F. Q. Vahidov, T. B. Ağayev



Yüklə 5.04 Kb.
PDF просмотр
səhifə12/24
tarix22.07.2017
ölçüsü5.04 Kb.
1   ...   8   9   10   11   12   13   14   15   ...   24

 
2. Sosial mobilliyin səciyyəvi xüsusiyyətləri 
 
Sosial  şəraitdən asılı olaraq cəmiyyət fərdlərin bəzilərinin vəziyyətini yüksəldə, digərlərininkini isə  aşağı 
sala bilər. Bundan asılı olaraq şaquli mobillik prosesləri iyerarxiya pillələri üzrə yuxarıya və aşağıya hərəkətlərdən 
ibarətdir. Bu iki istiqamət irəliləmə və deqradasiya - geriləmə adları ilə tanınır. Peşə, iqtisadi və siyasi baxımdan iki 
əsas formada irəliləmə mobilliyi vardır: birincisi, fərdi irəliləmə  və ya aşağı  təbəqədən ali təbəqəyə doğru 
infıltrasiya; ikincisi isə hər hansı ali təbəqəyə yeni qrup şəklində daxil olmaq və ya onu əvəz etmək. 
Anoloji olaraq mobilliyin deqradasiyasının da iki əsas forması vardır: birincisi, ayrı-ayrı  fərdlərin yüksək 
sosial vəziyyətdən aşağıya doğru enməsi; ikincisi, qrup halında sosial vəziyyətin itirilməsi. 
Ayrıca bir fərdin qarşısına çıxan maneələri və qruplararası sərhədləri keçməsini öyrənməklə biz yüksəlmə 
prosesini, yəni peşə, sosial, iqtisadi və siyasi vəziyyətin yuxarıya doğru irəliləməsini başa düşə bilərik. Hər bir 
fərdin daha yüksək nüfuz, gəlir, hakimiyyətdə daha geniş iştirak və s. ilə bağlı olan daha yüksək mənsəb əldə etmək 
və sosial 
[142 - 143]
 mənsəbi itirməmək tələbatı vardır. Bu istəyin həyata keçməsi cəmiyyətdəki bir çox amillərdən 
asılıdır.  İstəyə nail olmaq haqqında məsələnin tədqiqində K. Levinin sahələr nəzəriyyəsindən istifadə edilməsi 
məqsədəuyğundur. 
Bir qədər aşağı  mənsəbli vəziyyətdə olan qrupda fəaliyyət göstərən fərd yüksək statuslu vəziyyətə nail 
olmaq üçün qrup və ya təbəqələrarası maneələri dəf etməlidir. Daha yüksək mənsəbli qrupa doğru irəliləmək 
istəyən fərdin yuxarıda dediyimiz maneələri dəf etməsi üçün müəyyən enerjisi vardır. O, bu enerjisini aşağı 
mənsəbli təbəqə ilə yuxarı mənsəbli təbəqə arasındakı M məsafəsinin qət edilməsinə sərf edir. Həmin sərf olunan 
enerjini F qüvvəsi kimi ifadə edək. Maneənin müvəffəqiyyətlə  dəf edilməsi yalnız və yalnız fərdin sərf etdiyi 
qüvvənin onu itələyən qüvvələrdən üstün olması halında mümkündür. 
Fərdin yuxarı  mənsəbli təbəqəyə doğru irəliləməsinə  sərf etdiyi qüvvəni ölçməklə nailiyyəti barədə 
müəyyən ehtimal söyləmək olar. Ehtimalın xarakteri vəziyyətin həmişə dəyişməsindən, həmçinin fərdlər arasında 
olan şəxsi münasibətlərdən asılıdır. 

59 
 
İnkişaf prosesini kəmiyyətcə qiymətləndirmək üçün adətən sosial mobilliyin sürəti və intensivliyi kimi 
göstəricilərdən istifadə edirlər. Mobilliyin sürəti dedikdə «şaquli mobilliyin məsafəsi» başa düşülür. Məsələn, ali 
məktəbi bitirdikdən və  işə başladıqdan 3 il sonra hər hansı bir fərdə ali məktəbdə müəllim vəzifəsinə kimi 
yüksəlmək nəsib olur. Onunla bir vaxtda qurtarmış digər tələbə yoldaşı isə ancaq orta məktəbdə direktor müavini 
vəzifəsinə kimi yüksəlmişdir. Aydındır ki, bu halda birinci fərdin mobillik sürəti ikincidən böyükdür. Digər 
tərəfdən,  əgər hər hansı bir fərd yaranmış  vəziyyətlə  əlaqədar, ya da şəxsi zəifliyi nəticəsində yüksək sosial 
vəziyyətdən cəmiyyətin lap aşağı  vəziyyətinə enirsə, onda onun haqqında deyilir ki, sosial mobillik sürəti 
böyükdür, lakin bu sürətin istiqaməti aşağı vəziyyətə doğru yönəlmişdir. 
[143 - 144]
 
Mobilliyin intensivliyi dedikdə, müəyyən vaxt ərzində sosial vəziyyətlərini şaquli və ya üfüqi istiqamətdə 
dəyişən fərdlərin sayı başa düşülür. Belə fərdlərin sayı hər hansı sosial cəmiyyətdə mobilliyin mütləq intensivliyini 
göstərir, onların digər hissəsi isə mobilliyin nisbi intensivliyini ifadə edir. Məsələn,  əgər biz 40 yaşa qədər olan 
boşanmış və başqa ailə qurmuş fərdlərin sayını nəzərə alsaq, onda söhbət bu yaş hüduduna olan üfüqi mobilliyin 
mütləq intensivliyindən gedəcəkdir. Əgər biz 40 yaşa qədər olan bütün fərdləri bu yaşa qədər boşanaraq təzə ailə 
quranlarla müqayisədə götürsək, onda söhbət sosial mobilliyin üfüqi istiqamətdə nisbi intensivliyindən gedəcəkdir. 
Çox zaman mobillik prosesinə sürət və intensivliyin qarşılıqlı əlaqədə olması nöqteyi-nəzərindən baxılması lazım 
gəlir. Bu halda həmin sosial birlik üçün ümumi mobillik indeksindən istifadə edilir. Bu yolla, məsələn, iki 
cəmiyyətdən hansında müəyyən müddət  ərzində mobilliyin göstəricilərinin çox və ya az olduğunu təyin etmək 
mümkün olur. Belə indeks peşə, siyasi, iqtisadi sahədə fərdin fəaliyyətindən asılı olaraq hesablanır. 
 
3. Sosial mobilliyin inkişaf kanalları 
 
Sosial mobillik həm fərdin özündən, həm də yaşadığı  cəmiyyətin strukturundan asılıdır. Nəzərə almaq 
lazımdır ki, yüksək statuslu vəziyyətə keçmək üçün mübarizəyə hazır olmayan fərdə açıq sinifli cəmiyyət çox az 
kömək edir. Bəzi cəmiyyətlərdə  gənclərin təkəbbürü nəticəsində mobillik kanalı üçün bir və ya iki dəfə imkan 
yarana bilir. Lakin elə cəmiyyətlər də mövcuddur ki, həmin gənclər yüksək statuslu vəziyyətə çatmaq üçün daha 
çox yol əldə edə bilərlər. Yüksək vəziyyətin yolları etnik və ya sosial-sinfı fərqlə, fərdin öz şəxsi xüsusiyyətləri ilə
bacarığını tətbiq edə bilməməsi ilə bağlı ola bilər. Lakin sosial vəziyyəti tamamilə dəyişmək, 
[144 - 145] 
yeni, daha 
yüksək sosial vəziyyətə malik qrupun mədəniyyətinə daxil olmaq, yeni sosial ətrafla qarşılıqlı  əlaqələri qurmaq 
prosesində çətin problemlər yaranır. Mədəniyyət və əlaqə maneələrinin aradan qaldırılması üçün lazım olan üsulları 
fərdlər sosial mobillik prosesində həyata keçirirlər. 
Yeni sosial vəziyyətə çatmış  fərdin gəliri daha yüksək mənsəbli sosial təbəqənin nümayəndələri ilə 
bərabərləşdikdə sadəcə pul qazanıb çoxlu pul xərcləməsi kifayət deyildir. Yeni vəziyyətin dərəcəsini qavramaq 
məqsədilə bu dərəcəyə uyğun yeni maddi ölçü təyin etməlidir. Yüksək vəziyyətə uyğun ev, kitab, avtomobil, 
televizor və s. olmalıdır. Maddi məişət mədəniyyəti yüksək vəziyyət dərəcəsinə qoşulmaq üçün əhəmiyyətli 
vasitələrdən biri olsa da, mədəniyyətin başqa komponentləri ilə uyğun gəlməməsi nəticəsində  həmin vasitə öz 
əhəmiyyətini itirir. 
Mobillikdə şaquli istiqamət götürən şəxsin daha yük-sək statuslu sosial-sinfı təbəqəyə daxil olması mütləq 
həmin təbəqənin davranışını özündə  əks etdirməlidir. Məsələn,  əməliyyat müvəkkili bölmə  rəisi keçdikdə yeni 
şəraitə uyğun dəyişməlidir və s. 
Bir sıra hallarda nikah sosial mobillik üçün mühüm inkişaf kanallarından biridir. Belə ki, nikah həmişə 
sosial mobillik zamanı qarşıya çıxan maneələrin aradan qaldırılmasına köməklik göstərir. Birincisi, maddi imkan 
fərdin  şəxsi bacarığını göstərməsi üçün yaxşı imkanlar yaradır.  İkincisi, fərdə bir çox vəziyyətləri maneəsiz 
irəliləməyə imkan yaranır. Üçüncüsü, yüksək statuslu təbəqənin nümayəndəsi ilə nikahda olmaq həmin təbəqənin 
mədəniyyətini tez öyrənmək problemlərini həll edir. Belə nikahlar adətən, bir çox cəmiyyətlərdə insanlara sosial 
maneələri dəf etməkdə böyük imkan verir və onların elit təbəqəyə keçməsini şərtləndirir. Əgər fərd tez bir zamanda 
yeni sosial vəziyyətin mədəniyyətini öyrənə bilmirsə, onda bu nikah ona mobil olmaqda heç bir köməklik göstərə 
bilməyəcəkdir. Çünki belə olan halda yuxarı mənsəbli təbəqənin nümayəndələri onu «özününkü» 
[145 - 146] 
hesab 
etməyəcəklər. 
İstənilən müasir demokratik cəmiyyətdə sosial mobillik imkanının olması  əhəmiyyətlidir, lazımdır və 
mədəniyyətin ayrılmaz hissəsidir. Qapalı sinifli cəmiyyətlər sosial qrupların istedadlı insanlarına sosial həyatda 
daha fəal iştirak etmək imkanı vermir. Yüksək statuslu sosial mobillik yalnız mürəkkəb strukturlu cəmiyyətlərdə 
əhəmiyyətli və münasibdir. 
Cəmiyyətin mobil sürətinin dəyişməsi aydındır ki, liderdən təkcə mexaniki olaraq müəyyən qaydaların 
yerinə yetirilməsini tələb etmir. Bundan başqa texniki nailiyyətlər əldə etmək məqsədilə cəmiyyətdə çoxlu sayda 
yüksək ziyalı, ali təhsil almış peşəkar ekspertlərin olması lazımdır. Belə  cəmiyyətlər lazımi yerlərdə «beyinsiz» 
keçinə bilməzlər. Buradan aydındır ki, açıq sinfi sistem müasir cəmiyyət üçün zəruridir. Lakin açıq sistemin 
mobilliyi ona daxil olan bəzi fərdlər üçün arzuolunmaz nəticələr verə bilər. 

60 
 
Açıq stratifıkasiya sisteminə malik cəmiyyətlərdə sosial mobilliyin qərarlaşmış kanalları mövcuddur. 
Məsələn, hamı bilir ki, ali təhsil almaq nisbətən sadə  və kifayət qədər etibarlı kanaldır. Savadsız ailədən çıxmış 
adam bu kanalla irəliləyərək öz statusunu yüksəldə bilər və ixtisaslı, nüfuzlu əməklə məşğul olmaq imkanı qazana 
bilər. Hər bir hərbçi bilir ki, mərkəzdən uzaqda yerləşən və təhlükəli olan yerlərdə qulluq etmək mobillik kanalıdır, 
çünki bu, yüksək rütbələrə tez çatmaq imkanı verir. 
Digər mobillik kanalı ruhani karyerası ola bilərdi: böyük fılosof, kardinal Nikolay Kuzanski kasıb balıqçı 
ailəsində doğulmuşdu. Lakin o, monaxlığı qəbul etdi, təhsil aldı və zümrəyə qoşularaq yüksək status qazandı. 
Dominantlıq edən sinfə mənsub olmaq üçün ailə kapitalına malik olmaq çox vacibdir. O müxtəlif formada 
ola bilər: iri maliyyə və sənaye müəssisələri, iqtisadi, siyasi, sosial və ailə münasibətlərinin şəbəkəsi, mədəniyyət 
vasitələrinə müyəssərlik və i.a. Əksər hallarda dominantlıq edən sinfin üzvləri öz aralarında nikah bağlayırlar, eyni 
məktəblərdə  və ya 
[146 -147]
 nüfuzlu universitetlərdə oxuyurlar, ayrı-ayrı müəssisələrdə eyni inzibati şuralara 
daxil olurlar və s. Məhz bu üç əsas element, yəni böyük iqtisadi vərəsəlik, geniş münasibətlər dairəsi və ailə 
tərəfındən əhəmiyyətli dəstək siyasi və iqtisadi hakimiyyətin hakim siniflərin əlində olmasını təmin edir. Məsələn, 
D. Berto Fransada maliyyə oliqarxiyasının mövcud olmasını qeyd edir. Bu məhdud sayda ailələr fantastik varidata 
malikdirlər və onları idarə edirlər. Onlar fransız cəmiyyətində misli görünməmiş dərəcədə hakimiyyət sahibidirlər. 
Bu insanlar bir-birinə pulla və qohumluqla bağlıdırlar. Onlar iqtisadiyyatın başında durmaqla yanaşı, həm də 
hakimiyyəti öz əllərində saxlayırlar. Bank işi və oliqarxiyanın tarixi üzrə mütəxəssislər göstərirlər ki, axırıncı 170 il 
ərzində Fransada maliyyə resursları  və deməli, real siyasi hakimiyyət XVIII əsrin sonunda Napoleon Bonapartın 
hakimiyyətə gəlməsi anından etibarən eyni ailələrin əlində cəmləşmişdir. Hakim sinfin daxilində olmaq üçün yaxşı 
olar ki, orada doğulasan və ya bu sinfə mənsub olan insanla nikah bağlayasan. 
Beləliklə, sosial iyerarxiyanın yüksək sferalarına giriş asan olmayan bir işdir. Sosial mobilliyə konyuktura 
(böhran və ya iqtisadi artım şəraiti), eləcə də cəmiyyətin strukturu böyük təsir göstərir. Bunu ondan görmək olar ki, 
mobillik barədə suallara cavab çox vaxt sosial təşkilatlanmanın təhlilindən tapılır. Hindistanda olduğu kimi, 
ənənəvi cəmiyyətlərdə bu və ya digər sinfə mənsubluq əsas fakt kimi qəbul edilir. Bu halda söhbət, çox ehtimal ki, 
silkdən gedir: silk daxilində doğulur, nikah bağlayır və ölürlər. Silkə əsaslanan cəmiyyətlərdə sosial siniflər digər 
siniflərdən olan insanlar üçün tam qapalıdır. Bu qapalı sosial strukturlarda fərdlərin hansı yaxşı  cəhətlərə malik 
olmalarından asılı olmayaraq, onlarda sosial mobillik mümkünsüzdür. 
Bizim cəmiyyətə oxşar cəmiyyətlərdə siniflər daha açıqdır. Sosial nərdivan üzrə qalxmaq və enmək 
mümkündür; bu hallarda yüksələn və ya enən mobillik haqqında danışırlar. Mobilliyi bir adamın həyatı 
çərçivəsində də nəzərdən keçirmək 
[147 - 148]
 olar. Əgər günəmuzd işləyən insan informatika sahəsində mütəxəssisə 
çevrilibsə, bu, intragenerasiya mobilliyidir (yəni bir nəslin hüdudlarındakı mobillikdir). Lakin mobilliyə başqa cür 
də baxmaq olar. Məsələn, atası xarrat olan müəllimi götürək. Burada intergenerasiya mobilliyi göz qabağındadır 
(yəni, iki nəsli bir-birinə bağlayan mobillik). Bəs belə hesab edə bilərikmi ki, biz elə açıq cəmiyyətdə yaşayırıq ki, 
bütün sosial trayektoriyalar mümkündür? Bizim valideynlərimizin sosial statusu bizim sosial piramidanın zirvə-
sinə çata bilmək imkanımıza necə təsir edir? 
Bu suallara cavab vermək üçün iqtisadi, siyasi və sosial konyukturanı  nəzərə almaq lazımdır: müəyyən 
etmək lazımdır ki, o, nəsildən-nəslə  dəyişərək mobillik üçün daha artıq və ya daha qapalı struktura gətirib 
çıxarırmı? Qeyd etmək olar ki, xalqın içərisindən çıxan bəzi fərdlər sosial piramidanın zirvəsinə çatmağa müvəffəq 
olurlar. Deməli, iradə, enerji, istedad, ailə mühiti, uğur kimi fərdi amillər öz rolunu oynayır. Lakin bu amillər elə 
şərait və sosial strukturda fəaliyyətə başlayır ki, burada aşağı siniflərdən olan fərdlər bu keyfiyyətləri cəmiyyətin 
üstünlük verdiyi təbəqələrindən olan fərdlərdən daha artıq dərəcədə göstərməlidirlər. Çünki onlar lap əvvəlcədən 
iqtisadi, mədəni və sosial kapital cəhətdən daha az üstünlüyə malikdirlər. 
Açıq tipli cəmiyyətlər sosial qruplar arasında insanın sosial vəziyyətinin yüksəlməsinə daha çox imkan 
verir, lakin sosial mobilliyin deqradasiyası qorxusunu da yaradır. Belə ki, fərd öz aşağı vəziyyətinə görə cəmiyyəti 
məzəmmət edə bilmir, amma aşağı  vəziyyətin bütün məsuliyyətini özü daşıyır. Fərd öz vəziyyətinin yüksəlməsi 
üçün çalışsa da onun aşağı vəziyyətinin saxlanmasına heç bir təminat yoxdur. Nə üçün başqaları yuxarı vəziyyətdə 
ola bilərlər, o isə yox? Bir çox Avropa və Amerika ölkələrində sosial vəziyyətindən narahat olan ənənəvi olaraq ən 
çox orta sinifdir. 
Nisbətən açıq tipli sosial cəmiyyətdə  təbəqələr arasında bəzi adamlar sosial mobillikdə çox böyük sürət 
götürərək, 
[148 - 149]
 yaxşı mənsəb sahibi olurlar, digərləri isə mənəvi cəhət-dən pozğunlaşaraq içkiyə, narkotik 
maddələrin qəbuluna aludə olurlar. Bəzi fərdlər öz vəziyyətlərini saxlamaq məqsədilə sosial mobilliyin şaquli 
istiqaməti üzrə bir sıra maneələr fıkirləşirlər. Məsələn, həmkarlar ittifaqı, sahibkarlar ittifaqı, aktyorlar cəmiyyəti, 
hüquqşünaslar cəmiyyəti və s. həmin maneələrdəndir. Bəzi fərdlər öz elmi adları, dərəcələri ilə, aktyorlar, 
müəllimlər, hərbçilər onlara verilən adlarla özlərini müdafiə edirlər. 
Şaquli sosial mobillikdə irəliləmə  təkcə güzəranın yaxşılaşmasa və imtiyazlar yox, həmçinin yeni 
məhdudiyyətlər, məsuliyyət yaradır. Yeni vəzifənin yaradacağı əlavə gərginliyə və məsuliyyətə görə bəzi adamlar 
onlara təklif olunan yüksək vəziyyətə keçməkdən imtina edirlər. Yeni təyin olunmuşlarda  əsəbilik və stresslər 

61 
 
istisna olunmur. Yeni mədəniyyətə uyğunlaşma prosesi çox mürəkkəbdir, hətta bir sıra hallarda əsəb pozğunluğu 
əmələ gətirə bilər. 
Bir çox insanlar şaquli mobilliyə meyllidirlər və valideynlərindən fərqli olaraq onlar daha yüksək sosial 
vəziyyətə nail olurlar. Məsələn, əgər fərdin valideynləri fəhlə sinfinə mənsubdurlarsa, o isə ziyalı təbəqəsinə daxil 
olmuşdursa, onda fərd ilə valideynlər müxtəlif mədəniyyət səviyyələrində çalışmalı olurlar. Fərd valideynləri ilə 
söhbətdə bir sıra hallarda ümumi mövzu tapmaqda çətinlik çəkir;  ətrafdakı hadisələrə müxtəlif nöqteyi-nəzərdən 
yanaşmaları onları bir-birindən xeyli uzaqlaşdırır. Uşaqlarının yuxarı qalxması üçün çalışmış valideynlər başa 
düşürlər ki, onlar arasında mənəvi ayrılıq yaranmışdır. 
Mobillimin deqradasiyası  fərdlər üçün daha pis nəticələr verə bilər. Bu zaman fərd öz dostlarını, yaxın 
qohumlarını itirə bilir, onun ailəsi dağıla bilir və s. 
[149 a 150]
 

62 
 
 
 
VIII FƏSİL 
 
SOSİAL-ETNİK MÜNASİBƏTLƏRİN SOSİOLOGİYASI 
 
1. Sosial-etnik münasibətlərin 
mahiyyəti və səciyyəvi cəhətləri 
 
Sosial-etnik münasibətlərin öyrənilməsi xüsusi sosioloji nəzəriyyələr sistemində mühüm yer tutur. Bu 
onunla izah edilir ki, sosial-etnik münasibətlər sosial münasibətlər sisteminin çox mühüm və  əhəmiyyəti daim 
artmaqda olan istiqamətlərindən biridir. Onun əsas məzmunu millətlər və digər etnik birliklər arasında sosial 
həyatın istehsalı və təkrar istehsalı prosesində qərarlaşan əlaqə və münasibətlərin məcmusundan ibarətdir. 
Sosial-etnik birliklər bununla səciyyələnir ki, onlarda insanların bir-biri ilə sıx əlaqədə olan iki tərəfi-sosial 
və etnik əlamətləri üzvi şəkildə birləşir. Həmin birlik formalarında sosial əlamətlər çox vacib və əhəmiyyətli yer 
tutur. Bununla yanaşı onlar həm də etnik keyfiyyətlər və xüsusiyyətlərlə səciyyələnirlər. 
Sosial göstəricilərin, yəni bütövlükdə  cəmiyyətin və onun struktur elementlərinin yetkinlik dərəcəsindən 
asılı olaraq bu və ya digər sosial-etnik birliyin fəaliyyətinin və inkişafının siyasi, iqtisadi, sosial və  mənəvi 
keyfıyyətləri müvafiq surətdə artır və ya azalır. 
İnsanların sosial-etnik münasibətlərinin müasir, mürəkkəb mərhələsi elə bir termindən istifadəni zəruri edir 
ki, bu termin onların sosial mahiyyətini inkar etmədən etnik dərkini də dolğun  əks etdirsin. Belə bir anlayış 
etnosdur. Etnos tarixən müəyyən ərazidə yaşayan, mədəniyyət (dil də daxil olmaqla) və psixoloji xarakterin 
bəzi xüsusiyyətlərinə, eləcə  də özünəməxsusluğunu və başqalarından fərqlərini dərk edən insanların sabit 
məcmusudur. 
[150 - 151]
 
Etnosun  əsas  əlamətləri - dil, xalq incəsənəti, adətlər,  ənənələr, mərasimlər, davranış normalan və 
vərdişlərdir, yəni mədəniyyətin elə komponentləridir ki, onlar nəsildən nəslə keçir və beləliklə, etnik mədəniyyəti 
formalaşdırır. İnsanların bu cür dayanıqlı birliyi onların sosial xüsusiyyətlərinin vacibliyini ifadə etməklə yanaşı, 
həmişə özünün etnik mənsubiyyətini saxlamağa çalışır. Bu, həm bütöv etnosa, həm də onun tərkib hissəsi olan 
etnik qruplara aiddir. Etnik qruplar həm kompakt, həm də müxtəlif ərazilərə yayılmış vəziyyətdə ola bilirlər. 
Sosial-etnik münasibətlərin tarixi təkamülü qəbilə, tayfa, xalq və millət kimi birlik formalarından keçərək bu 
günə gəlib çatmışdır. 
İlk qədim etnik birlik forması ibtidai icma cəmiyyətində yaranmış qəbilə hesab olunur. O, qan qohumluğuna 
əsaslanırdı. Bununla yanaşı, qəbilə daxilində birləşən insanlar mənafe ümumiliyinə, yaşayış məskəni, dil, adət və 
etiqadlar ümumiliyinə də malik olmuşlar. Öz tərkibində təxminən 30-50 nəfəri əhatə edən icma qəbiləsinin üzvləri 
əvvəllərdə ana xətti (matriarxat), sonralar isə ata xətti (patriarxat) ilə müəyyən olunurdu. 
İbtidai cəmiyyətin son dövrlərində iki və daha çox qəbilənin birləşməsi nəticəsində tayfa adlı yeni etnik 
birlik forması  təşəkkül tapdı. Qəbiləyə xas olan əsas  əlamətlər (qan qohumluğu, dil və  ərazi ümumiliyi, adət və 
etiqadlar ümumiliyi və s.) tayfada da özünü göstərmişdir. Bununla yanaşı tayfa birliyində əvvəla, sayca daha çox 
insanlar birləşirdi (bir neçə yüz nəfərdən min nəfərə qədər), sonra, tayfanın öz adı mövcud idi. Nəhayət, tayfa vahid 
mədəniyyət ünsürlərinin daha çox inkişafı ilə səciyyələnirdi. 
Qəbilə və tayfalar cəmiyyətin inkişafında öz dövrünə görə çox mühüm rol oynamışlar. Bununla belə, ictimai 
həyatda baş verən dəyişikliklər (təsərrüfat funksiyalarının mürəkkəbləşməsi, ünsiyyətin və gediş - gəlişin artması, 
ailə -nikah münasibətlərinin inkişafı və s.) prinsipcə yeni etnik 
[151 - 152]
 birliyin yaranmasını zəruri edirdi. Bu 
tarixi tələbatın nəticəsi kimi yeni tarixi birlik forması olan xalq formalaşdı. 
Sinfı münasibətlərin inkişafı ilə bağlı olaraq bu formanın yenisi ilə əvəz olunması prosesi getsə də, bir çox 
xalqlar-da nəsil - tayfa bölgüsünün qalıqları indi də saxlanılmaqdadır. Hazırda onlar Asiyada, Afrikada, Amerikada 
və Rusiyanın Şimal ərazisində mövcuddur. Qan qohumluğu, klan və tayfaçılıq əlamətləri hazırki dövrdə də özünü 
biruzə verməkdədir. Xalqda sosial xüsusiyyətlər, əlamətlər çox mühüm rol oynayır. 
Əvvəlki birlik formalarından fərqli olaraq xalq qan qohumluğuna deyil, təsərrüfat və  mədəniyyət 
əlaqələrinin ümumiliyinə əsaslanırdı. Xalqı yeni birlik forması kimi səciyyələndirən əsas cəhət budur ki, o, artıq 
sırf etnik birlik forması deyildir. O, ilk dəfə olaraq, sözün əsl mənasında sosial-etnik birlik forması mahiyyəti kəsb 
etmişdir. Xalq daha mütərəqqi birlik forması kimi iqtisadiyyatın, sosial əlaqələrin və  mədəniyyətin inkişafında 
mühüm rol oynamışdır. Lakin ictimai tərəqqi gedişində xalqın da birlik forması kimi məhdudluğu özünü 
göstərməyə başladı. Nəticədə feodalizmin dağılması  və kapitalizmin təşəkkülü dövründə insanların keyfiyyətcə 
yeni birliyi - millət yarandı. 

63 
 
Müasir sosioloji ədəbiyyatda milli-etnik problemlər təhlil edilərkən daha çox «millətlərarası» və ya «milli 
münasibətlər» terminlərindən istifadə edilir. Həqiqətən də, XX əsrdə məhz millətlərarası münasibətlər müasir sosial 
münasibətlər sistemində çox mühüm yer tutur. Buradan aydındır ki, tarixi birliklər arasındakı münasibətlərdən 
söhbət gedərkən birinci növbədə millət anlayışına diqqət yetirilməlidir. 
Millət tarixən formalaşmış etnos tipi olub, iqtisadi həyatın, dilin, ərazinin ümumiliyi ilə, 
mədəniyyətin, məişətin, psixoloji durumun və etnik xarakterin bəzi xüsusiyyətləri ilə səciyyələnən insanların 
xüsusi tarixi birliyidir. Millət xalqa nisbətən daha geniş tarixi birlik forması olub, kapitalizmin meydana 
çıxması və inkişafı ilə bağlıdır. 
[152 - 153]
 Millətlərin xalqları tarixi əvəzləməsi o demək deyildir ki, ikincilər yer 
üzündən silinmişdir. Xalq tarixən insanların tayfa birliyindən sonra gələn sosial-etnik birlik formasıdır. Onun 
meydana gəlməsinin başlanğıcı quldarlıq quruluşunun dağılması dövrünə  təsadüf edir. Əgər tayfa birliklərinin 
səciyyəvi cəhəti onların qan qohumluğuna əsaslanan əlaqələri idisə, xalqlar üçün bu ərazi və təsərrüfat əlaqələridir. 
Xalq anlayışı sözün əsl mənasında feodalizm cəmiyyətinin məhsuludur. Lakin xalqlar sonrakı  cəmiyyətlərdə  də 
mövcuddur. Çünki onlar bir sıra səbəblərdən (azsaylı olma, inkişafdan geri qalma, müəyyən səbəblərdən özlərinin 
milli dövlət qurumunu yarada bilməmələri və s.) millət kimi formalaşa bilməmişlər. 
Müasir elmi ədəbiyyatda sosial-etnik münasibətləri səciyyələndirərkən həmçinin «milli azlıq», «yerli» və 
«gəlmə» kimi anlayışlardan da istifadə edilir. Bunlar əsas etibarilə öz millətinin ərazisindən kənarda yaşayan milli 
(sosial-etnik) qrupları nəzərdə tutur. Məsələn, Rusiyada yaşayan azərbaycanlılar, beloruslar, gürcülər və s. 
Bu qrupların öz daxili tərkibində bir neçə kateqoriyanı ayırmaq olar (onları  həmçinin diaspora da 
adlandırırlar): 
1. Daxili diaspora (öz respublikalarından kənarda yaşayanlar). 
2. Yaxın diaspora (tarixi vətəni keçmiş sovet respublikaları olan sosial-etnik qruplar). 
3. Uzaq diaspora (tarixi vətəni uzaq xarici dövlətlər olanlar). 
4. Milli - ərazi qurumları olmayan diasporalar (kürdlər, qaraçılar və s.). 
Bu və ya digər sosial-etnik birliyin tərkibində olan etnoqrafık qruplar özünəməxsusluğu ilə seçilir. Onlar 
əhalinin əsas hissəsindən mədəniyyətlərinin, dillərinin (ləhcə, danışıq tərzi) xüsusiyyətləri ilə fərqlənirlər. 
Milli azlıqlar bir qayda olaraq miqrasiya (könüllü və ya məcburi), həm də bütöv xalqın deportasiyası 
nəticəsində  əmələ  gəlir. Bu, Rusiyada yunanların, inquşların, Dağıstanda 
[153 - 154]
 yaşayanların və başqa 
xalqların başına gəlmişdir. Qeyd etməliyik ki, məhz buradan da, milli azlıqlar problemi, onların yaşadıqları mövcud 
dövlət quruluşunda hüquq və azadlıqlarının reallaşması ilə bağlı problemlər yaranır. Onları elmi əsaslarla 
demokratik prinsiplərə və sivil qaydalara arxalanmaqla həll etmək lazımdır. 
İnsan birliklərinin sosial və etnik xüsusiyyətlərinin üzvi vəhdəti, onların rəngarəngliyi və qarşılıqlı əlaqəsi 
onlar arasındakı münasibətləri ayrı - ayrı ictimai - iqtisadi formasiyalarda və müxtəlif dövlətlərdə millətlər, xalqlar 
arasındakı iqtisadi, ərazi, hüquqi, mədəni və dil, eləcə də digər münasibətləri müəyyən etməyə imkan verir. 
Sosial-etnik birliklər arasındakı münasibətlərin bu cür izahı  (ədəbiyyatda bu çox vaxt milli məsələ 
adlandırılır), həm də onların özünəməxsusluğunu  şərtləndirir. Yəni,  əvvəla, birliklər arasındakı qarşılıqlı 
münasibətlər hər  şeydən  əvvəl ictimai münasibətlərin iqtisadi, siyasi, sosial və  mənəvi istiqamətləri vasitəsilə 
təzahür edir. İkinci xüsusiyyət sosial-etnik birliklər arasındakı münasibətlərdə iki tərəfın mövcudluğunda üzə çıxır: 
daxili (ərazi - dövlət qurumları çərçivəsində münasibətlər) və xarici (müxtəlif ərazi - dövlət qurumları sistemində 
münasibətlər). 
Sonuncu amil keçmiş SSRİ-də mühüm yer tuturdu, çünki onun tərkibində 200-ə qədər millət, xalq və etnik 
qrup yaşayırdı. Bu həm də postsovet respublikaları, o cümlədən Azərbaycan üçün səciyyəvidir. Burada bir neçə 
sosial-etnik qrupun nümayəndələri yaşayır. Məsələ təkcə müxtəlif birliklərin sayının çox olmasında deyildir, həm 
də bundadır ki, 90-cı illərin  əvvəlində SSRİ-nin dağılması  nəticəsində yerli xalqların müəyyən hissəsi öz tarixi 
vətənlərindən kənarda qaldı. Bəzi respublikalarda millətçi - separatçı qüvvələrin səyləri nəticəsində yaranmış 
problemlər (Dağlıq Qarabağ, Abxaziya, Şimali Osetiya və s.) daha da mürəkkəbləşmişdir. 
[154 - 155]
 
1   ...   8   9   10   11   12   13   14   15   ...   24


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə