörüşünün 
formalaşmasına, onların ideya-siyasi və  mənəvi-əxlaqi mövqelərinin müəyyənləşməsinə  fəal təsir göstərir. 
Sosiologiya elminin problemlərinə  bələd olmaq sayəsində  tələbə  gənclər bugünkü mürəkkəb, ziddiyyətli ictimai 
prosesləri daha dərindən dərk etmək imkanı qazanacaqlar. Sosiologiyadan dərs vəsaitinin hazırlanması  həmin 
imkanı reallaşdırmağa kömək etmək məqsədi güdür. 
Sosiologiyadan dərs vəsaiti mövcud tədris planlarına tam uyğun  şəkildə hazırlanmışdır. Müxtəlif 
ixtisaslarda təhsil alan tələbələr bu vəsaitlə tanış olmaq sayəsində ümumi sosiologiyanın problemlərini aydın 
təsəvvür edəcək, problemlərin həlli yollarını və xüsusiyyətlərini daha adekvat, məntiqli qavraya biləcəklər. Aydın 
məsələdir ki, tələbə  gənclər təkcə bu vəsaitlə kifayətlənməməli, ayrı-ayrı mövzular üzrə  məsləhət görülən 
ədəbiyyatı diqqətlə, səylə öyrənməlidirlər. Belə gərgin iş sayəsində tələbə mürəkkəb sosial münasibətlər aləminə 
dərindən nüfuz edə bilər, bu aləmin sirlərinə bələd ola bilər. Güman edirik ki, sosial gerçəkliyimizi daha obyektiv 
dərk etmək baxımından sosiologiya üzrə hazırlanmış vəsait tələbələrimizə müəyyən fayda verəcəkdir. 
Dərs vəsaiti on yeddi fəsli əhatə edir. I, II, III, IV, XI, XII, XIII, XIV və XVII fəsillər dos. F. Q. Vahidov, V, 
VI, VII, VIII, IX, X, XV və XVI fəsillər isə dos. T. B. Ağayev tərəfindən yazılmışdır. 
Oxuculardan xahiş olunur ki, vəsait haqqında irad və təkliflərini BDU-nun sosiologiya kafedrasına təqdim 
etsinlər. İrəlicədən təşəkkürümüzü bildiririk. 
 
BDU-nun sosiologiya kafedrasının 
Dosenti F. Q. VAHİDOV 
 


 
 
 
I FƏSİL 
 
 
SOSİOLOGİYA CƏMİYYƏT HAQQINDA ELMDİR 
 
 
1. Sosiologiya elminin meydana gəlməsi və inkişafı 
 
Sosiologiyanın müstəqil elm kimi meydana gəlməsi XIX əsrə təsadüf edir. Həmin əsrin 30-50-ci illərində bu 
sahədə ilk ciddi addımlar atılmış, sosial sistemlərin fəaliyyəti və inkişafı qanunauyğunluqlarını öyrənən elmin bir 
çox əsaslı problemləri araşdırılmışdır. Sosiologiyanın meydana gəlməsi belə bir təlabatı ifadə edirdi: digər ictimai 
elmlərdə elə problemlər ortaya çıxmışdır ki, onların ənənəvi üsullarla, biliklərin təşəkkül tapmış mövcud sistemi 
çərçivəsində həll etmək artıq mümkün deyildiir. 
Dünyaya sosioloji baxım üç başlıca cəhəti özündə birləşdirir: 
Birincisi, cəmiyyət ayrı-ayrı ictimai ünsürlərin sadəcə mexaniki yığımı yox, öz xüsusi qanunları üzrə 
fəaliyyət göstərən, inkişaf edən müəyyən sistemli bütövlükdür. 
İkincisi, ideal ictimai quruluşun utopik konstruksiyasını quraşdırmaq yox, real surətdə mövcud olan ictimai 
münasibətlərin öyrənilməsi zərurəti dərk olunmalıdır. 
Üçüncüsü, mücərrəd fəlsəfı mühakimələrə yox, empirik tədqiqat metodlarına istinad edilməlidir. Aydın 
məsələdir ki, həmin metodların başa düşülməsi müxtəlif tədqiqatçılarda müxtəlif ola bilər. 
Sosioloji baxımın ünsürləri tədricən, bir-biri ilə qarşılıqlı əlaqədə təşəkkül tapmışdır. Bu proses yeni dövrün 
sosial fəlsəfi və tarix fəlsəfəsi hüdudlarında baş vermişdir. İctimai və humanitar elmlərin diferensiasiyası, empirik 
sosial və etnoqrafık tədqiqatların inkişaf etməsi, təbiətşünaslığın yeni-yeni nailiyyətlər qazanması  və onun 
cəmiyyətşünaslıqla 
[7 - 8]
 əlaqələrinin dərinləşməsi burada həlledici rol oynamışdır. 
Sosiologiyanın banisi görkəmli fransız mütəfəkkiri Oqyust Kont (1798-1857) hesab olunur. O öz təlimini 
əvvəlcə «sosial fızika» adlandırır. Lakin sonralar belçikalı alim və statistik A. Ketlenin (1796-1874) də  həmin 
termindən istifadə etdiyini nəzərə alaraq, elmi dövriyyəyə yeni söz - sosiologiyanı daxil edir. 
Məlumdur ki, «sosial fızika» ideyası XVII əsrə təsadüf edir. Artıq «sosial fızika» nəzəriyyələri cəmiyyətə 
sistem kimi yanaşır, onu təbiətin bir hissəsi hesab edirdi. Başqa sözlə, cəmiyyətşünaslıq metodoloji baxımdan 
təbiətşünaslığın tərkib hissəsinə çevrilirdi. Lakin məhz O. Kont həmin ideyanı tam dolğunluqla, müntəzəmlik və 
əsaslılıqla işləməyə nail olmuşdur. Kontun fikrincə, «sosial fızika», yaxud sosiologiya cəmiyyət hadisələrinin fıziki 
hadisələrə müncər edilməsini nəzərdə tutmur: sosial olanın spesifikası elmi biliyin özünəməxsus ensiklopediyası 
olan «pozitiv sintez» çərçivəsində nəzərə alınmalıdır. 
Sosiologiyanın meydana gəlməsi XIX əsrdə  cəmiyyətin mövcud ziddiyyətləri, habelə  həmin ziddiyyətlər 
zəminində şaxələnən və kəskinləşən ictimai-siyasi mübarizə ilə bağlı olmuşdur. Yeni intellektual sintezə, insan və 
cəmiyyət haqqında realist təhlilə  tələbat getdikcə artırdı. Sosial hadisələri və prosesləri izah etmədən, ictimai 
həyatın müxtəlif tərəfləri barəsində konkret empirik informasiya almadan, bir sözlə, sosioloji realizm mövqeyində 
dayanmadan cəmiyyəti az-çox səmərəli idarə etmək mümkün deyildi. 
XIX əsrin sonlarına doğru sosiologiyanın bir elm kimi təşəkkülü əsasən başa çatır və XX əsrin əvvəllərində 
o, artıq cəmiyyətşünaslıqın aparıcı bölmələrindən birinə çevrilir. Onun öz anlayış aparatı formalaşır, getdikcə daha 
mürəkkəb və diferensial konsepsiyalar meydana gəlir. Tədricən öyrənilən problemlərin dairəsi genişlənir, 
metodologiya və  tədqiqat texnikası  məsələlərində  uğurlu addımlar atılır. Ümumi nəzəriyyənin və empirik sosial 
tədqiqatların paralel 
[8 - 9]
 inkişafı onların inteqrasiyası meyllərini gücləndirir. Sosiologiyanın təsisatlaşdırılması, 
ali təhsil sistemində, xüsusən universitetlərdə özünə möhkəm mövqe qazanması, bu sahədə çalışan peşəkarların 
artması, O. Kotun, H. Spenserin, F. Tönnisin, K. Zimmelin, E. Dürkheymin, M. Veberin, V. Paretonun əsərləninin 
öyrənilməsi, təbliği, yeni ideyalarla zənginləşdirilməsi - bütün bunlar XX əsrdə, xüsusən 20-ci illərdən sonra daha 
çox nəzərə çarpan səciyyəvi xüsusiyyətə çevrilir. 
Sosiologiyanın inkişafında 20-ci illərdən 50-ci illərə qədərki dövrün özünəməxsus yeri vardır. Təxminən iki 
dünya müharibəsi arasındakı dövrü əhatə edən bu mərhələni bəzən sadəcə olaraq empirik mərhələ adlandırır, 
aparılan tədqiqatların nəzəri imkanlarının məhdudluğunu, əhatəli nəzəri və dünyagörüşü sintezlərinin olmamasını 
qeyd edirlər. Lakin belə izah sadəcə olaraq doğru deyildir, çünki empirik istiqamətlənmənin özü maraqlı  nəzəri 
axtarışlara stimul yaratmışdır. Bundan əlavə, nəzərdən keçirilən dövrdə nüfuzlu sosioloji məktəblər və istiqamətlər 
təşəkkül tapmış  və  fəal iş aparmışlar. Məsələn, sosial fəaliyyət nəzəriyyələri, psixoanalitik sosiologiya və s. bu 
qəbildəndir. P. Sorokinin «inteqral sosiologiyasının»  əsas ideyaları  məhz bu mərhələdə  işlənib hazırlanmışdır. 


 
Sonralar geniş  şöhrət qazanmış sosioloji cərəyanların - simvolik interaksionizmin (C. H. Midin əsərlərində), 
fenomenoloji sosiologiyanın (A. 
Şyutsun  əsərlərində), Frankfurt məktəbinin «tənqidi» sosiologiyasının 
(M. Horkhaymerin və T. Adornonun əsərlərində) formalaşması da bu dövrə  təsadüf edir. Bu dövrdə irəli sürülən 
bəzi ideyalar bir çox onilliklər ərzində irəlicədən sosioloji fikrin inkişafının bünövrəsini təşkil etmişdir. 
Əsrimizin 50-ci illərindən etibarən sosiologiyada sabitləşmə  səylərini möhkəmləndirmək, rasionallıq və 
inkişaf ideyalarını daha dərindən işləmək meylləri üstünlük təşkil edir. Bu meyllər indi də geniş və qızğın mübahisə 
obyekti olaraq qalır. 
Hazırda sosiologiyanın müstəqil elm kimi mövcudluq 
[9 - 10]
 hüququ, onun sosial və intellektual inkişafda 
rolu, demək olar ki, heç kəsdə etiraz doğurmur. Bütün qabaqcıl və inkişaf etmiş dövlətlər cəmiyyətin sosial-iqtisadi 
və mənəvi - əxlaqi baxımdan sağlamlaşmasında sosiologiyanın əhəmiyyətini dərk edərək, onun inkişafı üçün daha 
optimal şərait olmasına qayğı göstərirlər. 
Müstəqilliyin çətin, əzablı, lakin zəruri yolu ilə irəliləyən respublikamızda sosiologiyanın inkişafı müəyyən 
çətinliklərlə üzləşir. Erməni təcavüzü nəticəsində respublika ərazisinin xeyli hissəsinin işğalı  və dağıntıya məruz 
qalması, qaçqınlar və məcburi köçkünlər problemi, iqtisadi, sosial, mənəvi potensialın xeyli zəifləməsi, sosiologiya 
sahəsində ixtisaslı kadrların azlığı, keçmiş SSRİ-də sosiologiyanın təsisatlaşdırılmasına və öz qanuni yerini 
tutmasına lazımınca diqqət yetirilməməsi, sosioloji tədqiqatla və xidmətlə məşğul olan laboratoriyaların, şöbələrin 
maliyyə çətinlikləri ilə üzləşməsi və s. obyektiv surətdə vəziyyəti mürəkkəbləşdirir və gərginləşdirir. Lakin nəzərə 
almaq lazımdır ki, son illərdə respublikamızda ümidverici addımlar da atılmışdır. Artıq sosiologiya ixtisası üzrə 
kadrlar hazırlığına başlanılmış, ali məktəblərdə və kolleclərdə sosiologiyanın tədrisinə diqqət gücləndirilmiş, onun 
təsisatlandırılması işi xeyli təkmüləşdirilmişdir. Əlbəttə, problemlər qalır. Lakin bu problemlərin həlli təkcə dövlət 
qayğısından yox, həm də bu sahədə çalışan mütəxəssislərin ictimai tələbatı  dərk etməsindən, öz bilik və ixtisas 
səviyyəsini yüksəltməsindən, respublikanın müstəqilliyinin möhkəmlənməsinə konkret töhfəsindən asılıdır. 
Bu bir həqiqətdir ki, tarixi-elmi baxımdan hər bir elm nəinki nəzəri müddəaların az-çox nizama salınmış 
sistemidir, həm də müəyyən predmeti öyrənən və onunla peşəkar surətdə məşğul olan adamların daxil olduğu sosial 
sistemdir. Bu mənada sosiologiya da bir elm kimi konkret tarixi təsissatdır, onun meydana gəlməsi, inkişafı, 
yüksəlmə və enmə momentləri diqqətlə öyrənilməlidir. 
Bir sıra elmlərlə müqayisədə sosiologiyanın daha əhatəli 
[10 - 11]
 və dərin yol keçməli olacağı indi açıqca 
etiraf olunur. Bu baxımdan Amerika sosiologiyasının görkəmli nümayəndələrindən biri olan Robert Kinq Mertonun 
sözləri xarakterikdir: «İyirminci  əsrin fizikası ilə sosiologiyası arasında milyard saatlıq fasiləsiz nizamlı  və 
təmərküzləşmiş tədqiqatçılıq işinə bərabər olan fərq mövcuddur. Ola bilsin ki, sosiologiya öz Eynşteyni üçün hələ 
ona görə yetişməmişdir ki, o, əvvəlcə öz Keplerini tapmalıdır». 
 



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə