F. Q. Vahidov, T. B. Ağayev


a)  Sosial institutlar nəzəriyyəsi



Yüklə 5.04 Kb.

səhifə9/24
tarix22.07.2017
ölçüsü5.04 Kb.
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

a)  Sosial institutlar nəzəriyyəsi  (institutsional paradiqma). Bu paradiqmaya görə, sosial institutlar yalnız 
bütövlükdə götürdükdə  cəmiyyəti müəyyən edir, onlar öz-özlüyündə personifıkasiyasız,  şəxssiz təbiətə malikdir. 
Tədqiqatçı sosial strukturu institutsional baxımdan mənalandırarkən təkamülçü metodoloji mövqedən çıxış etməyə 
bilməz, çünki hər bir sosial institut ictimai əhəmiyyət kəsb edən funksiya yerinə yetirir, bu funksiyanı isə bütöv və 
ümumi sistemdən ayrılıqda götürmək qeyri-mümkündür. 
b)  Sosial bərabərsizlik nəzəriyyəsi  (funksional və konfliktoloji paradiqma). Bu qəbildən olan 
paradiqmalara görə, sosial bərabərsizlik sosial qrupların və fərdlərin funksional ölçülən göstəricilərindən daha çox 
onların bir-birinə nəzərən tutduqları vəziyyətlərini səciyyələndirir. Belə yanaşma subyektlərin müqayisə edilməsini, 
qiymətləndirilməsini, konkretləşdirilməsini və personlaşdırılmasını nəzərdə tutur. 
Sözügedən paradiqma daxilində cəmiyyətin strukturlara ayrılması əmək bölgüsü ilə (funksionalizm), yaxud 
diferensiasiyaedici mülkiyyət münasibətləri və hakimiyyət ilə (marksizm) əlaqələndirilir. 
                                                 
1
 Энциклопедический социологический словарь. М., 1995, c. 778. 

44 
 
Müasir sosiologiyada cəmiyyətin sosial strukturu problemi üzrə ən nüfuzlu, evristik əhəmiyyət kəsb edən və 
daha geniş yayılmış aşağıdakı dörd klassik nəzəri-metodoloji yanaşma mövcuddur: 
 
1. Marksist yanaşma 
Bu yanaşma cəmiyyət və onun strukturu haqqında sistemli, inteqral təsəvvürlərə  əsaslanır. Bu nöqteyi-
nəzərin mahiyyətini və başlıca məzmununu aşağıdakı əsas müddəa təşkil edir: 
sinfı (sosial-sinfı) bölgüyə sosial fərqlərin bütün məcmusunu anlamağın özülü kimi yanaşılması, onun 
cəmiyyəti, hətta fərdlərin özünü də qruplara və təbəqələrə ayırmağın əsası kimi götürülməsi. Marksizm, əlbəttə, bu 
tipdən olan 
[104 - 105]
 (yəni müxtəlif sosial qruplara bölünməni əsas tutan) digər strukturları (sosial-demoqrafık, 
ərazi, sosial-peşə, sosial-mədəni, milli-etnik və s.) inkar etmir. Lakin həmin təlimdə bütün bu bölgülər tam müstəqil 
vəziyyətdə deyil, sosial-sinfı struktur ilə bu və ya digər dərəcədə əlaqədə anlaşılır. 
 
2. M. Veberin nəzəriyyəsi 
Bu nəzəriyyəyə görə, sosial struktur elə bir çoxölçülü sistemdir ki, burada siniflər və onları törədən 
mülkiyyət münasibətləri ilə yanaşı sosial status və hakimiyyət də mühüm yer tutur. Başqa sözlə, cəmiyyət gəlir, 
hakimiyyət və nüfuz kimi meyarlara görə ayrılan insan qrupları kimi özünü göstərən müxtəlif ünsürlərdən 
ibarətdir. 
Bu modeldə aşağıdakı fərqlər əsas götürülür: 
1) iqtisadi; 2) iqtisadi-siyasi; 3) sosial-psixoloji. 
M. Veberin nəzəri baxışlarında zəif cəhət, yuxarıda göstərilən üç qrup əlamət, yəni sosial fərqlərin növləri 
arasında daxili əlaqələr məsələsinin işlənilməməsidir. Bu vəziyyət isə istər-istəməz həmin  əlaqələrin zahiri və 
təsadüfi xarakter daşıması haqqında fikrə gətirib çıxarır. 
 
3. Struktur-funksional təhlil (T. Parsons, R. Merton, E. Şilz və b.) 
T. Parsonsun  fıkrincə, sosial struktur fərdlərin sosial davranış normaları, sosial mövqeləri və yerinə 
yetirdikləri sosial rolları ilə şərtlənən qarşılıqlı təsirinin nəticəsidir. Başqa sözlə, cəmiyyətin bütövlüyü və vəhdəti 
fərdlər tərəfındən ümumi yüksək dəyərlərin anlamalarının yekunu kimi göstərilir. Sosial struktur cəmiyyətdə 
statuslar sistemi kimi çıxış edir. 
Cəmiyyətin struktur təşkilinin T. Parsons tərəfindən verilən funksional modelinə görə, hər bir sosial sistem 
dörd struktur iyerarxiyadan ibarətdir: 
a) ilkin pillə - ünsürlərin, fərdlərin bilavasitə və «üzbəüz» qarşılıqlı təsiri ilə səciyyələnir; 
[105 - 106]
 
b) idarəedici pillə. Burada ünsürlərin ilkin səviyyədə qarşılıqlı  təsiri tənzim edilir və bu pillə strukturun 
xarici vəziyyətinə münasibətdə vasitəçi kimi çıxış edir; 
c) institusional səviyyə. O, müxtəlif idarəçilik institutlarını, inzibati və bələdiyyə orqanlarını və s. əhatə edir; 
d) cəmiyyətin təşkilinin ali, ümumdövlət (sosietal) səviyyəsi. Buraya əvvəlki aşağı səviyyələrə münasibətdə 
nəzarətedici və tənzimləyici funksiyalar yerinə yetirən dövlət və hakimiyyət orqanları daxıldir. 
A. Radkliff-Braun da hesab edir ki, sosial struktur, həmin konkret zaman anında bütün fərdlərin daxil 
olduğu hər cür sosial münasibətlərin ümumi məcmusundan ibarətdir
1
. Onun fıkrincə, sosial struktur sosial sistemin 
qeyri-prosesual səpkisidir. Qeyd edək ki, sosial antropologiyanın və struktur funksionalizmin sonrakı 
nümayəndələri sözügedən müəllifin bu barədəki mövqeyini təshih edərək göstərirlər ki, «struktur prinsipləri» 
reallıq olmayıb, abstraksiyalardır və buna görə  də onlar empirik gerçəkliyin müxtəlif zaman kəsiklərinə  tətbiq 
oluna bilər. 
Struktur-funksional təhlil nəzəriyyəsinin digər nümayəndəsi R. Merton sosial strukturu cəmiyyətin  əsası 
kimi götürür. O, aşağıdakı struktur növləri irəli sürür: 
a) böyük əhəmiyyət kəsb edən normativ-mədəni struktur; 
b) ehtimal olunan struktur. Burada müəyyən resurslara, güzəştlərə  və  dəyərlərə malik olmağın müxtəlif 
imkanlar iyerarxiyası əhatə olunur; 
c) ideal struktur - «ictimai rəyin vəziyyəti». Mertona görə, «funksiyalar və disfunksiyalar, yəni ümumi 
orqanizmin qorunub saxlanılmasına verdikləri töhfə baxımından nəzərdə tutulan həyati və yaxud üzvi proseslər» 
cəmiyyətdə aparıcı rol oynayır. 
Sosial strukturun daxili əlaqələri sosial sistemin üzvlərinin xassələri ilə müqayisədə daha mühüm sosial 
məna 
[106 - 107] 
kəsb edir. Sosial strukturlar fərdlər arasındakı münasibətlərin xarakterini müəyyən edir. 
 
4. P. Sorokinin «qarşılıqlı təsir» nəzəriyyəsi 
                                                 
1
 Лайсон Т. , Гэррод Д.  Социология. Словарь – справочник. M., 2000, c. 464. 

45 
 
P. Sorokinin  fıkrincə, sosial strukturun əsasında fərdlərin qarşılıqlı  təsiri durur. Bu, cəmiyyəti stratlara 
(təbəqələrə) ayırmağın aparıcı meyarını  təşkil edir. Qarşılıqlı  təsirlər birtərəfli, ikitərəfli, antaqonist və  həmrəy 
xarakterli ola bilir. İnsanların stabil mövcud olan təşkilatları (sosial birlik, qrup tipli) elə bir yüksək inkişaf etmiş 
orqanizmə bənzəyir ki, onun «möhkəm sümük-əzələ sistemi, dayanıqlı və elastik forması vardır». 
Sorokinə görə, qarşılıqlı  təsir mərkəzlərinin sıx funksional və yaxud səbəbiyyət qarşılıqlı asılılığı  həmin 
qarşılıqlı  təsiri xüsusi növ kollektiv vəhdətli hadisə kimi öyrənməyə imkanı verir. Funksional və ya səbəbiyyət 
əlaqələrinin olmadığı yerdə formal vəhdət özünü göstərir. 
Fərdlərarası qarşılıqlı təsir və kollektiv vəhdət (birlik) sosial strukturun təhlilinin «birinci pilləsini»ni təşkil 
edir. «İkinci pillə» kollektiv birliklərin, real mövcud olan məcmuların, bölgülərin, çarpazlaşmaların, 
kumulyasiyaların, təbəqələşmələrin, bir sözlə, mürəkkəb sosial aqreqatların qarşılıqlı təsirini öyrənir. 
Kollektiv birliklərin yaranması, qorunub saxlanılması və məhv olması amillərini kosmik, bioloji və sosial-
psixoloji şərtlər təşkil edir. 
Göründüyü kimi, cəmiyyətin sosial strukturu haqqında çoxsaylı  nəzəriyyələr, konsepsiyalar, müxtəlif 
yanaşmalar formalaşmış, təkmilləşmiş  və inkişaf etmişdir. Bu proses müasir dövrümüzdə  də davam edir. Sosial 
strukturda baş verən mütərəqqi dəyişikliklər, inkişaf meylləri həmin nəzəriyyələrin daim təkmilləşməsini və 
yeniləşməsini şərtləndirir. 
[107 - 108]
 
 
2. Sosial strukturun əsas tərkib hissələri 
 
Cəmiyyətin sosial strukturunda bir neçə səviyyəni ayırmaq olar. Birinci səviyyə özündə sinifləri ehtiva edir. 
İkinci səviyyəyə siniflərə yaxın olan, lakin onların bütün əlamətlərinə malik olmayan sosial qruplar, mütəxəssis 
olmayan qulluqçular, eləcə də sosial təbəqələr daxil edilir. Sosial strukturun bu səviyyəsi elmi ədəbiyyatda sosial-
sinfı struktur adlandırılır. Sosial strukturun üçüncü səviyyəsi özündə yalnız sosial-sinfi strukturun elementlərini 
yox, həm də şəhər və kənd əhalisini, zehni və fiziki əmək sahəsində çalışan sosial qrupları ehtiva edir. 
Siniflər sosial strukturun mühüm elementlərindən biridir. Qeyd etmək lazımdır ki, «sinif» termini elmi 
ədəbiyyata Gene tərəfindən siyasi-iqtisadi anlayış kimi daxil edilmişdir. Lakin XIX əsrin sonlarında Fransada baş 
vermiş burjua inqilablarının təsiri ilə bu anlayış sürətlə siyasiləşmişdir. XIX əsrin sonlarından 1953-cü ilə kimi bu 
termin Rusiyada da siyasi mənada işlənmişdir («sinfı düşmən», «qolçomaq» və s.). 
Marksist sosiologiyasında sosial strukturda siniflərin mövqeyi xüsusi vurğulanırdı. K. Marks və F. Engels 
cəmiyyətin siniflərə bölünməsinin əsas səbəblərini ictimai əmək bölgüsünün və xüsusi mülkiyyət münasibətlərinin 
formalaşmasının nəticəsi kimi izah edirdilər. Marksizm sinif anlayışına aşağıdakıları ehtiva edən mühüm məna 
verirdi: 
-tarixən qərarlaşmış müəyyən ictimai istehsal sistemində tutduğu yerə görə bir-birindən fərqlənən böyük 
insan qrupları kimi götürülür; 
-istehsal vasitələri üzərində mülkiyyət münasibətləri, fəaliyyət nəticələrinin mübadiləsi (ictimai əməyin 
təşkili) və bölgü münasibətləri üzərində qərarlaşdığı bildirilir; 
-siniflərin mənafelərində ziddiyyət vardır, çünki onlardan biri digərinin əməyini mənimsəyə bilir. 
Sinfin qeyd olunan mənası ümumilikdə götürülən sinfı 
[108 - 109]
 fərqləri anlamaq üçün prinsipcə kifayət 
edir. Belə ki, o, siniflər arasında əsas etibarilə şüurdan asılı olmayaraq qərarlaşan obyektiv fərqləri açıb göstərir. 
Marksizmə görə, siniflər arasında iqtisadi fərqlər əsasında onların siyasi həyatda və mədəniyyətdə fərqliliyi 
formalaşır. Beləliklə, bu təlim siyasi, mədəni, ideoloji, sosial-psixoloji fərqlərin olduğunu qəbul edir, lakin o bütün 
bu fərqləri iqtisadi sahədəki fərqlərin davamı kimi götürür. 
Qeyd etmək lazımdır ki, marksizm tərəfındən cəmiyyətin strukturunun məhz sosial-sinfı struktur kimi şərhi 
istehsal münasibətləri sistemindəki vəziyyətinə görə bir-brindən fərqlənən (yəni sosial fərqlərin başlıca meyarına 
uyğun gələn) təkcə siniflərin deyil, həm də bütün sosial qruplar və  təbəqələr arasındakı  fərqlərin izahına mane 
olmur. 
Müxtəlif tədqiqatçılar sinifləri təhlil edərkən onları böyük insan qrupu hesab edir, lakin onun əlamətlərini 
müxtəlif cür izah edirlər. Məsələn, görkəmli sosioloq P. Sorokinin fıkrincə,  sinif - üç əsas  əlamət baxımından 
fərqlənən (peşə, əmlak və hüquqi), öz zəmanəsi üçün tipik olan insanlar qrupudur. 
Sorokinin belə bir qeydi metodoloji baxımdan mümkündür ki, hər bir konkret tarixi şəraitdə sinfın  əsas 
skeleti «əlavə göstəricilər, törəmə xassələr ilə tamamlanır». Peşə üzrə, təminata və hüquqa görə ümumilik eyni bir 
sinfə daxil olan insanların təhsil səviyyəsində, zövqlərində, simpatiyalarında və bütünlükdə  həyat tərzində oxşar 
cəhətlərin olmasına gətirib çıxarır. Bu oxşarlıqlar sinfə sosial tip keyfiyyəti verir. 
Elmi  ədəbiyyatda belə bir tərifə  də tez-tez rast gəlinir ki, sinif ümumi şəraitə  və istehsal prosesindəki 
roluna görə birləşən, bunun nəticəsi kimi bölgü münasibətləri yaradan böyük sosial qrupdur. 
Bu  əsas sosial-iqtisadi əlamətlərdən başqa, siniflər üçün həm də ikinci dərəcəli törəmə  əlamətlər 
səciyyəvidir. Bunlara həyat tərzi, məişət, maraqlar, ictimai davranış, fəallıq, sosial-siyasi təşkilatçılıq, təhsil, 

46 
 
mədəniyyət, şüur, ideologiya, ictimai psixologiya və s. daxildir. Bu əlamətlər sosial strukturun digər elementlərini 
də öyrənərkən nəzərə alınmalıdır. 
Sosial qruplar ictimai istehsalda müəyyən yer tutan və obyektiv surətdə mövcud olan dayanıqlı insan 
kateqoriyalarıdır. Bu məsələni xüsusi fəsildə ətraflı şərh edəcəyik. 
Sosial strukturda mühüm elementlərdən biri də ziyalılardır. Ziyalılar ali və ya orta ixtisas təhsili tələb edən 
və ixtisaslı zehni əmək fəaliyyəti ilə peşəkar surətdə  məşğul olan insanların birliyidir. Ədəbiyyatda ziyalılar 
anlayışının geniş izahı da mövcuddur. Bu halda həmin qrupa zehni əməklə məşğul olan bütün işçilər daxil edilir: 
yəni həm ziyalı-mütəxəssislər, həm də yüksək təhsil tələb etməyən və mürəkkəb olmayan zehni əməklə  məşğul 
olan qulluqçular -qeyri-mütəxəssislər (hesabdarlar, xəzinədarlar, katibə-makinaçılar,  əmanət xəzinələrinin 
nəzarətçiləri və s.) bu kateqoriyaya aid edilirlər. 
Ziyalıların cəmiyyətdəki rolu, yeri və strukturu onların aşağıdakı  əsas funksiyaları yerinə yetirməsi ilə 
müəyyənləşdirilir: 
- maddi istehsalın elmi-texniki və iqtisadi təminatı; 
- istehsalatın, bütövlükdə, cəmiyyətin və onun ayrı-ayrı altstrukturlarının peşəkarlıqla idarə edilməsi; 
- mənəvi mədəniyyətin inkişaf etdirilməsi; 
insanların tərbiyəsi; 
- ölkənin zehni və fıziki sağlamlığının təminatı. 
Ədəbiyyatda elmi-pedaqoji, mədəni-bədii, tibbi, idarəedici və hərbi ziyalıları fərqləndirirlər. Ziyalılar həm 
də ixtisas dərəcəsinə və sosial-demoqrafık əlamətlərinə görə təsnif edilirlər. 
Qeyd etmək vacibdir ki, zehni və  fıziki  əmək işçiləri aşağıdakı göstəricilərə görə  fərqlənirlər:  1)  icra 
etdikləri işin məzmununa, fıziki və intellektual qüvvələrin sərfınin nisbətinə,  əməyin mürəkkəblik dərəcəsinə  və 
davametmə  şəraitinə görə;  2)  fıziki və zehni əmək işçilərinin mədəni-texniki səviyyəsinə (təhsilinə, ixtisas 
dərəcəsinə, peşə tərkibinə) görə; 
[110 - 111]
 
3) mədəni və maddi rifahına, həyat  şəraitinə görə  də  fərqlənirlər. Bu sosial fərqlərdən sosioloji 
araşdırmalarda sosial göstəricilər kimi istifadə etmək olar. 
Sosial təbəqələr müəyyən sinfin, sosial qrupun hissələridir. Onların ayrılması  və sosial siması mövcud 
istehsal üsulunun yetkinliyindən asılıdır. Məsələn, ziyalıların tərkibində  təhsilin səviyyəsinə görə (orta və ali 
ixtisas, elmi dərəcəsi olanlar və olmayanlar və s.) təbəqələri, eləcə də, «praktikləri», ixtisas hazırlığı tələb etməyən 
zehni əməklə məşğul olan və müvafıq diplomu olmayan şəxsləri ayırmaq olar. 
Yuxarıdakı mülahizələri ümumiləşdirərkən ədəbiyyatda ziyalı anlayışı ilə bağlı fərqli fıkirlərin də mövcud 
olduğunu bildirmək yerinə düşər. Məsələn, Azərbaycan fılosofu S. Xəlilova görə, ziyalı sadəcə savadlı, bilikli, 
elmli adam deyil. Böyük alim, şair, bəstəkar da hələ ziyalı olmaya bilər. Ziyalı sadəcə olaraq ayrı-ayrı adamların, 
qrupların, tayfaların yox, bütövlükdə millətin yoluna işıq saçan adamdır.

İşçilərin  əməyin xarakteri və  məzmunu meyarına görə  təsnifatı onların peşəyə görə bölünməsinə, yəni 
sosial-peşə strukturunun formalaşmasına gətirib çıxarır. Bu əsasda aşağıdakı qruplar fərqləndirilir: zehni və fıziki 
əməklə, idarəetmə  və icraetmə  əməyi ilə, sənaye və  kənd təsərrüfatı  əməyi ilə məşğul olanlar, əmək qabiliyyətli 
əhali və ictimai istehsalla məşğul olmayanlar. 
Sosial-peşə strukturu əməyin peşələr üzrə bölünməsinə, onun sahə strukturuna əsaslanır. İstehsalatın yüksək, 
orta və  zəif səviyyədə inkişaf etmiş sahələrinin mövcudluğu işçilərin qeyri-bərabər sosial vəziyyətini 
müəyyənləşdirir. Bu, konkret olaraq, sahələrin texniki inkişafının səviyyəsindən,  əməyin mürəkkəblik 
dərəcəsindən, ixtisas səviyyəsindən, əmək şəraitindən və s. asılıdır. 
Sosial strukturun mühüm bir səpkisini  əhalinin sosial-demoqrafik göstəricilər üzrə bölünməsi təşkil edir. 
Bunlara qadınlar, kişilər, gənclər, pensiyaçılar, məktəblilər və b. daxildir. 
[111 - 112]
 Sosial-demoqrafik qrupların 
ayrılması üçün meyarlar cins və yaş  fərqləridir. Bu təbii fərqlər öz-özlüyündə, sözün həqiqi mənasında sosial 
fərqlər olmasa da, siniflərə  və qruplara bölünmüş  cəmiyyətlərdə sosial fərq xarakteri ala bilir. Buna cəmiyyətdə 
kişilərin və qadınların, müxtəlif nəsillərin nümayəndələrinin fərqli, qeyri-bərabər vəziyyəti, qocaların,  əmək 
veteranlarının, bir qayda olaraq, nisbətən ağır sosial vəziyyəti və s. dəlalət edir. Əhalinin yaş strukturunda qocalma 
prosesi yalnız bioloji, təkamül xarakterli bir proses deyildir. Qocalma iqtisadi fəallığın azalması, dövlətin ahıllara 
maddi-maliyyə xərcləri, ərzaq təminatı kimi problemlərlə bağlıdır. 
Sosial-demoqrafık strukturun mühüm elementlərindən biri gənclərdir. Azərbaycanda gənclərin sosial 
strukturda xüsusi çəkisi xeyli artmışdır. Belə ki, 2006-cı ilin yanvar ayına olan məlumata görə, respublikamızın 
əhalisinin 8,4 milyon nəfərindən 5,1 milyonu və ya 60,4%-ini 34 yaşına qədər olan əhali təşkil edir.
2
 Perspektivdə 
əhalinin yaş strukturunda bu prosesin getdikcə artması gözlənilir. Bu isə ölkəmizdə  əmək qabiliyyətli  əhalinin 
artmasını şərtləndirir. 
                                                 
1
 Xəlilov S.S. Lider. Dövlət. Cəmiyyət. B., 2001, s. 226. 
2
 Azərbaycan əhalisi 2006. B., 2006, s. 22. 

47 
 
Cəmiyyətin strukturunda insanların sosial-etnik birlikləri xüsusi yer tutur. Onların tərkibinə  qəbilə, tayfa, 
xalq, millət daxildir (bu məsələlər xüsusi fəsildə təhlil ediləcəkdir). 
 
3. Sosial stratifikasiya 
 
Yuxarıda qısa  şəkildə olsa da, cəmiyyətin «sosial strukturu» anlayışına münasibətdə özünü göstərən  əsas 
sinfı yanaşmalar qeyd olundu. Sosiologiyada son dərəcə geniş yayılmış olan sosial stratifıkasiya anlayışı  və 
nəzəriyyəsi də onlarla əlaqəlidir. Bu anlayış  cəmiyyətin strukturunu və sosial təbəqələr üzrə bölgünün əlamətlər 
sistemini əhatə edir. 
Stratifıkasiya anlayışı (lat. stratum - təbəqə  və facio -edirəm) sosiologiyaya geologiyadan (müxtəlif 
süxurların şaquli 
[112 - 113]
 yerləşməsini bildirir) gətirilmişdir. 
Sosial stratifikasiya və sosial təbəqələşmə anlayışları elmi ədəbiyyatda eyni mənanı ifadə edir. 
«Təbəqələşmə» anlayışı  hərfı  mənada bütün cəmiyyətin təbəqələrə bölünməsi deməkdir. Sosial təbəqələşmə isə 
əhali arasında təbəqələrin yaranma prosesini göstərir. Latın dilində buna sosiologiya elmində  qəbul olunmuş iki 
termin uyğun gəlir - diferensiasiya və stratifıkasiya.

«Stratifikasiya» termini daha çox elmi ədəbiyyatda, «təbəqələşmə» sözu isə gündəlik danışıqda işlədilir. 
«Təbəqələşmə» cəmiyyətin varlı  və yoxsullara bölünməsini ifadə edirsə, «stratifıkasiya» bununla yanaşı, 
həm də çoxsaylı orta təbəqəni ehtiva edir. Odur ki, stratifikasiya gerçəkliyi daha dolğun  əks etdirir. Biz bu 
termindən cəmiyyətin təbəqələşməsi prosesini və bunun nəticəsini ifadə etmək üçün istifadə edəcəyik. 
Stratifikasiyanın tarixi tipləri aşağıdakılardır: 
a) quldarlıq; b) kasta quruluşu; c) təbəqələr; ç) siniflər. 
Qərb sosiologiyasında sosial stratifikasiya nəzəriyyəsi siniflərin cəmiyyətin sosial strukturunun əsasını təşkil 
etməsi barədə marksist təliminin inkarıdır. Bu nəzəriyyənin tərəfdarları iddia edirlər ki, sinif anlayışı keçmiş 
cəmiyyətlərin, o cümlədən sənayecə inkişaf etmiş kapitalist ölkələrinin sosial strukturunu təhlil etməyə yarayırdı, 
lakin müasir industrial cəmiyyətin sosial strukturunun tədqiqi üçün yaramır. Çünki müasir cəmiyyətdə  əsas 
səhmdarların istehsalın idarə edilməsindən kənarlaşdırılması  və onların muzdlu menecerlərlə  əvəz olunması ilə 
əlaqədar mülkiyyət münasibətləri özünün müəyyənedici statusunu itirmişdir. Buna görə də sinif anlayışı «strat» ilə 
əvəz edilməlidir. 
Bu nəzəriyyəyə görə, hər strata təqribən eyni gəliri, səlahiyyəti, təhsil və nüfuzu olan insanlar daxildir. 
Cəmiyyətdə yuxarıdan aşağıya doğru zənginlər, varlılar, orta təbəqə və yoxsul adamların stratları yerləşir. 
[113 - 
114] 
Sosioloqların müəyyən bir qrupu belə hesab edir ki, sosial stratifikasiya təlimi müəyyən tarixi zaman 
ərzində  cəmiyyətdə mövcud olan sosial bərabərsizliyin iyerarxiyalı  təşkil olunmuş strukturunu daha dolğun  əks 
etdirir. Adi təbəqələşmə ilə müqayisədə sosial stratifikasiya iki fərqli cəhəti ilə seçilir. Birincisi, stratifikasiya 
dərəcəyə görə  təbəqələşmə ilə xarakterikdir. Belə ki, yuxarı  təbəqələr aşağı  təbəqələrdən (sərvətlərə sahibolma 
münasibətində  və ya mükafatların alınması imkanları ilə müqayisədə) daha imtiyazlı  vəziyyətdədirlər.  İkincisi, 
yuxarı təbəqələrin cəmiyyətdəki üzvlərinin sayı xeyli azlıq təşkil edir. 
Beləliklə, sosial stratifıkasiya  şaquli qaydada yerləşmiş sosial təbəqələrin məcmusudur. Burada sosial 
təbəqələr hakimiyyət, var-dövlət, təhsil və nüfuza sahib olmaq üçün sosial bərabərsizlik meyarı üzrə yerləşmişdir. 
Strat stratifıkasiyanın dörd şkalası üzrə oxşar göstəricilərə malik olan insanların sosial təbəqəsidir. 
Sosioloji  ədəbiyyatda stratifikasiyanın müxtəlif meyarları  əsaslandırılır. Alman sosioloqu R. Darendorf 
sosial stratifikasiya üçün başlıca meyar «nüfuz» anlayışını hesab edirdi. Amerika sosioloqu B. Barber cəmiyyətin 
stratifıkasiyasını gəlir, təhsil, dini, peşə, etnik mənsubiyyət və s. kimi meyarların əsas götürülməsini təklif etmişdir. 
P. Sorokinin sosial stratifıkasiya ilə bağlı fıkirləri də maraq doğurur. O, sosial stratifıkasiyanın üç müxtəlif 
növünü fərqləndirir: iqtisadi, siyasi və peşə. 
Siyasi stratifikasiya cəmiyyətin bütün tərəflərini əhatə edən iyerarxiya ranqları sistemini təsvir edir. Bura 
nüfuz, hakimiyyət və s. daxildir. 
Peşə stratifikasiyası  əhalinin fəaliyyətinə, məşğuliyyətinə  və peşəsinə görə bölünməsidir. P. Sorokinin 
fikrincə,  əhalinin peşə  əlaməti üzrə stratifıkasiyası  cəmiyyətin özülünü təşkil edir. Peşələr üzrə olan əlaqələr 
«dövlət ümumiliyinə» görə olan təsadüfi  əlaqələrdən, ideologiya və siyasi partiyaya mənsubiyyət üzrə olan 
əlaqələrdən fərqli olaraq dərin, köklü [
114 - 115] 
və əsaslı xarakter daşıyır. 
İqtisadi stratifıkasiya üçün Sorokinin fluktuasiya adlandırdığı iki göstərici səciyyəvidir: 
1) qrup və ya cəmiyyətin varlanması və yoxsullaşması; 
                                                 
1
 Кравченко А. И.  Социология. М., 2006, с. 121. 

48 
 
2) iqtisadi piramidanın hündürlüyünün artması  və azalması
1
. Qeyd etmək lazımdır ki, stratifikasiya 
nəzəriyyəsi müasir dövrdə ən çox işlənilən və nəzəri cəhətdən əsaslandırılmış nəzəriyyədir. Lakin bəzi tədqiqatçılar 
onun da bir sıra çatışmazlıqlara malik olduğunu göstərirlər. Onlardan biri cəmiyyətdə mükafatlandırma sisteminin 
bölgüsündə əhəmiyyətli rol oynayan hakimiyyət amilinin rolunun nəzərə alınmamasıdır. Bu xüsusilə demokratiya 
prinsiplərini rəhbər tutmayan ölkələrin sosial strukturu üçün səciyyəvidir. Bu cəhətdən xarakterik nümunə kimi 
MDB-nin əksər ölkələrinin sosial strukturunu göstərmək olar. 
Bu gün tam aydınlığı ilə görünür ki, həm inkişaf etmiş  Qərb, həm də  bəzi MDB ölkələrinin 
postindustrializm və informasiya cəmiyyəti mərhələsinə daxil olması, həm də onlarda baş verən nəhəng miqyaslı 
elmi-texnoloji nailiyyətlər bu ölkələrin stratifıkasiya strukturuna ciddi dəyişikliklər gətirir. Qloballaşma 
proseslərinin həmin dəyişikliklərdə yaratdığı yeniliklər hələ də kifayət qədər tədqiq olunmamışdır. 
 
4. Müasir şəraitdə Azərbaycan Respublikasında 
sosial strukturun başlıca inkişaf meylləri 


1   ...   5   6   7   8   9   10   11   12   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə